18
yığınında boğulub, lakin məhv olmayıb. 1997 - ci ilin martından
mən həmin cəmiyyətə məsul katib seçilmişəm. AZC-nin Rəyasət
heyətinin üzvlərindən akademik H. Sultanovun cəmiyyətimizin
məhrum prezidenti, A. Hüseynovun, AZC-nin fəxri ziyalısı Z.
Həbiyevanın və əməkdar müəllim Ş. Əliyevanın xidmətlərini əks
etdirən kitabların tək və müştərək müəllifiyəm.
Ziyalı xalqın görən gözü, düşünən beynidir. Təsadüfi deyil ki,
Qurani-Kərimin 1000 ayəsindən 850-si elmə, 150-si isə alimlərə
hörmət və ehtiramla yanaşmağı tövsiyə edir. Mən bu hörməti
yalnız qələmimlə edə bilirəm.
- Həqiqət xanım, bu gün həm kainat, həm də insanlar
müəmmalarla doludur. Müəmmalarla dolu insanlar bir–
birinə qarşı çıxır, biri digərinə paxıllıq edir, hər vasitə ilə
onun uğurlarının qarşısında sədd çəkir, ona mane olmağa
çalışırlar. Vaxtilə elmin yollarında siz də bu cür haqsızlıqlarla
qarşılaşmısınız. Həmin anlarda bu insanlar barədə nə
düşünmüsünüz?
-
Son altı min ildə bəşəriyyət mürəkkəb bir yol keçmişdi.
Kainatın müəmmalı yaranışı insanı həmişə düşündürmüşdür. Bu
məsələ ilə bağlı xeyli fərziyyələr də mövcuddur. Hər halda etiraf
etmək lazımdır ki, insanın kainat haqqında olan bilgisi öz təbiəti
haqqında olan bilgidən çoxdur. Təqribən üç min ilə yaxındır ki,
insan varlığın açılmamış sirlərini öyrənməyə cəhd göstərir.
Məlumdur ki, kainat da, insan da ayrıca bir elmin sahələridir.
Elmin isə öz qanunları var.
Məntiqi
yolla elmin əsas qanunlarını kəşf etməyin
mümkünsüzlüyünü vaxtilə dahi fizik Albert Eynşteyn də etiraf
edirdi. Yeganə yol kimi fəhm yolunu qəbul edən alim yazırdı ki,
bu yol hiss olunan aləm arxasındakı qanunauyğunluqların
duyulmasına əsaslanır. Çünki Allah insanın maddi və ruhi
gerçəkliklərini dəyərləndirərək özü ilə bağlı bütün şeyləri
vermişdir. İnsan daim yüksək məqamlara can atır. Onun
19
müəmması isə beyinidir. Fikrimcə, beyinin şifrəsi açılarsa, elm
insan haqqında axtardığı cavabı tapa bilər. Əql və düşüncə beyinə
məxsusdur. Quranda əql barədə 500-ə qədər ayə vardır.
Sualınızın ikinci tərəfinə gəldikdə,onu deyə bilərəm ki, yüksək
intellektə malik insanlar nəinki mənə paxıllıq ediblər, əksinə
lazımi səviyyədə köməklik göstəriblər. Xüsusən yaşlı nəsil,
akademiklərimiz, zəhmət dolu ömür yolu keçən elm adamlarımız.
Mənə yalnız o adamlar mane ola bilər ki, onlar ehtiyac nə
olduğunu bilmədən kimlərinsə yazdığını müdafiə ediblər, yüksək
ad və mövqeyə malik olublar. Xoşbəxtlikdən mən belə adamlarla
qarşılaşmamışam, halal, təmiz elm adamları ilə qarşılaşmışam.
Onların verdiyi istiqamətlər, məsləhət və tövsiyələr hər zaman
köməyimə çatıb. Birgə işləmişik, ədəbiyyat gətiriblər, yazdığımı
müzakirə ediblər, yoxlayıb iradlarını bildiriblər. Akademik
Hacıbəy Sultanov, EA-nın müxbir üzvü Rafiq Əliyev, fəlsəfə
elmləri doktoru, professor Abdulla Əhədov, Tibb Universitetinin
1-ci prorektoru Vaqif Şadlinski, fəlsəfə elmləri doktoru, professor
İzzət Rüstəmov, fizika- riyaziyyat elmləri namizədi Ədalət Ətayi
və adlarını çəkmədiyim bir çox alimlərimiz...
Mən alimlərimizdən razıyam.
- Dünyamızın məhv olmasına səbəb də biz insanlar olacağıq.
Bu fikrə münasibətiniz?
-
Dünyanı biz insanlar yaratmamışıq ki, onu məhv etməyə də
qadir olaq. Yaranış və məhv haqqında bütün bilgilər təqribidir.
Bütün həyatını elmə həsr edən Ömər Xəyyam sonda yazırdı:
Sirri əzəli nə sən qanarsan, nə də mən,
Bu tapmacanı nə sən taparsan, nə də mən
Bir pərdə dalındadır olan söhbətimiz,
Pərdə qalxsa, nə sən qalarsan, nə də mən.
20
Düzdür, termodinamikanın ikinci prinsipini sonsuz kainata
şamil edən R.Klauziusun və U.Tomsonun irəli sürdüyü fərziyyələr
qismən
qaneedicidir.
Yəni
dünyada
bütün
cisimlərin
temperaturunun tədricən bərabərləşməsi baş verərsə, aləmdəki
bütün fiziki proseslər, bütün dəyişikliklər kəsiləcək, kainatın
soyuq cəsədi qalacaqdır.
Qurani-Kərimdə dünyamızın məhvi qiyamətin başlanması ilə
izah edilir. Onun başvermə səbəbi isə insanların öz dinini, ləyaqət
və şərəfini unutması, haqsızlıq olacaq.
- Daha çox maraq doğuran elmi əsərləriniz haqqında nə deyə
bilərsiniz?
-
“Kainatın başlanğıcı haqqında elmi-dini mülahizələr” kitabı
elmi monoqrafiya kimi oxucuların xoşuna gələn və daha yaxşı
alınan kitab olub. Kitabın elmi redaktoru, akademik H.
Sultanovdur. “Maddidən mənəviyə, zülmətdən nura” kitabı
alman dilinə tərcümə olunub.Çox təəssüf ki, kitabın elmi
redaktoru, akademik A. Hüseynov o kitabı görə bilmədi.
Öz teosofik baxışları ilə Şərq filosofları içərisində seçilən İran
filosofu Sədrəddin Mütəəllehini Şiraziyə həsr etdiyim “Sədrə
fəlsəfəsindən incilər” poeması daha böyük maraqla qarşılanıb.
Bu kitabda Sədrəddin Şirazinin həyatı, fəlsəfi fikirləri nəzmə
çəkilib. Təkrar nəşr olunacaq bu kitab Sədrəddin Şirazinin
qarşıdan gələn yubileyinə hədiyyəmdir.
“İslam astronomiyası tarixindən” kitabı böyük ensiklopedik
alim Nəsirəddin Tusinin 800 illik yubileyinə töhfəmdir.
Ensiklopedik materialların toplanmasında kitabın elmi redaktorları,
akademik H. Sultanovun və fizika- riyaziyyat elmləri namizədi
Ədalət Ətayinin mənə böyük köməyi olub. Astronomlar, ali
məktəblərdə astrofizika ixtisası üzrə ixtisaslaşan tələbələr üçün
dərs vəsaitidir.
“Yeddi hikmətə yeddi cavab” kitabı isə yaranış haqqında
Qurani-Kərim ayələrinin,“Nəhcül Bəlağə” kitabındakı kəlamların
Dostları ilə paylaş: |