Azərbaycan MEA-nın Xəbərləri.
İctimai elmlər seriyası, 2018, №1
221
FƏRHAD CABBAROV1
CÜMHURİYYƏTİN İQTİSADİ SİYASƏTİNİN BƏZİ MƏSƏLƏLƏRİNƏ DAİR
A çar sözlər:
qadağa sistemi, məruzə məktubu, sahibkarlar, H.Z.Tağıyev, N. Yusifbəyli
Azərbaycan Cümhuriyyətinin elan edilməsi
ölkənin siyasi həyatı ilə yanaşı, iqtisadi həyatın
da da yeni səhifəni açmış oldu. Yüz ilə yaxın
bir dövr ərzində Rusiya imperiyasının müstəm
ləkəsi olan Şimali Azərbaycan 1918-ci ildə si
yasi və iqtisadi inkişaf istiqamətlərini müstəqil
şəkildə müəyyənləşdirmək hüququnu əldə etdi.
Sənayenin, kənd təsərrüfatının, nəqliyyatın
böhrandan çıxarılması, gənc dövlətin iqtisadi
potensialının gücləndirilməsi siyasi müstəqillik
dən heç də az əhəmiyyət daşımayan vəzifələr
idi. Bununla əlaqədar 1919-cu il aprelin 14-də
parlamentdə hökumətin bəyannaməsi ilə çıxış
edən Baş nazir Nəsib bəy Yusifbəyli demişdir:
“İstiqbalımızın təmini üçün başqa tədbirlər itti-
xazı da lazımdır. O da iaşə, ticarət və maliyyə
işlərini yoluna qoymaqdır” (2, s. 325).
Qeyd etmək lazımdır ki, Cümhuriyyətin beş
hökumət kabinetlərinin hamısının siyasəti bazar
iqtisadiyyatı prinsiplərinə söykənməklə yanaşı,
eyni zamanda dövlətin istehsal, istehlak və mü
badilə sahələrinə ciddi müdaxiləsini də istisna
etmirdi. Şəxsi təşəbbüsü hərtərəfli təşviq etmək
lə bərabər, hökumət özəl mülkiyyətin hüdudları
nı da müəyyənləşdirir, onun xüsusilə fabrik-za
vod istehsalında həddindən çox artmamasına ça
lışır və çoxukladlı iqtisadiyyatı qurarkən dövlət
mülkiyyətinə xüsusi önəm verirdi (3, s. 57).
Yeni tarixi şəraitdə Azərbaycan milli bur
juaziyası da öz fəaliyyətini davam etdirir, onun
nümayəndələri hakimiyyət orqanlarında fəal
təmsil olunur, bəziləri parlament üzvü, digərləri
isə nazir postlarını tuturdu. Müstəqil cümhuriy
yətin yaranması milli sahibkarlara ilk dəfə döv
lət strukturlarında təmsil olunmaq imkanım ya
ratdı (1918-ci ilə qədər onlar yalnız yerli özü
nüidarəetmə orqanlarında təmsil olunurdular),
bu isə öz növbəsində ölkə iqtisadiyyatının
1AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi,
tarix üzrə fəlsəfə doktoru.
bütün sahələrində aparılan dövlət siyasətinə
müsbət təsirini göstərdi, belə ki, hakimiyyət
dairələri milli burjuaziyanın çoxillik təcrübə
sindən yararlanmaq fürsətini əldə etdilər.
Milli kapitalın nümayəndələri XX əsrin əv
vəllərində hərbi-siyasi təlatümlər nəticəsində da
ğıdılmış təsərrüfat sahələrinin bərpası prosesinə
fəal qoşuldular. Ölkə hökuməti bolşeviklərin
ləğv etdiyi özəl mülkiyyəti bərpa etdi, milliləş
dirilən müəssisələri keçmiş sahiblərinə qaytardı,
sahibkarlara kreditlər verdi. Bu və digər tədbirlər
burjuaziya tərəfindən rəğbətlə qarşılandı.
Eyni zamanda, milli burjuaziyanın höku
mətin daxili və xarici siyasətinə münasibəti bir
mənalı olaraq müsbət dəyərləndirilə bilməz.
Müstəqilliyin və milli dövlətçiliyin möhkəm
ləndirilməsinə yönəlmiş siyasi kursu dəstəklə
yən sahibkarlar digər tərəfdən, maliyyə-iqtisadi
və sosial məsələlərdə hökumətə qarşı ciddi
müxalifətdə dururdular. Bu m üxalif mövqenin
səbəblərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1) Britaniya komandanlığının ehtiyacları
üçün neft məhsullarının əvəzi ödənilmədən da
şınması neft sənayeçilərinə ciddi ziyan vururdu;
2) dövlət möhkəm qiymətlər, maksimal is
tehsal həcmini tətbiq etməklə sənaye-ticarət fir
malarının və müəssisələrinin fəaliyyətinə m ü
daxilə edirdi;
3) mütəmadi həyata keçirilən pul emissi
yası ölkədə inflyasiya proseslərinin güclənmə
sinə gətirib çıxarır və bu da öz növbəsində sa
hibkarların gəlirlərinə təsirsiz ötüşmürdü;
4) ölkədən ərzaq, metal, ipək, pambıq və di
gər məhsulların çıxarılmasına dair hökumət
tərəfindən tətbiq edilən məhdudiyyət və qadağa
lar burjuaziyanın xüsusi narazılığına səbəb olur
du. Obyektiv səbəblərdən, xüsusilə də ölkədə
həmin məhsullara kəskin ehtiyacm olması səbə
bindən irəli gələn hökumətin bu addımı sahib
karlar tərəfindən azad ticarətə və özəl təşəbbüsə
vurulan zərbə kimi qiymətləndirilirdi. Məhz bu
XƏBƏRLƏR
•
TRANSACTIONS
•
ИЗВЕСТИЯ
222
Известия НАН Азербайджана.
Серия общественных наук, 2018, №1
məsələdə buıjuaziya barışmaz mövqe tutaraq öz
maraq və mənfəətlərini müdafiə edirdi;
5)
hökumətin iqtisadi siyasət kursunu hə
yata keçirən nazirlik və idarələrin, xüsusən də
Ticarət və Sənaye Nazirliyinin fəaliyyəti, ixrac-
idxal əməliyyatlarına icazələrin verilməsi za
manı üzə çıxan nöqsanlar, bürokratik əngəllər,
limanlarda və gəmilərdə malların müsadirəsi
və s. sahibkarlarda narazılıq doğurur və onlarla
hökumət arasında ciddi fikir ayrılıqlarına gə
tirib çıxarırdı.
Ölkədəki dərin iqtisadi problemlərin təza
hürü olan milli burjuaziya ilə Azərbaycan hö
kuməti arasındakı mübahisələrə N.Yusifbəyli-
nin aprel bəyannaməsində də toxunulmuşdur.
Millət vəkilləri qarşısında çıxış edən baş nazir
etiraf etmişdir ki, Ərzaq Nazirliyinin ticarət iş
lərinə müdaxiləsi müsbət nəticə verməmiş və
hökumət bu üsuldan imtina edərək ticarət sahə
sində köklü dəyişikliklər aparmaq niyyətindədir
(2, s. 325-326).
Biznes dairələri bəyannamənin bu hissəsi
nə dərhal reaksiya verərək 1919-cu il boyu də
fələrlə hökumət strukturlarına ünvanlanan m ü
raciətlərdə özəl sektorda tətbiq olunan qadağa
lara və dövlət tərəfindən müdaxilələrə dair öz
mövqelərini bildirirdilər. Buna misal olaraq
“Qafqaz və Merkuri” şirkəti və “Şərq cəmiy
yəti” rəhbərlərinin ticarət və sənaye nazirinin
müavininə məktublarını, Ticarət-sənaye ittifaqı
nümayəndələrinin Ticarət və Sənaye Nazirliyi
yanında Mal Mübadiləsi üzrə Komitənin icla
sında çıxışını, nazirliklə müqavilə bağlamış
şəxslərin ümumi yığıncağının müvəkkilləri
adından hökumətə ünvanlanan xahişnaməni
göstərmək olar (6, s. 145-149).
Lakin xronoloji baxımdan sahibkarlar adın
dan hökumətə ünvanlanan ilk sənəd məşhur sə
nayeçi, tacir Hacı Zeynalabdin Tağıyevin Baş
nazir N.Yusifbəyliyə göndərdiyi və burjuaziya
nın “bütün qayğı və narahatlıqları ifadə olun
duğu” (6, s. 152) məruzə məktubu idi.
Məktub 1919-cu il iyunun 29-da yazılıb.
Görkəmli rus alimi D.İ.M endeleyevin təbi-
rincə desək, “yerli tərəqqinin mühüm hərəkət -
vericisi”, sahibkarlıq fəaliyyəti demək olar ki,
iqtisadiyyatın bütün sahələrini əhatə edən
H.Z.Tağıyevin bu zaman artıq 81 yaşı var idi.
Özünün əməlləri və xeyriyyəçiliyi ilə sağlığın
da “millət atası” adını qazanan, uzaqgörən və
uğurlu biznesmen kimi çoxillik təcrübəyə malik
olan H.Z.Tağıyev həyatı boyu dəfələrlə həm
yazılı, həm şifahi şəkildə Rusiya imperiyasının
hakimiyyət qurumlarına təhsil müəssisələrini
açmaq, evlər tikmək haqqında xahişlər, təşək
kürlər və digər m üxtəlif xarakterli müraciətlər
ünvanlamışdır. Lakin N.Yusifbəyliyə yazılan
məktub bunlardan fərqlənirdi. Bu həm sahib
karlar arasında, həm də bütövlüklə cəmiyyətdə
hədsiz nüfuza malik olan insanın müstəqil
Azərbaycanın hökumət başçısına müraciəti idi.
Təsadüfi deyil ki, artıq ilk cümlələrdə H.Z.Ta-
ğıyev qeyd edirdi: “Çoxillik həyatımın sonunda
Allah mənə sevimli vətənim üzərində parlayan
yeni müstəqil dövlətin üfüqünü görməyi nəsib
etdi. Doğma diyara məhəbbətim, onun rufahını
və çiçəklənməsini görmək arzusu məni hazırkı
məruzə məktubu ilə Sizə müraciət etməyə
vadar edir” (4, s. 251-252).
Daha sonra H.Z.Tağıyev Cümhuriyyətin
erkən tarixinə kiçik ekskurs edir və dərhal özü
nün Azərbaycanın iqtisadi inkişafına baxışım
N.Yusifbəylinin diqqətinə çatdırır: «Daxili qay
da-qanunun bərqərar olduğu, qonşu və Avropa
dövlətləri ilə münasibətlərin nizama salındığı,
gənc cümhuriyyətin sınaqlardan qalibiyyətlə
çıxdığı və onun mədəni, ictimai, iqtisadi inki
şafı və tərəqqisi üçün azad yolun açıldığı indiki
vaxtı mühüm, lakin təxirəsalınmaz, təcili həllini
gözləyən vəzifələrlə məşğul olması səbəbi ilə
indiyə qədər hökumətin fəaliyyətindən kənarda
qalan məsələlərə Zati-alinizin diqqətini cəlb et
məyə əlverişli məqam sayıram. Mən, bizim
maliyyə və iqtisadi siyasətimizdən danışıram.
Həm mənim vətənə olan məhəbbətim, həm də
əsrin dörddə üçü qədər davam edən ictimai və
sənaye-ticarət sahələrində zəhmətim dövründə
qazandığım təcrübə nəinki mənə ixtiyar verir,
eyni zamanda üzərimə mənəvi vəzifə qoyur ki,
Zati-alinizə açıq şəkildə belə bir qəti əminliyimi
bildirim ki, hökumətin maliyyə və ticarət-sənaye
sahələrindəki hazırkı siyasəti yanlış yoldadır və
bu kursun dərhal və qəti olaraq dəyişdirilməsi
bizim gənc cümhuriyyətimizi iqtisadi fəlakət
təhlükəsindən xilas edə bilər” (4, s. 252).
XƏBƏRLƏR
•
TRANSACTIONS
•
ИЗВЕСТИЯ
Azərbaycan MEA-nın Xəbərləri.
İctimai elmlər seriyası, 2018, №1
223
H.Z.Tağıyev hökumətin iqtisadi kursunun
üç əsas istiqamətini tənqid edirdi: tez-tez həyata
keçirilən pul emissiyası, ölkədən mal daşınma
sına qadağa qoyan sistem, dövlətin özəl firma
və müəssisələrin işlərinə müdaxiləsi. Birinci
amilə toxunaraq o, yazırdı: “Zati-aliniz bixəbər
deyil ki, son aylarda bizim pulun kursu xeyli
aşağı düşmüşdür. İş o yerə çatıb ki, bizim no
minal manatımız Qərbi Avropa bazarlarında
dövlətin bütün varidatı ilə təmin olunan kredit
biletlərindən aşağı dəyərləndirilir. Aydındır ki,
kursun aşağı düşməsi qismən bizim nəzarət və
idarəçiliyimizdən asılı olmayan ümumi səbəb
lərlə izah edilir. Lakin dünya bazarlarında pu
lun dəyərsizləşdirilməsinə gətirib çıxaran hə
min səbəblərdən başqa məsuliyyətin böyük his
səsi bizim maliyyə siyasətinin də üzərmə düşür.
Bu siyasət dövlət məsrəflərini ödəməyə yeganə
vasitə kimi yeni kağız pulların buraxılmasına
əsaslanır, alıcılıq qabiliyyəti aşağı olan bu ka
ğızların yenidən dövlət kassalarına qaytarmaq
üçün heç bir əməli tədbirlərə söykənmir. Ölkəni
doldurmuş bu kağızları əhali özündə saxlamaq
istəmir, onları mümkün qədər tez tədavülə bu
raxmağa tələsir ki, pulun davamlı şəkildə qiy
mətdən düşməsindən yaranan itkiləri əlverişli
alver hesabına ödəsin” (4, s. 252).
H.Z.Tağıyev hökumətin maliyyə siyasətini
tamamilə doğru qiymətləndirirdi. 1918-ci ilin
sentyabrından başlayaraq Azərbaycanda mütə-
madi olaraq pul emissiyası həyata keçirilmiş,
“Bakı bonları” tədavülə buraxılmışdı. Vəziyyəti
gərginləşdirən səbəblərdən biri də ölkə ərazisin
də həmçinin keçmiş çar və Müvəqqəti höku
mətlərinin pul əsginazlarımn, Tiflisdə buraxılan
Cənubi Qafqaz hökuməti bonlarının da sərbəst
dövriyyədə olması idi. Cənubi Qafqaz hökumə
tinin bonları müstəqil Gürcüstanın mövcud ol
duğu dövrdə də çap olunurdu. 1919-cu il fevra
lın 12-də Gürcüstanla Ermənistan arasında bağ
lanan 320 mln. Cənubi Qafqaz bonlarının bura
xılması haqqında saziş Azərbaycanın narahatlı
ğına səbəb olmuşdur. İş o yerə çatmışdır ki, “Ba
kı bonları” qonşu ölkələrdə qəbul edilmədiyi
halda, Ermənistan və Gürcüstan pulları Azər
baycanda sərbəst işlədilirdi. Dövlətdə müxtəlif
dəyərə malik olan dörd pul vahidinin işlədildiyi
bu cür qeyri-normal vəziyyət, həmçinin tez-tez
keçirilən emissiyalar maliyyə sisteminin çökmə
sinə gətirib çıxara bilərdi (1, s. 231).
1919-ci il aprelin 14-də parlamentdə çıxışı
zamanı Baş nazir N.Yusifbəyli Bakıda və Tif
lisdə pulun tədavülə buraxılmasında paralelli-
yin aradan qaldırılmasının mümkünlüyünü bil
dirmişdir. Onun fikrincə, Azərbaycan pulunun
kursunu ixrac hesabma tənzimləmək mümkün
olduğu təqdirdə artıq pulların çapma ehtiyac
yaranmaz. Pulun dəyərini qaldırmaq üçün
N. Yusifbəyli neftin satışını yalnız milli valyuta
ilə aparmağı təklif edirdi. O, deyirdi: “Əgər
nefti yalmz kəndi paramıza satarsaq şimdiyə
qədər buraxdığımız paranın cümləsini toplamış
olacağımızdan nəticədə təbii paramızın etibarı
yüksələr. Mətavə ərzağın fiyəti düşər, həyat və
məişətimiz kəndi məcrayi əslisinə övdət edər. O
vaxt ümuri maliyyəmiz dəxi yoluna girər. Bu
gün olduğu kimi gərək burada da Tiflisdə he
sabsız kağız paralar buraxmağa artıq məcburiy
yət olmaz. Hələ bu iki “emissiya” bu artıq tə-
həmmül ediləcək hallardan deyildir. İki yerdə
para çıxarmaq heç bir zaman, heç bir məmlə
kətdə görünməmiş bir işdir. Hökumət bu halda
bir an xitam verməyə təşəbbüs edəcəkdir” (2, s.
326). Qeyd etmək yerinə düşər ki, həmin addı
mın atılmasını H.Z.Tağıyev də təklif etmişdir.
O, məruzə məktubunda yazırdı ki, hökumət
“daxili istehlak üçün qeyd-şərtsiz lazım olan və
çatışmayan məhsulların Azərbaycandan daşın
masım qadağan etməklə, digər məhsulların satı
şında var-gücü ilə ixracatçıların köməyinə gəl
məlidir, lakin bircə şərtlə ki, satılan malların
dəyəri mütləq Azərbaycan manatı ilə ödənilsin.
Xalqın əlindəki artıq qalan, xırda və iri möhtə-
kirliyə səbəb olan pulların dövriyyədən çıxarıl
ması ilə bərabər aparılan bu siyasət bizim
maliyyə işimizi möhkəmləndirər və onu indiki
çətin vəziyyətdən çıxara bilər” (4, s. 253).
Lakin sonrakı hadisələr göstərdi ki, N.Yu
sifbəyli hökuməti özünün maliyyə siyasətini
əsasən əvvəlki prinsiplər əsasında qurmaqda
davam edirdi. H.Z.Tağıyevin məktubu yazıldığı
tarixdən bir qədər əvvəl - 1919-cu il aprelin 24-
də Maliyyə Nazirliyi emissiyanın 510 mln. ma
natadək artırılması haqqmda qanun layihəsini
parlamentə təqdim etdi. Mayın 5-də pulların tə
davülə buraxılmasına icazə verildi və gələcəkdə
XƏBƏRLƏR
•
TRANSACTIONS
•
ИЗВЕСТИЯ
224
Известия НАН Азербайджана.
Серия общественных наук, 2018, №1
parlamentin icazəsi olmadan əlavə emissiyala
rın keçirilməsi qadağan edildi. Yeddi aydan
sonra hökumət yeni emissiya (bu dəfə 600 mln.
manat həcmində) haqqında məsələ qaldırdıqda
məlum olmuşdur ki, parlamentin razılığı olma
dan artıq 100 mln. manat tədavülə buraxılmış
dır (1, s. 203).
Göründüyü kimi, H.Z.Tağıyevin N.Yusif-
bəyliyə ünvanlandığı məktubda qaldırılan pul
emissiyası məsələsi müstəqil dövlətin iqtisadi
inkişafının əsas problemlərindən biri idi. Eyni
zamanda, sonrakı proseslər göstərdi ki, höku
mət pulların dövriyyədən çıxarılması üçün baş
qa mənbə və üsullar tapmaqda aciz qalmış və
yenidən çap dəzgahım işə salmağa məcbur
olmuşdur.
Cümhuriyyət hökuməti bu məsələni yalnız
1920-ci ilin əvvəllərində qismən həll etməyə
müvəffəq olmuşdur. Belə ki, milli valyutanın
kursu mal ixracı vasitəsilə tənzimlənməyə və
neft yalnız Azərbaycan puluna satılmağa başla
mışdır. 1920-ci il fevralın əvvəllərində maliyyə
naziri R.Qaplanov nazirliyin Tiflisdəki agent
liyi vasitəsilə “Bakı bonları”nın Cənubi Qafqaz
bonlarına dəyişdirilməsini qadağan etmişdir.
Aprel işğalı ərəfəsində nazir Batııma daşman
neft və neft məhsullarından alınan aksiz vergi
sinin Azərbaycan pulları ilə ödənilməsinə dair
sərəncam vermişdir (6, s. 203).
H.Z.Tağıyevin tənqid etdiyi növbəti sahə
ümumilikdə “qadağa sistemi” adlandırılmış hö
kumət tədbirləri idi. Ölkə daxilində vəziyyəti
sabitləşdirmək ehtiyacından doğan həmin təd
birlər əhalinin ərzaq və mallarla təminatım
yaxşılaşdırmaq məqsədini görürdü. Hökumətin
1918-ci ilin avqustunda qəbul etdiyi qərara
əsasən, Azərbaycan Cümhuriyyəti hüdudlarında
bütün növ ərzaq məhsullarının sərbəst alışına
və satışına icazə verilir, ölkədən kənara daşın
ma isə yalnız ticarət və sənaye nazirinin icazəsi
ilə aparılmalı idi. 1919-cu ildə təsdiq olunmuş
qaydalara görə isə məhsulların bir qisminin çı
xarılması ümumiyyətlə qadağan edilmişdir (on
ları ölkədən daşımaq üçün bilavasitə ticarət və
sənaye nazirindən icazə alınmalı idi), digər qi
sim məhsullar isə mübadilə əsasında xaricə çı
xarıla bilərdi. Birinci qrupa ərzaq məhsullarının
əsas çeşidləri, ikinciyə isə onların bir hissəsi,
həmçinin neft, neft məhsulları, pambıq, metal
və s. daxil idi (6, s. 136-137).
Adıçəkilən qaydalar mütəmadi olaraq də
yişikliyə məruz qalmış, onlara əlavələr edilmiş
və dövlət tədricən ixrac-idxal əməliyyatlarının
tənzimləyicisi rolunda çıxış etməkdən əlavə bu
prosesə fəal müdaxilə etməyə, mal və xidmət
lərin qiymətlərinə, tədarüklərə nəzarəti həyata
keçirməyə başlamış, xariclə aparılan bəzi tica
rət əməliyyatlarım qadağan, digərlərini isə təş
viq etmişdir. Bu cür siyasət sahibkarlar tərəfin
dən özəl təşəbbüsün və sərbəst bazar münasi
bətlərinin sıxışdınlması kimi qəbul edilərək,
onların narazılığına səbəb olmuşdur. H.Z.Ta-
ğıyev də həmin sahibkarlar sırasında idi. N.Yu-
sifbəyliyə ünvanladığı məktubda o, yazırdı:
“Dövlətin iqtisadi müstəqilliyi üçün onun xarici
ticarətinin aktiv balansının hansı əhəmiyyət da
şıdığı məlumdur. Əslində müvafiq qurumların
bütün işi əvvəlcədən bu balansın yaradılmasına
yönəlməli idi. Lakin bizdə indiyədək bu sahədə
qadağalar sistemi qalmaqda davam edir və hə
min sistem dəfələrlə özünün tamamilə yararsız
olduğunu sübut etmişdir. Təkcə ərzaq və ilkin
tələbat məhsulları ixrac qadağasına düşmürdü.
Qadağa Azərbaycan daxilində demək olar ki,
emal olunmayan yuna da şamil edilirdi. Nəha
yət, bizdə artıqlaması ilə istehsal olunan və fir
malarımızın anbarlarında yığılıb qalan neftin də
daşınmasına elə bürokratik əngəllər və məhdu
diyyətlər (məsələn, böyükhəcmli zaminlər, sa
tılan neftin əvəzində digər yox, məhz bu məh
sulu gətirmək öhdəliyi və s.) qoyulub ki, ixraca
icazə almaq alver və ajiotaj predmetinə, əmə
liyyatın özü isə riskli möhtəkirliyə çevrilib. Bu
cür vəziyyət dövlətin mənfəətinə ziddir.
Acınacaqlı və qeyri-təbii vəziyyət yaranıb:
bildiyimiz kimi, əcnəbi malların geniş axım öl
kədə həmin malları almaq üçün xarici valyu
taya tələbatı artırmış, bizim valyuta isə xaricdə
heç kimə lazım deyil, o, alıcısını tapa bilmir. Nə
ticədə bizim valyutanın sahibi, əgər o, əcnəbi-
dirsə, Azərbaycanda lazımlı məhsulu almaq və
özü ilə aparmaq iqtidarında deyil” (4, s. 253).
H.Z.Tağıyevin hökumətin siyasətini tənqid
etməsi ilk baxışdan konyunkturaya, burjuazi
yanın məhdud maraqlara xidmət edən mövqe
kimi görünə bilər. Lakin o zaman Azərbaycamn
XƏBƏRLƏR
•
TRANSACTIONS
•
ИЗВЕСТИЯ
Azərbaycan MEA-nın Xəbərləri.
İctimai elmlər seriyası, 2018,
A
tel
225
o zamankı mövcud olan vəziyyətinin təhlili
H.Z.Tağıyevin sözlərinin əsaslı olduğunu sübut
edir. Həqiqətən də, məmurlar ixrac-idxal əmə
liyyatlarına icazənin verilməsi, malların xaricə
satılması, məhsulun paylaşdırılması məsələlə
rində sui-istifadə hallarına yol verirdilər. Belə
faktlar o qədər tez-tez baş verirdi ki, parlament
də bununla bağlı silsilə müzakirələr keçirilmiş
dir. 1919-cu il yanvarın 28-də “İttihad” fraksi
yasının lideri Q.Qarabəyov ölkədə neft, həm
çinin Tağıyevin toxuculuq fabrikində istehsal
olunan bez möhtəkirliyi ilə bağlı hökumətə sor
ğu göndərmişdir. Qanunverici orqamn iclasında
çıxış edərək o, demişdir: “Azərbaycan ən zən
gin məmləkətlərdən biridir. Sərvətimizin də
birisi neftdir ki, bütün cahan ona möhtacdır.
Fəqət, bu sərvətlə bərabər qonşumuz olan m əm
ləkətlərdə Azərbaycandan çox ucuzluqdur. Neft
ticarət və ixracının məni haqqında çox qanunlar
var. Fəqət, bəzi xoşbəxtlər bilmirəm nüfuzlany-
namı, qohumluğamı ya xüsusi himayəyə görə
lazım olan icazənaməni alır və alış-verişlərini
edirlər. Bizim ayn-ayrı şəxslərlə işimiz yoxdur,
ancaq qaydamn pis götürüldüyünü görmək istə
yirik” (2, s. 149-150). Bu sorğu ilə əlaqədar
parlamentin dörd iclası keçirilmişdir. Əksər
parlament fraksiyalarının nümayəndələri yaran
mış vəziyyəti pisləmişlər. 1919-cu il 9 fevral
tarixli iclasda Baş nazir F.Xoyskinin çıxışı
maraqlı olmuşdur. O, ittihadçıların sorğusunu
birmənalı olaraq “hökumətə badalaq vurma, biz
soxmaq” kimi dəyərləndirdi. Qəribədir ki, baş
nazir öz çıxışında möhtəkirlik və özbaşınalıqla
hansı üsullarla mübarizə aparacağına dair heç
bir söz deməmişdir. Bunun əvəzində o, olduqca
emosional tərzdə sorğudan öz hiddətini ifadə
etmişdir: “Belə sorğular parlament tərəfindən
hökumətə bir köməkdir. Heç hökumət belə
sorğudan inciməz. Əgər bir əsas doğru deyilsə,
parlament sorğu versin, düzəlməsin tələb etsin.
Biz sorğuyu həmişə artıq dərəcə məmnuniyyət
lə qəbul edəriz. Amma, möhtərəm məbuslar,
sorğu da var, sorğu da var. Bir sorğu var ki, ata
nın oğluna verdiyi nəsihət. Bir sorğu da var ki,
zəhərli, bədxahlıq sorğusudur. Zənn edirəm, bu
ikinci kimi sorğular ilə iş heç vaxt qabaqca get
məz. Belə sorğu parlament ilə hökumətə ba
dalaq vurmaq, biz soxmaq deməkdir. Aya bu
zamandır ki, hökumətə badalaq vurulsun? Aya
Azərbaycamn halı elədirmi ki, hökumət ilə sü-
pürüşülsün. Belə də sorğu olar? ...Bu sorğu de
yil, dalında yumruq, cibində daş gizlətməkdir
ki, hökuməti qəflətən vurasan, belə sorğuya nə
cavab vermək olar” (2, s. 190-191).
Baş nazirin bu cür çıxışı parlament üzvlə
rinə təsirsiz ötüşmədi. Sorğu ilə bağlı qərarın
müzakirəsi başlayanda, sosialistlər fraksiyası
möhtəkirlik və özbaşınalıq faktlarını araşdır
maq məqsədilə geniş səlahiyyətlərə malik föv
qəladə parlament komissiyasının, habelə vəzifə
cinayətləri, möhtəkirlik və əks-inqilab üzrə bü
tün işlərə baxacaq ali tribunal haqqında əsasna
mə hazırlamaq üçün xüsusi komissiyanın yara
dılmasım təklif etdi. “Müsavat” partiyası qəra
rın aşağıdakı redaksiyada qəbulunu təklif etdi:
hökumətin sorğu ilə bağlı izahatı qənaətbəxş
hesab olunsun, ölkədə istehsal olunan məhsul
ların daha səmərəli istifadəsi və ərzaq işinin
tənzimlənməsi istiqamətində tədbirlər hazırla
maq üçün xüsusi komissiya təsis edilsin. Sonda
parlament olduqca mötədil məzmunlu qərar
qəbul etdi: “Hökumətin sorğulara olan cavabını
eşidərək Məclisi-Məbusan hökumət rəisəsinin
göstərmiş olduğu tədbirlərin tezlik ilə görül
məsi arzusunu izhar edərək və hökumətin bə
yanatım kafi görərək növbədəki məsələyə ke
çir”. Eyni zamanda “Müsavat” partiyasının xü
susi komissiyanın təşkili haqqında təklifi də qə
rarda öz əksini tapdı (2, s. 193).
Beləliklə, parlament ölkənin həyatında ən
kəskin problemlərdən birinə vaxtında və doğru
reaksiya verə bilmədi. Çox güman ki, deputat
lar qəti mövqe nümayiş etdirsəydilər, ərzaq və
malların alış-verişində neqativ hallan aradan
qaldırmaq mümkün olardı. Parlamentdə aparı
lan müzakirələr xronoloji baxımdan H.Z.Tağı-
yevin məktubu ilə üst-üstə düşməsə də, qeyd
etmək lazımdır ki, 1919-cu ilin əvvəlində lazı
mi qərarın qəbul olunmaması həm H.Z.Tağıye-
vin məktub yazdığı vaxtda, həm də ondan son
ra ticarətdə hərc-mərcliyin davam etməsi gətirib
çıxarmışdır.
Yeri gəlmişkən, F.Xoyskini əvəz etmiş
N. Yusifbəyli parlamentdəki 14 aprel 1919-cu il
tarixli çıxışında hökumətin ixrac-idxal əməliy-
yatlannda məhdudiyyətlər qoymasını qeyri-
XƏBƏRLƏR
•
TRANSACTIONS
•
ИЗВЕСТИЯ
226
Известия НАН Азербайджана.
Серия общественных наук, 2018, №1
effektiv tədbir kimi qiymətləndirmiş, onun göz
lənilən nəticə vermədiyini və bu sahədə köklü
dəyişikliklərin vacibliyini vurğulamışdır. O,
qiymətlərin aşağı salınması üçün hökumətin ba
zara lazımi qədər məhsul çıxarmaq niyyətində
olduğunu, daxili ticarətin tam sərbəstliyi şə
raitində xaricdən məhsulların gətirilməsinə səy
göstərəcəyini, bununla da ölkədə ərzaq məsələ
sinin tənzimlənəcəyini bildirmişdir (2, s. 327).
Lakin sonrakı hadisələr göstərdi ki, Azərbay
canın ticarət-sənaye dairələri arasmda qeyri-po-
pulyar olan qadağa tədbirləri davam edirdi. On
lardan bəziləri H.Z.Tağıyevin özünün də m a
raqlarına toxunurdu. Belə ki, dövlətin iqtisadi
və müdafiə maraqları naminə hökumət ölkədən
mal daşınması haqqında bəzi vəsatətlərə imtina
cavabım verirdi. 1919-cu il dekabrın 2-də Bakı
şəhər rəisinin H.Z.Tağıyev fabrikində istehsal
olunan parçanın ölkə daxilində çörəklə əmtəə
mübadiləsinə dair vəsatəti qəbul olunmadı. Bu
imtina Hərbi Nazirliyin fabrik məhsullarına
kəskin ehtiyac duyması ilə izah olunurdu. Hə
min gün Tağıyev fabrikindən iplik çıxarmağa
icazəsi olan Davidyants soyadlı bir nəfərin və
satəti də təmin edilmədi (6, s. 140).
Baş nazirə yazdığı məktubda H.Z.Tağıyev
əsas diqqəti ona məxsus “Qafqaz lifli maddələr
istehsal edən səhmdar cəmiyyəti”nin toxuculuq
fabrikinin problemlərinə yönəltdi. 0 ,1 9 0 1 -ci il
də açılan və Cənubi Qafqazın yeganə olan bu
müəssisənin əhəmiyyətini belə xarakterizə edir
di: “Mən, çoxlu qurbanlar və zəhmətlər hesabı
na doğma diyarda yeni sənaye sahəsini yarat
dım, minlərlə yerli sakinə etibarlı qazanc ver
dim, Azərbaycanda yeni kənd təsərrüfatı sahə
sinin - pambıqçılığın inkişafına güclü təkan
verdim, əhaliyə ucuz ilkin tələbat məhsulunu
verdim, bizim ixracatımız üçün yeni məhsul bu
raxdım və dövlətin rifah və gəlirin yeni m ən
bəyi ilə zənginləşdirdim” (4, s. 254).
H.Z.Tağıyevin sözlərinə görə, Azərbayca
nın müstəqillik qazanması belə bir ümid yaratdı
ki, “qanuni hakimiyyət dövlətin rifahı üçün sə
nayenin vacibliyini diqqətə alaraq, onun sərbəst
inkişafına imkan yaradacaq. Lakin əksinə, Ba
kıda qanuni dövlət quruluşunun bərqərar olma
sından indiyədək fabrikə qarşı işi əngəlləyən,
müəssisəni çoxmilyonlu itkilərlə üz-üzə qoyan
qadağa və məhdudiyyət sistemi tətbiq edilir.
Həmin sistem davam edərsə, o, real dəyəri 400
min qızıl funt sterlinq, indiki kursla isə 280
milyon manat olan fabriki müflisləşməyə və
ləğvə gətirib çıxaracaq” (4, s. 254).
H.Z.Tağıyev tərəfindən bu cür kəskin tən
qidin səbəbi nə idi? Məsələ burasındadır ki, hö
kumətin qoyduğu qaydaya görə, toxuculuq fab
rikinin məhsulları yalnız Ticarət və Sənaye N a
zirliyinin icazəsindən sonra satışa çıxanla bilər
di. Bunun nəticələrini H.Z.Tağıyev öz məktu
bunda belə təsvir edirdi: “ ... icazələrin verilməsi
ən biabırçı möhtəkirliyə səbəb olmuşdur. İcazə
lər ticarət predmetinə çevrilir, əldən-ələ keçir,
fabrik anbarının kassası qarşısında dərhal üstü
nə əlavə qiymət qoyulmaqla bir neçə dəfə satın
- almırdı. Nəticədə nazirliyin bir və ya bir qrup
şəxsə icarə verdiyi məhsul pərakəndə satıcıların
əlinə keçir, onlar isə öz xərclərini istehlakçının
üzərinə qoymaqla artıqlaması ilə mənfəət götü
rürdülər. Beləliklə, məhsul istehsalçıya bir növ
qaçaqmalçılıq yolu ilə gəlib çıxırdı. Şəhərdə və
bütün ölkədə malların qıtlığı hiss olunur, fa
brikin anbarlarında isə onlar yığılıb qalırdı,
çünki icazə vermə prosedurunda ləngimə və na
zirliyin icazələrin verilməsində göstərdiyi ehti
yatlılıq əhalini istismardan qorumur və bazar
lara aylıq çıxarılan məhsulun həcminin süni
surətdə azaldılmasına gətirib çıxarırdı. İcazə
sistemi vasitəsilə ümumi istifadəyə buraxılan
məhsulu əhali üçqat bahasına aldığı bir vaxtda
nəhəng mal ehtiyatları ölü kapital kimi yığılıb
qalır, nə faizlər, nə də kommersiya mənfəəti
gətirir, korlanma və yanğın təhlükəsi ilə üzləşir,
ağır yük kimi müəssisənin balansında qalırdı.
Bu zaman müəssisənin özü isə fəhlələrlə hesab
laşma və satınalma əməliyyatlarım aparmaq
üçün nağd pullara ehtiyac duyurdu. Hal-hazırda
həmin ehtiyatların dəyəri 6-7 mln. manat təşkil
edir” (4, s. 254-255).
H.Z.Tağıyev məktubda hökumətin digər
tədbirini - fabrik məhsullarına möhkəm sabit
qiymətlər qoymasını da tənqid etmişdir. Onun
sözlərinə görə, həmin qiymətlər bazar qiymətlə
rinə uyğun deyil, onlar firmalar üçün ziyanlı,
əhali üçün isə əlverişsizdir. Hökumətin bez üzə
rinə qoyduğu 5 manat 50 qəpik sabit qiymətdən
sonra Tağıyev fabriki m üxtəlif şəxslərə və
XƏBƏRLƏR
•
TRANSACTIONS
•
ИЗВЕСТИЯ
Azərbaycan MEA-nın Xəbərləri.
İctimai elmlər seriyası, 2018, №1
227
qurumlara ümumi dəyəri 535 mln. manatlıq
937 min arşın bez satmışdır. Alverçilərin əlinə
düşən bez bazarlarda 11-20 manat civannda
satılırdı. Beləliklə, H.Z.Tağıyevin təbirincə de
sək, “...müxtəlif vasitəçilər hər arşın bezdən
orta hesabla ən azı 7 manat, ümumiyyətlə isə
6,8 mln. manat gəlir götürdülər, əhali bu pullara
qənaət edə bilmədi, fabrikə isə onlar gəlib çıx
madı...” (4, s. 256).
H.Z.Tağıyev bu problemlər haqqında baş
nazirə 1919-cu ilin iyun ayında yazırdı, hal
buki, yuxanda deyildiyi kimi, hələ ilin əvvəlin
də “İttihad” fraksiyası Tağıyev fabrikində qa
nunsuz bez satışı ilə bağlı F.Xoyski hökumətinə
sorğu ünvanlanmışdır. “İttihad”ın lideri Q.Qa-
rabəyov öz çıxışında deyirdi ki, əhali bezin ar
şınını 5 manata buraxan fabrik ola-ola bazarda
onu 17 manata almağa məcburdu. Həmin fabrik
ətrafında da bir sıra maneələr yaradılıb ki, on
ları yalnız az sayda seçilmişlər d əf edə bilir.
Bez üçün icazə alan şəxs onu artıq fabrikin qa
pılarında 12 manata satır.” (2, s. 140).
H.Z.Tağıyevin
N.Yusifbəyliyə
yazdığı
məktubda fabrikin bağlanmasının mümkünlü
yünə işarə verilir. Müəssisənin ölkə təsərrüfatı
nın inkişafına töhfəsini, 3 min fəhlənin işlə tə
min olunduğunu, fabrikin parça istehsalım ayda
300 min arşından 1 mln. arşına qədər qaldır
mağa imkanı olduğunu və s. sadaladıqdan sonra
H.Z.Tağıyev belə bir qənaətə gəlir: “Və bu
müəssisə ticarət və sənaye qurumunun səhv və
uğursuz tədbirləri ucbatından fəhlələrin məva
cibini ödəməkdə çətinlik çəkir, təchizatçılar
qarşısında öz öhdəliklərini yerinə yetirə bilmir
və elə bir acınacaqlı vəziyyətdədir ki, ya ləğv-
etmə, ya da fabrikin indiki real qiymətə satıla
raq xəzinənin ixtiyarına keçməsi haqqında hö
kumət qarşısında vəsatət qaldırmağa hazırdır”
(4, s. 257).
Qeyd olunmalıdır ki, məktubdan sonra hö
kumət müəyyən güzəştə gedərək bir arşın bezin
qiymətini 10 manata qaldırdı. Bu addım təkcə
anbarda yığılıb qalan məhsulun satışından
H.Z.Tağıyevə 1 mln. manata qədər mənfəət
gətirirdi (5, s. 154). Lakin yeni qiymətlər fabrik
sahibini qane etmədi və o, Ticarət və Sənaye
Nazirliyi qarşısında qaldırdığı vəsatətdə müəs
sisənin texniki avadanlığının pis vəziyyətdə
olduğunu səbəb gətirərək, istehsalın azaldılma
sına icazə istəmişdir. Bəzən Hərbi Nazirlikdən
başqa bütün digər şəxslərə və qurumlara bezin
verilməsinin dayandırılacağı haqqmda hədələr
də səsləndirilirdi. Lifli maddələr istehsal edən
səhmdar cəmiyyət hətta Ticarət və Sənaye N a
zirliyinin ipliyin buraxılma normasının artırıl
ması haqqında tələbinin icrasından imtina et
mişdir (5, s. 154).
1919-
cu ilin iyununda hökumət nazirliyin
müfəttişini fabrikə göndərərək ona müəssisə-
dəki işlərə müşahidə və uçot aparmağı, istehsa
lın azaldılması və ya buraxılan məhsulun key
fiyyətinin aşağı düşməsi hallan haqqında mə
lumat verməyi tapşırdı. Fabrikin direktoru mü
fəttişə hər gün dəzgahlarm işə salınması, parça,
iplik, pambıq buraxılması haqqında texniki ra
portlar verməyə borclu idi. 1919-cu ilin dekab-
nnda nazirlik hökumətin sərəncamına verilən
parçaların məcbur aylıq istehsal normalanm
təsdiq etmişdir. Hökumət isə öz növbəsində
fabriki xam pambıqla təchiz etməli idi, lakin bu
öhdəlik demək olar ki, yerinə yetirilmirdi (5, s.
155).
1920-
ci il yanvann 1-də hökumətin fabrik
məhsullanna tətbiq etdiyi möhkəm qiymətlərin
müddəti başa çatdı və H.Z.Tağıyev hökumətlə
səhmdar cəmiyyəti arasında yeni müqavilənin
bağlanması məsələsini müzakirə etmək haqqın
da təklifi Ticarət və Sənaye Nazirliyinə göndər
di. Onun fikrincə, bu qarşılıqlı razılaşma “işin
rəhbərlərinə (fabrikin rəhbərliyi nəzərdə tutulur
-
F. C.)
əzmkarlığı və azad təşəbbüskarlığı inki
şaf etdirməyə imkan yaradacaq ki, bunlarsız hər
bir müəssisə durğunluğa və çökməyə düçar ola
caq... Bu yolla hökumət həmçinin müəssisənin
sahibi və sərəncamvericisi kimi səhmdar cəmiy
yətinin hüquq və vəzifələrini bərpa etmiş olar
dı...”. Lakin bir sıra müəssisələrdə fikir ayrılığı
səbəbindən razılıq əldə olunmamışdı (5, s. 155).
N.Yusifbəyliyə yazdığı məktubda H.Z.Ta-
ğıyev təkcə hökumət siyasətinin tənqidi ilə ki
fayətlənməmiş, eyni zamanda böhrandan çıx
maq üçün öz təkliflərini də irəli sürmüşdür. O,
ilk növbədə sənayeçiyə dövlətin və cəmiyyətin
düşməni, yalnız öz şəxsi mənfəətini güdən, üzə
rində ciddi nəzarət olmalı cinayətkar kimi bax
maqdan imtina etməyin vacibliyini göstərirdi
XƏBƏRLƏR
•
TRANSACTIONS
•
ИЗВЕСТИЯ
228
Известия НАН Азербайджана.
Серия общественных наук, 2018, №1
(4, s. 256). Əlbəttə, hökumətin sahibkarlara
münasibətin məhz bu cür qiymətləndirilməsi
həddindən artıq şişirdilmişdi və əslində, reallığı
əks etdirmirdi. Lakin H.Z.Tağıyev mənsub
olduğu sosial təbəqənin maraqlarım ifadə edir
və bu səbəbdən də hökumətin iqtisadiyyatın
dövlət tərəfindən tənzimlənməsi sahəsində
məcburiyyət qarşısında gördüyü tədbirləri sa
hibkarlara qarşı yönəlmiş siyasət kimi səciy
yələndirirdi. Görünür, mülahizələrinin müəyyən
dərəcədə kəskinliyini anlayan H.Z.Tağıyev
məktubun sonunda baş nazirə nəzakətlə izah
edirdi: “Zati-alinizin mənim səmimiyyətimə
şübhə ilə yanaşmayacağına əmin olub ümid et
mək istərdim ki, Siz mənim ola bilsin, həddin
dən artıq cəsarətli fikirlərimə mənfi yanaşmaya
caqsınız, çünki həmin mülahizələrim hər iki
mizə doğma olan Vətənimizə yalnız xeyir və
fayda vermək istəyindən irəli gəlir” (4, s. 257).
H.Z.Tağıyevin fikrincə, iqtisadi böhrandan
yeganə düzgün çıxış yolu qadağa sisteminin, sa
bit qiymətlərin ləğvindən və azad rəqabətin tə
min olunmasından keçir. Məruzə məktubunun
sonunda H.Z.Tağıyev bir növ milli buıjuazi-
yanın platformasım, kredosunu ifadə etmişdir:
“Sonda bir daha Zati-alinizi əmin etmək istə
yirəm ki, mən heç vaxt Sizin dəyərli diqqətinizi
hazırkı məktubla pozmağa cürət etməzdim, əgər
dərindən anlamasaydım ki, mənim Sizə müra
ciətim kommersant və sənayeçinin şəxsi ma
raqlan ilə deyil, səmimi vətənpərvərlik hisslə
rindən irəli gəlir. Mən qəti əminəm ki, dövlətin
siyasi müstəqilliyi yalnız onun maliyyə və iqtisa
di müstəqilliyinə əsaslanır, bunsuz siyasi cəhət
dən azad vətəndaşlar özlərindən sənaye və tica
rət baxımından daha güclü qonşulann qullan
olacaqlar. Gənc Azərbaycan Cümhuriyyəti üçün
bu cür maddi müstəqilliyin təməlini qurmağa
can atmağım məni ticarət və sənayenin azad ol
mağı naminə çıxış etməyə vadar edir, çünki qada
ğaların dar çərçivəsində onların sağlam, düzgün
inkişafı və tərəqqisi mümkün deyil...” (4, s. 257).
Beləliklə, H.Z.Tağıyevin N.Yusifbəyliyə
məruzə məktubu Azərbaycanda mövcud iqtisa
di durumu, həmçinin müəllifin özünün vətəndaş
mövqeyini əks etdirən mühüm tarixi mənbədir.
Sözsüz ki, H.Z.Tağıyev məktubda həm özünün,
həm də əksər sahibkarların maraqlarından çıxış
edirdi. Bəzi mülahizələrdə H.Z.Tağıyev olduq
ca kəskin idi və şişirtmələrə yol verirdi. Onun
arqumentləri heç də həmişə əsaslı olmamış,
çünki məktubda təqdim olunan tədbirləri höku
mət yalnız bir məqsədlə həyata keçirirdi: ölkə
nin iqtisadi həyatım sabitləşdirmək, əhalinin
ərzaq və tələbat malları ilə təminatındakı prob
lemləri aradan qaldırmaq. H.Z.Tağıyev məruzə
məktubunda hökumətin bu tədbirləri hansı çətin
daxili və xarici şəraitdə tətbiq etməsi məsələsi
nə toxunmamışdır. Halbuki, bu amil həm qada
ğalar sisteminə, həm də firma və müəssisələr
üzərində sərt nəzarətə xeyli dərəcədə bəraət qa
zandırdı. Bu cür addımlar atmağa məcbur olan
Cümhuriyyətin hökumət kabinetləri onların
qeyri-effektivliyini anlamış, lakin cəmiyyətdə
qeyri-populyar olan həmin tədbirlərə tezliklə
alternativ tapmaqda gücsüz olmuşdur.
istifadə olunmuş ədəbiyyatın siyahısı:
1. Azərbaycan Cümhuriyyəti. Bakı, 1998.
2. Azərbaycan Xalq Cümhuriyyəti. 1918-
1920. Parlament. Stenoqrafik hesabatlar. Bakı,
1998.
3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklo
pediyası: 2 cilddə, I cild, Bakı, 2004.
4. Азербайджанская Республика. Доку
менты и материалы // под ред. Дж.Б.Гу-
лиева. Баку, 1998.
5. Алиева Л. Рабочие-текстилыцики Ба
ку в начале XX в. Баку, 1969.
6. Рустамова Дж. Национальная буржуа
зия в период Азербайджанской Демократи
ческой Республики. Баку, 2007.
XƏBƏRLƏR
•
TRANSACTIONS
•
ИЗВЕСТИЯ
Azərbaycan MEA-nın Xəbərləri.
İctimai elmlər seriyası, 2018, №1
229
Summary
Farhad Jabbarov
On the certain economic policy of First Azerbaijan Republic
Key words:
ban system, report letter, entrepreneurs, H Z. Taghiyev, N. Yusifbayli
Article was dedicated to the analysis o f the measures taken by the government for the
economical development o f the country and the role o f the state in the economical processes. The
letter o f Haji Zeynalabdin Taghiyev, well-known entrepreneur-philanthropist, to Nasib bay Yusi
fbayli, the prime minister, written in 1919 have been used as the initial source in the research. The
problem tackled in the letter was reflected on the background o f the social-economic situation
existed in that period.
Резюме
Фархад Джаббаров
К некоторым вопросам экономической политики
Первой Азербайджанской Республики
Ключевые слова:
система запретов, докладная записка, предприниматели, Г.З.Тагиев,
Н.Юсифбейли
Статья посвящена анализу мероприятий правительства Первой Азербайджанской Рес
публики по экономическому развитию страны, роли государства в экономических процессах.
В качестве первоисточника привлечена докладная записка известного предпринимателя-
благотворителя Гаджи Зейналабдина Тагиева премьер-министру Насиб беку Усуббекову, со
ставленная в 1919 г. Поднятые в записке вопросы освещены на фоне социально-экономи
ческого положения того периода.
XƏBƏRLƏR
•
TRANSACTIONS
•
ИЗВЕСТИЯ
Dostları ilə paylaş: |