www.vivo-book.com
793
gətirdiyi hədiyyə onu çox sevindirdi, çiçəkləri stəkanda
onun qarşısına qoymuşdular, o da nəşə ilə çiçəklərə baxırdı.
Nikolay Sergeiç dedi:
– Nelli, çiçəyi sən çox xoşlayırsan? – Sonra həvəslə
əlavə etdi: – Bir dayan! Sabah... sabah özün görərsən. Sənə
necə çiçək alacağam!
Nelli:
– Çiçəkləri çox xoşlayıram, – dedi. – Yadımdadır,
anamı biz çiçəklə necə qarşıladıq... Biz hələ orada olanda
(orada sözü indi xaric deməkdi) anam bir ay bərk xəstələndi.
Henrixlə mən bu qərara gəldik ki, anam ilk dəfə yatağından
qalxanda (o bir ay idi ki, yataqdan durmamışdı), bütün
otaqları çiçəklə bəzəyək. Elə də elədik. Anam axşamdan
bizə dedi ki, sabah səhər sizinlə bir yerdə yemək
yeyəcəyəm. Biz lap tezdən durduq. Henrix çoxlu çiçək
gətirdi, biz bütün otağı çiçəklərlə, yaşıl yarpaqlarla,
çələnglərlə bəzədik. Burda bağ sarmaşığı da vardı, bir çox
iri yarpaqlar da vardı, elə yarpaqlar ki, hər şeyə sarmaşırlar,
iri, ağ güllər də vardı, nərgiz də (mən nərgiz gülünü bütün
güllərdən çox istəyirəm), qızılgül də, özü də elə qəşəng
www.vivo-book.com
794
güllər idi, başqa cür də çox-çox güllər vardı. Biz bunların
hamısını çələng kimi hörüb asdıq, dibçəklərə də qoyduq,
burada elə çiçəklər də vardı ki, lap bir ağac kimi, özü də iri
çəlləklərdə idi. Bunları da bucaqlara, anamın kreslosunun
ətrafına qoyduq, anam bu otağa gələn kimi, bu qədər çiçəyi
görüb təəccübləndi, özü də çox sevindi, Henrix də sevindi...
Bu indi də yadımdadır...
Bu axşam Nelli çox zəif və çox əsəbi idi. Həkim
narahat halda ona baxırdı. Nelli çox istəyirdi ki, danışsın.
Lap hava qaralana kimi bizə orada olan dolanışıqlarından
danışdı. Biz onun sözünü kəsmirdik. Orada o, anası ilə,
Henrixlə çox yerlər gəzmişdi... Keçmiş xatirələr parlaq bir
şəkildə onun xəyalında canlanırdı. O bizə mavi göylərdən,
görüb gəzdiyi qarlı, buzlu hündür dağlardan, dağ
şəlalələrindən
həyəcanla
danışdı,
sonra
İtaliyanın
göllərindən, dərələrindən, güllərindən, ağaclardan, kənddə
yaşayan adamlardan, onların geyimindən, qarayanız
üzlərindən, qara gözlərindən, sonra da başlarına gələn
cürbəcür hadisələrdən, təsadüflərdən danışdı. İri şəhərlərdən,
saraylardan, birdən-birə cürbəcür rənglərlə çıraqban olan iri
www.vivo-book.com
795
qübbə və hündür kilsələrdən söhbət açdı, bundan sonra da
mavi səmalı, mavi dənizli cənub şəhərlərindən odlu-odlu
danışdı... Hələ indiyə kimi o bizə öz xatirələrini belə
müfəssəl danışmamışdı. Biz ona çox diqqətlə qulaq asırdıq.
Bu vaxta qədər o bizə ancaq tutqun, qaraqabaq bir şəhərdən,
onun insana təzyiq edən, baş gicəlləndirən, zəhərli
havasından, həmişə çirkli olan zəngin palatalarından, sönük,
solğun günəşindən, dəli kimi, acıqlı adamlarından, bu
adamlardan həm onun, həm də anasının çəkdiyi
müsibətlərdən bəhs etmişdi. Bu zaman onların, rütubətli,
qaranlıq bir axşamçağında çirkli zirzəmidə, öz kasıb
yataqlarında qucaqlaşaraq keçmiş günləri xatırlamaqları,
mərhum Henrix, başqa ölkələrin füsunkar gözəllikləri
mənim təsəvvürümdə canlanırdı... Nelli də ayrıca mənim
təsəvvürümdə canlanırdı, o zaman ki, bu şeyləri təkbaşına,
anasız xatırlayırdı, o zaman ki, Bubnova onu döyə-döyə,
vəhşicəsinə bir zalımlıqla onun iradəsini qırmağa çalışaraq,
onu pis yollara getməyə məcbur etmək istəyirdi...
Axırda Nellinin halı pisləşdi, onu öz yatağına apardılar.
Nikolay Sergeiç bərk qorxdu. Nelliyə bu qədər danışmağa
www.vivo-book.com
796
imkan verilməsindən peşman oldu. O bayılmaq vəziyyətində
idi. Bir neçə dəfə idi ki, o belə olurdu. Özünə gəldikdən
sonra məni təkidlə yanına çağırırdı. Nelli yalnız mənə nəsə
demək istəyirdi. O bunu elə xahiş etdi ki, bu dəfə həkim özü
onun arzusunun yerinə yetirilməsini tələb etdi və hamı
otaqdan çıxdı.
Biz ikimiz otaqda tək qaldıqdan sonra Nelli dedi:
– Vanya, bilirsən nə var, onlar elə bilir ki, mən də
onlarla gedəcəyəm, amma mən getməyəcəyəm, ona görə ki,
gedə bilmirəm, mən hələlik sənin yanında qalacağam, mən
bunu sənə demək istəyirdim.
Mən onu yola gətirmək istədim, dedim ki, İxmenevlər
hamısı səni çox istəyir, səni öz qızları hesab edirlər. Əgər
getməsən, onlar buna çox təəssüf edəcəklər. Mən səni nə
qədər çox istəsəm də, əlac yoxdur, ayrılmaq lazım gələcək.
Nelli inadla:
– Yox, mən getməyəcəyəm, – dedi, – ona görə ki, mən
çox tez-tez anamı yuxuda görürəm, o mənə deyir ki, sən
onlarla getmə, burda qal. O deyir ki, mən babamı tək
qoymaqda çox günah iş tutmuşam, bunu da deyəndə həmişə
www.vivo-book.com
797
ağlayır. Vanya, mən burda qalmaq istəyirəm ki, babama
qulluq eləyim.
Mən onun sözünə qulaq asaraq təəccüb etdim, dedim:
– Nelli, axı sənin baban ölüb...
Nelli fikirləşərək diqqətlə mənə baxdı.
– Vanya, bir də mənə danış görüm, babam necə öldü,
hamısını danış, heç bir şey ötürmə.
Mən onun tələbinə heyrət etdim, bununla belə, o
hadisəni bütün təfsilatı ilə danışdım. Mənə elə gəlirdi ki,
Nelli sayıqlayır, ya da keçirdiyi bayqınlıqdan sonra fikri
hələ tamam açılmamışdı.
O, diqqətlə mənim söylədiyim sözləri dinləyirdi.
Yadımdadır, mən hadisəni danışıb qurtarana kimi o,
qızdırmadan parıldayan qara gözlərilə diqqətlə məni
müşahidə edirdi. Otağa qaranlıq çökmüşdü.
Nelli axıra kimi mənə qulaq asıb, bir də fikirləşərək
qəti dedi:
– Yox, Vanya, o ölməmişdir! Anam tez-tez mənə
babam haqqında danışır, dünən mən ona deyəndə ki, “axı
babam ölmüşdür” – anam çox qəmgin oldu, ağladı, dedi ki,
Dostları ilə paylaş: |