154
Fizika İnstitutu), A.Y.Tonteqode (SSRI EA, Fizika‐Texnika İns‐
titutu), E.Y.Zanqberq (SSRI EA, Fizika‐Texnika İnstitutu),
A.A.Zaytsev (M.V.Lomonosov adına MQU), L.Y.Minko
(Belarusiya EA, Fizika İnstitutu), G.A.Mesyaç (SSRI EA, Fizika
İnstitutu), V.V.Sobolyev (SSRI EA, Fizika İnstitutu) və başqa‐
ları ilə sıxı elmi‐yaradıcılıq əlaqələri yaratmış, bu əlaqələrdən
istifadə edərək onların elmi məktəblərində qısa bir vaxt
ərzində Respublikamız üçün çox zəruri olan yüksək ixtisaslı
elmi‐pedaqoji kadrların yetişdirilməsinə nail olmuşdur. Prof.
Q.I.Əfəndiyev eyni zamanda Azərbaycan Dövlət Univer‐
sitetində Fiziki elektronika ixtisası üzrə ali təhsilli kadrlar
yetişdirmək və elmi‐tədqiqatlar apara bilmək üçün lazımi
maddi‐texniki bazanın yaradılmasına da nail olmuşdur.
Belə ki, 43 illik elmi‐pedaqoji fəaliyyəti dövründə o, Azər‐
baycan Dövlət Universitetinin Fizika fakültəsində əvvəlcə
(1959‐cu ildən etibarən) mövcud «Eksperimental fizika» ka‐
fedrasının bazasında fizika fakültəsi tələbələrinin hər il
müəyyən qisminin üçüncü kursdan başlayaraq Fiziki elek‐
tronika istiqamətində ixtisaslaşmasına, bu sahədə yüksək
ixtisaslı milli kadrlar potensialı yarandıqdan sonra isə (1971‐
ci ildə) müstəqil «Fiziki elektronika» kafedrasının ayrıl‐
masına nail olmuş, 20 il həmin kafedraya rəhbərlik etmişdir.
Bu dövrdə kafedrada Sovetlər İttifaqının ən aparıcı Universi‐
tetlərinin tədris və elmi təcrübələrindən istifadə edərək
müasir dövr və İttifaq üçün tələblərə tam cavab verən tədris
planı və prosesi, tədris laboratoriyaları yaradılmış, elmi‐
tədqiqatlar aparılmışdır. Q.I.Əfəndiyevin Azərbaycan Dövlət
Universitetində yaratdığı «Fiziki elektronika» elmi məktəbi
Beynəlxalq arenada kifayət qədər nüfuza malikdir. Onun
yetirdiyi 15 elmlər namizədi indi Bakı Dövlət Universiteti ilə
155
yanaşı, Azərbaycan Respublikasının digər ali məktəblərində
də çalışır və fiziki elektronika sahəsində ali təhsilli, eləcə də
yüksək ixtisaslı milli kadrların yetişdirilməsi işində fəal
iştirak edirlər.
Fiziki elektronika kafedrasının bazasında sonralar
(1994‐cü ildə) həmin kafedraya 1992‐ci ildən etibarən
rəhbərlik edən, Azərbaycan Dövlət Universitetini 1968‐ci
ildə «Fərqlənmə diplomu» ilə bitirmiş və SSRİ EA Fizika‐
Texnika İnstitutunda «Bərk cisimlərdə qızmar elektron ef‐
fektləri» üzrə aspirantura keçmiş, f.‐r.e.d., prof. Ə.Ş.Abdi‐
novun birbaşa təşəbbüsü ilə «Fiziki elektronika» ixtisası
üzrə bakalavr, 1997‐ci ildən isə «Fiziki elektronika» isti‐
qamətində «Optoelektronika», «Bərk cisim elektronikası»,
«Plazma elektronikası» ixtisaslaşmaları üzrə magistr
hazırlığına başlanmışdır.
Həmin dövrdən başlayaraq bu istiqamət üzrə hər il
Bakı Dövlət Universitetində 50 nəfərə qədər bakalavriat, 10
nəfərə qədər magistratura pillələri üzrə tələbə qəbul
olunur. Fiziki elektronika istiqamətdə mütəxəssis hazır‐
lamaq üçün kafedrada «Vakuum texnikasının əsasları»,
«Optoelektronika», «Mikro‐ və nanoelektronika», «Radiofi‐
zika», «Radioelektronika», «Bərk cisim elektronikası»,
«Plazma və qaz boşalması elektronikası», «İfrat yüksək tez‐
liklər elektronikası», «Elektron cihazları», «Emissiya elek‐
tronikası», «Sxem texnikası», «Plazma texnologiyası» tədris
laboratoriyaları ilə yanaşı, «Bərk cisimlərin elektronikası»,
«Plazma elektronikası», «Bərk cisimlərdə kontakt və səth
hadisələri», «Nazik təbəqələr elektronikası» üzrə elmi‐
tədqiqat işlərinin aparılması üçün də baza yaradılmışdır.
Kafedrada bakalavr pilləsində təhsil alan tələbələrə
156
«Ümumi fizika», «Radiofizika», «Vakuum texnikasının
əsasları», «Elektron texnikasının materialları», «Bərk
cisimlərin elektronikası», «Plazma və qaz boşalması elektro‐
nikası», «Emissiya elektronikası», «Sxem texnikası», «Elek‐
tron və ion cihazları», «Elektron optikası», «Bərk cisimlərin
elektronikası», «Kvant elektronikası», «İfrat yüksək tezlik‐
lər elektronikası», «Mikro‐ və nanoelektronikanın əsasları»,
«Fiziki elektronikanın əsasları», magistratura pilləsində
təhsil alanlara isə «Fiziki elektronikanın nəzəri əsasları»,
«Fiziki elektronikanın müasir problemləri», «Fiziki elektro‐
nikanın tarixi və metodologiyası», «Plazma elektronikasının
nəzəri əsasları», «Vakuum texnikası elementlərinin fizikası
və texnologiyası», «Plazma və qaz boşalması cihazları»,
«Nanotexnologiya», «Materialşünaslıq», «Elektron cihazla‐
rının layihələndirilməsi və texnologiyası», «Radioelek‐
tronika», «Elektron‐ion və plazma texnologiyası», «Opto‐
elektronikanın nəzəri əsasları», «Yarımkeçirici mikroelek‐
tronika», «Bərk cisimlərdə kontakt və səth hadisələri»,
«Bərk cisimlərin elektron nəzəriyyəsi», «Mikroelektroni‐
kanın nəzəri əsasları», «İnformasiyanın optik işlənməsi»,
«Lazerli optoelektronika», «Qaz lazerləri», «Plazmanın
diaqnostikası», «Plazma elektronikasının müasir prob‐
lemləri» fənləri tədris olunur. Eyni zamanda bakalavriat və
magistrantlar elmi tədqiqat işləri, buraxılış işləri, magistr
dissertasiyaları yerinə yetirirlər.
Fiziki elektronika kafedrasının əməkdaşları tərəfindən
«Qismən nizamsız materiallarda və yarımkeçirici struk‐
turlarda elektron prosesləri», «Metal – yarımkeçirici kon‐
taktlarının elektronikası», «Mürəkkəb tərkibli yarımkeçirici
nazik təbəqələr və onların əsasındakı heterostrukturların
157
fizikası və elektronikası», «Alçaq temperaturlu plazma
problemləri», «Elektrik boşalmalarının mühitlərə təsirinin
tədqiqi» istiqamətlərində çox maraqlı və əhəmiyyətli elmi‐
tədqiqat işləri aparılır. Bu işlərin nəticələri hər il Beynəlxalq
və Regional əhəmiyyətli nəşrlərdə 10‐larla elmi məqalə
şəklində dərc olunur, Beynəlxalq və Regional miqyaslı Elmi
Konfranslarda məruzə edilir.
Kafedranın əməkdaşları tərəfindən son bir neçə il
ərzində Azərbaycan dilində ali məktəblər üçün «Radio‐
fizikanın əsasları», «Optoelektronika», «Bərk cisim elektro‐
nikası», «Vakuum texnikasının əsasları», «Kvant elektroni‐
kası», «Şüa texnologiyası», «Elektron texnikasının material‐
ları», «İfrat yüksək tezliklər elektronikası», «Fiziki elektro‐
nikanın tarixi və metodologiyası», «Elektron cihazları»,
«Radioelektronikanın əsasları» kimi iri həcmli dərslik və
dərs vəsaitləri yazılmış, 10‐dan çox namizədlik və 5
doktorluq dissertasiyaları müdafiə olunmuşdur.
Bu təqdirəlayiq işlər, hələ 50 il öncə professor Q.I.Əfən‐
diyevin Azərbaycan Dövlət Universitetində təməlini
qoyduğu və böyük zəhmət müqabilində formalaşdırdığı
«Fiziki elektronika» elm‐tədris məktəbinin yetişdirmələ‐
rinin əksəriyyətinin indi Beynəlxalq miqyasda elmi icti‐
maiyyət tərəfindən tanındığı Bakı Dövlət Universitetinin
fiziki elektronika kafedrasının əməkdaşları f.‐r.e.d., pro‐
fessor Ə.Ş.Abdinov (Leninqrad, SSRI EA, FTI, prof. L.Q.
Paritski, prof. S.M.Rıvkin), f.‐r.e.d., professor Ş.Q.Əsgərov
(Leninqrad, SSRI EA, SCI, prof. L.A.Sena), f.‐r.e.d.,
professor Ə.X.Muradov (Leninqrad, LDU, prof. S.E.Friş,
prof. Y.M.Kaqan), f.‐r.e.d., prof. N.M.Mehdiyev (Bakı, BDU,
prof. Ə.Ş.Abdinov), f.‐r.e.n., dos. R.F.Mehdiyev (Azərbay‐