BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4 Təbiət elmləri seriyası 2014
GE
OLOGİYA
UOT 55(479.24)
BÖYÜK QAFQAZIN AZƏRBAYCAN HİSSƏSİNİN
GEOLOJİ İNKİŞAF TARİXİ VƏ
ÇÖKÜNTÜLƏRİN ÇÖKMƏ REJİMİ VƏ ŞƏRAİTİ
Ə.M.QURBANOV*, E.F.QƏMBƏROVA, R.R.NƏZƏROVA,
H.M.HÜSEYNOV*, Ş.R.BALAMMƏDOV*, M.F.QURBANOV**
Bakı Dövlət Universiteti*, Neftqazelmitədqiqatlayihə**
rovshanhm@mail.ru
M
əqalədə strukturların, fasiya və qalınlıqların dəyişməsi, çöküntütoplanma şəraiti,
paleotektonik rejim,
ərazinin geoloji inkişaf tarixinin xüsusiyyətlərinə əsasən Böyük Qafqazın
Az
ərbaycan hissəsinin geoloji inkişaf tarixi, çöküntülərin çökmə rejimi və şəraiti öyrənilmişdir.
T
ədqiqat sahəsinin geoloji quruluşunda toar-aalendən dördüncü dövrə qədər intervalda
çöküntütoplanma rejimi v
ə şəraiti analiz edilmiş və hər geoloji dövrün geoloji inkişaf tarixi
öyr
ənilmişdir.
Açar sözl
ər: Böyük Qafqaz, Azərbaycan, geologiya, inkişaf tarixi, çöküntü, çökmə rejimi
Böyük Qafqazın Azərbaycan hissəsində çöküntülərin çökmə rejimi və
şəraiti, geoloji inkişaf tarixinin öyrənilməsi, bu sahənin tektonik inkişafını
aydınlaşdırmağa imkan verir. Bu məsələlərlə V.V.Belousov, M.R.Mirçink,
V.Y.Xain, Ə.Ə.Əlizadə, Ə.Ş.Şixəlibəyli, M.M.Zeynalov, B.M.İsayev, Ə.Məm-
m
ədov, Ə.M.Qurbanov və s. məşğul olmuşlar.
T
ədqiqat sahəsinin geoloji quruluşunda toar-aalendən dördüncü dövrə
q
ədər yaşlı çöküntü kompleksi iştirak edir. V.Y.Xainə görə (7) erkən paleo-
zoyda bütün Qafqaz
ərazisini əhatə edən geniş geosinklinal zonası əhatə et-
mişdir və gec paleozoyda və həmçinin triasda paleozoy geosinklinalı inkişaf
ed
ərək alb əsrində genişlənmiş və dərinləşmişdir (4).
Toar-aalen
əsrlərində tədqiqat sahəsində ayrı-ayrı dərin çökmə höv-
z
ələri əmələ gəlmiş və bu hövzələrdə əsasən gilli çöküntülər və qumdaşları
çökdürülmüşdür. Aalen əsrinin əvvəlində Böyük Qafqaz miogeosinklinalı alp
m
ərhələsində sürətlə inkişaf etməyə başlamışdır. Erkən aalenin sonunda çökmə
rejimind
ə dəyişiklik baş verir və gillər üstünlük təşkil edir. Eyni zamanda,
82
Axva
y aşırımı və Maza kəndi (şimal yamacı) sahəsində Baş Qafqaz dərinlik
qırılması boyu əsasi tərkibli maqma aalenin gilli siderit lay dəstəsini kəsir.
Gec aalenin başlanğıcında dəniz dibinin diferensasiyası azalır, gillərin
çökdürülm
əsi çoxalır, əsrin axırında bu proses aktivləşir və gillər qumdaşları
il
ə əvəz olunur, Böyük Qafqaz meqantiklinoriumunun mərkəzi hissəsi qalx-
mağa başlayır. Aalen əsrinin əvvəlində çöküntü çökdürülən hövzələr dərinləşir
v
ə əsrin axırında tədricən dayazlaşmağa başlayır (8).
Aalen m
ərtəbəsi çöküntülərinin qalınlığı Balakən rayonunda 2000 m,
c
ənub-şərq istiqamətində 1500 m, Samur hövzəsində qalınlıq minimumdur ki,
bu da aalen
əsrində bu zonada daxili geoantiklinalların varlığını göstərir. Aalen
m
ərtəbəsini təşkil edən çöküntülər ayrı-ayrı qumdaşı, qumdaşılı-gilli təbə-
q
ələrin, qumdaşı linzaları, konqlomerat və dəmirli konqlomeratlardan ibarətdir
ki, bu da daxili yuyulma zonalarının varlığını göstərir. Yuxarı Filfili kəndi
ətrafında ilk dəfə Ə.Ş.Şixəlibəyli və bizim geoloji planalma (xəritəalma) işləri
zamanı epaleozoy yaşlı mikalı şistlər tapılmışdır (3, 8).
Ə.Ş.Şixəlibəyliyə görə (8), aalen yarımformasiyasının yaranmasında şi-
malda Şamur çayı hövzəsində və cənubda Kür çökəkliyində yerləşən quru
sah
ələrindən gətirilən terrigen çöküntülər əsas rol oynamışdır.
Aalen
əsrindən bayos əsrinə keçid Qafqaz geoantiklinalından şimalda
bir-birind
ən fərqlənən Tfan və Vənam struktur-formasiya zonalarının ayrılması
il
ə xarakterizə edilir. Yəni bir keçid dövründə Balakən-Vəndam və Tfan pillə-
l
əri ayrılır. Bunlardan birincisi sərbəst şəklində inkişaf edir, ikincisi isə öz inki-
şafını gələcək Mərkəz qalxımı zolağından şimalda və cənubda körfəzlərin dibi-
nin diferensiasiyasının yeni tendensiya fonunda davam edir və bu sahədə dəniz
körf
əzlərinin dayazlaşması baş verir. Bu pillələr fasiyaların ayrılmasında baş-
lıca rol oynayan Zəngi dərinlik qırılması ilə bir-birindən ayrılır (şəkil 1).
Şək. 2. Orta yura epoxasının litofasiya və qalınlıqlar xəritəsi
Fasiyalar: 1-gilli-
şistli; 2-gilli-şistli—qumlu-alevritli; 3-gilli-şistli; 4-andezit-porfiritli; 5-struk-
tur-
fasial zonaların sərhədləri; 6-litofasial yarımzonaların sərhədləri; 7-izoqalınlıq xətləri; 8-
Yer s
əthində açılmış orta yura törəmələri; 9-terrigen materialın gətirilmə istiqaməti.
83
Tfan struktur-formasiya
zonasında bayos çöküntüləri əsasən Xınalıq-
Xuray v
ə Rüstəmbaz-İlisu sinklinoriumlarında geniş yayılmış və alevroqum-
daşlı materiallardan ibarətdir. Qumdaşları çəp laylı, üzərində dalğavari izlərin
varlığı, qara gilli şist çaqıl birləşmələri, qumdaşı linzaları, konqlomerat və
brekçiya laylarından təşkil olunmuşdur.
Yuxarıda göstərilən xüsusiyyətlər Mərkəzi qalxımın intensiv qalxması
v
ə yuyulması nəticəsində bayos mərtəbəsində qalın qumdaşları təbəqəsi top-
lanmışdır. Bayos çöküntülərinin faiz nisbətinin analizi göstərir ki, bu çö-
küntül
ərin tərkibində qumdaşları qərbdən şərqə doğru çoxluq təşkil edir. Bun-
lar onunla izah edilir ki, bayos
əsrinin əvvəlində tədqiqat sahəsində eninə tek-
tonik strukturla inkişaf edir və Sarıbaş qalxımı, Daşağıl çökəyi, Qəbələ qalxımı
v
ə Şərqi Salavat çökəyi eninə tektonik strukturları formalaşır. Bunlar, eninə
d
ərinlik tektonik qırılmaları ilə bir-birindən ayrılır.
Böyük Qafqazın Azərbaycan hissəsində bat mərtəbəsi çöküntüləri Tfan
struktur-
formasiya zonasında yayılmışdır. Balakən-Vəndam qırışıqlıq zonası-
nın kəsilişində bayos əsrindən gec titon əsrinə qədər fasilənin olması nəticə-
sind
ə bat çöküntüləri iştirak etmir.
Bayos m
ərtəbəsi çöküntülərindən fərqli olaraq, bat çöküntülərinin tərki-
bind
ə qumdaşlarının qalınlığı birdən-birə azalır və mineraloji tərkibi dəyişir.
Bu çöküntül
ərdə qumdaşı və şistlərin az qalınlıqla tez-tez növbələşməsinə görə
bunlar lentvari-
şistli lay dəstəsi adlandırılmışdır (Ə.Ş.Şıxəlibəyli, 1956). Bat
çöküntül
ərinin ümumi qalınlığı 120-500 m arasında dəyişir.
Orta v
ə gec yura epoxalarının keçid sərhədində Böyük Qafqazda geo-
tektonik rejimin d
əyişməsi ilə əlaqədar olaraq, orta yuranın terrigen çöküntüləri
karbonatlı mergellərlə əvəz olunur. Bu epoxada yeni qalxım və çökəklər əmələ
g
əlir ki, bunlardan birincilər daxili yuyulma sahələri kimi fəaliyyət göstərir
(şəkil 2).
Şək. 2. Gec yura epoxasının litofasiya və qalınlıqlar xəritəsi
Fasiyalar: 1-
karbonatlı; 2-gilli-karbonatlı-qumlu; 3-gilli-karbonatlı-alevritli; 4-litofasial yarım-
zonaların sərhədləri; 5-struktur-fasial zonaların sərhədləri; 6-izoqalınlıq xətləri; 7-Yer səthində
açılmış üstyura törəmələri; 8-quru; 9-terrigen materialın gətirilmə istiqaməti.
84
T
ədqiqat sahəsində oksford-kellovey çöküntülərinin az yayılması gec
yuranın əvvəlində Mərkəzi və Vəndam qalxımlarının inkişafı güclənir və nəti-
c
ədə quru sahələr daha da böyüyür. Bu səbəbdən də oksford-kellovey çökün-
tül
əri ayrı-ayrı lokal çökəklərdə rast gəlinir. Böyük Qafqazın şərq hissəsinin
sonrakı inkişaf dövründə bu çöküntülər intensiv yuyulmaya məruz qalır.
Qeyd etm
ək lazımdır ki, gec yuranın əvvəlində diferensial tektonik hərə-
k
ətlərin güclənməsi Baş Qafqaz, Meçex və Zəngi dərinlik qırılmalarının oyan-
ması ilə bağlıdır.
Kimeric
əsrinin əvvəlində Böyük Qafqazda paleotektonik rejimin
sakitl
əşməsi baş verir. Bu əsrdə çöküntü toplanma sahəsi kimeric dənizinin
transqressiyası nəticəsində genişlənir.
Kimeric m
ərtəbəsi çöküntüləri Rüstəmbaz-İlisu və Zaqatala-Qovdağ sin-
klino
riumunda toplanmış və terrigen və karbonatlı süxurların növbələşməsin-
d
ən ibarətdir. Eninə qalxımlarda qumdaşları çoxluq, eninə çökəklərdə isə azlıq
t
əşkil etmişdir.
Qeyd etm
ək lazımdır ki, batın axırı və kimericin əvvəlində Zaqatala-
Qovdağ sinkilinoriumunun cənub sərhədində Duruca, şimal sərhədində isə Me-
çexçadaur qalxımları ayrılmışdır. Daşağıl, Bədəldərə, Küngüt və Çıxoturmaz
çayları vadilərində Duruca qalxımının şimal qanadında 180-300 m qalınlığında
kimeric şöküntüləri aalen çöküntülərini transqressiv olaraq örtür. V.B.Ağayev
(2) Duruca qalxımının cənub sərhədində kimeric yaşlı iri dənəli karbonatlı və
terrigen çöküntül
ərdən ibarət ensiz zolaq şəklində izləndiyini və bu çökün-
tül
ərin titonda və tabaşirin başlanğıcında yuyulduğunu qeyd edir.
Titon
əsrində Tfan struktur-formasiya zonasında çöküntü toplanma höv-
z
ələri daralmış və Tfan mərkəzi qalxımından cənuba keçmiş və burada əsasən
qırmızı, yaşıl və yaşımtıl-boz zəif silisli pelitomorf əhəngdaşları, karbonatlı
qum
daşları və gillər toplanmışdır. Qumdaşları şimala doğru tədricən artır. Bu
artım, eləcə də eninə qalxımlarda da nəzərə çarpır.
Titon çöküntül
əri litoloji tərkibcə İlisu (200 m-ə qədər) və Qızılqazma
(80-150 m-
ə qədər) lay dəstələrinə bölünür.
Titon-valanjin m
ərtəbələri çöküntüləri litoloji tərkibinə görə Böyük Qaf-
qazın cənub yamacında yayılan eyni yaşlı çöküntülərdən tamam fərqlənən
t
ərkibdə Şahdağ sinklinoriumunda geniş yer tutur. Bu sinklinal sahəsi zonası-
nın əmələ gəlmə mexanizmi və bunu təşkil edən çöküntülərin tərkibi haqqında
“Az
ərbaycanda geofizika yenilikləri” jurnalının 1-2 saylı 2009-cu il nömrəsin-
d
ə (səh.33) məqaləmiz dərc olunmuşdur.
Gec yuradan erk
ən tabaşirə keçid mərhələsində şaquli hərəkətlərin güc-
l
ənməsi ilə ayrı-ayrı strukturları bir-birindən ayıran Meçexçadaur, Qaynar və
Z
əngi dərinlik qırılmaları maksimal inkişaf səviyyəsinə çatır.
Valanjin
əsrinin əvvəlində Tfan struktur-formasiya zonasında dəniz höv-
z
əsi cənuba, müasir Zaqatala-Qovdağ sinklinoriumu ərazisinə keçir və burada
titon v
ə valanjin çöküntüləri arasında keçid tədricən baş verir (3).
Böyük Qafqazın qərbində Düzsırt sinklinoriumunda, Tfan struktur-forma-
85
siya zonasında eyni tərkibli karbonatlı çöküntülər çökdürülmüş, bəzən gil və
qumdaşı laycıqları da iştirak edir. Bu çöküntülərin maksimal qalınlığı Şərqi Sa-
lavat v
ə Daşağıl eninə çökəklərində (700-1300 m), minimal qalınlıqları isə Qəbələ
enin
ə qalxımında (400 m-ə qədər) təşkil edir. Bu zonada valanjin hövzəsinə
g
ətirilən çöküntülər Tfan antiklinoriumu sahəsindəki qurudan gətirilmişdir.
V
əndam struktur-formasiya zonasında əvvəlki zonaya nisbətən terrigen
materialların toplanması müəyyən qədər artır. Eyni zamanda, belə artım şərq-
d
ən qərbə doğru da baş verir.
Duruca qalxımının cənubunda ayrı-ayrı sahələrdə (Dəmiraparan, Bum-
V
əndam, Tikanlı və Şin çayları hövzələrində) valanjin mərtəbəsinin çöküntü-
l
əri qeyri-uyğun olaraq aalen mərtəbəsi çöküntüləri üzərində yatır. Burada
valanjin m
ərtəbəsinin kəsilişində gilli şistlər və qumdaşlarının iştirakı Duruca
qalxımının cənub qanadının yuyulması nəticəsində baş verir. Şəki-Qax ma-
gistralında Kişçayın sağ sahilində valanjin yaşlı çöküntülərin dabanında 5 m-
lik bazalt konqlomeratları yatır. Valanjin çöküntülərinin fasial və qalınlıq ana-
lizi göst
ərir ki, bu çöküntülərin maksimal qalınlığı Qax sinklinoriumu zola-
ğında yerləşir (700-800 m). Terrigen materiallar cənubdan Kür intrageoan-
tiklinalından və şimaldan Duruca və digər daxili qalxımlarından, Tfan zonası
çökm
ə zonasına isə şimal quru sahəsindən gətirilmişdir.
Şimalda Tfan qalxımı və Vəndamçay-Göyçay arası quru sahələrin geniş-
l
ənməsi nəticəsində hoteriv yaşlı çöküntülər Tfan struktur-fasial zonasının şərq
hiss
əsi – Dibrar fasial zonasında 650-700 m qalınlığında çökdürülmüş və bu
qalınlıq Girdiman-Dəmiraparançay çayları arası sahədə 350-400 m-ə qədər
azal
mışdır. Bu, onunla izah edilir ki, çöküntü toplanma hövzəsinin dərinlik
amplitudu D
əmiraparançay və Göyçay çayları arası sahədən qərbə və şərqə
t
ədricən artmışdır.
V
əndam struktur-fasial zonasında hoteriv əsrində əsasən əhngdaşı, qum-
daşı, mergel və gillərin ritmik növbələşməsindən ibarət fliş toplanmışdır. Bu
zonaya terrigen materiallar Kür v
ə Gəndob quru sahəsindən gətirilmişdir.
Barrem
əsrində Böyük Qafqazın Azərbaycan hissəsində çöküntütoplanma
rejimi v
ə şəraiti dəyişmir, Tfan struktur-formasiya zonasında (Zaqatala-Qovdağ
sinklinoriumunda)
əsasən əhəngdaşı, qumdaşı, bəzən gil laycıqları toplanmış
v
ə qalınlığı 430-500 m təşkil etmişdir. Vəndam qırışıqlıq zonasında bu çökün-
tül
ər 325-350 m qalınlığındadır. Hər iki struktur-fasial zonada bu çöküntülərin
maksimal qalınlığı onların şərq hissəsində qeyd olunur.
Qeyd etm
ək lazımdır ki, barrem əsrində Duruca qalxımı bəzi sahələrdə su
s
əthinə çıxır və Zaqatala-Qovdağ və Vəndam zonalarına gətirilən terrigen ma-
terialların yuyulma mənbəyinə çevrilir. Zaqatala-Qovdağ zonasına gətirilən
terri
gen materialın əsas mənbəyi Tfan qalxımı, Vəndam zonasında isə Kür
a
ntiklinoriumu olmuşdur.
Apt
əsrində çöküntülərin çökmə şəraiti və rejimi nəzərəçarpacaq dərəcədə
d
əyişmişdir.
Şahdağ zonasında apt çöküntüləri iştirak etmir, onların sonrakı əsrlərdə
86
yuyulma izl
əri rast gəlinmir (5).
Zaqatala-
Qovdağ zonasında bu çöküntülər Xalxalçay-Küngütçay çayları ara-
sı sahədə ensiz sinklinalların tağında qalmışdır. Burada bu çöküntülər boz, tünd-
boz gilli şistlərdən, alevrolitlərdən, nazik qumlu əhəngdaşı və əhəngdaşı laycıq-
larından ibarət olub, 100 m qalınlıqla bqrrem çöküntülərini uyğun olaraq örtür.
V
əndam struktur-formasiya zonasında apt çöküntüləri, ancaq Oğuz anti-
kli
noriumunun şimal qanadında əhəngdaşı və qumdaşları ilə növbələşən gillər-
d
ən ibarət tərkibdə rast gəlinir. Bunların maksimal qalınlığı Daşağılçay-Şinçay
arasında (300-350 m), şərqdə Göyçay-Axoxçay arasında 120-180 m-ə qədər
azalır. Əsas terrigen materialların gətirilmə mənbəyi Vəndam zonası üçün cə-
nubda Kür geoantiklinoriumu olmuşdur. Duruca qalxımından yaxın məsafələrə
terrigen materiallar g
ətirilmişdir.
Erk
ən alb əsrində apt əsrində qeyd edilən çökmə tempi və rejimi Tfan
zonasında dəyişməmiş qalmışdır. Gec albda Tfan zonasına qırıntılı terrigen
materialların gətirilməsi artır və burada alb və senoman əsrlərində qumdaşı və
gill
ərin növbələşməsindən ibarət fliş yaranır. Onların maksimal toplanması
400-
450 m qalınlığında Şərqi Salavat eninə çökəkliyində baş vermişdir. Buraya
terrigen materiallar
əsasən şimaldan, eyni zamanda cənubdan da gətirilmişdir
(6). C
ənub quru sahələr müasir Duruca qalxımının (qərbdə) və Lahıc sinklino-
riumunun yerind
ə yerləşmişdir. Duruca quru sahəsi alb-senoman əsrlərində
V
əndam zonasından Tfan zonasına tufogen materialların daxil olmasına ma-
neçilik tör
ədən arakəsmə yaratmışdır.
V
əndam zonasında gec albda vulkanik fəaliyyət başlayır və senoman əsrinin
sonuna q
ədər davam edir. Gec albda əsasən tufogen qumdaşları, qillər, qumdaşları
v
ə mergellər, senoman əsrində isə tufokonqlomerat, tuflu brekçiya və porfiritlər
çökdürülmüşdür. Vəndam zonasının tufogen süxurlarının tərkibinin dəyişməsi
h
əm də sahələr üzrə də baş vermişdir. Bu çöküntülər iki zolaqda: şimalda Zəngi
d
ərinlik qırılması boyu (Daşağıl sinklinoriumunda) və Lahıc çökəkliyinin cənub
qanadında və cənubda – Qax sinklinoriumunun mərkəzində və Gəndob qalxımının
c
ənub qanadında. Şimal zolaqda bu çöküntülər vulkanogen-çökmə təbəqəsi, tuflu
qumdaşı, tuf, tuffit və mergellərdən və bəzən əhəngdaşı laycıqlarından ibarətdir və
sonuncular şərqdə porfirit laycıqları ilə əvəz olunur.
C
ənub zolağının şərq hissəsində Ağsuçay vadisində Çağan kəndi mate-
rialında senoman çöküntüləri xırda və orta dənəli tuflu qumdaşlarından ibarət
olub, q
ərbdə Girdiman-Axox çayları arası sahədə komud dənəli tuflu qum-
daşları, tufokonqlomerat, tuflu brekçiya və porfiritlərlə əvəz olunur. Bu, onunla
izah olunur ki, vulkanizmin
əsas ocağı Girdiman-Axox çayları arası sahədə
yerl
əşmişdir. Bu dövrdə terrigen materiallar cənubdan gətirilmişdir. Bu əsrdə
G
əndob və Şəki sahələrinin genişlənməsinə baxmayaraq, Vəndam zonasında
çöküntül
ərin tərkibinə təsir göstərməmişdir.
Andezit t
ərkibli lava örtüyü qərbdə Daşağılçay və Küngütçayın kəsilişin-
d
ə, şərqdə isə Girdimançay və Talıştançayın kəsilişində qeyd olunur. Bu sahə-
l
ərdən şərqə və qərbə doğru lava örtükləri itir.
87
R.N.Abdullayev
ə (1) görə eksploziya əmsalı bu sahələrdə 85% təşkil edir.
Alt senoman çöküntül
ərinin maksimal qalınlığı tədqiqat sahəsinin şərq
hiss
əsində 400-450 m təşkil edir.
Gec tabaşir epoxasının başlanğıcından Tfan struktur-formasiya zonasında
d
ənizin reqressiyası nəzərəçarpacaq dərəcədə artır və bunun nəticəsində Böyük
Qafqaz meqantiklinoriumu sür
ətlə qalxır.
Turon-konyak
əsrlərində çöküntülərin Tfan struktur-formasiya zonasının
şərqində - Dibrar hissəsində Tfan quru sahəsi ilə Zəngi tikiş zolağı arasında
ensiz zolaqda toplanmışdır. Burada pelitomorf əhəngdaşı, qumdaşı, mergel və
gill
ərin növbələşməsindən ibarət fliş çökdürülmüşdür.
V
əndam struktur-formasiya zonasında turon-konyak əsrlərində narıncı
qırmızı və qırmışı rəngli karbonatlı, silisli, bəzən tufogen mənşəli çöküntülər
çökdürülmüşdür. Süxurların rəngi və tərkibi senoman yaşlı tufogen süxurların
yuyulması ilə əlaqədar olmuşdur. Maksimal çöküntü toplanması Şərqi Salavat
(200 m) v
ə Daşağıl (160-180 m) çökəklərində baş vermişdir. Çöküntülərin
g
ətirildiyi sahələri Kür, Şəki, Duruca quru sahələri və daxili sualtı qalxmalar
olmuşdur.
Tfan struktur-
formasiya zonasında santon mərtəbəsi çöküntüləri, ancaq
onun şərqində 100-120 m qalınlığında çökdürülmüşdür ki, bunlar da sahənin
yuyulması ilə nəticələnən tektonik hərəkətlərin aktivləşməsi ilə xarakterizə
edilir. Bu s
əbəbdən, turon-konyak intervalının karbonatlı çöküntüləri santon
yaşlı terrigen süxurlarla əvəz olunur.
V
əndam struktur-formasiya zonasında da santon əsrində analoji çöküntü
toplanma şəraiti olmuşdur. Dibrar zonasına nisbətən burada dəniz dibinin
d
ərinləşməsi yavaş baş verdiyi üçün çöküntülərin qalınlığının azalması və
karbonatlı süxurların rolunun artmasına səbəb olmuşdur.
Böyük Qafqaz meqantiklinoriumunun Dibrar hiss
əsinin dərinləşməsi
davam edir v
ə 300 m-ə çatır. Burada əsasən gillərin, bəzən əhəngdaşları, arabir
is
ə qumdaşlarından ibarət terrigen-gilli fasiya toplanır.
Santon
əsrinin axırında və kampanın əvvəlində Duruca qalxımı tamamilə
Tfan zonası ilə birləşərək birgə quru sahə əmələ gətirir.
V
əndam qırışıqlıq zonasında kampan əsrinin əvvəlində Şəki qalxımı
G
əndob qalxımı ilə ümumqafqaz istiqamətində ensiz hövzə ilə Tfan quru
sah
əsindən ayrılır.
Maastrixt
əsrində Böyük Qafqaz meqantiklinoriumunun ümumi qalxması
v
ə dənizin reqressiyası davam edir və Həmzəli çayından qərbə - Şəki-Gəndob
v
ə Tfan quru sahəsinin yaranmasına səbəb olur.
Gec kampan-maastrixt
əsrlərində eyni şəraitli çöküntü toplanması və
paleotektonik rejim Tfan struktur-
formasiya zonasının Dibrar hissəsində eyni
tipli çöküntül
ər çökdürülmüşdür. Bu çöküntülər tərkibcə gillər, karbonatlı qum-
daşları və qumlu əhəngdaşlarından ibarətdir. Gillər üstünlük təşkil edir.
Bu zonada, danimarka
əsrində çöküntütoplanma rejimi və şəraiti cüzi
f
ərqlənir. Bu əsrdə karbonatlı qumdaşları, qumlu əhəngdaşları və bəzən gillərin
88
toplanması Tfan zonasının yaxın hissəsinin yuyulması ilə əlaqədardır.
V
əndam qırışıqlıq zonasında kampan-danimarka çöküntütoplanma şəraiti
v
ə rejimi dəyişməmiş, terrigen materiallar cənubdan və yaxın quru sahələrdən
g
ətirilmişdir. Maastrixt-danimarka çöküntülərinin litoloji tərkibi və qalınlığının
analizi göst
ərir ki, Girdiman çayından qərbdə, Şəki-Gəndob və Tfan quru
zonaları birləşərək vahid quru sahəsini təşkil etmişlər.
Qeyd etm
ək lazımdır ki, Zəngi tikiş zonası boyu Girdiman-Oğuz çayları
arası sahədə maykop (oliqosen-alt miosen) əsrində tabaşir çöküntüləri üzərində
qeyri-
uyğun yatan çöküntülər toplanmışdır.
Maykop d
ənizi, bu sahəyə Zəngi tikiş zonası boyu Lahıc tərəfdən daxil
olmuşdur.
Maykop layd
əstəsi çöküntülərinin qərbdə iştirak etməməsi Xalxalçayı
boyu enin
ə qalxımın varlığı ilə əlaqədardır.
Oliqosen-erk
ən miosendə Dəvəçi, Sudur və Vəndam zonalarında alt
molass formasiyası əmələ gəlmişdir.
Alazan-
Əyriçay depressiyası və Qusar maili düzənliyində əsasən çaqıllar
toplanmışdır ki, bu da Böyük Qafqaz dağlıq ərazisinin aktiv qalxmasını və
yuyulmasını göstərir.
Yuxarıda qeyd edilənlərdən belə nəticə çıxarmaq olar ki, erkən alp əsrin-
d
ə paleozoy geosinklinalı dərinləşmiş və genişlənmiş, bu zaman Böyük Qafqaz
miogeosinklinalı aktiv inkişaf etmiş və müasir Vəndam zonasında Zaqafqaziya
g
eosinklinalı boyu parçalanmış baykal bünövrəsi üzərində Böyük Qafqaz
evgeosinklinalının əsası qoyulmuldur.
Erk
ən aalendə Böyük Qafqazın bütün ərazisində dəniz dibinin aktiv
d
ərinləşməsi baş verir və burada əsasən gilli çöküntülər toplanır. Erkən aalenin
sonunda tektonik h
ərəkətlər aktivləşir və Baş Qafqaz dərinlik qırılmasının ay-
rılması sürətlənir. Gec aalenin əvvəlində dəniz dibinin dərinləşməsi dayanır,
sonunda is
ə Böyük Qafqazın mərkəzi hissəsi tədricən qalxmağa, eninə tektonik
bloklar t
ədricən inkişaf etməyə başlayır.
Bayos
əsrində Tfan və Vəndam struktur-formasiya zonaları əmələ gəlir.
Bat
əsrində geosinklinalın inkişafı başa çatır və aalen-bat intervalında qumdaşı-
şistli formasiyası əmələ gəlir.
Gec geosinklinal m
ərhələsində Böyük Qafqazın geotektonik rejimi
d
əyişir və yeni qalxma və çökəklər əmələ gəlir. Mərkəzi və Vəndam qalxım-
larının qalxması güclənir.
Gec yura epoxasının sonunda Meçexçadaur və Duruca qalxımları ara-
sında Zaqatala-Qovdağ sinklinoriumu əmələ gəlir.
Tabaşir dövrünün əvvəlində şaquli hərəkətlər güclənir və nəticədə bir-
birind
ən tektonik qırılmalarla ayrılan yeni qalxım və çökəklər əmələ gəlir.
Barrem
əsrində Tfan qurusu sürətlə cənub, cənub-şərqə və Zaqatala-
Qovdağ sinklinoriumunun şimal qanadı ilə birgə quru sahə əmələ gətirir. Əsrin
sonunda Şahdağ zonası Sarıbaş və Qəbələ eninə tektonik blokları eninə tekto-
nik qırılmaların sürətlə oyanması nəticəsində intensiv qalxmağa başlayırlar (3).
89
Şək. 3. Erkən tabaşir epoxasının litofasiya və qalınlıqlar xəritəsi
Fasiyalar: 1-
əhəngdaşlı gilli; 2-əhəngdaşlı-gilli-qumlu; 3-əhəngdaşlı-gilli-alevritli; 4-litofasial
yarımzonaların sərhədləri; 5-struktur-fasial zonaların sərhədləri; 6-izoqalınlıq xətləri; 7-Yer
s
əthində açılmış alt tabaşir törəmələri; 8-quru; 9-terrigen materialın gətirilmə istiqaməti.
Erk
ən albın sonunda gec geosinklinal struktur mərtəbələrinin ayrılması
prosesi başa çatır.
Gec alb
əsrində Böyük Qafqazda geotektonik rejim dəyişir və Vəndam
qalxımının şimal qanadında qədim qırılmalar oyanır və yeniləri yaranır, seno-
man
əsrinin sonuna qədər davam edən vulkanik fəaliyyət başlayır.
Gec tabaşir epoxasının əvvəlində Böyük Qafqazın ümumi enməsi
fonunda reqressiya baş verir. Bu zaman, Duruca qalxımının inkişafı güclənir və
d
əniz səviyyəsindən yuxarı qalxaraq Tfan quru sahəsi ilə birləşir (şəkil 3).
Geosinklinalların fəaliyyəti eosenin sonunda başa çatır və tədqiqat
sah
əsində vulkanogen-çökmə və fliş formasiyası çöküntüləri əmələ gəlir.
Erk
ən orogen fəaliyyətdə Böyük Qafqazın cənub-qərb seqmentində
qırışıqlıqlar və çökəklər qalxmalarla əvəz olunur. Bu mərhələdə Sudur, Dəvəçi
v
ə Lahıc çökəklərində nazik alt molass formasiyası yaranır (3).
Gec orogen f
əaliyyəti zamanı Lahıc və Alazan-Əyriçay çökəkliyində
Böyük Qafqaz dağ silsilələrinin fəal qalxması və parçalanmasını təsdiq edən
kobud terrigen-
karbonatlı alt formasiya yaranmışdır.
Tektonik qüvv
ələrin və qravitasiyanın güclənməsi səbəbindən maykop
lay d
əstəsi (ehtimal ki, ağcaqıl əsrində) Dibrar-Babadağ zonasında sürüşmə
halları baş vermişdir.
ƏDƏBİYYAT
1. Абдуллаев Р.Н. Магматизм Южного склона Большого Кавказа в пределах Мазымчай и
Гамзаличай. Отчет о научно-исследовательской работе за 1968-70 г.г. Геолфонд Инс-
титута Геологии АН Азерб.ССР
2. Агаев В.Б. Стратиграфия среднеюрских отложений Северо-Восточного Азербайджана
и Южного Дагестана. АГУ, Фонд, 1966
3. Гурбанов А.М. Меловые отложения междуречья Гирдыманчай-Кишчай (Южный
склон Большого Кавказа) и перспективы их нефтегазоносности. Дисс. на соиск. Уче-
90
ной степени кандидата геол.-минералогических наук. Баку, 1974, с.104-120
4. Qur
banov Ə.M., Yüseynov H.M., Balammədov Ş.R. və b. Böyük Qafqazın Azərbaycan
hiss
əsinin cənub yamacında tabaşir çöküntülərinin neftlilik-qazlılıq perspektivliyi. Bakı
Universitetinin x
əbərləri. Təbiət elmləri seriyası. Bakı, 2013, №2, s.100-105.
5. Qurbanov
Ə.M., Qurbanov M.F. Şahdağ sinklinoriumunun geoloji quruluşu və əmələ gəlmə
mexanizmi. Az
ərbaycanda geofizika yenilikləri. 2009, №1-2, s.33-36
6. Зейналов М.М. Верхнемеловые отложения Азербайджана и перспективы нефтегазоносности.
7. Хаин В.Е. Геотектоническое развитие Юго-Восточного Кавказа. Азнефтеиздат, 1950, 224 с.
8. Шихалибейли Э.Ш. Геологическое строение и развитие Азербайджанской части Боль-
шого Кавказа. АН Азерб.ССР, 1956, 224 с.
ИСТОРИЯ ГЕОЛОГИЧЕСКОГО РАЗВИТИЯ, РЕЖИМ И
УСЛОВИЯ ОБРАЗОВАНИЯ ОСАДКОВ
АЗЕРБАЙДЖАНСКОЙ ЧАСТИ БОЛЬШОГО КАВКАЗА
А.М.ГУРБАНОВ, Э.Ф.ГАМБАРОВА, Р.Р.НАЗАРОВА, Г.М.ГУСЕЙНОВ,
Ш.Р.БАЛАММЕДОВ, М.Ф.ГУРБАНОВ
РЕЗЮМЕ
В данной статье на основе изучения тектонического режима, изменении фаций
и мощностей, а также геологических структур, дается история геологического развития,
режим и условия образования осадков азербайджанской части Большого Кавказа
На основе анализа режима и условия осадконакопления в интервале от тоар-
аалена до четвертичного периода, изучена история геологического развития региона для
каждого периода в отдельности.
Ключевые слова: история, геология, развитие, осадконакопление, Азербай-
джан, Большой Кавказ
HISTORY OF GEOLOGICAL DEVELOPMENT, MODE AND CONDITIONS
OF THE FORMATION OF PRECIPITATION
IN THE AZERBAIJANI PART OF THE GREATER CAUCASUS
A.M.GURBANOV, E.F.GAMBAROVA, R.R.NAZAROVA, H.M.HUSEYNOV,
Sh.R.BALAMMADOV, M.F.GURBANOV
SUMMARY
The paper provides the history of geological development, mode and condition of for-
mation of precipitation in the Azerbaijani part of the Greater Caucasus based on the study of
tectonic regime change of facies and capacities, as well as geological structures.
Based on the analysis of the mode and depositional environments ranging from Toar-
Aalenian to the Quaternary, the history of the geological development of the region for each
period is studied separately.
Key words: History, geology, development, conditions, formation, Azerbaijan, Greater
Caucasus
Redaksiyaya daxil oldu: 08.12.2014-cü il
Çapa imzalandı: 22.01.2015-ci il.
91
Dostları ilə paylaş: |