Müəllifdən
Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən
biri düşünə bilmək, özü ilə olmaqdır. Bizim varlığımız baxmayaraq ki,
emosiyalardan, istəklərdən, arzulardan yoğrulub, amma onları həyata keçirmək
həmişə öz əlimizdə olmur. Onları düz məcraya yönəltməksə, yenə buna
baxmayaraq, öz əlimizdədir, məhz bizə aiddir. Elə buna görə yüksək bəşəri əxlaqı,
ali duyğuları uca tutub, çirkin əməllərdən, xəyanətdən, paxıllıqdan, satqınlıqdan
qaçaraq mükəmməl olmağa can atırıq. Çıxış yolunu isə bizə ürəyimiz göstərir. Bu
çətin həyatımızda təsəlli və xoşbəxtlik yalnız ona qulaq asanda mümkündür.
Ümüd edirəm bu kitabda sizə təsəlli olanı, xoş gələni tapacaqsız
.
Tərs qadınlar
və
sevimli kişi
T
əyyarənin təkəri yerə toxunar-toxunmaz Teymurun ürəyi
sanki yerindən oynadı. Bakıdan getdiyi xeyli vardı. Son dəfə Teymur
ata-anası rəhmətə gedəndə gəlmişdi, amma çox az müddətə. Bir də bu
çoxdan olmuşdu. O vaxt vətəni təzə tərk etdiyi üçün tamam başqa hisslər
keçirirdi. Indi isə bir ayrı duyğular onu bürümüşdü. Fransız arvadı,
məktəb yaşlı uşaqları Bakıya ondan çox gəlirdilər.
Fevral ayı idi. Hava günəşli olmasa da soyuq da deyildi.
“Doğma qoxu. Nə qoxusu idi bu?! -Neftmi, qazmi, yoxsa torpaq
ətri?! Amma necə də xoş idi!”
Bacısıyla, əri Raufla, birdə onun vətənə gəlməsinə səbəbkar
bacısıoğlu – bu günlərdə toyu olacaq sevimli Rüfətlə qolboyun oldular.
- Bəs uşaqlar? - Patrisiya hanı? Doluxsunan bacısı yaşarmış
gözlərini sildi.
- Uşaqlar oxuyur, Patrisiya da onlarsız gələ bilməzdi.
Darıxmayın, bu yay mütləq gələcəklər, artıq boynuma qoyublar.
Rüfət çamadanlarını alıb dayısını “Cip”ə sarı çəkdi. Özü
sürürdü.
- Əvvəl evə gedək, dayı, bir az istirahət elə, sonra şəhəri
gəzərik.
Rüfət də Parisə gələndə Teymurun ilk sözləri bu olurdu.
“Cip” şütüyüb magistral yola çıxdı. Onun qoyub getdiyindn
çox – çox dəyişib gözəlləşən təyyarə limanı arxada qaldı. Getdikcə
genişlənən, gözəl asfaltı və yol boyu əkilən bəzək ağacları və gülləri ilə
diqqət çəkən səliqəli – sahmanlı yollar, yeni körpülər ,“Binə” limanına
gedən prospektin dəyişdiyindən, abadlaşdırıldığından xəbər verirdi. Bir
vaxt “Razin”, indi “Bakıxanov” adı ilə tanınan boş, yaşıl yamaclar
villalara çevrilmişdi.
“Evlərə bax! Bakı lap göydələnlər şəhəri olub ki!” Maşınlar da
çoxalmışdı.Yaşıl parklar, boş ərazilər gözünə az dəyirdi. Şəhər tanınmaz
olmuşdu. Yalnız evlərin sayı artmışdı. Necə
gəldi, harada gəldi
tikilmişdi.
“Cip” dağüstü parkın, “Fəxri xiyaban”ın yanından keçib bacısı
ilə
ailəsinin çoxdan yaşadığı, Rüfətin doğulub boya – başa çatdığı
həyətdə dayandı. Buralar əvvəlki təki qalsalar da oradan- buradan qabağa
çəkilmiş balkonlar, yamaq artırmalar, lüzumsuz mağazalar həyətin
gözəlliyini pozurdu.
İçəri keçdilər. Bacısının evi gəlin gəldiyi illərdən necəydisə
eləcə ən geniş, təmtəraqlı ev olaraq qalırdı. Teymura xoş gələn bu idi ki,
Nərgiz onun gəlişi münasibətilə qohumlardan, tanışlardan heç kəsi
qaçırmamışdı. Onsuz da toyda hamısını görəcəkdi.
- Mən mehmanxanaya düşmək istərdim, Teymur özünün rahat
olması üçün bildirdi, sizcə ən yaxşısı hansıdır?
- Mehmanxana nədir? –
öz evinə gedəcəksən, Rüfət
aparacaq, - bacısı dilləndi.
Nərgiz yarpaq dolması bişirmişdi. Teymur bu dolmanı sevirdi.
“Doğrudanmı bulvardakı evləri dururdu?! Min dəfə bu barədə soruşmaq
istəsə də cəsarət etməmişdi. Atası bu evi Nərgizə qoymuşdu. Nərgiz onu
kirayə də verə bilərdi, sata da. Bu Teymurluq deyildi.” Axırıncı dəfə
orada anasının ilində olmuşdu. Gələnlər hələ o vaxt bu mənzillərin çox
baha qiymətə olduğunu deyirdilər.
- Ev durur, - səsindəki sevinci gizlədə bilmədi. – Elə indi ora
gedək. Maşınla yox, lap 30il bundan qabaqkı təki trolleybusla.
- Trolleybus nədir, dayı? Trolleybus hardaydı.
- Gör nə vaxtdan gəlmirsən, Teymur, - Rauf başını yellədi.
İndi Bakıda nə trolleybus var, nə tramvay, çoxdan ləğv olunub. Heç
xətlər də qalmayıb.
- Yoxsa yadına köhnə vaxtlar düşür, - Rauf xoş ovqat
yaratmaq istədi. Dərsdən qaçıb Dəmiryolu bağının yanından keçən
tramvaya oturardıq. İndiki “Xətai” metrosunun qabağından keçib Qara
şəhərə, Nizami parkına gedərdik.Pəncərədən baxa – baxa, ləzzətlə!
- Bəs 8-ci km-ə getməyimiz necə! – Teymur dilləndi. Bağırov
körpüsünün altından tuneldən keçmək üçün Montin qəsəbəsindən
tramvaya minirdik. O vaxt oradan trolleybus da keçirdi.
-Yadına gəlir Sabunçu vağzalından Mərdəkana gedən elektrik
qatarına biletsiz oturmağımız?! – Rauf təbəssümlə davam etdi. Qatar
Keşlə dayanacağından qalxar – qalxmaz bir də gördük o biri vaqondan
konduktor gəlir, özümüzü atdıq yerə.
- İlahi necə risklər edirdik, Teymur onu yarıda kəsdi, amma yer
yumşaq, otlu idi. Sənin qolun sıyrılmışdı, mənim ayağım.
- Gözəl günlər idi, - Rauf köks ötürdü.
- Sabahdan şəhəri pay- piyada gəzəcəyəm,- Teymur bildirdi.
- Pis fikir deyil, amma şəhər toz – torpaqdır, yaxşı yerlərlə
bərabər xoşa gəlməyən yerlər də var, - Rüfət bidirdi. Şəhər təzədən
Dostları ilə paylaş: |