Erik Qartzke



Yüklə 308,92 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix17.11.2017
ölçüsü308,92 Kb.
#10714
1   2   3   4   5   6   7   8   9   10

 

www.azadliqciragi.org 

surətdə  asılı  olan  qərb  ölkələrindəki  böhranlar  silsiləsində  1914-cü  ildə  aparan  müharibə  aydın 



hiss olunmasa da, Balkanlardakı böhranların toqquşmaya səbəb olması labüd idi (Straçan, 2001). 

Balkanlardakı münaqişəni iqtisadi azadlığın olmaması şərti ilə belə izah etmək asandır. Avstriya-

Macarıstan  tərəfindən  Serbiyaya  qarşı  başlanmış  mübahisə  müttəfiqlik  əlaqələrinin  möhkəm 

sistemi vasitəsilə genişləndi (Kissencer, 1994).

8

 Avropa üçün 1914-cü ildə problem dəqiq olaraq 



liberallaşma  və  inteqrasiyanın  qeyri-bərabər  olması  idi,  halbuki,  siyasi  loyallıq  artıq  qarşılıqlı 

iqtisadi asılılığın heç bir əhəmiyyət kəsb etmədiyinə zəmanət verirdi. Ən inkişaf etmiş dövlətlər 

Şərqi  Avropa  ölkələri  üzərindəki  sövdələşmə  rıçaqlarını  genişləndirməkdən  ötrü  öz  xarici 

siyasətlərini  o  dərəcəyədək  ayırmışdılar  ki,  müttəfiqlik  əlaqələri  şərəfli  sayılırdı.  Səfərbərlik 

qərarları  effektiv  şəkildə  Ancellin  bəlağətli  surətdə  təsvir  etdiyi  iqtisadi  qadağalara  məruz 

qalmayan dövlətlərin əlində idi.  

Qarşılıqlı iqtisadi asılılığın müharibə infeksiyasını törətməyə qadir olmaması heç də ilkin 

qığılcımı  söndürməkdə  onun  təsirsizliyini  bildirmir.  Dünya  müharibəsinin  gözlənilməməsi 

Ancell iddialarının mühüm dəqiqliyinə kölgə salmışdır. Müharibədən sonrakı hadisələr, görünür, 

Ancellin liberal sülh təsəvvürünə uyğun gəlir. Müasir strukturlar o qədər də hərbi istilaya uyğun 

görünmür (Bruks, 1999).

9

 Beləliklə, Ancellin səhvi ondan ibarətdir ki, o, dövlətlərarası münaqişə 



üçün  çox  dar  motivlər  konsepsiyasını  təqdim  edir.  Dövlətlər  yalnız  resurslara  görə  yox,  həm 

siyasətlərə,  həm  də  strateji  cografi  mövqeyə  görə  rəqabət  aparırlar.  Hansı  ölkənin  xəritənin 

harasında yerləşməsinin əhəmiyyəti var, xüsusən də, həmin ölkə böhranda olan protoqonistlərin 

arasındadırsa  (Fazal,  2002).  Buna  görə  də,  ölkənin  tələbinin  nə  (istər  ərazisinin  müstəqilliyi, 

istərsə  də  resurslar)  olmasından  asılı  olmayaraq,  bunun  digərlərinin  stimullarına,  hətta 

müharibəyə də təsir ehtimalı var (Moravçik, 1997). Beləliklə, Ancell və digər klassik liberalların 

təklif etdiyi kapitalist sülhü yanlış deyil, natamamdır. Onun vaxt keçdikcə, təkamül edən bu cür 

şərhi  özündə  elə  əsas  məqamları  ehtiva  edir  ki,  yoxlanıldıqda  emprik  olaraq  onları  əsaslı  kimi 

sübuta yetirmək olar.  

 

Kapitalist sülhü: təkmilləşən izah 

 

Monteskye  “Qanunların  ruhu”  əsərində  deyir  ki,  “ən  varlı  ticarətçinin  elə  bir  görünməz 



sərvəti  var  ki,  onu  heç  bir  iz  qoymadan  hər  yerə  göndərmək  olar...  Beləliklə,  hökmdarlar 

düşündüklərindən  daha  artıq  müdrikliklə  idarə  etməyə  məcbur  olurlar”  (1985[1748];389). 

İqtisadi azadlıq budur ki, sən onu özünlə apara bilərsən. Daxildə şərait pisləşdikdə, kapital ölkəni 

tərk edə bilər, beləliklə, cəmiyyətdə həm iqtisadi, həm də siyasi böhran yarada bilər. Aydındır ki, 

dövlətlər  kapitalın  getməsini  istəmirlər.  İş  o  yerə  çatır  ki,  hakimiyyətdəkilər  kapital  axınının 

qarşısını  ala  bilmir,  onda  onlar  nəyin  hesabına  olursa-olsun  kapitalın  daxildə  qalması  üçün 

əlverişli şərait yaratmalıdırlar.  

Monteskye,  Mill,  Smit  və  digərləri  ilə  başlayıb  R.  Kobden,  V.  Ancell,  R.  Rossenkrans 

tərəfindən  inkişaf  etdirilən  iqtisadi  sülhün  intellektual  liberal  ənənəsi  kapitalizmin  sülhü 

dəstəkləməsinin  müxtəlif  yollarını  təklif  edir.  Bəlkə  də,  ən  ümumi  izah  bundan  ibarətdir  ki, 

qarşılıqlı iqtisadi asılılıq ölkələr üçün elə müştərək bir dəyər yaradır ki, sonra bu dövlətlər əldə 

etdikləri  həmin  dəyərləri  məhv  etmək  qorxusundan  və  bir-birilə  vuruşmaqdan  çəkindirir.  Bu 

qeyri-mümkün olduqda, izah müştərək qənimətlərin münaqişənin səbəbi olmaması və ona kömək 

etməməsi ehtimalına əsaslanır. Tomas Şellinq eyni kəndirlə bağlanmış və əslində ümumi bir tale 

bölüşən  iki  dağ  alpinistinin  hekayəsini  nəql  edir.  Şellinq  hər  hansı  bir  müştərək  dəyərdən 

tərəfdaşa  strateji  təsir  etmək  üçün  necə  istifadə  oluna  biləcəyini  göstərir:  iqtisadi  əlaqələri 

bölüşən dövlətlər faktiki olaraq həmin əlaqələri cücə oyunu oynamaq üçün işlədə bilər: əlaqələr 

dəyərli  olduqca  oyun  da  daha  effektli  və  təsirli  olur  (Şellinq,  1966:  99-100).  Əgər  hər  hansı 

dövlət çiçəklənən  iqtisadi  əlaqələri təhlükə altına salmaq  istəmirsə, bu  heç də sülhün öz-özünə 

gələcəyi  demək  deyildir.  Digər  ölkələr  də  vuruşmağa  nifrət  etməyə  həvəsləndirilməlidir.  Sülhü 

təmin  etmək  üçün  bütün  tərəflər  cücə  oyunundan,  əslində,  hərbi  qüvvə  işlətməkdən  imtina 

etməlidirlər.  




 

www.azadliqciragi.org 

Beynəlxalq  əlaqələri  öyrənən  tələbələr  ənənəvi  olaraq  motiv  və  imkana  (bacarıq) 



müharibəni  izah etmək nöqteyi-nəzərindən baxmışlar.  Lakin sirli qətl romanları və Açar oyunu 

aydınlaşdırdığı  kimi,  bu  şərtlər  nadir  hallarda  kifayət  edir.  Fərdlər,  qruplar  və  ölkələr  tez-tez 

razılığa  gələ  bilmirlər.  Lakin  adətən  müxtəlif  məqsədli  təşkilatlar  anlayırlar  ki,  bahalı,  yaxud 

həddən  artıq  dəbdəbəli  tərzdən  uzaq  olmaq  üçün  sövdələşmələr  üçün  danışıqlar  aparmaq  olar. 

Bəs onda diplomatik uğur, yaxud müvəffəqiyyətsizlik nə  ilə  izah olunur? Beynəlxalq əlaqələrdə 

ən  əsas  problemlərdən  biri  rəqibin  nə  vaxt  həqiqəti  dediyini,  yaxud  demədiyini  bilməkdir. 

Liderlər çox vaxt güc işlətməyə hazır olduqlarını iddia edirlər. Lakin əslində bu, hədə-qorxudur. 

Müharibələr  bir  sıra  səbəblərdən  törəyir,  lakin  əhəmiyyətli  faktlardan  biri  narazılıq  zamanı 

opponentin həll yolunun hansı minimum dərəcəsinə qane olacağı barədəki qeyri-müəyyənlikdir. 

Əgər  kimsə  iddia  edirsə  ki,  müharibə  resurslar  üzərində  sahibliyin  təsdiqi  və  ya  siyasi 

üstünlüklər  üçün  ən  bahalı  metoddur,  onda  diplomatik  həllərin  yaratdığı  artıqlıq  sövdələşməni 

vuruşmaqdan  üstün  etməlidir.

10

 Öz  kartlarını  qoruyan  poker  oyunçuları  kimi  siyasi  liderlər  də 



hesab edirlər ki,  bəzən qalib gəlmək üçün  ikiüzlülük etməlidirlər.  Qeyri-müəyyənlik  və  fırıldaq 

stimullarını  nəzərə  alaraq,  diplomatiya  uduza  və  münaqişə  alovlana  bilər.  Toqquşmalar  da  öz 

növbəsində,  uyğun  döyüşçülərin  əllərindəki  “kartlar”  haqqında  informasiyanı  (dövlətlərin  nisbi 

bacarığı  və  qətiyyəti  barədə  məlumatları)  aşkarlayır.  Həqiqətən  də,  müharibəyə  son  qoymaq 

üçün döyüşən tərəflər müştərək qəbul olunan sövdələşmələri əldə etməyin yollarını kifayət qədər 

öyrənməlidirlər.   

İqtisadi azadlıq sülhü ən azı iki səbəb üçün vacibdir: birinci, azad bazarlar siyasi fəaliyyət 

üçün rezanator rolunu oynayır. Bazarları qorxudan aksiyalar investisiyanı ləngidir, daxili iqtisadi 

şəraiti  pisləşdirir  və  beləliklə,  yerli  liderlər  tərəfindən  onların  qarşısının  alınması  ehtimalı 

yaranır.  Xaricdəki  güc  tətbiqi  çox  vaxt  daxili  investisiyanın  aşağı  düşməsi  və  kapital  axını  ilə 

müşayiət olunur  (Bueno de Meskita 1990). Liderlər kapital bazarlarını  hədələyən xarici  siyasət 

bəyannamələrini  təqdim  etməyə  hazır  olduqda,  yaxud  azad  valyuta  siyasəti  dövlətə  kapital 

axınının  qarşısını  almaqda  çətinlik  törətdikdə,  beynəlxalq  ictimaiyyət  hər  hansı  liderin  həqiqi 

qətiyyətinə  dəstək  verməyə  qadirdir.  Opponentin  nəyə  məmnun  olduğunu  bilmək  daha  effektli 

sövdələşməni mümkün edir və beləliklə, digər tərəfin istədiyini güc tətbiqi ilə əldə etməsi zəruri 

olmur.  Avtonom  qlobal  bazarlar  elə  bir  məkan  yaradırlar  ki,  burada  liderlər  hərbi  qüvvələrdən 

istifadə etmədən etibar qazana bilərlər (Qartske et.al.,2001: Qartske və Li, 2003). 

İkinci  səbəb,  intellektual  və  maliyyə  kapitalına  əsaslanan  iqtisadiyyatlar  xarici  ərazi 

istilasından az asılıdır və bunda az maraqlıdır. ABŞ-ın İraqda göstərdiyi kimi, XXI əsrin odusu 

ilə müharibəni udmaq istilanın asan yoludur. Müasir döyüş meydanında cəld və asan qələbə üçün 

yaradılmış  hərbçilər  sıx  əhalisi  olan  cəmiyyətlərdə,  xüsusən  də,  əhalinin  xarici  işğala  nifrət 

ruhunun olduğu yerlərdə qayda yaratmağın intensiv əmək roluna çox pis uyğun gəlirlər. Tarixən 

sərvət  şumluq  akkrlar  funksiyasında  olmuşdur.  Çoxlu  torpaqları  olan  böyük  ölkələr  zəngin 

ölkələr  sayılırdı.  Belə  cəmiyyətlərdə  var-dövlət  hökmdarlara  yaxın  olmaqla  qazanılırdı.  Kralın 

dostu  olmaq  torpağa  sahiblik,  bu  da  hakimiyyət  demək  idi.  Əslində,  hər  hansı  bir  şəxsin  öz 

iqtisadi mövqeyini qoruya bilməsi siyasətlə məşğul olmasına bərabər idi. Müasir cəmiyyətlər bu 

yolla  fəaliyyət  göstərmir.  Sərvət  ilkin  olaraq  kənd  təsərrüfatından  yaranmır.  Əvəzində,  pul 

yenilikçi ideyalar və sahibkarlıq ruhu vasitəsi ilə yaranır, yaxud qorunur. İnkişaf etmiş ölkələrdə 

əmtəə  qiymətləri  və  əmək  dəyərləri  davamlı  olaraq  əks  istiqamətlərə  meyllənmişdir.  İşğalçı 

ordular daha baha başa gəlir və müharibə yolu ilə əldə edilmiş oğurluq resurslardan gələn gəlirlər 

getdikcə  marginallaşır.  Bu  arqumentdən  iqtisadi  azadlığın  müharibəyə  mane  olduğu  qənaəti 

yaranır.  Lakin  ola  bilər  ki,  bu  digər  münaqişələrə,  beynəlxalq  siyasətlərin  və  daxili  rejimlərin 

idarə olunması da daxil olmaqla, az, yaxud müsbət təsir göstərsin. Mən başqa yerdə qeyd edirəm 

ki,  iqtisadi  inkişaf  ərazilər  üzərindəki  toqquşmaların  azalması  ilə  əlaqədardır.  Lakin  inkişaf, 

həqiqətən, qeyri-ərazi mübahisələrinin çoxalmasına səbəb olur (Qartske 2004, qarşıdan gələn). 

 Son illərin beynəlxalq əlaqələrində ən maraqlı və ən fəal öyrənilən mövzulardan biri də 

demokratik sülhdür. Demokratik ölkələr bir-birilə vuruşmağa meyl etmir, baxmayaraq ki, onların 

vuruşmaq ehtimalı heç də az deyil. (Onil və Rasset, 1997, 1999: Russet, 1993: Russet və Onil, 

2001).  Başqa  sözlə,  liberal  siyasi  sistemlərin  dövlətlərin  vuruşub-vuruşmamasına  heç  bir  təsiri 



Yüklə 308,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə