150
VI FƏSİL
AZƏRBAYCANDA FİZİKİ ELEKTRONİKA
§6.1. Elmi mühitin formalaşması
Azərbaycan Respublikasında fizika sahəsində funda‐
mental tədqiqatların başlanması hələ 1920‐ci illərə təsadüf
etsə də, fiziki elektronika sahəsində elmi araşdırmalar
yalnız 50‐ci illərin əvvəllərindən başlanmışdır və akademik
H.B.Abdullayevlə prof. Q.I.Əfəndiyevin adı ilə bağlıdır.
Belə ki, 1948‐ci ildə «Elektron yarımkeçiricilərində anod polya‐
rizasiyasının temperatur asılılığının tədqiqi
» mövzusunda
namizədlik, 1957‐ci ildə isə keçmiş SSRİ EA‐nın Leninqrad
(hal‐hazırda Sankt‐Peterburq) Fizika‐Texnika İnstitutunda
böyük praktiki əhəmiyyət kəsb edən selen yarımkeçiricisi
və onun əsasında hazırlanmış düzləndiricilərin tədqiqinə
dair doktorluq dissertasiyası müdafiə etmiş H.B.Abdul‐
layev burada yarımkeçiricilərin elektronikası sahəsində ilk
tədqiqatlar aparmağa başlamışdır. Həmin dövrdə yenicə
yaranmış Azərbaycan EA‐nın Fizika‐Riyaziyyat İnstitutun‐
da kiçik elmi işçi vəzifəsindən, H.B.Abdullayev, sonralar
yaranmış müstəqil fizika institutunun direktoru, Azərbay‐
can EA həqiqi üzvü, prezidenti vəzifəsinə, SSRİ EA müxbir
üzvlüyünə qədər səmərəli və şərəfli bir yol keçmişdir.
H.B.Abdullayevin rəhbərliyi ilə qısa müddət ərzində
Azərbaycanda fiziki elektronika sahəsində çox böyük işlər
görülmüş – selen və selen düzləndiriciləri tədqiq edilmiş,
selenidlərin xassələri öyrənilmiş, halkogenid (A
3
B
6
, A
1
B
6
,
A
1
C
3
B
6
) və qeyri‐halkogenid yarımkeçirici birləşmələrin,
onların bərk məhlullarının və nazik təbəqələrinin, bu kristal
151
Həsən Məmmədbağır oğlu
Abdullayev (1918‐1993)
Dünya şöhrətli tədqiqatçı alim, elm təş‐
kilatçısı, pedaqoq və ictimai xadim, fizika‐
riyaziyyat elmləri doktoru (1954), professor
(1957) Azərbaycan EA həqiqi üzvü (1968),
SSRİ EA müxbir üzvü (1970). Azərbaycan
Dövlət Universitetində SSRİ məkanında ilk
«Yarımkeçiricilərin fizikası» kafedrasının
yaradıcısı (1956) və onun müdiri (1956‐
1958), Azərbaycan EA Fizika İnstitutunun
direktoru (1957‐1993), Azərbaycan EA
Prezidenti (1970‐1983). Azərbaycanda bərk
cisim elektronikası və yarımkeçiricilər fizikası elmi məktəbinin təməlini
qoymuş, bu məktəbin Beynəlxalq miqyasda tanınan səviyyəyə
yüksəlməsinə nail olmuşdur. 20‐ə qədər monoqrafiyanın, mindən çox
elmi məqalənin və ixtiranın müəllifi, 100‐dən artıq namizədlik və
doktorluq dissertasiyasının elmi rəhbəri olmuşdur.
və nazik təbəqələr əsasında yaradılmış müxtəlif tip p‐n
keçidli homo‐ və heterostrukturlar tədqiq olunmuş, yüzdən
çox funksional element və qurğular (düzləndirici diodların,
günəş fotoelementlərinin, termoelektrik qurğularının,
tenzoqeydedicilərinin, çeviricilərin, lüminessensiya işıq
mənbələrinin, yaddaş elementlərinin, mikrosoyuducuların)
ixtira edilmiş, Azərbaycan Dövlət Universitetində Yarım‐
keçiricilər fizikası
kafedrası yaradılmış və Beynəlxalq nüfuza
malik bir elmi məktəb formalaşmışdır.
Sonrakı illərdə bu istiqamətdə işlər davam etdirilmiş
Ozon
, Kaspi, Azov, Iskra kimi elm‐istehsalat birlikləri, Foto‐
elektronika
və Radiasiya Problemləri İnstitutları kimi elmi‐təd‐
qiqat institutları yaradılmış, həmin müəssisələrdə hərbi və
xüsusi təyinatlı yarımkeçirici cihazların yaradılması, tədqi‐
152
qi və istehsalı ilə bağlı elmi‐tədqiqat işləri aparılmışdır.
Bərk cisimlərin elektronikası və bərk cisim elektronikası
sahəsində Respublikanın ali təhsil məktəblərində də böyük
işlər görülmüşdür. Bakı Dövlət Universitetinin kafedra və
elmi‐tədqiqat laboratoriyalarında qızmar elektron effektləri,
qismən nizamsız kristallarda elektron prosesləri, optik və
elektrik yaddaş elementləri, lüminessent işıq mənbələri, bi‐
stabil və astanalı çeviricilər, optik kontakta gətirməklə yara‐
dılmış heterostrukturlar, nazik yarımkeçirici təbəqələr, qey‐
ri‐xətti optik və fotoelektrik effektlər, kvant elektronikası (iki
və üç səviyyəli sistemlərdə lazer şüalanmasının tədqiqi)
sahəsində Beynəlxalq miqyasda tanınan fundamental işlər
görülmüş, müxtəlif işıq qəbulediciləri, injeksiya işıq mən‐
bələri, çeviricilər ixtira edilmişdir.
Azərbaycan Respublikasında fiziki elektronika – alçaq
temperaturlu plazma və qaz boşalması elektronikası istiqa‐
mətində də inkişaf etmişdir. Qeyd etmək lazımdır ki, bərk
cisimlərin elektronikası və bərk cisim elektronikası sahə‐
sindəki elmi və praktiki nailiyyətlərlə müqayisədə plazma və
qaz boşalması sahəsində görülən işlər müəyyən qədər gü‐
zəştə getsə də lakin onun da ölkəmiz, xalqımız eləcə də Bey‐
nəlxalq elm ictimaiyyəti qarşısında xidmətləri danılmazdır.
Belə ki, 1955‐ci ildə Moskva Dövlət Universitetinə plazma
fizikası sahəsində namizədlik dissertasiyası müdafiə edərək,
Azərbaycan Dövlət Universitetində elmi‐pedaqoji işə başla‐
mış Qafar İbrahim oğlu Əfəndiyev fəaliyyətinin ilk günlə‐
rindən Azərbaycan Respublikasında elm və texnikanın, eləcə
də sənayenin aparıcı və istiqamətverici sahələrindən biri
olan fiziki elektronika üzrə biliklərin gənc nəslə tədrisinə, ali
və yüksək ixtisaslı milli kadrların hazırlanmasına ciddi diqqət
153
Qafar İbrahim oğlu Əfəndiyev
(1924‐1997)
Görkəmli alim, pedaqoq, elm və təhsil
təşkilatçısı. Azərbaycan Dövlət Universitetini
(1951) və Moskva Dövlət Universitetinin as‐
piranturasını (1954) bitirmiş, ömrünün sonu‐
nadək Azərbaycan Dövlət Universitetində
elmi‐pedaqoji fəaliyyət göstərmişdir. Azər‐
baycanda qaz boşalması və plazma elektroni‐
kası sahəsində ilk elmi tədqiqatları başlamış,
bu istiqamətdə layiqli elmi məktəb formalaş‐
dırmışdır. Bakı Dövlət Universitetində Fiziki
elektronika kafedrasını yaratmış (1970) və uzun müddət onun müdiri
olmuşdur (1970‐1992). Fizika‐riyaziyyat elmləri doktoru (1975),
professor (1977), Elmi‐pedaqoji fəaliyyəti dövründə 15 namizədlik
dissertasiyasına rəhbərlik etmiş, 1 monoqrafiyanın, 100‐dən çox elmi
məqalənin müəllifi olmuşdur.
yetirmiş, bu istiqamətdə bütün vasitələrdən istifadə etmiş və
nəticədə, həmin sahədə Respublikada böyük elmi potensial
yarada bilmişdir. O, həmin dövrdə nəinki keçmiş Sovetlər
İttifaqı məkanında, eləcə də bütün dünyada plazma fizikası
və fiziki elektronikanın digər sahələrində böyük nüfuza malik
görkəmli alimlərdən prof. V.L.Qranovskiy (SSRI EA,
Energetika İnstitutu), A.V.Nedaspasov (SSRİ EA, Yüksək
Temperaturlar Fizikası, Atom Enerjisi İnstitutu), E.I.Asınov‐
skiy (SSRİ EA, Yüksək Temperaturlar Fizikası), L.N.Dobret‐
sov (SSRİ EA, Fizika‐Texnika İnstitutu), M.V.Qomoyunova
(SSRİ EA, Fizika‐Texnika İnstitutu), M.A.Yelşayeviç (Belaru‐
siya EA, Fizika İnstitutu), S.E.Friş (Leninqrad Dövlət Uni‐
versiteti), Y.M.Kaqan (Leninqrad Dövlət Universiteti),
L.A.Sena (SSRI EA, Sabit Cərəyan İnstitutu), S.M.Rıvkin (SSRİ
EA, Fizika‐Texnika İnstitutu), M.Davıdoviç (Ukrayna EA,