50
2.2 Dəyişikliklərin strukturu və modelləri.
Struktur dəyişiklikləri sayəsində həyata keçirilən iqtisadi siyasət, hər şeydən əvvəl
sahələrarası və sahədaxili dəyişikliklərə təsir edən tədbirlərin məcmusu deməkdir.
Fikrimizcə, iqtisadiyyatın strukturu ictimai istehsal prosesinin müəyyən
tarazlığını təmin edən ümumiqtisadi, sahəvi, regional proporsiyaların məcmusunu
ifadə edir.
Bazar iqtisadiyyatına keçidin xarakteri, məzmunu, onun sosial nəticələri hər bir
ölkənin sosial-iqtisadi inkişafından, islahatların səmərəlilik dərəcəsindən və dövlətin
iqtisadiyyatda struktur dəyişikliklərinə təsirinin intensivlik və səmərəli himayəçilik
siyasətindən asılı olaraq formalaşır.
Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidin təcrübəsi göstərir ki, struktur
dəyişikliklərinin iki qütb modeli mövcuddur. Onlardan birincisi-Çin üçün
xarakterikdir : istehsal, investisiya və ixracın həcmi artır; mütərəqqi texnologiya ilə
təchiz edilmiş müasir müəssisələr yaranır; xaricdən iri kapital qoyuluşu axınları baş
verir; əhalinin real gəlirlərinin səviyyəsi qalxır. İkinci model üçün mənfi dəyişikliklər
xarakterikdir ki, burada istehsalın böhranı xüsusilə böyük əhəmiyyət kəsb edir
11
.
Bunlarla yanaşı,dəyişikliklərin strukturu üzrə dörd əsas modeli də fərqləndirmək
olar :
Birinci model ənənəvi olaraq kontinental və ya alman modeli adlanır. Bu model
Almaniyadan başqa ,Avstriyada,Belçikada,Niderlandda qismən də Fransada tətbiq
olunur.Kontinental model üçün büdcə vasitəsi ilə ÜDM-in təkrar bölgüsünün yüksək
həcmi (50%),işverənlərin hesabına sığorta fondlarının formalaşması,inkişaf etmiş
sosial tərəfdaşlıq sitemi,yüksək mə.ğulluğa meylilik səciyyəvidir.
İkinci-ingilis –sakson modelidir və Böyük Britaniya, Irlandiya və Kanadada istifadə
olunur. O,ÜDM-in büdcə vasitəsilə bölgüsünün daha aşağı səviyyəsini (40%-dən
az),dövlətin məşğulluq siyasətinin passiv səciyyəli olmasını ,sosial xidmətlərin
11
H.Allahverdiyev və b. Milliiqtisadiyyatın dövlət tənzimlənməsinin elementləri. Səh.123-126
51
göstərilməsində xüsusi ictimai şirkət və təşkilatların xüsusi çəkisinin yüksək olmasını
nəzərdə tutur.
Üçüncü model-Aralıq dənizi modelidir və Cənubi Avropa ölkələrində
(Yunanıstan,Ispaniya və İtaliya) həyata keçirilir.Büdcə vasitəsi ilə bölünən ÜDM-in
səviyyəsi burada xeyli fərqlidir(Yunanıstan və İtaliyada 60%-ə qədər,Ispaniyada
40%-ə qədər).Sosial siyasət əsasən sosial müdafiəsi zəif olan vətəndaşlara ünvanlanır
və ümumi səciyyə daşımır.
Dördüncü
model-Skandinav
modeli
İsveçdə,Danimarkada,Norveçdə
və
Finlandiyada tətbiq olunur.Skandinav modelində fəal sosial siyasət ,büdcə vasitəsilə
təkrar bölünən milli sərvətin həcminin böyük olması (ÜDM-in 50-60%-i ),sosial
həmrəylik ideyasının həyata keçirilməsi və sosial siyasətin fəal qabaqlayıcı xarakteri
xasdır.
Struktur dəyişiklikləri modellərini xarakterizə edən amillər sırasında, birinci-onların
mahiyyətini şərtləndirən institutsional islahatlar, ikincisi-islah texnologiyaları
fərqləndirilir.
Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid zamanı iki prinsipial yanaşma –
təkamül yolu və “şok terapiyası” mövcuddur. Təkamül yolu strategiyası dərin ictimai
dəyişikliklərlə əlaqədar risklərdən qaçmaq və ölkədə siyasi həmrəyliyi təmin etməyin
zəruriliyinə əsaslanır. Belə strategiyanın həyata keçirilməsi təsərrüfatın əsas
parametrlərini-qiymət, tələb və gəlirlərin səviyyəsini stabil vəziyyətdə saxlamağa
imkan verir. Bu müəssisələrə yeni şəraitə uyğunlaşmağa, dövlətə isə-əsas diqqəti
islahatlara yönəltməyə kömək edir.
“Şok terapiyası” yolu ilə ilk öncə Şərqi Avropa ölkələri getmişlər. Bu yolun
seçilməsinin mahiyyəti bazar iqtisadiyyatına keçid müddətini minimallaşdırmaqla
yanaşı, eyni zamanda onun siyasi dönməzliyinə nail olmaq cəhdi bəzən keçid böhranı
adlanan dərin ümumtəsərrüfat böhranına səbəb olan iqtisadiyyatda kəskin qeyri-
sabitliyə səbəb olur.
52
Son dövrlər isə dəyişikliklərin strukturu üzrə Azərbaycan milli inkişaf modelinin
formalaşması ilə bağlı müzakirələr də başlanmışdır. Azərbaycanın irsən keçmiş
iqtisadi vəziyyəti ondan ibarət idi ki, o uzun müddət kommunist imperiyası - SSRİ-
nin tərkibində olduqdan sonra iqtisadi və siyasi müstəqillik əldə etmişdir. Lakin
suverenlik əldə etdikdən sonra Azərbaycan öz iqtisadi və sosial-siyasi problemləri ilə
qarşı-qarşıya durmuşdur. Ölkə demək olar ki, sıfırdan başlayaraq öz dövlət
quruluşunu yaratmalı, özünün iqtisadi və sosial siyasətini işləyib hazırlamalı
olmuşdur. Azərbaycanın iqtisadi və sosial inkişafının perspektiv istiqamətlərinin
əsasını məhz bu gün aparılan bazar iqtisadiyyatının təşəkkülünü təmin edən və
idarəetmə fəaliyyətini təkmilləşdirən idarəetmə strukturunun təkmilləşdirilməsi təşkil
edir.
Müasir Azərbaycan Respublikasında strukur dəyişiklikləri işləməyən müəssisələrin
yenidən qurulması, bazar tələbatına uyğun səmərəli istehsal siyasəti yeritməklə yeni
iş yerlərinin açılması, əmək haqqının artımı və rəqabət mühiti yaratmaqla
təşəbbüskarlığı təmin edən sosial nəticələrin dinamikasıdır. Struktur islahatlar
Azərbaycan iqtisadiyyatının strateji məhsulları, onun iqtisadi potensialının iqtisadi
dövriyyəyə cəlb edilməsi üçün və sahələrarası nisbətlərin və neft sektoru ilə yanaşı
kənd təsərrüfatının, sosial infrastrukturun və emal sənayesinin səmərəli
əlaqələndirilməsi üçün böyük əhəmiyyət kəsb edir və son illərdə iqtisadi artımın
dinamik artımı, investisiya axının stimullaşdırılmasına şərait yaradılması,
inflyasiyanın sabitləşməsi, ixracat yönlü istehsal potensialının formalaşdırılması və
ardıcıl sosial siyasətin aparılması şəraiti struktur dəyişmələrinin əlverişli mühitini
yaradır. Ali məqsədin seçilməsi ölkə iqtisadiyyatının sahə, ərazi, təsərrüfat
quruluşunun məhz həmin məqsədə çatma yolunu qiymətləndirməklə və həmin
tədbirlərin imkanlarını nəzərə almaqla əsaslandırılması struktur dəyişikliklərinin
metodoloji əsasını təşkil edir və struktur dəyişiklikləri dinamizmi, ixtisaslaşma və
kompleksləşmə, əməyə qənaət və məsrəflər, effekt modeli baxımından
qiymətləndirilir.
Dostları ilə paylaş: |