25
söykənəcək dayaq, o biri əlində isə quĢ və ya heyvan tutmuĢ fiqur təsvir
olunmuĢdir. Nüydü kəndi yaxınlığındakı qədim abidədə aparılmıĢ arxeoloji
qazıntılar bu vaxta qədər çox cüzi olmasına baxmayaraq onlardan əldə edilən
maddi-mədəniyyət zənginliyi burada antik dövrün izdihamlı bir yaĢayıĢ
məskəninin varlığını göstərir. Lakin bu kiçik qazıntılar onun yaĢayıĢ yerini tam və
dəqiqliyi ilə aĢkara çıxara bilməmiĢdir. Burada ardıcıl qazıntılar zamanı ətraf
ərazidə də diqqətli təqiqat aparılmasına və bu zəngin nekropolun münasib yaĢayıĢ
mənzilləri və tikililərinin tapılıb öyrənilməsinə səy göstəriləcək.
Uzunboylar abidəsi. Ekispedisiya müddətində ətraf ərazinin tətbiqi ilə də
müəyyən dərəcədə məĢğul olunmuĢ və bəzi yeni abidələr aĢkara çıxarılmıĢdır.
Ümumiyyətlə, ġirvan ərazisində, o cümlədən Ağsu rayonunda antik və orta əsr
abidələri olduqca çoxdur. Rayonun dağlıq hissələrində, xüsusən alçaq boz
dağlardan və yaylalardan ibarət münbit torpaqlara malik olan sahələrdə bu dövr
abidələrinə daha çox rast gəlmək olar. Nüydi qədim yaĢayıĢ yeri yaxınlıqlarında
Nuran, Xasıdərə, Sanqalan, Qırlar kəndləri ətrafında eyni tip abidələr vardır.
Xasıdərə və Sanqalan kəndləri arasında Uzunboylar deyilən sahə yerləĢir. Bura
əkin üçün Ģumlandığından antik dövr üçün səciyyəvi maddi-mədəniyyət
qalıqlarının üzə çıxdığı müĢahidə edilmiĢdir. Sahə axtarılmıĢ, Ģumun üzərində
insan sümükləri, saxsı qab parçaları, kül-kömür izləri diqqəti cəlb etmiĢdir.
Buradan toplanan keramika məmulatı onların eramızdan əvvəlki minilliyin son
rübünə xas materialdan ibarət olduğu sübut edir. Həmin qalıqlar tapılan yer sahənin
ən hündür nöqtəsidir. Bura həm cənuba tərəf geniĢ çölləri və həm də Ģimala tərəf
dağları seyr və müĢahidə etmək üçün bir növ amfiteatrı xatırladır. Bu cür tapıntılar
Uzunboylar sahəsinin lap yaxınlığında, Ģərqə doğru “DaĢçıxan” deyilən yerdən də
məlumdur. ġübhəsiz, bunlar bir abidəyə məxsusdur. Lakin yerüstü axtarıĢlarla
onun sahəsini və yaĢayıĢ yerini dəqiqləĢdirmək mümkün olmadı.
Uzunboylar abidəsində toplanan tapıntıların Nüydi abidəsi materialları ilə
müəyyən uyğunluğu varsa da, onun ilk dövrləri üçün daha çox yaxınlığa malikdir.
Belə ki, tapılan kiçik dolçanın gilinin tərkibi təmiz olub, üzəri anqoblanmıĢdır.
Onun ağzı dairəvi, gövdəsi yumru, oturacağı düzdür, lentvari qulpu, kənarı ilə
çiyninə yapıĢdırılmıĢdır. Onun hündürlüyü 8 sm, ağzının diametri 5 sm, oturacaq
diametri 4 sm-dir. Bundan baĢqa gil qab ağzının kənarı, qapaq qırığı və s.
tapılmıĢdır ki, onların bəzisi boz rəngdə anqoblanmıĢdır, bəzisi də qırmızı rəngə
çəkilmiĢdir. Qırmızı rəng qab əvvəlki minilliyin ikinci yarısına, xüsusən son
dövrlərə aid qiymətli məlumat verə bilər.
Təpədalı (Qırlar) yaşayış yeri. Uzunboylar abidəsindən 6-7 km Ģərqə
doğru Qırlar kəndinin Ģimal-Ģərqində Təpədalı adlı antik dövr və orta əsrlərə aid
möhtəĢəm abidənin qalıqları vardır. O hələ 1960-cı illərdə müəllif tərəfindən qeydə
alınmıĢ və abidələrin mühafizə təĢkilatlarına verilmiĢdir. Təpədalı qədim yaĢayıĢ
yerinin Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Abidələri Mühafizə siyahısına
daxil olmasına baxmayaraq 1971-ci ildən həmin sahə üzüm bağı üçün
26
ĢumlanmıĢdı, nəticədə çoxlu dağıntı olmuĢdur. Bundan əlavə abidənin yerləĢdiyi
sahənin üzümlüyə çevrilməsi onun mütamadi olaraq dağılacağına səbəb olacaq və
gələcək arxeloji qazıntı iĢləri aparılması iĢini çətinləĢdirəcəkdir. Burada yenidən
axtarıĢlar nəticəsində nəhəng təpənin üstündə biĢmiĢ kərpic, saxsı qab qırıqları,
ocaq yerinin varlığı təpənin döĢündə isə nisbətən düzən hissədə 10-12 hektara
qədər sahədə antik dövrü xarakterizə edən saxsı qab qırıqları, uzunsov, bir növ
qabırğavari dən daĢları qalıqlarının səpələndiyi müĢahidə olunmuĢdur. Yerüstü
tapıntılarla abidənin ilk dövrünü hələlik e. ə. I minilliyin son rübünə aid etmək olar.
Təpənin özünə gəlincə, onun üstü orta əsrlərə aiddir. Lakin bu barədə yalnız
arxeoloji qazıntı apardıqdan sonra qəti fikir söyləmək olar. Bu abidə də
Uzunboylar, Nüydi yaĢayıĢ yerləri ilə eyni yüksəklikdə və eyni mövqedə yerləĢir.
Onlar ġamaxı və Qəbələ arasında düz xətt üzrə gedən aranla dağ arasındakı hündür
yaylaların üstündə yerləĢir. Çox güman ki, Qəbələ və ġamaxı arasındakı qədim
yollar məhz bu yaĢayıĢ yerləri boyu olmuĢdur.
1973-cü il
Arxeoloji dəstə 1973-cü il iyunun 21-dən avqustun 19-na kimi Ağsu
rayonu Nüydi kəndinin qərb kənarında, eramızdan əvvəlki minilliyin son rübü və
eramızın ilk əsrləri çərçivəsinə aid yaĢayıĢ yerinin nekropolunda iĢ davam
etdirmiĢdir.
8
Əvvəllərdə baĢlanmıĢ qazıntı, xüsusən keçən ildən yarımçıq qalmıĢ
abidələr dərinə qazılmıĢ və ətrafa doğru geniĢləndirilərək iĢlənmiĢdir. Qeyd etmək
lazımdır ki, abidə yerləĢən bütün sahə bilavasitə baĢ verən üzüm bağı içərisində
yerləĢdiyindən çöl tədqiqat iĢlərində bir sıra maneələrin qarĢıya çıxmasına səbəb
olmuĢdur. Buna baxmayaraq rayon və kənd yerli təĢkilatların köməyilə lazımi
tədbirlər görülmüĢdür.
Qazıntı sahəsində abidələr dörd tərəfə kütləvi Ģəkildə davam edir. Ġmkanı
nəzərə alaraq (bağın seyrəkliyini və abidələrin çoxluq meylini) sahənin Ģərqə və
Ģimala doğru geniĢləndirdik. Bununla əlaqədar olaraq bir neçə üzüm tənəyi də
çıxarıldı. Artırılan sahədə, üst qarıĢıq qara torpaq layında, 0,3 metr dərinlikdən
saxsı qab və qırıqlarına, tunc üzük və muncuğa rast gəlinirdi ki, bu da burada qəbir
abidəsinin olmasını, habelə onun Ģum zamanı dağıdılmasını bildirirdi.
Qazıntıdan çıxan torpağı istənilər səmtə atmaq mümkün deyildi. Onun ki,
torpaq xərəylə yalnız qazıntının cənub-qərb kənarına, 1965-ci ildəki qazıntı yerinin
çalasına daĢınmıĢdır. AtılmıĢ torpağı uzağa kürümək üçün texnikadan istifadə
etmək imkanı olmadığından bütün iĢlər əl ilə görülmüĢdür.
8
Ekspedisiya bu tərkibdə iĢləmiĢdir: dəstə rəhbəri Fazill Osmanov (21.VI-19.VIII.73), tarix elmləri
namizədi Fərhad Ġbrahimov (21.VI-19.VIII.73), aspirant Əli Haqverdiyev (21.VI-19.VIII.73), Tarix
elmləri namizədi Faiq Hüseynov (21.VI-20.VII.73), sürücü B.B.Mehdiyev.
Dostları ilə paylaş: |