12
Qubadlıdan kənar doğulan Qubadlı övladları hərbi qulluğa gedəcəklər.
Vətəndə doğulmayan və ata-ana yurdu Vətənini görməyən bu igidlər bir
məqsədlə düşmən üzərinə atılmalıdırlar – Vətəni xilas etmək.
İş çox ləngiyir. On beş il… Yaşlı nəslə məxsus bizlər o zaman
gümanımıza da gətirməzdik ki, bu qədər qaçqın və köçkün vəziyyətdə
yaşayacağıq. Lakin belə də oldu.
1967-ci
ildə İsrail Fələstinlilərin müqəddəs torpaqlarını işğal
edəndə mən və mənim indiki yaşıdlarım çox cavan idi. Və o vaxt biz
Fələstinliləri qınayırdıq ki, bu işə necə dözürlər. O vaxtdan 40 il keçir,
yenə də dözürlər. Məni qorxuya salan odur ki, biz də onların gününə
düşək. Hələ burasını demirəm ki, onlar hər gün vuruşurlar, hər gün qan
tökürlər. Biz isə oturub gözləyirik ki, ermənilər nə vaxtsa peşiman
olacaq və sülh yolu ilə torpaqlarımızı geri qaytaracaqlar. Açığını deyim
ki, mənim buna inamım yoxdur. Bu işdə bir yol var, hamımız ayağa
qalxıb, bir yumruğa dönüb düşmənin başına zərbə endirməliyik. Biədəb
də olsa deyəcəyəm. Azərbaycanlıların sınaqdan çıxmış bir məsəli var:
«Pazı pazla çıxararlar».
Nə isə… Erməni əclaflarının başımıza gətirdikləri müsibətlər məni
Qubadlı və ana Vətənim Mollu haqqında düşüncələrimdən ayırdı. Bu
sətirləri yazarkən yağış və külək səsinə pəncərəmdən çölə baxdım ,
Vətənimin payız günləri yadıma düşdü. İlin ən qəmgin çağı olan payızda
güllər-çiçəklər solur, insan yaz və yay günlərini, torpağın deyib-gülən
13
çağlarını yada salır. Payız təbiətə bir üşütmə gətirdiyi kimi, insanların
həyatına, yaşayış tərzinə də bir üşütmə gətirir.
Beynimdə qəribə bir oxşarlıq yarandı: həm Vətənimin, həm də
ömrümün payızında bir oxşarlıq duydum. Payızda Vətənin üzərindən
əsən sazaq ömrümə də əsir. Həm Vətənimin, həm də ömrümün yaz
günləri yadıma düşdü.
Xalq
şairi Bəxtiyar Vahabzadənin aşağıdakı misralarını
xatırladım:
Əsir payız küləyi
Gecə uzun, gün gödək
Ağacdan yarpaq düşür
Bir
ömrün
günləri tək.
* * *
Uçur
durna
qatarı
Bir də geri dönəcək
Ötən günlər dönəydi
Durna
qatarları tək.
Təbiidir ki, insan ömrünün payız günləri də olur. Təkcə payız
günlərinin nisgili olsaydı, nə vardı ki. Mən ömrümün payızında övlad
dərdi ilə qarşılaşdım. Bu dərd ömrümün payız günlərinə bir ağırlıq
gətirdi. Sona doğru gedən həyatımın günlərinə zəhər qatıldı. İndi mən
14
dərd içində çapalayıram. Ömrüm tufana düşmüş və yolunu azmış bir
gəmiyə bənzəyir. Allah heç kəsə övlad dərdi göstərməsin. Qabilin faciəli
ölümü ömrün payız günlərini yaşayan tək mənim yox, bütün ailəmiz,
onun qardaşlarının, bacısının, həyat yoldaşının, iki körpə qızının
həyatına dərd və kədər gətirdi.
Bəzən dərd-qəm içində keçirdiyim günləri xatırlayıram və bir
atalar sözü yadıma düşür: "Əvvəlin gətirincə axırın gətirsin". Bu
sözlərdə böyük hikmət var. Bəlkə bu məsəli ona görə deyiblər ki, insan
ömrünün cavan vaxtında daha dözümlü olur, hər şeyə tab gətirir. Amma
ömrün ahıl vaxtında buna dözmək çətin olur.
On
ildən artıqdır ki, doğma Vətənim Qubadlıdan, onun dilbər
guşəsi Molludan uzaq düşmüşəm. Sumqayıtda şəraitim nə qədər yaxşı
olsa da, vətən torpağı üçün çox darıxıram. Əgər əvvəllər mən yaşda
adamlara desəydilər köçün gedin şəhərdə yaşayın, biz bunu özümüzə
təhqir hesab edərdik. İndi bizim camaat şəhərə o qədər öyrəşib ki,
torpaqdan o qədər ayrı düşüb ki, qorxuram bu həyat tərzinə daha çox
alışalar və Vətəni getdikcə yaddan çıxaralar. Doğrudur, mən yaşında
olan insanlara bu fikri aşılamaq çətindir. Amma baxma, kənd həyatından
uzaqlaşanlar arasında bunu az yadına salanlar da var.
Qorxum daha çox ondandır ki, Vətəndən kənarda doğulanlar
Vətəni getdikcə unutsunlar. Ona görə də hər bir ailədə bu məsələyə
xüsusi diqqət yetirilməlidir. Ata və analarının doğma Vətəni haqqında
15
onlarla söhbət aparılmalı, onların yad təsirlərin altına düşmələrinə
imkan verilməməlidir. Özü də yeniyetmələrə bu hiss ermənilərə nifrət
hissi ilə paralel aparılmalıdır.
Vətənin dağı-daşı, suyu və torpağı mənə dünyanın hər
nemətindən əzizdir. Mən Qubadlı işğal olunanda belə düşünürdüm ki,
uzaqbaşı bir-iki ilə geri qayıdarıq. Ağlıma da gəlməzdi ki, iş bu qədər
uzanacaq. Bilsəydim belə olacaq ata və anamın, əzizlərimin uyuduğu
torpaqdan bir ovuc götürərdim və onu qürbətdə ölərkən məzarımın
üstünə səpdirərdim. Bu mənə böyük təsəlli olardı. Hələlik isə təsəlli
almağa güman çox azdır.
Gümanım heç bir şeyə çatmasa da, doğma vətənim heç yaddan
çıxmır. Çox qəribədir əvvəllər onun haqqında gündüzlər daha çox
düşünürdüm. İndi yuxum ərşə çəkilib, gecələr də yuxumdan çıxmır.
Büllur bulaq suyu dərin qaranlıqlardan günəş işığına, yaşıllığa çatmağa
necə can atırsa, mən də Vətənimə getməyə elə can atıram. Dodaqlarım
pıçıldayır, özüm öz pıçıltımı eşidirəm, mənə elə gəlir ki, yarğanlarda dağ
çayı yenə nərildəyir. Mənim üçün çox çətindir. Kaş hamı mənim qədər
səni sevəydi, vətən!
16
QUBADLININ EL ADƏTLƏRI, MƏRASİM VƏ İNAM YERLƏRİ
Mən ana yurdum Qubadlının el adətləri dedikdə heç də onu
bütövlükdə xalqımın el adətlərinə qarşı qoymaq fikrində deyiləm. Sadəcə
olaraq boya-başa çatdığım kənddə körpəlikdən gördüklərim barədə və
ürəyimdə xatirəyə çevrilmiş el adətlərimizin özünəməxsusluğu barədə
danışmaq istəyirəm. Özü də bu xatirələr yada düşəndə çox darıxır və öz-
özümə deyirəm: kaş nəvələrim də bunu görəydi, çünki bizim el adətləri,
xüsusilə toy və bayram mərasimləri həm də tərbiyə məktəbi idi. Bəzən
qohum və dostların şəhərdə keçirdikləri toy mərasimlərində iştirak
edərkən nisgilim daha da çoxalır. Bu toylarda ağız deyəni qulaq eşitmir,
başa düşmədiyin bir mənzərə ilə qarşılaşırsan. Amma di gəl şəhərdə
yaşayanlardan soruşsan bəlkə də bizim toyları bəyənməzlər.
Toy
mərasimi elçilikdən başlayardı. Elçiliyə elin-obanın ən
hörmətli, nüfuzlu adamlarını aparardılar. Hər yetən adamı elçiliyə
aparmazdılar. Özü də elçiliyə gedənlərin üzərinə böyük məsuliyyət
düşdüyündən hər adam bu işə girişməzdi. Elçilər hansı qapıya
getdiklərini, kimin oğlu və qızı üçün elçi olduqlarını tam dərk etdikdən
sonra gedərdilər. Onlar ilk növbədə bu işin gələcəyini nəzərə alardılar.
Tanımadıqları, bilmədikləri evə elçi getməzdilər. Bir sözlə, bu iş çox
tədbirli yerinə yetirilərdi. Evinə elçi gələn adam ilk növbədə onun
qapısına kimlərin gəldiyini qiymətləndirər və bu əsasda da onlara cavab
Dostları ilə paylaş: |