Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli
441 nömrəli Fərmanının 1.16-cı, 1.17-ci, 1.25-ci, 1.26-cı və 1.27-ci yarımbəndlərinin
icrasını
təmin
etmək
məqsədilə
Azərbaycan
Respublikasının
Nazirlər
Kabineti qərara alır:
1.
"Pestisidlərin,
bioloji
preparatların
və
aqrokimyəvi
maddələrin
dövlət sınağının
aparılması,
qeydiyyata
alınması
və
istifadəsinə
icazə
verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları", "İstifadəyə yararsız və
istifadəsi
qadağan
olunmuş
pestisidlərin,
bioloji
preparatların,
onların
birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və
yaməhv
edilməsi
Qaydaları",
"Yüksək
toksiki-ekoloji
təhlükəli
preparatların siyahısı və tətbiqi Qaydaları", "Dövlət qeydiyyatına alınmamış
pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Qaydaları" və "Zəhərli kimyəvi
maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydaları" təsdiq
edilsin (əlavə olunur).
2. "Pestisidlər və aqrokimyəvi maddələr haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə bağlı müvafiq normativ hüquqi aktların təsdiqedilməsi
barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli
120 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3.
Azərbaycan
Respublikası
Nazirlər
Kabinetinin
"Azərbaycan
Respublikasında aqrar bölmənin idarəetmə sisteminin təkmilləşdirilməsi
tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral
tarixli 272 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi
barədə" 2000-ci
il
31
may
tarixli
97
nömrəli
qərarının
1-ci
bəndi,
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər
edilməsi və bəzi qərarlarının və sərəncamının qüvvədən düşmüş hesab edilməsi
barədə" 2004-cü il 10 mart tarixli 27 nömrəli qərarının 5-ci bəndi, "Azərbaycan
Respublikası
Nazirlər
Kabinetinin
bəzi
qərarlarında
dəyişikliklər
edilməsi barədə" 2005-ci il 7 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilən bəzi
qərarlarının Siyahısı"nın 6-cı bəndi, "Azərbaycan Respublikası Nazirlər
Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 2006 -cı
il 22 may tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına edilən əlavələr və dəyişikliklər
"in 2-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 22 yanvar 2007-ci il
№ 10
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması
Q A Y D A L A R I
1. Bu
Qaydalar
"Fitosanitar
nəzarəti
haqqında"
Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.27-ci
yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və zəhərli kimyəvi
maddələrin ölkə daxilində daşınmasını və saxlanmasını tənzimləyir.
2. Zəhərli kimyəvi maddələr müvafiq standartlara və texniki şərtlərə uyğun
olaraq qablaşdırılmalı, markalanmalı və müşayiətedici sənədlərdə və istifadə
təminatlarında Azərbaycan dilində və zəruri hallarda başqa dillərdə hazırlanma
tarixi, saxlanma müddəti, şəraiti barədə və digər məlumatlar göstərilməlidir.
3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada
zəhərli kimyəvi maddələrin istehsalı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan
hüquqi və fiziki şəxslər ( bundan sonra-sahibkar) zəhərli kimyəvi maddələrin
daşınmasında iştirak edərkən xüsusi fərdi geyim və digər vasitələrdən istifadə
etməlidirlər,
4. Zəhərli kimyəvi maddələr avtomobillə daşındıqda adamlar maşının
kabinəsində oturmalıdırlar. Zəhərli kimyəvi maddələrin daşınması üçün asan
təmizlənə və zərərsizləşdirilə bilən xüsusi nəqliyyat vasitələri ayrılmalıdır
.Avtomobilin bortu müvafiq boya ilə rənglənməli və ona "zəhərli maddə" sözləri
yazılmalı, hər tərəfinə qırmızı kiçik bayraq bərkidilməlidir. Nəqliyyat vasitəsilə
ancaq zavodda qablaşdırılmış, yaxşı bağlanan və bütövlüyü pozulmamış
taralara yığılmış preparatlar daşınmalıdır.
5. Zəhərli kimyəvi maddələr daşınan və ya daşındıqdan sonra təmizlənməyən
və zərərsizləşdirilməyən nəqliyyatda insanların, ərzaq və yem məhsullarının
daşınması qadağan olunur.
6. Zəhərli kimyəvi maddələrin yüklənməsi və boşaldılması işləri ehtiyatla yerinə
yetirilməli, taraların zədələnməsinə, zəhərli kimyəvi maddələrin dağıdılmasına
yol verilməməlidir.
7. Zəhərli kimyəvi maddə torpağa və ya maşına dağılarsa, dərhal Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti
Xidmətinin yerli qurumlarına sahibkar tərəfindən müraciət olunmalı və bu
maddələr xüsusi üsullarla zərərsizləşdirilməlidir.
8. Alovlana bilən zəhərli kimyəvi maddələr yanğınsöndürən cihazla təmin edilmiş
üstü dəmirlə örtülü maşında daşınmalıdır.
9.
Sahibkar
zəhərli
kimyəvi
maddələri
bu
məqsəd
üçün
tikilən
texniki təhlükəsizliyə və sanitariya-gigiyena tələblərinə uyğun olan xüsusi
anbarlarda saxlamalıdır. Anbarlar yanğınsöndürənlərlə, su, qum və digər
inventarlarla
təmin
olunmalıdır
və
məcburi
havadəyişən
qurğular
quraşdırılmalıdır.
Anbarlar adətən dəmiryola yaxın, açıq, hasarlanmış yerlərdə yerləşir və bu yerlər
xüsusi quruluşa malik olaraq, torpağın, yeraltı suların və havanın çirklənməsinə
imkan yaratmamalıdır.
10.
Zəhərli
kimyəvi
maddələrin
yığılması
və
boşaldılması
işləri
mexanikləşdirilməlidir. İstifadə edilən vəsaitlər anbarlardan yığışdırılaraq
ayrıca yerlərdə təmizlənərək saxlanılmalıdır.
11. Zəhərli kimyəvi maddələr saxlanılan anbarlar aşağıdakı tələblərə cavab
verməlidir:
11.1. yaşayış
məntəqələrindən,
heyvanlar
saxlanılan
yerlərdən
və
taxıl anbarlarından azı 500 metr, su mənbələrindən isə 2000 metr uzaqda və
bu tikililərə nisbətən külək tutmayan tərəfdə yerləşdirilməlidir;
11.2. geniş, işıqlı , quru, divarları və tavanı asan yuyulan, döşəməsi
hamar olmalıdır;
11.3. zəhərli kimyəvi maddələri saxlamaq üçün yeri, onları çəkmək və ölçmək
üçün müxtəlif vəsaitləri olmalıdır;
11.4. ən azı iki otaqdan ibarət olmalı, onlardan biri zəhərli kimyəvi maddələrin
saxlanılması və buraxılması, digəri isə onların qeydiyyatının aparılması və xüsusi
geyimlərin saxlanılması üçün təchiz edilməlidir;
11.5. fiziki-kimyəvi xassəsinə, toksikliyinə və yanğın təhlükəlilik dərəcə sinə görə
zəhərli kimyəvi maddələrin xassəsi nəzərə alınmaqla, anbar otağı bir neçə
bölmədən ibarət olmalıdır;
11.6. effektli ventilyasiya olunmalıdır;
11.7. zəhərli kimyəvi maddələr saxlanılan sahələr gündə 2-3 dəfə
havalandırılmalı və orada havanın temperaturu 18-20°C olmalıdır;
11.8. hər gün yığışdırılmalı və havası dəyişdirilməli, sanitar-məişət hissələri, paltar
asılan yerləri və duşları isə vaxtaşırı dezinfeksiya edilməlidir;
11.9. kağız və sintetik torbalarda, taxta yeşiklərdə, ağac və metal barabanlarda,
flyaqalarda qablaşdırılmış zəhərli kimyəvi maddələr yan-yana qoyulmuş taxta
altlıqlar üzərinə yığılmalıdır;
11.10. zəhərli kimyəvi maddələri rütubətdən qorumaq üçün aşağı
altlıq döşəmədən 20-25 santimetr hündür olmalıdır;
11.11. zəhərli kimyəvi maddələri yığmaq üçün taxta rəflərin hündürlüyü torba
taralar üçün 4,5 metrdən, taxta yeşik, metal, ağac barabanlar üçün isə 3 metrdən
hündür olmamalıdır;
11.12. stellaj və rəflərə yaxınlaşmaq üçün əlverişli şərait olmalıdır;
11.13. saxlanılan zəhərli kimyəvi maddələrin qruplarını müəyyən etmək üçün
taraların üzərinə insektisid və akarisidlərdə - qara, fungisidlərdə - yaşıl, toxum
dərmanlayıcılarda - göy, defolyantlarda - ağ, zoosidlərdə - sarı, herbisidlərdə isə
qırmızı zolaq çəkilməlidir;
11.14. lazımi inventar və avadanlıqlarla təchiz olunmalıdır.
[8]
12. Sahibkar zəhərli kimyəvi maddələri saxladığı anbarlarda yanğın əleyhinə
müvafiq qaydalara riayət etməlidir.
13. Zəhərli kimyəvi maddələr anbara qəbul edilərkən zavodda doldurulmuş
qablarda olmalıdır. Qabların üzərinə aşağıdakılar yazılmalıdır:
istehsalçının adı;
əmtəə nişanı;
zəhərli kimyəvi maddənin adı;
təsiredici maddənin faizi;
zəhərli kimyəvi maddənin qrupu;
təhlükəlilik nişanı;
zəhərli kimyəvi maddənin çəkisi;
partiya nömrəsi;
hazırlandığı tarix;
yanğından və partlayışdan təhlükəsizlik göstəriciləri.
14. Zəhərli kimyəvi maddələr yığılan anbarlarda mineral gübrələrin,
ərzaq mallarının, yemin və sair təsərrüfat mallarının saxlanılması qadağandır.
15. Anbara daxil olan və anbardan buraxılan bütün zəhərli kimyəvi maddələr
haqqında məlumatlar anbarda saxlanılan xüsusi qeydiyyat kitabında yazılır.
Anbara müxtəlif zəhərli kimyəvi maddələr daxil olduqca, onların qeydiyyatı üçün
müvafiq səhifə ayrılmalıdır.
16. Zəhərli kimyəvi maddələr saxlanılan anbarlarda siqaret çəkmək və açıq
alovdan istifadə etmək qadağandır. Anbardar zəhərli kimyəvi maddələr buraxılan
və qəbul edilən zaman anbarda olmalıdır. Başqa şəxslərin anbara daxil olması
qadağandır.
17. Zəhərli
kimyəvi
maddələr
anbardan
zavoda
istehsal
edilmiş
qablarda buraxılmalıdır. Onların uçotu və hesabatı çəkilərinə uyğun aparılmalıdır.
18. Mənşə və uyğunluq sertifikatları olmayan, standartlara uyğun gəlməyən,
insanların həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən
zəhərli kimyəvi maddələrin daşınması və saxlanmasına yol verilmir.
19. Zəhərli kimyəvi maddələrlə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki
və
hüquqi
şəxslər
mövcud
qanunvericiliyə
uyğun
olaraq
onların daşınmasında və saxlanılmasında texniki təhlükəsizliyə və əməyin
mühafizəsinə cavabdehlik daşıyırlar.
20. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Fitosanitar Nəzarəti Xidməti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin,
Azərbaycan
Respublikası
Səhiyyə
Nazirliyinin, Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə razılaşdırılmış qrafikə
uyğun olaraq zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və
saxlanmasında
sahibkar
tərəfindən
mövcud
reqlamentə, sanitariya-gigiyena
qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə riayət edilməsini, habelə ətraf
mühitə və insan sağlamlığına təsirini yoxlayır.
Yoxlamaların nəticələri müvafiq protokolla rəsmiləşdirilir. Protokolda dövlət
nəzarəti orqanlarının əməkdaşlarının soyadı, adı, atasının adı göstərilir və bu
barədə nəzarət kitabçasında qeyd aparılır. Protokolun bir nüsxəsi sahibkara
təqdim edilir. Protokolu imzalayarkən, sahibkarın öz rəyini əlavə etmək hüququ
vardır. Protokolda aşağıdakı məlumatlar qeyd edilir:
sahibkar haqqında məlumatlar ( soyadı, adı, atasının adı, ünvanı);
nəzarətin aparılmasının səbəbləri və müddəti;
yoxlamanın nəticələri.
Yoxlama zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün mövcud
qanunvericiliyə uyğun tədbirlər görülür.
Sahibkar
yoxlamanın
nəticələri
ilə
razılaşmadığı
halda,
müəyyən
olunmuş qaydada inzibati və məhkəmə qaydasında şikayət edə bilər.
[9]
Dostları ilə paylaş: |