48
2Cu
2
S+3O
2
2Cu
2
O+2SO
2
2Cu
2
O+Cu
2
S
6Cu+SO
2
Alınan SO
2
qazının faiz miqdarı 5-10% olduqda sulfat turşusu
istehsalı təşkil edilə bilər.
Qurğuşun və sink təbiətdə sulfidlər şəklində tapılır və onlar birlikdə
yataqlar əmələ gətirir. Bu sulfidlərdən sərbəst metal alınarkən 6% SO
2
əmələ gəlir ki, bundan sulfat turşusu istehsalında istifadə edilir.
Ən qorxulusu odur ki, yanma məhsulu kimi çox zəhərli maddə olan
As
2
O
3
əmələ gəlir. Eyni zamanda əmələ gələn hidrogen xlorid və
hidrogen flüorid qazları katalitik zəhər rolu oynayaraq sulfat turşusu
istehsalına maneçilik törədirlər.
Beləliklə, əlvan metalların istehsalı zamanı ətraf mühitə bir çox
elementlər – Se, As, Sb, Cu, Ag, Sr, Zn, Cd, Hg, Al, Sn, Pb, Bi, Mo,
W, Ni toz halında yayılırlar.
Sual və tapşırıqlar
1. Qara metallurgiyanın tullantıları hansılardır?
2. Əlvan metallurgiyada ətraf mühiti korlayan ən zəhərli
tullantılar hansılardır?
3. Atmosferi SO
2
qazından azad etmək üçün hansı tədbirlər
mümkündür?
_________________
NEFT EMALI VƏ NEFTKĠMYA SƏNAYESĠ
Xam
neftin
tərkibində
ümumi
formulu
CxHy
olan
karbohidrogenlərdən başqa, kükürdlü üzvi birləşmələr, qeyri üzvi
duzlar, dəmir, vanadium elementləri də olur.
Neft yataqlarından fərqli olaraq kükürd ya sərbəst halda, ya da
birləşmələr halında-hidrogen sulfid, merkaptan, sulfid, disulfid və
polisulfidlər şəklində rast gəlinir.
Onlardan merkaptanlar-metilmerkaptan və ya metiltiol CH
3
-SH,
etilmerkaptan və ya etiltiol – CH
3
-CH
2
-SH daha çox rast gəlinir.
49
Hər il dünyada 4 milyard tondan artıq neft çıxarılır. Bu neftin 50
milyon tonu, daşınma və emal zamanı ətraf mühitə yayılır.
Dənizdən neft çıxarılarkən ətraf mühit daha çox çirklənir. Belə ki,
dərin quyular qazılarkən istifadə olunan gil məhlulu dənizlərə axıdılaraq
hidrosferi korlayır. Eyni zamanda neftlə birlikdə qaz ayrılır ki, onun
tərkibində zəhərli qazlar, o cümlədən hidrogen sulfid olur.
Neftlə birlikdə çıxan qazlar sintetik kauçuk, müxtəlif rezin
məmulatlar, polietilen, polivinilxlorid və texniki etil spirti istehsalında
istifadə olunur. Monoetanol aminlə qaz qarışığında olan hidrogen
sulfid absorbsiya olunaraq istehsala verilir ki, ondan da çox keyfiyyətli
kükürd tozu və sulfat turşusu istehsal olunur.
Oksigen azlıq edən mühitdə hidrogen sulfid yandırıldıqda kükürd
alınır: 2H
2
S+O
2
2S+ 2H
2
O, oksigen yetərincə olduqda isə SO
2
qazı əmələ gəlir:
2H
2
S+ 3O
2
2SO
2
+ 2H
2
O
Bu kimyəvi proseslər bir çox neft çıxaran ölkələrdə aparılmır və
hidrogen sulfid atmosferə buraxılır. Dəniz yataqlarında hidrogen
sulfidin, ümumiyyətlə neftlə birlikdə çıxan qazların emalı daha da
çətinlik törədir.
Ətraf mühiti çirkləndirən vasitələrdən biri də nef temalı
zavodlarıdır. Aşağıdakı cədvəldə nef temalı zavodlarının təxmini
tullantıları göstərilmişdir.
Nef temalı zavodlarında ətraf mühitə yayılan maddələr arasında
kükürdlü birləşmələr əsas üstünlük təşkil edir. Neft çıxarılarkən
merkaptanların miqdarı ya olmur, ya da çox cüzi olduğundan təhlükə
törətmir. Nef temalı zavodlarında istifadə olunan qələvili tullantı
sularının təkrar emalı nəticəsində merkaptanlar əmələ gəlir. Bu suların
buxarlanması nəticəsində atmosferə hidrogen sulfid və merkaptanlar
yayılır. Odur ki, zavodların yanından keçərkən xoşagəlməz iylərin hiss
edilməsi bunu sübut edir.
Çirkləndirici maddələr
Atmosferə buraxılan miqdar, 1000 t/il
Təmizləyici qurğu olmadıqda
Təmizləndikdə
Karbohidrogenlər
190
0,520
Hidrogen sulfid
0,64
0,002
50
Dəm qazı
219
0,600
Kükürd 4-oksid
115
0,310
Adətən yüngül neft fraksiyalarından – benzin, kerosin, dizel-
hidrogen sulfidi və merkaptanları ayırırlar. Əks halda bu qarışıqlar
mühərrikin korroziyasına səbəb olur.
Neft yataqlarından ayrılan qazlar bəzən yandırılır və proses daimi
davam edir. Bakı şəhərində belə «fakellər» mövcuddur. Bu zaman
atmosfer daha çox çirklənir. Xırda qurum hissəcikləri ilə yanaşı qeyri
stasionar yanma prosesi olduğundan tam yanmayan karbohidrogenlər
ətraf mühitə yayılaraq ekoloji problemlər yaradır.
Neftayırma və neftkimyası sənayesində ətraf mühiti çirkləndirən
maddələr
aşağıdakılardır: doymuş, doymamış və aromatik
karbohidrogenlər, alkilnitril, asetonitril, dixloretan, xloretan, metanol,
üzvi turşular, anhidridlər, dioksinlər və oksidlər –SO
2
, NO
2
, CO, CO
2
,
hidrogen sulfid, karbon sulfid və başqaları.
Texnoloji qaydalara əməl edilmədikdə, neftemalı zavodlarında
katastroflar meydana gəlir. 1984-cü ildə Hindistanın Bxopol neftkimya
zavodunda baş verən qəza nəticəsində 5000 insan tələf oldu və 100
minlərlə insan təhlükəli dərəcədə zəhərləndi.
Müasir neftemalı zavodlarında atmosferə yayılan zəhərli
maddələrin miqdarı əhəmiyyətli dərəcədə azalmışdır.
Sual və tapşırıqlar
1. Xam neftdə hansı qarışıqlar ola bilər?
2. Neftin tərkibində olan kükürdlü maddələri göstərin.
3. Neft sənayesində ətraf mühit daha çox hansı səbəblərdən
çirklənir.
4. Hidrogen sulfid hansı yolla zərərsizləşdirilir.
5. Neftkimya zavodlarının əsas tullantılarını göstərin.
_________________
KĠMYA SƏNAYESĠ
Kimya sənayesi atmosferi həddindən çox çirkləndirən vasitələrdən
Dostları ilə paylaş: |