Mövzu 3: İqtisadi artım və səmərəlilik. ( 2 saat)
Plan
1. Iqtisadi artım və ona təsir edən amillər.
2. İqtisadi artımın tipləri və modelləri.
3. İstehsalın səmərəliliyi və onu ifadə edən amillər.
1. İqtisadi artım və ona təsir edən amillər.
Iqtisadi artım bir-biri ilə qarşılıqlı əlaqədə olan aşa-ğıdakı iki göstərici ilə müəyyən edilir. Müəyyən dövr ərzin-də: 1) Real ümummilli və ya xalis milli məhsulun artması. 2) Hər nəfərə düşən real ümummilli və ya xalis milli məhsulun artması. Bunlardan hər hansı birindən istifadə olunması nəzərdən keçirilən sosial-iqtisadi hadisənin xarakterindən asılıdır. Belə ki, ölkənin hərbi-siyasi potensialı problemi diq-qət mərkəzində olduqda birinci, ayrı-ayrı ölkələrdə və regi-onlarda əhalinin həyat səviyyəsi müqayisə olunduqda isə ikinci göstəricidən istifadə etmək daha məqsədəuyğundur. Bunun doğruluğunu onunla əsaslandırmaq olar ki, məsələn, Hindistanın ümummilli məhsulu Isveçrənin ümummilli məhsulundan 70% çox olduğu halda, əhalinin həyat səviyyəsinə görə Hindistan Isveçrədən 60 dəfədən çox geri qalır.
Iqtisadi artım bir qayda olaraq faizlə ifadə olunan illik artım sürəti ilə ölçülür.
Makroiqtisadi səviyyədə iqtisadi artımın ən mühüm göstəriciləri aşağıdakılardır:
-
ÜMM-in və ya Milli gəlirin artması;
-
Hər nəfərə düşən ÜMM və milli gəlirin artması;
- Bütövlükdə sahələr üzrə və hər nəfərə düşən sənaye məhsulları istehsalının artım sürəti.
Iqtisadi statistikada dinamikanı öyrənmək üçün artım əmsalı, artım sürəti və əlavə artım sürəti göstəricilərindən istifadə olunur. Artım əmsalı aşağıdakı düsturla hesablanır:
x = y1 : y0
Burada: y1 və y0 – müvafiq olaraq hesabat və əsas dövrlərdəki göstəriciləri ifadə edir.
Artım sürəti artım əmsalının 100%-ə vurulması, əlavə artım sürəti isə artım sürətindən 100% çıxılması yolu ilə alınır.
Iqtisadi artıma aşağıdakı amillər təsir edir: 1) Təbii ehtiyatların kəmiyyəti və keyfiyyəti; 2) Əmək ehtiyatlarının kəmiyyəti və keyfiyyəti; 3) Əsas kapitalın dəyəri; 4) Elmi-texniki tərəqqi; 5) Sahibkarlıq qabiliyyəti və idarəetmə bacarığı. Bunları birlikdə təklif amilləri adlandırmaq olar. Istehsalın mümkün olan fiziki artımına məhz bu amillər imkan verir. Keyfiyyətinə görə daha yaxşı hesab olunan ehtiyatların çox olması isə texnoloji potensial da daxil olmaqla real məhsul istehsalının artırılmasına şərait yaradır.
Lakin artma imkanları ilə real artımı eyniləşdirmək olmaz. Əksinə, onları bir-birindən fərqləndirmək lazımdır. Bunun üçün iqtisadi artıma təsir göstərən daha iki amili – tələb və bölgü amillərini bilmək olduqca vacibdir. Belə ki, ölkə iqtisadiyyatının artmaqda olan istehsal imkanları mövcud ehtiyatlardan istifadə olunması ilə əlaqədardır. Başqa sözlə, istehsal imkanlarını reallaşdırmaq üçün ümumi xərclər artırılmalıdır. Bölgü amilləri isə özünü onda göstərir ki, istehsal imkanlarından məqsədyönlü istifadə edilməsi üçün ehtiyatları iqtisadi dövriyyəyə cəlb etməklə kifayətlən-mək olmaz, həm də onlar səmərəli bölünməlidir.
Iqtisadi artıma təsir edən tələb və təklif amilləri bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır. Məsələn, işsizlik, kapi-tal yığımının sürətinin, habelə elmi-tədqiqat işlərinə sərf olu-nan xərclərin artırılmasının ləngiməsinin, yeniliklərin ləng tətbiq olunmsı və kapital qoyuluşunun azalması isə əksinə, işsizliyin baş verməsinin əsas səbəbi ola bilər. Bundan başqa nəzərə almaq lazımdır ki, istehsal potensialının artması aşağıdakı iki şərt olduqda mümkündür: 1) Bütün xərclər tam məşğulluğu təmin etmək üçün kifayət qədər artdıqda; 2) Məhsul istehsalının imkan daxilində daha çox artmasını təmin etmək üçün iqtisadi dövriyyəyə cəlb edilmiş əlavə ehtiyatlardan səmələri istifadə olunduqda. Məsələn, tutaq ki, ölkədə il ərzində işçi qüvvəsi 2 min. nəfər artmışdır. De-məli, bu artım istehsal güclərini, yaxud da iqtisadi potensialı artıra bilər. Iqtisadi potensialın artması isə öz ifadəsini məhsulun artmasında tapmalıdır. Odur ki, buna nail olmaq üçün 2 min. nəfəri işlə təmin etmək, yəni, yeni iş yerləri açmaq lazımdır.
Tələb və bölgü amilləri çox böyük əhəmiyyətə malik olsalar da iqtisadi artımla bağlı problemlər həll olunarkən əsas diqqət təklif amillərinə yönəldilir. Çünki real ümum-milli məhsulun və milli gəlirin artırılması iki üsulla müm-kündür: 1) Istehsala daha çox ehtiyatlar cəlb edilməsi; 2) Ehtiyatlardan daha məhsuldar və səmərəli istifadə olunmsı.
Real ümummilli məhsul əmək məsrəflərini (adam-saatla) əmək məhsuldarlığına (bir işçinin bir saatda istehsal etdiyi məhsul) vurmaq yolu ilə müəyyən edilir. Yəni, Real ÜMM = işlənmiş adam saatların miqdarı vurulsun əmək məhsuldarlığı
Əmək məhsuldarlığına texniki tərəqqi, işçilərin ixti-sası, bölgünün səmərəliliyi, müxtəlif növ ehtiyatların bir-birilə əlaqələndirilməsi və idarə olunması kimi amillər təsir edir. Başqa sözlə, əmək məhsuldarlığı işçilər sağlam, yüksək peşə hazırlığına malik olduqda, istehsal maşın və avadan-lıqlarla, təbii ehtiyatlarla daha yaxşı təmin edildikdə, idarə-etmə düzgün təşkil olunduqda, iş qüvvəsi az səmərə verən sahələrdən çox səmərə verən sahələrə "axıb" getdikdə yüksəlir.
2. Iqtisadi artımın tipləri və modelləri.
Geniş təkrar istehsalın öz əksini tapdığı iqtisadi artım problemi diskussiya və müzakirələrdə əsas yerlərdən birini tutur. Iqtisadi artım bilavasitə öz ifadəsini ÜMM-in kəmiyyətcə artması və keyfiyyətcə təkmilləşdirilməsində, ha-belə onun istehsalına təsir göstərən amillərdə tapır. Bununla əlaqədar olaraq iqtisadi artımın ekstensiv və intensiv tipləri bir-birindən fərqləndirilir.
Ekstensiv1 inkişaf yolu iqtisadi artımın kəmiyyət amilləri, yəni istehsalata əlavə iş qüvvəsinin cəlb edilməsi, xammal və material sərfinin, kapital qoyuluşunun artırılması, əkin sahələrinin genişləndirilməsi və s. hesabına istehsa-lın həcminin artırılması deməkdir. Məsələn, deyək ki, məh-sul istehsalını iki dəfə artırmaq lazımdır. Bunun üçün mövcud olan və fəaliyyət göstərən müəssisələrlə yanaşı, quraşdırılmış avadanlıqların gücünə, kəmiyyət və keyfiyyətinə görə təqribən eyni miqdarda müəssisə tikmək lazımdır. Əgər ekstensiv inkişaf xalis şəkildə həyata keçirilirsə (bu isə mümkün deyildir), onda istehsalın səmərəliliyi dəyişməz qalır. Belə ki, bizim misalda məhsul buraxılışı iki dəfə artdıqda işçilərin sayı və investisiya əmtəələri də iki dəfə artmış olur və nəticədə bir işçiyə düşən məhsul buraxılışı əvvəlki səviyyədə qalır.
Təcrübədə ekstensiv inkişaf yoluna xalis şəkildə rast gəlinmir və o, bir qayda olaraq istehsalın intensiv tipi ilə çulğalaşır. Bu da onun səmərəliliyinin yüksəldilməsini təmin edir, elmi-texniki tərəqqinin nailiyyətlərindən və ehtiyatlar-dan qənaətlə istifadə olunmasına, əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsinə, işçilərin ixtisasının yüksəl-dilməsi və məhsulların keyfiyyətinin yaxşılaşıdırılmasına əsaslanır.
Intensiv inkişaf yolu ekstensiv inkişaf yolundan prin-sipcə fərqlənir. Belə ki, intensiv inkişaf yolunda canlı və maddiləşmiş əmək məsrəflərinə qənaət olunur və o, birinci növbədə əmək məhsuldarlığının yüksəldilməsi hesabına təmin edilir. Ekstensiv və intensiv iqtisadi amillərdən paralel şəkildə istifadə olunsa da, konkret şəraitdən asılı olaraq bunlardan hər hansı birinə üstünlük verilə bilər.
Məlum olduğu kimi, iqtisadi artımın əsas amilləri əmək, torpaq və kapitaldır. Bunların hər biri də öz növbəsində müxtəlif amillərin toplusundan ibarətdir. Məsələn, ka-pital dedikdə, binalar, tikililər, maşınlar, avadanlıqlar, xam-mallar, yanacıq və s. nəzərdə tutulur. Ümummilli məhsula və onun quruluşunun dəyişməsinə təsirinin daim artdığı elmi-texniki tərəqqini də kapitala aid etmək olar. Cəmiyyə-tin ümumi tələbinin artması da iqtisadi amillərə aid edilə bilər. Çünki o, istər kəmiyyət, istərsə də quruluş və keyfiyyət baxımından iqtisadi artımın «hərəkətverici qüvvəsi»dir. Ümumi tələb istisna olmaqla bunların hamısı təklif amilləridir.1
Cəmiyyətin sosial-iqtisadi inkişafından asılı olaraq ehtiyatlardan hər biri dəyişir, onlar iqtisadi artıma təsir gös-tərməkdə müxtəlif vəzifələri yerinə yetirir və bu zaman həm natural, həm də dəyər göstəricilərindən istifadə edilir.
Iqtisadi artımın tədqiqi labüd olaraq onun bir sıra modellərinin işlənib hazırlanmasına gətirib çıxarmışdır. Belə modellərin ilk ünsürlərini Fransua Kenenin 1758-ci ildə nəşr olunmuş «Iqtisadi cədvəlləri»ndə görmək olar. O, ilk dəfə iqtisad elmində milli təsərrüfatı özünəməxsus xüsusi balansa malik olan bir sistem kimi təsvir etmişdir. Kene belə hesab edirdi ki, izafi məhsul yalnız kənd təsərrüfatında yaradılır və məhsuldar sahə kənd təsərrüfatıdır. Izafi məhsul dedikdə o, kənd təsərrüfatının ümumi məhsulu ilə burada istehlak olu-nan məhsullar arasındakı fərqi nəzərdə tuturdu. Beləliklə, onun fikrincə kənd təsərrüfatında istehsal olunan məhsul iqtisadiyyatın digər sahələri tərəfindən satın alınır. Kenenin «Iqtisadi cədvəlləri» əməli əhəmiyyətə malik olmasa da, bu sahədə ilk təşəbbüs hesab edilə bilər.
Bu məsələnin araşdırılması sahəsində K.Marksın da müəyyən xidmətləri olmuşdur. O, "Kapitalı"ın II cildində ictimai istehsalın iki böyük bölmədən – istehsal vasitələri istehsalı və istehlak şeyləri istehsalı–ibarət olduğunu göstər-miş və onların arasındakı tarazlıq şərtlərini aşkara çıxarmış-dır. Lakin iqtisadi sistem ümumi səviyyədə nəzərdən keçirildiyi üçün onun çıxardığı nəticələr çox da böyük əməli əhəmiyyətə malik olmamışdır. Çünki iqtisadiyyat yüzlərlə, minlərlə sahə və istehsalatlardan ibarətdir.
Iqtisadi artımın əsl mahiyyətini əks etdirən "Xərc – məhsul buraxılışı" modeli rus riyaziyatçısı və iqtisadçısı, 1925-ci ildən ABŞ-da yaşayan və bu ölkənin vətəndaşlığını qəbul edən Vasili Leontyev tərəfindən işlənib hazırlanmış-dır. V. Leontyev milli təsərrüfatı maddi və dəyər göstəricilərinin köməyilə şahmat cədvəli formasında təsvir etmişdir. V. Leontyevin sahələrarası balansı aşağıdakı dörd kvadratdan ibarətdir: 1) Məhsulun istehsalına çəkilən mad-di xərc göstəriciləri; 2) Bilavasitə istehlak, yığım və ixrac üçün istifadə olunan son məhsul göstəriciləri; 3) Xalis məhsul göstəriciləri (əmək haqqı, mənfəət, vergilər); 4) Xalis məhsulun yenidən bölüşdürülməsi.
Sahələrarası balansın sütunlarında dəyər ifadəsində ümumi məhsulun formalaşmasına çəkilən xərclər, üfuqi sətirlərdə isə bu məhsulun bölüşdürülməsi göstərilir. Bu məlumatlardan istifadə etməklə, xərclərin xüsusi çəkisini asanlıqla müəyyən etmək olar. Bu məqsədlə sütundan və ya sətirdən götürülmüş (seçilmiş) göstərici ümumi məhsulun kəmiyyətinə bölünür.
Müasir dövrdə iqtisadi artımın modelləşdirilməsində aşağıdakı üç istiqaməti göstərmək olar: 1) Iqtisadi artımın Keyns modeli; 2) Neoklassik modellər; 3) Tarixi-sosioloji modellər.
Keyns modelinin mahiyyəti ondan ibarətdir ki, bunun tərəfdarları makroiqtisadi tarazlığın təmin olunma-sında tələbin həlledici rol oynadığını əsas götürürlər. Tələbin həlledici ünsürünün isə çoxaldıcının (multiplikatorun) vasi-təsilə mənfəətin artmasını təmin edən investisiyalardan ibarət olduğunu deyirlər. Keynsçilər istehsal amillərinin və onların bir-birini qarşılıqlı əvəz etmələrinin səmərəliliyi haqqında neoklassik baxışlara tərəfdar çıxmırlar.
Iqtisadi artım modellərindən biri də Domar modelidir. Ilkin keyns modellərindən fərqli olaraq, bu model investisi-yaları yalnız gəlirlərin deyil, həm də yeni güclərin yaradıl-ması amili hesab edir. Domarın fikrincə tələb və təklifin dinamik tarazlığı yeni gücləri və gəlirləri əmələ gətirən kapital qoyuluşunun dinamikası ilə müəyyən edilir. Deməli, əsas vəzifə, investisiyaların həcmi və dinamikasının müəy-yən edilməsindən ibarətdir. Domar aşağıdakı üç bərabərlik-dən ibarət olan sistemin həll olunmasını təklif edir: 1) Təklif bərabərliyi; 2) Tələb bərabərliyi; 3) Tələb və təklifin birlikdə bərabərliyi.
Domar modelinin inkişaf etmiş forması Xarrod modelidir. Domar modelində olduğu kimi, bu modeldə də tarazlaşdırılmış artma norması gəlirlərlə kapital qoyuluşları arasındakı nisbət funksiyasını ifadə edir. Odur ki, bu modeli Xarrod – Domar modeli də adlandırırlar. Lakin Domar modeli çoxaldıcıdan istifadə olunmasına əsaslandığı halda, Xarrod modelinin əsasında akselerator1 nəzəriyyəsi durur.
Bu nəzəriyyə kapital qoyuluşu nəticəsində gəlirlərin artma-sının tarazlaşdırma normasını müəyyən edir. Xarrod modeli akselerator nəzəriyyəsi əsasında sahibkarların investisiya haqqında qərarlarının öyrənilməsinə imkan verir. Xarrod öz baxışlarında aşağıdakı iki mühakiməyə əsaslanır: 1) Yığım milli gəlirdə sabit kəmiyyətdir, gəlirlər hansı sürətlə artırsa, o da həmin sürətlə artır, yığıma olan son və orta meyllilik bir-birinə bərabərdir; 2) Həyata keçirilən kapital qoyuluşu gəlirlərin, yaxud da iki dövr arasında tələbin artması deməkdir. Keyns bərabərliyinə uyğun olaraq tarazlıq üçün yığım və investisiya məbləğləri bir-birinə bərabər olmalıdır. Buna əsasən belə bir nəticə çıxarmaq olar ki, artma norması kapital əmsalına vurulduqda milli gəlirdə yığımın xüsusi çəkisi tapılır.
Xarrod bir-birindən fərqlənən artma norması üçün aşağıdakı müddəaları irəli sürür: 1) gəlirlər yüksək sürətlə artdıqda azad sahibkarlıq sistemi səmərəli fəaliyyət göstərir. 2)Investisiyalar istehlakçı tələbatından irəlidə getməlidir. 3)Bu model üzrə tarazlıq qeyri-sabitdir. 4) Dövlət bu problemə maliyyə siyasəti vasitəsilə müdaxilə etməlidir.
Tələbin tarazlığı şəraitində neoklassik modellər kapi-tal əmsalına dəyişikliklər etmişdir. Belə ki, neoklassik mo-dellər bir deyil, iki istehsal amilini və onların bir-birini əvəz etməsinin mümkünlüyünü nəzərə aldığına görə kapital/ istehsal nisbəti də çevik olur. Neoklassik modellər azad (xalis) rəqabət şəraitində faydalıdır.
Neoklassik modellərdə istehsal funksiyası əsas yer tutur. XX əsrin 20-ci illərinin axırlarında ABŞ vətəndaşları, iqtisadçı P. Duqlas və riyaziyyatçı X. Kobb 1899-1922-ci il-lərdə Amerikanın emaledici sənayesində əsas kapitalın, iş-lənmiş saatların miqdarının və istehsalın həcminin artmsını nəzərdən keçirərək üç müvəqqəti sıra düzəltmişlər
Kobb-Duqlas funksiyasının başlıca cəhətləri aşağı-dakılardır: 1) Mənfəətin və xərclərin xüsusi çəkisinin dəyiş-mədiyi, yığımın olmadığı və istehsalın (əmək və kapital) elastikliyinin vahidə bərabər olduğu fərz edilir; 2) Istehsal amillərinin bir-birini əvəz etmələri sıfırla vahid arasında tərəddüd edir və adətən vahiddən kiçikdir; Qarşılıqlı əvəzetmələrin hüdudu texniki inkişaf səviyyəsi ilə müəyyən edilir; 3) Əməyin kapital ilə əvəz olunması imkanları nəzəri cəhət-dən sonsuzdur; 4) Istehsal amilləri keyfiyyətinin dəyişməsi nəzərə alınmır, yəni, texniki tərəqqidən sərfnəzər edilir. Buradan da belə bir nəticə çıxarmaq olar ki, funksiya yalnız ekstensiv iqtisadi artım üçün münasibdir.
Mövzu 4. Ümumi milli məhsul və milli gəlir.(2 saat)
Plan
1. Ümummilli və son məhsul anlayışları.
2. Ümumi milli məhsulun hesablanması metodları.
3. Xalis milli məhsul və milli gəlir.
4. Ümumi milli məhsul və cəmiyyətin rifahi.
5. Milli sərvət və onun atrırılması yolları.
1.Ümummilli və son məhsul anlayışları.
Cəmiyyətin iqtisadi vəziyyətinə xarakteristika verər-kən kompleks göstəricilər sistemindən istifadə olunur. La-kin bu sistemdə başlıca meyarı ayırmaq olar və bu, ümum-milli məhsuldur.
Ümummilli məhsul (ÜMM) ölkənin daxilində və onun hüdudlarından kənarda milli iqtisadiyyata mənsub olan iqdisadi vahidlərdə bir il ərzində istehsal edilmiş son məhsulların və xidmətlərin bazar dəyərinin toplusudur1. Lakin cari ildə istehsal edilmiş məhsulların hamısı satılma-ya, onların bir hissəsi ehtiyat formasında gələn ilə saxlanıla bilər. Odur ki, satılıb-satılmamasından asılı olmayaraq cari dövrdə istehsal edilmiş bütün məhsullar ÜMM vasitəsilə ölçüldüyünə görə o, hesablanarkən ehtiyat kimi saxlanılan məhsulların hər cür artımı nəzərə alınmalıdır.
ÜMM dəyər ifadəsində hesablanır. Çünki müxtəlif əmtəə və xidmətləri natural formada cəmləmək və onların nisbi dəyəri haqqında tam təsəvvürə malik olmaq mümkün deyildir. Bunu aşağıdakı çox sadə misalla izah edək. Tutaq ki, ölkədə keçən il 5 ton armud və 8 ton alma, bu il isə əksinə – 8 ton armud, 5 ton alma istehsal olunmuşdur. Sual olunur: hansı ildə daha çox məhsul istehsal edilmişdir? Bu məhsulların hər birinin nisbi dəyərini ifadə edən bazar qiymətini bilmədən suala cavab vermək olmaz. Indi deyək ki, bir ton almanın qiyməti 200 manata, bir ton armudunku isə 300 manata bərabərdir. Buradan aydın olur ki, keçən ilə nisbətən bu il daha çox məhsul istehsal edilmişdir. Çünki istehsalın həcmi keçən il 3100 manata - (5x300) + (8x200) = 3100, bu il isə 3400 manata-(8x300)+(5x200)=3400-bərabər olmuşdur. Istehsalın ümumi həcmini düzgün hesablamaq üçün cari ildə istehsal edilmiş bütün məhsullar və xidmətlər bir dəfə uçota alınmalı, təkrar hesablamalara yol verilmə-məlidir. Məhsulların çoxu isə bazara daxil olmazdan əvvəl bir neçə istehsal mərhələsindən keçir. Nəticədə eyni bir məhsulun ayrı-ayrı hissələri bir neçə dəfə satın alınır və satılır. Ona görə də təkrar uçotaalmalara yol verməmək üçün ÜMM-i müəyyən edərkən yalnız son məhsulun bazar dəyəri nəzərə alınmalıdır.
Son məhsul dedikdə satmaq və ya emal etmək məq-sədilə deyil, son nəticədə istifadə olunmaq üçün satın alınan əmtəə və xidmətlər nəzərdə tutulur ki, bu da ÜMM-in tər-kibində təkrar hesablamaları aradan qaldırır. Bunu aşağı-dakı misalla izah edək. Tutaq ki, yun kostyum axırıncı istehlakçının əlinə düşənə qədər istehsal prosesi beş mərhə-lədən keçir. Qoyunçuluq ferması 100 mln. manatlıq yunu emal müəssisəsinə göndərir. Emal müəssisəsinin qoyunçuluq fermasına ödədiyi 100 mln. manat, əmək haqqı, renta tədiyələri, faiz və mənfəət şəklində bölünür. Emal müəssisəsi yunu emal edir və onu 150 mln. manata tikiş fabrikinə satır. 150 mln. manatın 100 mln. manatı satın alınmış yunun müqabilində qoyunçuluq fermasına ödənildiyinə görə onun yerdə qalan 50 mln. manatı emal müəssisəsində əmək haqqı, renta tədiyələri, faizin ödənilməsi və yunu emal etmək üçün lazım olan ehtiyatların satın alınmasına sərf edilir. Tikiş fabrikində 175 mln. manatlıq kostyum istehsal olunur və deməli, 25 mln, manat əlavə dəyər yaranır. Tikiş fabriki məhsulu 250 mln. manata topdan satış təşkilatlarına, onlar isə öz növbəsində 325 mln. manata pərakəndə ticarət təşkilatlarına satırlar və axırıncı istehslakçılar olan alıcılar kostyumu satın alırlar. Firmaların, məhsulların istehsalına sərf etdikləri xərclərlə onların satışından əldə etdikləri məbləğ arasındakı fərq hər mərhələdə əmək haqqı, renta tədiyələri və faiz, həmçinin məhsulların istehsalı və tədavülü prosesində istifadə olunan ehtiyatlara görə mənfəət formasında bölünür.
Nəzərdən keçirilən prosesdə ümdə məsələ ondan iba-rətdir ki, istehsal olunmuş kostyumun dəyərinin hansı hissəsi ÜMM-ə daxil edilməlidir? Suala qısa şəkildə belə cavab vermək olar: ÜMM-ə yalnız son məhsulu, yəni 325 mln. manatı daxil etmək lazımdır. Əgər hər mərhələdə son məhsul hesab edəilən, lakin əslində aralıq məhsul olan məhsulları cəmləsək (100+150+175+250+325=1000) və alınan 1000 mln. manatı ÜMM adlandırsaq, onda onun dəyərini süni surətdə artırmış olarıq.
ÜMM-i hesablamaqda məqsəd onun köməyilə il ərzində istehsal olunmuş əmtəə və xidmətlərin dəyərini müəyyən etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün hər il baş verən çoxsaylı qeyri-məhsuldar sövdələşmələr nəzərə alınmamalıdır. Qeyri-məhsuldar sövdələşmələrin isə iki əsas tipi vardır: 1) Xalis maliyyə sövdələşmələri; 2) Köhnə (işlədilmiş) əmtəələrin satışı.
Xalis maliyyə sövdələşmələri də üç yerə bölünür: 1) Dövlət transfert ödənişləri; 2) Xüsusi transfert ödənişləri; 3) Qiymətli kağızların alqı-satqısı.
Dövlət transfert ödənişlərinə sosial sığorta, işsizlərə, əlillərə dövlət tərəfindən verilən müavinətlər və təqaüdlər daxildir. Bu ödənişlərin xüsusiyyəti ondan ibarətdir ki, onu alanlar cari ildə bu pulla məhsul istehsalında iştirak etmir-lər. Deməli, dövlət transfert ödənişlərinin ÜMM-ə daxil edilməsi cari ildə həmin göstəricinin şişirdilməsinə gətirib çıxarır. Xüsusi transfert ödənişlərinə, məsələn, universitet tələbələrinə ailələrinin hər ay, yaxud da varlı qohumlarının birdəfəlik verdikləri pul və yardımlar daxildir. Çünki bunlar istehsalın nəticələri deyil, vəsaitin bir şəxs tərəfindən digərinə verilməsidir.
ÜMM hesablandıqda qiymətli kağızlarla aparılan sövdələşmələr, yəni səhm və istiqrazların alqı-satqısı da onun tərkibinə daxil edilmir. Çünki bu sövdələşmələr də cari ildə istehsalın həcminin artması demək deyildir. Lakin qeyd etmək lazımdır ki, pulun, onu "yığan" adamın əlindən çıx-ması və qiymətli kağızlarla sövdələşmələr aparan adamın əlinə keçməsi dolayı yolla istehsalın artmasına səbəb ola bilər.
Köhnə (işlənmiş) əmtəələrin ÜMM-ə daxil edilmə-sinin düzgün olmadığını isbat etməyə ehtiyac yoxdur. Çünki bu bir həqiqətdir ki, köhnə əmtəələr ya cari ildə istehsal edilməmişdir, yaxud da eyni bir ildə bir neçə dəfə alınıb-satıldıqda ÜMM-in tərkibində bir o qədər dəfə təkrarlana bilər. Məsələn, tutaq ki, kimsə 2005-ci ildə istehsal edilmiş və sahibi olduğu "Mersedes" markalı avtomobili kiməsə satmışdır. Bu sövdələşmə ÜMM-ə daxil edilməməlidir. Ona görə ki, avtomobil cari ildə istehsal olunmamışdır. Deməli, cari ildə istehsal edilmiş məhsullar yalnız həmin ildə, ÜMM-ə daxil edilir.
Beləliklə, biz ÜMM-in tərkibini nəzərdən keçirdik və onun nədən ibarət olduğunu aydınlaşdırdıq. Lakin bunlar nəzəri müddəalardır və burada əsas məsələlərdən biri ÜMM-in hesablanması metodlarının öyrənilməsindən ibarətdir.
2.Ümummilli məhsulun hesablanması metodları.
Istehsal olunmuş məhsulların ümumi bazar dəyəri iki üsulla müəyyən edilə bilər. Birinci üsulda istehlakçının son məhslun satın alınmasına sərf etdiyi xərclər, ikinci üsulda isə əmək haqqı, renta tədiyələri, faiz və mənfəət formasında əldə edilən gəlirlər cəmlənir. Bu üsullar eyni problemə iki yanaşma metodunun olduğunu göstərir. Çünki istehlakçı-ların əmtəələrin satın alınmasına sərf etdikləri məbləğ hə-min məhsulların istehsalı prosesində iştirak edənlərin müx-təlif formalarda əldə etdikləri gəlirlərin nəticəsidir. Bunu kostyum istehsalına dair yuxarıda gətirilən misaldan da aydın görmək olar. Belə ki, bu prosesdə iştirak edən firma-ların əldə etdikləri gəlirlərin cəmi (100+50+25+75+75=325) kostyumun istehsalına sərf olunan bütün xərclərə – 325 mln. manata bərabərdir.
Istehsalla əlaqədar xərclərlə, əldə edilən gəlirlər ara-sındakı bərabərliyə təminat vermək olar. Mənfəət forma-sında əldə edilən gəlir bunu deməyə əsas verir. Məlum oldu-ğu kimi, mənfəət, istehsalçıların məhsulların satışından əldə etdikləri məbləğdən əmək haqqına, renta tədiyələrinə və faizin ödənilməsinə sərf olunan xərclər çıxıldıqdan sonra yerdə qalan gəlir deməkdir. Kostyum istehsal etmək üçün firmanın əmək haqqının, renta tədiyələrinin və faizin ödənil-məsi üçün sərf etdiyi məbləğ onun bazar dəyəri olan 325 mln. manatdan azdırsa, onda bu iki kəmiyyət arasındakı fərq firmanın mənfəət əldə etdiyini, əksinə olduqda isə, zərər çəkdiyini göstərir. Bütövlükdə ölkə üzrə istehsalın ümumi həcmini hesabladıqda da eyni dəlilləri gətirmək olar.
Beləliklə, ÜMM-in hesablanmasında istifadə olunan birinci metoda məhsulun istehsal və ya xərclərə görə hesab-lanması metodu deyilir. Ikinci metodda isə əldə edilmiş gəlir-lər cəmlənir. Bu, ÜMM-in gəlirlər və ya bölgü üzrə hesab-lanması metodu adlanır. Bunlar belə bir nəticə çıxarmağa imkan verir ki, bu metodlar bir-birinin eynidir və buna əsasən aşağıdakı bərabərliyi yazmaq olar:
Cari ildə istehsal edilmiş Cari ildə istehsal olunmuş əmtəələrin satın alınmasına = əmtəələrin satışından əldə
sərf olunan xərclər edilən pul gəlirləri
Lakin bu sadəcə bərabərlik deyil, eynilikdir. Çünki pulun sərf edilməsi ilə, onun əldə edilməsi eyni bir sövdə-ləşmənin iki tərəfidir.
Dostları ilə paylaş: |