Erik Qartzke



Yüklə 308,92 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix17.11.2017
ölçüsü308,92 Kb.
#10714
1   2   3   4   5   6   7   8   9   10

 

www.azadliqciragi.org 

sabit demokratiya üçün zəruri olduğundan və sülh yaratmağa kifayət etdiyindən, ən yaxşı xarici 



siyasət kapitalizmi gücləndirən və genişləndirəndir. 

 

 Ön söz    



 

Beynəlxalq siyası  iqtisadiyyatı öyrənən tələbələr  həmişə  iddia edirlər ki, qlobal  bazarlar 

qlobal  dostluğu  gücləndirir.  Kobden  kommersiyanı  “faydalı  tibbi  kəşf  kimi  dünyanın  bütün 

millətlərinə  sağlam  və  xilaskar  zövq  aşılamağa  xidmət  edəcək  universal  vasitə”  adlandırırdı. 

(1903:  36).  Kant  yazırdı  ki,  “müharibə  ilə  uyuşmayan  kommersiya  ruhu  gec-tez  bütün 

dövlətlərdə  yüksək  səviyyəyə  nail  olur”  (1957:32).  Mill  iddia  edirdi  ki,  “məhz  kommersiya 

təbiətən  müharibəyə  zidd  olan  şəxsi  maraqları  gücləndirmək  və  artırmaqla  onu  sürətlə  lazımsız 

vəziyyətə  gətirir”  (1902:  390).  Problem  bunda  idi  ki,  Mill  yanılırdı.  XIX  əsr  liberal  siyasi-

iqtisadçılarının  müasir  və  ilkin  nikbinliklərinin  arasında  saysız-hesabsız  müharibə  və  kiçik 

münaqişələr  durur.  Onlar  nədə  yanılırdılar?  Onlar  nəyi  düzgün  dərk  edirdilər?  Hansı  sübutla 

deyə bilərik ki, onların əsas görüşlərini əbədi həqiqətin şikayətediciliyi təşkil edir? 

İdeyalar həmin dövrün hadisələri ilə həmahəng axır və zəifləyir. Kapitalizmin dövlətləri 

daha  az  müharibə  meylli  etməsi  ideyası,  bazarlarda  bolluq  və  qarşıdurma  daha  az  olduqda, 

asanlıqla  bəraət  qazanır.  XIX  əsrin  sonunda  yaşayan  dövlət  adamları  və  intellektuallar  azad 

bazarlarla  beynəlxalq  sülhün  ədalətli  olması  ideyasını  ancaq  Avropanı  1914-cü  ildə  dağılmış 

görəndən  sonra  qəbul  etdilər.  İqtisadi  və  siyasi  böhranların  həcmi  artdıqda,  dünyanı  tamamilə 

Hobbs  sayağı  görmək  eyni  dərəcədə  asandır.  Realist  alimlər  olan  Kennet  Voltz  və  Con 

Mörşaymer  soyuq  müharibə  dövründə  bildirirdilər  ki,  dünyanın  azad  və  inkişaf  etmiş  sənaye 

ölkələrinin  müharibəyə  az  meylli  olması  faktına  baxmayaraq,  qlobal  iqtisadi  əlaqələr  dövlət 

işlərinin  idarə  edilməsində  o  qədər  də  əhəmiyyətli  deyil.  Beynəlxalq  əlaqələrin  inamlı  dərki  – 

hələ  dünya  sülhü  axtarışı  bir  tərəfdə  qalsın  –  tələb  edir  ki,  nəzəriyyələr  siyasi  meylləri  sadəcə 

yamsılatmaqdan və ya intellektual üslubları ümumiləşdirməkdən daha çox iş görsün. Dünya çox 

səs-küylü  məkandır.  İndiki    hadisələrdən  ekstrapolyasiya  olunmağımız  bizi  yanlış  yola  apara 

bilər.  Həqiqətən,  iqtisadi  azadlıqla  sülh  arasındakı  əlaqənin  mütləq  deyil,  əslində  tendensiya 

olması sosial fenomenin ehtimala əsaslanan təbiəti ucbatından mürəkkəbləşməsi və müharibəyə 

aparan saysız  yollarla toqquşması daha çox  güman olunandır. Statistik analizi dünya siyasətinə 

tətbiq  etməklə,  yalnız  lətifə  deyişməsinə  əsaslanan  mütəmadi  ideyalar  toqquşmasından  o tərəfə 

gedə bilərik. 

Burada  mən  azad  iqtisadiyyatların  dövlətlərarası  münaqişələrin  zəifləməsinə  xidmət 

etməsini  sübuta  yetirmək  istəyirəm.  Əvvəlcə  mən  müasir  müharibənin  klassik  liberal  siyasi-

iqtisadi  mənzərəsini  canlandırmalıyam.  Kapitalist  sülhünün  ənənəsi  zəngin  olsa  da,  dövlətlərin 

niyə  vuruşduğu  haqda  əsas  prinsipləri  çox  zəif  əsaslandırılmışdır.  Azad  bazarların  dövlətləri 

müharibə  etmək  ehtiyacından  necə  azad  etməsini  yaxşı  dərk  etmək  inkişaf  etmiş  kapitalist 

ölkələri arasında sülhü möhkəmlətməyə və hətta genişləndirməyə kömək edə bilər.  

 

İqtisadi azadlıq və Dünya müharibələri    

 

Liberal  məktəbin  qızğın  tərəfdarı,  müəllif  və  siyasətçi  kimi  fəaliyyətinə  görə  Nobel 



mükafatı laureatı olan Norman Ancell (1933) sülhü iqtisadi tərəqqinin törəməsi kimi dərk edirdi. 

O, inkişaf etmiş ölkələr arasında müharibənin cazibədarlığını azaltmağa xidmət edən iki prosesi 

müəyyənləşdirir.  Birincisi,  inkişaf  istehsalatda  inkişafa  gətirib  çıxarır  ki,  bu  da  hücumu  və 

istilanı faydasız edir.  

X  əsrin  son rübündə  Vikinq  Anlaf  üç  dəfə  Esseksə hücum etdi  və hər  üçündə  də  coxlu  qənimət 

əldə  keçirdi:  onun  doxsanadək  gəmisi  çayın  mənsəbindən  yola  düşəndə  qarğıdalı,  dəri  və 

monastrlardan qarət edilmiş əla paltarlarla yüklənmişdi... Tarixin əsasını təşkil edən qüvvələrin və 

insan  motivlərinin  dəyişməz  qalmasını  yadda  saxlamaq  haqqında  təlimatlara  sadiq  qalaraq,  mən 

daha  güclü  olan  Britaniyanın  X  əsrdən  sonra  bunun  əvəzini  qaytaracağını  təsəvvür  etməyə 

çalışdım:  donanmamız  ticarət  gəmilərini  Skandinaviya  yarmadasının  kənd  təsərrüfatı  və  sənaye 

malları ilə doldurur. (Ancell, 1933:103) 



 

www.azadliqciragi.org 

Dogrudan  da,  Britaniya  donanmasının  vikinqlər  kimi  qarətçilik  etməsini  düşünmək 



səfehlik olardı. XX əsrədək nəsə dəyişib, lakin “Böyük illüziya” əsərinin ikinci nəşrinin 10 illiyi 

ərzində  Britaniya  İslandiyaya

1

 qoşun  yeritmiş  və  demək  olar  ki,  Norveçi  işğal  etmişdir 



(Kersaudi,  1990)

2

,  Almaniya  Danimarka  və  Norveçi  (Ziemke,  1990)  istila  etmiş,  Finlandiya 



Sovet İttifaqı  ilə  müharibəyə  başlamışdır  (Engle  et  al.,  1992).  Yalnız  İsveç  öz  neytrallığını  və 

suverenliyini saxlaya bilmişdir.  

Hitler,  Mussolini  və  Tojonu  vikinqlərin  rolunda  təsəvvür  etmək  üçün  böyük  cəhd 

göstərməyə ehtiyac yoxdur. Ox dövlətləri tamamilə nostalji yaradan və əsasən anaxronik olan bir 

ideologiyanı  bölüşürdülər  ki,  bu  ideologiyaya  əsasən  dövlətin  gücünün  artırılması  ərazinin 

genişləndirilməsi demək idi (Vaynberq, 1994; Kassels, 2003)

3

. Lakin II Dünya Müharibəsinin nə 



qədər “dəhşətli hal” olmasına baxmayaraq, inkişafın bəzi hallarda  münaqişəni səngitdiyini  iddia 

etmək  mümkündür.  Əvvəldən  Oxların  ilkin  ərazi  iddiaları  Avropanın  yoxsul  iqtisadi 

periferiyasındakı  dövlətlərə  yönəlmişdir.  Qərbi  Avropa  ölkələri  ilə  müharibə  resursları  ələ 

keçirmək  üçün  deyil,  strateji  məqsədlər  üçün  nəzərdə  tutulur,  Fransa  və  Birləşmiş  Krallığı 

qorxutmaq  məqsədi  daşıyırdı  (Vaynberq,  1994).  Niyə  hamının  qəddarlıq  modeli  olan  Hitler 

Avropanın  əsas  sərvəti  Qərbdə  olduğu  halda,  nisbətən  yoxsul  regionların  yerləşdiyi  Şərqi 

Avropaya  hücum  etdi?  Finlandiya  istisna  olmaqla,  heç  bir  Skandinaviya  ölkəsinə  ərazi 

genişləndirilməsi  məqsədilə  hücum  edilmədi.  Almaniyanın  Norveçi  istilası  ilkin  olaraq 

planlaşdırılmış  Britaniya  hücumunu  önləmək  məqsədi  daşıyırdı  (Ziemke,  1990).  Əsas  vuruşan 

tərəflərin  heç  biri  Norveçi  nə  qarət  etmək,  nə  ərazisini  genişləndirmək,  nə  də  zor  vasitəsilə 

resursları  ələ  keçirmək  arzusunda  deyildi.  Planlaşdırılmış  Anqlo-Fransa  işğalı  Şimal  dənizi 

marşrutlarını qorumaq və Almaniyanın xam materialları əldə saxlamasına mane olmaq idi ki, bu 

da  ancaq  daha  böyük  müharibə  kontekstində  ağlabatan  sayıla  bilərdi.  Həqiqətən,  Norveçin 

neytrallığı alman məqsədlərini tamamlamaq kimi görünürdü.

4

 Hitler heç vaxt  ən  bahalı  hədiyyə 



və Almaniyanın əsas dəmir filizi mənbəyi olan və yarısı Norveç vasitəsilə daşınan İsveçə hücum 

etmədi. (Foks, 1959; Haqlof, 1960).

5

 Hətta Müttəfiqlər müdaxilə edə bilmədikdə belə, Almaniya 



güc  yolu  ilə  əldə  etməkdənsə,  Skandinaviya  yarmadasının  sərvətlərini  pulla  almağa  üstünlük 

verdi.


6

  

Bu  heç  də  İsveçin  müharibədən  zərər  çəkmədiyini  bildirmir.  Nasist  rəsmiləri  qeyri-



bərabər  gücdən  istifadə  edərək,  İsveç  hökumətinə  müxtəlif  məsələlərdə,  xüsusən  təchizat  və 

personalın  neytral  ərazidən  keçirilməsinə  görə  təzyiq  göstərməyə  başladılar.  Isveç  ona  görə 

neytral qaldı ki, o, Oxlara işğaldan daha çox ticarət vasitəsi kimi xeyirli idi və o, müdrikcəsinə 

Norveçin sındığı yerdə diplomatikcəsinə əyilə  bildi (Karlqren, 1977).

7

 Buna görə də, Almaniya 



İsveçi  tutmamağa  üstünlük  verdi,  halbuki,  bunu  asanlıqla  edə  bilərdi.  Hitlerin  səbrliliyini 

çətinliklə  onun  mənəvi  təmkinliliyinə,  yaxud  suveren  hakimiyyəti  ələ  keçirmək 

məhdudiyyətlərinə şamil etmək olar. Əksinə, belə məlum olur ki, İsveçin lazımi resurslarını işğal 

yolu ilə ələ keçirməkdənsə, ticarət yolu ilə əldə etməyin daha ucuz başa gəlməsi haqqında dəqiq 

hesablamaların aparılması məlumdur.  

Ancellə  görə  ikinci  proses  iqtisadi  liberallaşmanı  ehtiva  edir.  Qlobal  bazarların 

genişlənən  inteqrasiyası  məhsul  və  xidmətlərin  ticarət  yolu  ilə  əldə  olunmasını  asanlaşdırır  və 

müharibə  yolu  ilə  narazı  investorlardan  yaxa  qurtarmağı  çətinləşdirir.  Ancell  işğalçı  alman 

ordusunu Londonda təsəvvür edir:  

Alman  kreditinin  Britaniya  qızılını  saxlamasında  hər  hansı  üstünlük  əldə  etməsindən  asılı  olmayaraq, 

ümumi  fəlakətə  səbəb  olan  alman  hökumətinin  törətdiyinin  qəddar  aksiya  olması  faktı  hər  hansı 

əvəzlənmədən daha artıq olacaq. Bank ehtiyatlarını qarət edə bilən ölkə xarici investorların yan qaçacağı 

ölkə  olardı:  kreditin  əsas  mahiyyəti  inamdır  və  bundan  imtina  edənlər  öz  hərəkətləri  üçün  çox  baha 

qiymət  ödəməli  olurlar.  Londondakı  alman  generalissimusu  Anlafın  özündən   daha  az  sivilizasiyalı  ola 

bilərdi,  lakin  o,  tezliklə  özü  ilə  Anlaf  arasındakı  fərqi  tapa  bilərdi.  Anlafı  bank  tarifləri  və  buna  oxşar 

digər  çətinliklər narahat  etmirdi:  lakin ingilis  bankını  qarət etmək  istəyərkən  general  alman  bankındakı 

hesabının  yoxa  çıxdığını  və  hətta  ən  yaxşı  sərmayələrinin  belə  dəyərinin  azalmasının  şahidi  olardı 

(Ancell, 1933: 106-107) 

Ancell  yenə  yanılır,  yalnız daha  yaxından  baxdıqda bunu dərk etmək  mümkündür. Tez-

tez I Dünya Müharibəsinin Balkanlardan başlandığı xatırlansa da, Balkanların Avropanın iqtisadi 

cəhətdən  ən  yoxsul  regionu  olması  unudulur.  Hələ  iqtisadi  cəhətdən  bir-birindən  qarşılıqlı 



Yüklə 308,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə