23
Bizlər. Tapıntılar içərisində əmək alətlərinin bir qulpunu dəmir biz təĢkil
edir. Onların sulğuncu nisbətən uzun olub, en kəsiyi dairəvari, ucu ĢiĢdir. Bunların
üzərindəki ağac izinə görə güman etmək olar ki, sulğunc qızdırılıb ağac sopa
vurulubdur. Onlardan birinin üzərində dəmirdən sağanaq da qalmıĢdır (s.q. №
590).
Oraqlar. Dəmir oraqlara Nüydi qazıntılarında tez-tez təsadüf edilir. Bu ilki
qazıntılar zamanı oraqvari iki dəmir alət tapılmıĢdır. Onların kiçik olmasına görə
qəti Ģəkildə oraq adlandırmaq çətindirsə, son zamanlara qədər mövcud olan oraqlar
içərisində kiçik ölçülülər də mövcud olmuĢdur. Oraqlar çox paslanmıĢdır. Ona görə
də onların müəyyən hissəsi ovxalanmıĢdır. Onlar qövsĢəkilli olub, kiçik dəstəyə
malikdir. Bunlardan birinin sulğucunda sağanaq da qalmıĢdır.
Bıçaqlar. Ġki tip bıçağa təsadüf olunmuĢdur. Onlardan birinin hər iki tərəfi
iti və ucu ĢiĢdir. Dəstəyində və tiyəsində ağa çürüntüsünün izi vardır. Görünür,
onun taxtadan qını da olmuĢdur. Dəstəylə tiyə hissəsinin birləĢən yerində çıxıntı
vardır. Bu bir növ kiçik xəncəri xatırladır (s.q. № 444). Digər bıçaqların tiyə
hissəsi qövsvaridir. Onların burun hissəsi sınmıĢdır (s.q. № 587-569). Sulğuncu
yastı və uca doğru ĢiĢdir.
Nizələr. Qazıntılar zamanı qədim silah növlərindən ən çox nizə əldə
edilmiĢdir. Bunlar əsasən eyni formalı olub, yalnız ölçülərinə görə bir-birindən
fərqlənir. Nizələr qəbirlərdə əsasən ölünün üzü, önündə dik sancılmıĢ vəziyyətdə,
yaxud kəllə üzərindəki torpağa batırılmıĢ və ya köndələn qoyulmuĢ vəziyyətdə
müĢahidə edilmiĢdir. Nüydi qəbiristanlığında əksər qəbirlərdə nizə ucları əldə
edilmiĢdir. Nizə uclarından 4 ədəd 10 saylı torpaq qəbirindəki skeletin üzü önüdə
dik batırılmıĢdır. Onlar uzun olub, yarpaqĢəkilli tiyəsi vardır. Tiyənin hər iki yanı
iti olub, uca doğru daralır və ĢiĢləĢir. Tiyənin ucundan baĢlayaraq boğazına doğru
mərkəzi səthi ilə hər iki tərəfdən çıxıntı uzanır. Bu azca, qabarıq kimi bilinir. Bu
çıxıntı saplağadək keçərək boruĢəkilli hissəyə qədər davam edir. BoruĢəkilli sap
keçirilən hissəsi bir tərəfdən ucdan enli və getdikcə daralan açıqlığa malikdir. Bu
da nizələrin saplanmasını asanlaĢdırmaq, möhkəmliyini təmin etmək üçündür.
Nizələrin uzunluğu 22,5 sm olub, ondan 9,5 sm tiyə, 4 sm boğaz, 9 sm boru
hissəsidir. Nizə ucluqlarının boğazı incədir (s.q. № 518). Digər nizə ucluqları da
ölçülərinin müxtəlifliyi nəzərə alınmazsa demək olar ki, eyni formadadır (s.q. №
497, 586, tablo 32).
11 saylı torpaq qəbirində aĢkar edilmiĢ nizə ucluqları saxsı qabların arasında
qoyulmuĢdur. Bu nizə ucluqları kiçik və miniatür hazırlanmıĢdır. Onlardan biri
daha zərif istehsal olunmuĢdur. Onun ucu ĢiĢ, orta hissəsi baĢqa nizələrə nisbətən
enli, boğazı incədir. Kiçik boruĢəkilli saplağı vardır (s.q. № 558). Ġki ədəd qalan
nizə ucluqlarından birinin tiyəsi həddən çox korroziya olunmuĢ və formasını
qismən itirmiĢ, o biri isə yaxĢı qalmıĢdır. Nizə ucluqlarının saplağında ağac
çürüntüsü qalınlığına görə onlara ağac sap keçirildiyini bildirir. 6 saylı torpaq
qəbirində nizə ucluğu ilə yanaĢı bir ədəd mizrab (süngü) də tapılmıĢdır. Onun tiyə
24
hissəsi isə xəncər tiyəsi formasında olub, saplağının borusu nisbətən böyükdür (s.q.
№ 500).
Tunc və dəmir bilərziklər. Əsasən tuncdandır, yalnız bir ədəd dəmir
bilərziyə təsadüf edilmiĢdir. Belə ki, içəri tərəfi yastı, üstü balıq beli Ģəkildədir (s.q.
№ 443, 470, 522, 566, tablo 31). Bunların ucları bir-birindən aralı və bir qədər
xaricə
qatlanmıĢ formada hazırlanmıĢdır. Bilərziklərin ucları döyülüb
yastılanmıĢları da vardır. Bilərziklərin içərisində bir ədəd en kəsiyi dairəvi
formasına təsadüf edilmiĢdir, onun ucları bir-birinə kip yapıĢdırılmıĢdır. (s.q. №
563, tablo 31).
Tunc üzüklər. Müxtəlif forma böyüklükdə hazırlanmıĢ üzüklərin bəzisinin
ucları qalın və baĢ-baĢa çatılmıĢ formada, bəzisi aralı, bəzisinin ucu bir-birinin
üstünə çatmıĢdır (s.q. № 438, 461, 472, 501, 567).
Bunlardan bilərziklər kimi içəri tərəfi yastı, üstü qabarıq, en kəsiyi dairəvari
və düzbucaqlı Ģəkildə olanları vardır. Üzüklərin biri dəmirdən olub, enli qaĢı
vardır. Ona kiçik tunc muncuq da keçirilmiĢdir (s.q. № 567).
Daha bir ədəd barmaqcıl (üzük) də diqqəti cəlb edir. Bir neçə cərgədən
ibarət sıra ilə qatlanmıĢ bu tunc bəzək əĢyası bütöv çubuqcuğun dolanmasından
əmələ gətirilmiĢdir.
Muncuqlar. Nüydi qazıntılarında hələlik müəyyən qədər muncuq
nümunələri əldə edilmiĢdir. Onların içərisində ĢüĢə, əqiq, metal (tunc), pasta və s.
rast gəlmək olar. Muncuqlar rombvari, çəlləkvari, ulduz Ģəkilli, uzunsov, dairəvi
formadadır (s.q. № 436, 462, 471, 515, 523, 555, 557).
Bu muncuqların əksəriyyəti zəngin avadanlığı olan 11 saylı torpaq qəbirdən
tapılmıĢdır (40-a qədər). Bundan baĢqa burada çox nazik tunc lövhədən
hazırlanmıĢ dairəvi formalı bəzək əĢyası da tapılmıĢdır. Onlardan biri hamar səthə
malik olub, bir tərəfi qabarıq, əks tərəfi çökəkdir. Onun iki kiçik deĢiyi vardır ki,
bu da paltar üstünə tikmək üçündür, digər bəzək isə yenə nazik tunc lövhədən olub,
bir tərəfi qabartma dilikli formada hazırlanmıĢdır. Onun kənarları dalğalı dairə
Ģəklindədir, çökək üzündə kiçik ilməsi vardır (s.q. № 556).
Bundan baĢqa üzərində cızma naxıĢı olan uzunsov tunc bəzək əĢyasının
qırıqları da əldə edilmiĢdir. Tapıntılar içərisində midbaraoxĢar iki dəmir halqa da
tapılmıĢdır. Onlar bir-birinin yaxınlığında idi. Ola bilsin ki, at gəmidir, uzun
illərdən biri torpaqda qalaraq çürüyüb aralanmıĢdır (s.q. 562). Lakin buradan heç
bir baĢqa at ləvazimatı tapılmamıĢdır. Tapıntılar içərisində dən daĢı parçası, heyvan
buynuzu, gil qapaqlar da vardır.
Gümüş sikkələr. 11 saylı torpaq qəbirdə skeletin topuqları üzərində kiçik
qonur rəngli, ağzı novçalı (ağzı və qulpu qırılmıĢ) Ģəkildə gil qabın içərisində 36
ədəd tapılmıĢdır. Onlar yaxĢı qalmıĢ, üzərindəki təsvirlər aydındır. Heç bir yazısı
yoxdur. Pulların bəzisinin üzərində azca sarı mis cənginə də rast gəlmək olar.
Onlar qeyri-bərabər dairədə zərb olunmuĢdur. Pulların bir üzündə insan baĢının
profilindən sxematik görünüĢü, əks üzündə isə kresloda oturmuĢ və əlində
Dostları ilə paylaş: |