Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi
"
GƏNC NƏSLƏ ÖRNƏK ÖMÜRLƏR"
Sentyabr ayında yubileyi olan Milli Qəhrəmanlar haqqında
BİBLİOQRAFİK İCMAL
Bakı-2016
2
“Vətən yolunda şəhid olanlar ölmürlər,
xalqın qəlbində, ürəyində əbədi yaşayırlar...
Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr
edirik. Bu, bizim millətimizin iftixarıdır!”
Ümummilli lider Heydər Əliyev
Azərbaycan tarixən qəhrəmanlar yurdu, igidlər məskəni olub. Neçə-neçə
ərənlər yetişdirib bu müqəddəs torpaq, bu ulu diyar! Bu torpaq Babəklərin,
Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar keçmişdə də olub, bu gün də
var, onlar sabah da doğulacaqlar! Son dövrlərin narahat dünyası, zorla cəlb
edildiyimiz Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan indi də igidlər diyarı,
qəhrəmanlar ölkəsidir. Çünki bu torpaq halal torpaqdır. Kimlərinsə əlindən alın-
mayıb, kimlərdənsə zəbt olunmayıb. Halal bir torpağın övladları isə qəhrəman olmaya
bilməz. Hər insan da şəhid və qəhrəman ola bilməz! Qəhrəmanlar, şəhidlər Vətəni,
torpağı, Milləti və Dövləti canından və ailəsindən artıq sevənlərdir. Onlar cəsarətin,
hünərin , qorxmazlığın, şərəfin, namusun, qeyrətin, fədakarlığın simvollarıdır. Onlar
bizim, millətimizin, dövlətimizin qüruru, iftixarıdırlar.
Biz torpaqdan boy atıb, torpaqdan ucalmışıq. Torpaq bizim anamızdır. Torpaq -
beşiyimiz və məzarımızdır. Böyük türk şairi demişkən: “Torpaq - uğrunda ölən varsa,
Vətəndir!” Deməli, torpağı Vətənə çevirən, onun adını al qanı ilə günəşli üfüqlərə
yazan - onun övladlarıdır.
Əziz oxucular, bu günkü icmalın əsas mövzusu Vətən yolunda canından keçən
bu cür qəhrəman oğullardan sentyabr ayında yubileyləri olan - Azərbaycanın Milli
Qəhrəmanı Kərimov Kazımağa Mövsüm oğlu,
Məmmədov Seymur Qəhrəman oğlu
,
Qubadov Arif Vəliş oğlu, Yusifov Zakir Tofiq oğlu və Mirələkbər Mirələsgər oğlu
haqqındadır. Onlar adi insanlar deyillər. Hər birinin sinəsində Azərbaycanımıza sevgi
dolu atəşin bir ürək döyünürdü. Onlar neçə dəfə ölümün üstündən keçib, düşmən
üstünə yerimişdilər. Ürəklərində hələ nə qədər arzuları var idi! Onlar öz həyatlarını
Vətəni, torpağı, milləti, dövləti üçün heç düşünmədən fəda edənlərdilər. Onlar ad-san,
şan-şöhrət üçün vuruşmurdular, müqəddəs amal, müqəddəs vətən torpağının
toxunulmazlığı uğrunda vuruşurdular.
Yaşasaydılar hərəsi öz ailəsi və yaxınları ilə bu ay ad günlərini, yubiley
yaşlarını qeyd edəcəkdilər... İndi isə onları bütün Azərbaycan xalqı yad edir və
müqəddəs ruhları qarşısında ehtiramla baş əyir.
3
Azərbaycanın ilk Milli Qəhrəmanı Kazımağa Kərimov-
65
(01.09.1951-15.06.1992)
Azərbaycanın ilk Milli Qəhrəmanı adına layiq görülən
şəxs-lərdən biri olan Kazımağa Möhsün oğlu Kərimov 1951-ci il
sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində ziyalı
ailəsində anadan olmuşdur. Qubadlı rayon orta məktəbini
bitirdikdən sonra rayonun “Avanqard” qəzetinin mətbəəsində
yığıcı işləmiş , 1970-ci ildə Azər-baycan Dövlət Universitetinin
(indiki BDU) Jurnalistika fakültəsinə daxil olmuşdur.
Universiteti bitirdikdən sonra təyinatla “Azərbaycan
məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində
çalışmışdır. Sonralar Goranboy rayon Qızılhacılı kəndində Aqrar
Sənaye Bir-liyində hüquq məsləhətçisi kimi işə qəbul
olunmuşdur. 1988-ci ildə vətəndaşlıq borcunu yerinə yetirmək üçün cəbhə bölgəsinə
yollanmışdır. Kazımağa Kərimov 1991-ci ildə Goranboy rayonunda yaradılan könüllü
özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunmuş və baş leytenant
rütbəsi ilə doğma torpaqlarımızın müdafiəsinə qalxmışdı. İlk günlərdən bir çox mühüm hərbi
əməliyyatlarda iştirak etmiş, Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq,
Tapqaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə komandanlıq etmişdir. Kazımağa
Kərimov 1992-ci ilin 12-13 iyun tarixlərində Goranboy rayonunun azad olunması uğrunda
həyata keçirilən döyüşdə ayağından ağır yaralanmış, lakin çox qan itirdiyindən onun
həyatını xilas etmək mümkün olmamışdır. 1992- ci il iyun ayının 15-də vəfat etmişdir. Bakı
şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin
23 iyun 1992-ci il tarixli 6 saylı Fərmanı ilə Kərimov Kazımağa Mövsüm oğluna ölümündən
sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Qızılhacılı kənd Mədəniyyət
evi onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulmuşdur. Yaşasaydı bu il sentyabrın
1-də 65 yaşı tamam olacaqdı. Qəhrəman döyüşçü evli idi, bir oğlu yadigar qalıb.
Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Seymur Qəhrəman oğlu -
45
(18.09.1971-01.04.1992)
Məmmədov Seymur Qəhrəman oğlu 18 sentyabr 1971-ci
ildə Füzuli rayonunda dünyaya göz açmışdır. 1978-ci ildə 2 saylı
Füzuli rayon orta məktəbinə daxil olmuş, 1988-ci ildə məktəbi
bitirmişdir.
Elə həmin il Azərbaycan Politexnik İnstitutunun elektro-
texnika fakültəsinə daxil olmuşdur. Təhsil almaqla yanaşı, həm də
Füzuli şəhər rabitə şöbəsində işləyirdi.
1991-ci ildən isə hərbi xidmətə başlamışdır. Vladimir
vilayətinin Kovrov şəhə-rində artilleriya kursu keçir və Almaniyaya
göndərilir. Bir müddət sonra isə xidmətini Ukraynanın Çerniqov
şəhərində davam etdirir. Hərbi xidmətdən vətənə qayıdaraq, özünümüdafiə batalyonuna
yazılır.
4
Gedən döyüşlərdə və çətin əməliyyatlarda iştirak edir, Məlikcan kəndinin
ermənilərdən təmizlənməsi uğrunda gedən qeyri-bərabər döyüşdə 1 aprel 1992-ci ildə
S.Məmmədov qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası Prezidentinin 11 avqust
1992-ci il tarixli 131 saylı fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğluna ölümündən
sonra "Azərbaycanın Milli Qəhrəmanı"adı verilmişdir. Subay idi. Bakı şəhərinin Şəhidlər
xiyabanında dəfn edilmişdir.
Təhsil aldığı orta məktəb onun adını daşıyır.
Azərbaycanın Milli Qəhrəmanı Qubadov
Arif Vəliş oğlu-
50
(20.09.1966-25.09.2009) 50
Arif Vəliş oğlu Qubadov 20 sentyabr 1966-cı ildə Cəlilabad
rayonunun Əliqasımlı kəndində anadan olmuşdur. 1983-cü ildə kənd
orta məktəbini bitirmiş, 1984-cü ildə hərbi xidmətə çağırılmışdır.
Xidmətini SSRİ-nin müxtəlif yerlərində keçmişdir. 1992-ci ildə
vətənə qayıdaraq, Milli Orduda xidmət etməyə başladı. 1992-ci ildə
Sədərək bölgəsi uğrunda gedən döyüşdə qəhrəmanlıq göstərmiş,
düşmənin bir sıra texnikasını məhv etmişdir. 1993-cü ildə Ağdam
rayonuna göndərildi. Əfətli, Yusifcanlı kəndlərinin azadlığı uğrunda
mübarizədə iştirak etmişdir. 1993-cü ilin avqustunda taboru ilə Füzuli
bölgəsinə yollanır. 1994-cü ildə Tərtər və Ağdərə döyüşlərində fəal
iştirak etmiş, rəşadəti ilə seçilmişdir. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini
bitirmişdir. 2001-ci ildə Azərbaycan Respublikası Sərhəd Qoşunları Hərbi Akademiyasına
daxil olmuş, 2003-cü ildə bitirmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-
ci il tarixli 307 saylı fərmanı ilə Qubadov Arif Vəliş oğluna "Azərbaycanın Milli
Qəhrəmanı" fəxri adı verilmişdir. Polkovnik - leytenant rütbəsinə yüksəlmişdir. 2009-cu il
25 sentyabrda uzun sürən xəstəlikdən vəfat etmişdir. Ailəli idi. Cəlilabad rayonunun
Əliqasımlı kəndində dəfn olunmuşdur.
Azərbaycanın Milli Qəhrəmanı Yusifov Zakir Tofiq oğlu -
60
(29.09.1956-11.10.1992)
29 sentyabr 1956-cı ildə Bakı şəhərində doğulmuşdur. 1974-
cü ildə 194 saylı orta məktəbi bitirdikdən sonra Sasovski adına Mülki
Təyyarəçilik Məktəbinə daxil olmuşdur. 1977-ci ildə təhsilini başa
vuraraq, Yevlax aviadəstəsində əmək fəaliyyətinə başlamışdır. AN-2
təyyarəsinin komandiri, eskadrilya komandirinin müavini, eskad-
rilya komandiri, uçuşu təşkil və təminetmə müfəttişliyinin təyyarəçi-
müfəttişi... Belə çətin, məsul vəzifələrdə çalışsa da ali təhsil almağı
da unutmurdu. O, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq
fakültəsinin qiyabi şöbəsini bitirmişdir. Respublikada ilk hərbi
vertolyot eskadrilyasının yaradılması nə qədər ağır və çətin iş olsa
da, o, Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə birlikdə bu işi öz öhdəsinə
götürmüşdü. Zakir Yusifov az vaxtda Mİ-24 vertolyotunu bütün incəliklərinəcən öyrən-
5
mişdi. Sonra döyüş tapşırıqları, Qarabağa uçuşlar... Bu uçuşlar arasında ən yadda qalanlar-
dan biri, sözsüz ki, aprel ayının 11-də Füzuli-Xocavənd istiqamətində həyata keçirdikləri
uçuş idi. Zakir Yusifov həmin gün ilk dəfə idi ki, hərbi vertolyot komandiri kimi havaya
qalxmışdı. Uçuş uğurlu oldu. Onlar döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirib geri
qayıtdılar. Cəsur komandir yüzdən artıq hərbi uçuş keçirərək Əsgəran, Füzuli, Xocavənd,
Tərtər, Ağdərə, Şuşakənd uğrunda gedən döyüşlərdə iştirak etmiş və Azərbaycan Hərbi
Aviasiyasının döyüş salnaməsinə şanlı səhifələr yazmışdır. 11 oktyabr 1992-ci il... Zakir
Yusifovun son uçuşu... Səfiyan kəndində növbəti əməliyyat zamanı onun vertolyotu vuruldu.
Bütün heyət həlak oldu.
Ailəli idi. İki qızı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə
Yusifov Zakir Tofiq oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı
verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Vaxtilə oxuduğu 194 saylı orta məktəb və Bakının Nizami rayonundakı küçələrdən biri
onun adını daşıyır.
Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mirələkbər
Mirələsgər oğlu -
55
(30.09.1961-05.03.1994)
30 sentyabr 1961-ci ildə Qərbi Azərbaycanın Vedibasar
mahalının Xalisa kəndində doğulmuşdur. Birinci sinfə burada getmiş,
sonra Bakı şəhərinə köçmüşlər.1978-ci ildə Bakı şəhərindəki 158
saylı orta məktəbi bitirmiş və hərbi xidmətə getmişdir. Daha sonra
Bakıda 153 saylı orta məktəbdə ibtidai hərbi
hazırlıq müəllimi
işləmişdir. Qarabağda ermənilərin törətdikləri ağılasığmaz
vəhşiliklər Mirələkbəri bərk narahat edirdi. O, könüllü olaraq cəbhəyə göndərilməsini
xahiş edir. 1993-cü ildə onu yenicə yaradılmış Yasamal taboruna komandir təyin
edirlər. Mirələkbər öz taboru ilə Füzuli rayonunun Kürdmahmudlu, Aşağı
Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Onun son
döyüü 5 mart 1994-cü ildə olur. Mənfur erməni quldurları iki kəndi işğal etdir. Əks
hücuma keçən cəsur komandirin taboru kəndləri azad edir. Bu döyüşdə faşist
ermənilərin gülləsinə tuş gələn Mirələkbər qəhrəmancasına şəhid olur. Evli idi, bir
övladı yadigar qalıb. Bakı şəhərinin ġəhidlər xiyabanında dəfn edilmişdir. Vaxtilə
dərs dediyi 153 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.
Qədirbilən Azərbaycan xalqı öz qəhrəman övladlarını heç vaxt unutmur. On-
ların qəhrəmanlıq yolundan bəhs edən neçə-neçə kitablar yazılıb, sənədli filmlər
çəkilib, internetdə və kütləvi informasiya vasitələrində adları ehtiramla yad olunur.
6
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rolu olan C.Cabbarlı
adına Respublika Gənclər Kitabxanasının fondunda da Milli Qəhrəmanlarımız
haqqında bir sıra kitablar var. Dövri mətbuatda və ardı davam edən nəşrlərdə Milli
Qəhrəmanlar haqqında çıxan məqalələr kitabxana qaydasında işlənərək ənənəvi və
elektron kartotekada ayrılmış “Milli Qəhrəmanlar” bölməsində yerləşdirilib.
Kitabxanamızda həmçinin Milli Qəhrəmanlar haqqında stend tərtib edilib, il ərzində
maraqlı və yaddaqalan tədbirlər keçirilir.
Mən bu gün Sizə kitabxanamızın fondunda olan Milli Qəhrəmanlara həsr
olunmuş kitablardan bir neçəsinin icmalını təqdim edirəm:
1. Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları
/ red. N. Məmmədov [et al.] ; foto: R. Bağırov, O. Aydın-
oğlu. - Bakı : "Abşeron Nəşr" MMC, 2013.- 224 s. : rəngli
foto ; 25 sm. - Kitab Ümummilli Liderimiz Heydər
Əliyevin 90 illik yubileyinə həsr edilmişdir.
Bu kitab şəhidlik zirvəsinə ucalan, öz ölümləri ilə
ölümsüzlüyə qovuşan, adlarını hərb tariximizə qızıl hərf-
lərlə yazan, Qəhrəmanlıq səlnaməsini yazaraq Qəhrə-
manlıq zirvəsinə ucalan Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda mərdlik və şücaət göstərərək Azərbay-
canın Milli Qəhrəmanı adına layiq görülmüş 193 şəhid
Milli Qəhrəman ailələri və 18 sağ Milli Qəhrəmanlarla Ümimmilli Liderimiz Heydər
Əliyevin görüşlərindən, onlara göstərilən diqqət və qayğıdan bəhs edilir.
2. Əliyev, Oqtay Bəndalı oğlu. Heydər Əliyev və Azərbay-
canın Milli Qəhrəmanları - Müqəddəs amal / O. B. Əliyev,
N. O. Abbasov; red. Ə. Ə. Amaşov.- Bakı : Ərgünəş, 2015. -
360 s.
Kitabda Ümummilli Liderimiz Heydər Əliyevin və
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin ərazi
bütövlüyü uğrunda mərdlik və şücaət göstərərək Azərbay-
canın Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Milli
Qəhrəman ailələri və yaşayan Milli Qəhrəmanlarla görüş-
lərində dövlət tərəfindən onlara göstərilən diqqət və
qayğıdan bəhs edilir.
7
3. Vüqar Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı:
Respublika Xatirə Kitabı Redaksiyası, 2005. -251 s.
Bu kitabın həcmi kiçik olsa da, siqləti, məna tutumu böyük-
dür. Burada Azərbaycanın adını ucadan-uca tutan 209 qəhrəman
baş-başa verib. Hər birinin öz döyüş hünəri, rəşadəti, öz tərcümeyi-
halı... Onların hamısını eyni məqsəd, eyni amal birləşdirirdi:
Azərbaycanın suverenliyi, dövlətçiliyi və torpaqlarımızın bütöv-
lüyü! Azərbaycanın Milli Qəhrəmanları barədə çox yazılıb,
ekrandan, efirdən çox deyilib, ayrı-ayrı kitablar buraxılıb, sənədli
filmlər çəkilib. Lakin ilk dəfədir ki, onların hamısını “bir dam
altında” toplayan belə bir toplu işıq üzü görüb. Gərgin zəhmət
bahasına başa gəlib bu kitab. Kitabı Qarabağ müharibəsinin iştirakçısı Vüqar Əsgərov neçə
müddət respublikamızın əksər rayonlarına gedərək qəhrəmanların doğmaları, yaxınları,
dostları, tanışları ilə görüşmüş və zəngin faktlar toplayaraq yazmışdır.
4.
Seyidzadə, Mirbəşir Mirsultan oğlu. Milli qəhrəmanlar
zirvəsi / M. M. Seyidzadə ; ön sözün müəl. Q. Ə. Paşayeva ;
red. N. Vəliyev. - Bakı : CBS Polygraphic Production, 2010.
- 256 s.
Kitab Azərbaycanın Milli Qəhrəmanlarına həsr edil-
mişdir. Kitabda torpaqlarımızın, dövlətçiliyimizin toxunul-
mazlığı, elindən-obasından didərgin salınmış yurddaşla-
rımızın müdafiəsi uğrunda mübarizə apararaq, misilsiz
igidliklər göstərən Azərbaycanın Milli Qəhrəmanlarının
həyat yolu, döyüş bölgələrində göstərdikləri şücaətləri
işıqlandırılır.
5. Əlamətdar və tarixi günlər təqvimi - 2016 / baş red. K.Tahirov; red. G.Səfərəliyeva;
məsul katib N. Alışova; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.- Bakı, 2016.-
430 s.
Sizə təqdim etdiyimiz “Əlamətdar və tarixi günlər təqvimi” 1961-ci ildən nəşr edilir.
2005-ci ildən isə “Əlamətdar və tarixi günlər təqvimi” adı ilə nəşr olunur. Bu illər ərzində
təqvim daha da təkmilləşdirilmiş, mövzu üzrə bölmələrin sayı artırılaraq həcmi
genişləndirilmiş, geniş məlumat mənbəyi kimi formalaşdırılmışdır. Təqvimi nəşr etməkdə
əsas məqsəd geniş oxucu kütləsinə və mütəxəssislərə respublikanın ictimai-siyasi, iqtisadi,
mədəni, elmi həyatında baş verən mühüm əlamətdar hadisələri və başqa dəqiqləşdirilmiş
məlumatları çatdırmaqdır. Təqvimdə son dövrlərdə cəlb olunduğumuz müharibə ilə əlaqədar
torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycanın
Milli Qəhrəmanı adını alan Vətən övladları haqqında bölmə də yer alıb. Təqvimdə hər ay
8
yubiley yaşı olan Milli Qəhrəmanlar üçün səhifə ayrılıb və həmin səhifədə Milli Qəhrəmanın
şəkli, həyatı və keçdiyi döyüş yolu və haqqında ədəbiyyat siyahısı verilir. Bu gün söhbət
açdığımız Milli Qəhrəmanların da hər biri haqqında məlumatı bu kitabdan əldə edə
bilərsiniz. Kitabın tam mətni google.az və anl.az saytlarında da yerləşdirilib.
6. Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Tərt. ed.:
H. Həmidova.- Bakı, 2008.- S.112.
Sizə təqdim olunan bu biblioqrafik vəsait Vətənimizin
tarixində, millətimizin ürəyində özlərinə ölməzlik abidəsi ucaldan
Azərbaycanın Milli Qəhrəmanlarına həsr edilmişdir.
Biblioqrafiyada 1992-2007-ci ilin may ayına qədər kitab,
məcmuə və dövri dövri mətbuat səhifələrində dərc edilmiş
publisistik məqalələr və bədii ədəbiyyat nümunələri toplanmışdır.
Göstərici tövsiyə xarakteri daşıyır.
Vəsaitdə materiallar Milli Qəhrəmanların soyadlarının
əlifba sırası ilə verilmişdir. Əvvəlcə Milli Qəhrəman adına layiq
görülmələri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, sonra onların
qəhrəmanlıqlarını tərənnüm edən ədəbiyyat verilmişdir. Vəsaitdən istifadəni asanlaşdırmaq
məqsədilə burada 3 köməkçi göstərici: “ Müəlliflərin əlifba göstəricisi”, “” Sərlövhələrin
əlifba göstəricisi və “ Coğrafi adlar göstəricisi” verilmişdir.
Yuxarıda haqqında danışdığımız Milli Qəhrəmanların hər biri haqqında bu vəsaitdən
məlumatlar əldə edə bilərsiniz.
Nəhayət çıxışımı bu fikirlərlə yekunlaşdırmaq istəyirəm.
Vətən bizim varlığımız,
fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını
qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar isə heç vaxt
unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Onlar qədirbilən xalqımızın
qəlbində əbədi yaşayır, gələcək nəslə örnək kimi həmişə xatırlanır və xatırlanacaq.
9
İcmalı hazırladı: İnformasiya-resurs şöbəsinin böyük kitabxanaçısı
Məmmədova Tamella
Ünvan:
Az 1065, Yasamal rayonu, Bakı şəhəri N.Nərimanov küç., 203
Е-mail: ryl.az@mail.ru
URL: www.ryl.az
Əlaqə telefonları:
(+994 012) 538 02 47
538 54 57
538 93 54
Dostları ilə paylaş: |