www.vivo-book.com
96
– Əlbəttə.
Rahatlanaraq gülümsədim, Cek də mənə geniĢ
təbəssümlə cavab verdi.
Kompüteri iĢə saldım, ―latte‖ni içib bitirdim. Poçtda
Kristiandan məktub var idi.
Kimdən: Kristian Qrey
Mövzu: Mənə kömək elə…
Tarix: 10 iyun 2011-ci il. 08.05
Kimə: АnasteyĢa Stil
Ümid edirəm ki, nahar eləmisən.
Bu gecə səninçün darıxmıĢam.
Kristian Qrey,
“Qrey enterprayzes” holdinqinin baş direktoru
Kimdən: АnasyeĢa Stil
Mövzu: Köhnə kitablar
www.vivo-book.com
97
Tarix: 10 iyun 2011-ci il. 08.33
Kimə: Kristian Qrey
Kompüter arxasında iĢləyərək banan çeynəyirəm. Bir
neçə gün nahar eləməmiĢəm, odur ki, bu, irəliyə doğru
addım sayılır. ―Britaniya kitabxanası‖ seriyasına görə
göylərdə uçuram, artıq ―Robinzon Kruzo‖nu oxuyuram…
Və əlbəttə, səni sevirəm.
Ġndisə mane olma: iĢləməyə çalıĢıram.
Anasteyşa Stil, Cek Haydın katibi, redaktorun, SİP
Kimdən: Kristian Qrey
Mövzu: Yediyin elə budur?
Tarix: 10 iyun 2011-ci il. 08.36
Kimə: АnasteyĢa Stil
Vəziyyəti düzəlt. Çünki sənə xeyli enerji lazım olacaq
ki, məndən bəzi Ģeyləri yalvarıb-yaxarasan.
www.vivo-book.com
98
Kristian Qrey,
“Qrey enterprayzes” holdinqinin baş direktoru
Kimdən: АnasteyĢa Stil
Mövzu: Əclaf
Tarix: 10 iyun 2011-ci il. 08.39
Kimə: Kristian Qrey
Mister Qrey, çörək pulumu çıxarmağa çalıĢıram.
Yalvaran da siz olacaqsız.
Anasteyşa Stil, Cek Haydın katibi, redaktorun, SİP
Kimdən: Kristian Qrey
Mövzu: QaĢınırsan!
Tarix: 10 iyun 2011-ci il. 08.40
Kimə: АnasteyĢa Stil
Noolar, miss Stil, mən çətin durumlardan çıxmağı
bacarıram…
www.vivo-book.com
99
Kristian Qrey,
“Qrey enterprayzes” holdinqinin baş direktoru
Oturub səfeh kimi iĢıq saçırdım. Halbuki dörd fəsli
oxuyub rezyum yazmalıydım. Əlyazmaları masaya qoyub
iĢə baĢladım.
Günorta fasiləsində mağazaya gedib hisə verilmiĢ mal
əti tikələriylə sendviç yedim və Kristianın musiqisinə qulaq
asdım: növbədə özünün hind-ingilis ―Doğma ölkələr‖
bəstəsiylə maraqlı Naytin Souni idi. Mister Qreyin musiqi
zövqündə, məncə, eklektika çox idi. Geriyə döndüm və
klassik musiqi dinləməyə baĢladım, Ralf Von Uilyamsın
―Tomas Tallisin mövzusuna fantaziya‖sı. Оoo, Kristianda
yumor hissi varmıĢ və bu xoĢuma gəlirdi. Lənət! Bu səfeh
təbəssüm nə zaman üzümdən itəcəkdi?
Gün bitmək bilmirdi. Ġmkandan yararlanıb Kristiana
məktub göndərməyə qərar verdim.
Kimdən: АnasteyĢa Stil
www.vivo-book.com
100
Mövzu: Darıxıram
Tarix: 10 iyun 2011-ci il. 16.05
Kimə: Kristian Qrey
Vecsiz işlərlə məşğulam.
ĠĢlər necədir?
Nə iĢ görürsən?
Anasteyşa Stil, Cek Haydın katibi, redaktorun, SİP
Kimdən: Kristian Qrey
Mövzu: Vecsiz iĢlərin
Tarix: 10 iyun 2011-ci il. 16.15
Kimə: АnasteyĢa Stil
Gəl yanımda iĢlə.
Burda bekarçılıqdan milçək tutmayacaqsan.
Əminəm ki, sənin barmaqların üçün daha yaxĢı
məĢğuliyyət tapacam.
Həqiqətən, bir neçə seçim variantım var…
www.vivo-book.com
101
Mən adi iĢlərlə məĢğulam – birləĢdirmə və həzm etmə.
Bütün bunlar səninçün maraqsızdır.
Sənin ofis poçtun monitorlaĢır.
Kristian Qrey,
İşindən ayrılmış “Qrey enterprayzes” holdinqinin baş
direktoru
Deməli belə, hə! Bu haqda heç düĢünməmiĢdim. O
hardan bilirdi, görəsən? Qüssəli halda ekrana baxırdım, tez
poçtu açıb yazıĢmamızı sildim.
Düpbədüz altının yarısında Cek masama yaxınlaĢdı. Bu
gün cümə idi, buna görə də əynində cins Ģalvar və qara
köynək vardı.
– Hə, Аnа, debütünü yuyaq? Adətən, biz küçənin o biri
üzündəki bara gedirik.
– Biz? – ümidlə təkrar soruĢdum.
– Hə, bizlərdən bir çoxu. Gəlirsən?
Müəyyən bir səbəb olmadan, – onu təhlil etmək
istəmirəm, – rahatlandım.
– Məmnuniyyətlə. Barın adı nədir?
www.vivo-book.com
102
– ―Əllinin yanında‖.
– Zarafat edirsən?
О, heyrətlə mənə baxdı.
– Yox. Nədi ki?
– Heç, bağıĢla. Gələcəm.
– Nə içəcəksən?
– Pivə.
– Əla.
Tualetə getdim və ―blekberi‖dən Kristiana məktub
yolladım.
Kimdən: АnasteyĢa Stil
Mövzu: Məhz sənin üçün
Tarix: 10 iyun 2011-ci il. 17.36
Kimə: Kristian Qrey
―Əllinin yanında‖ barına gedirik.
Təsəvvür edirsən bu adda necə qalın bir yumor qatı
aĢkarlamıĢam.
Sizi orda gözləyirəm, Mister Qrey.
Dostları ilə paylaş: |