ELM ADAMLARI
ELM HAQQINDA
Professor Səlahəddin Xəlilovun təqdimatında
ÇAġIOĞLU
Bakı - 2010
Elm adamları elm haqqında
- 2 -
Müəllif-tərtibçi: Səlahəddin Xəlilov
Elm adamları elm haqqında.
Professor Səlahəddin Xəlilovun təqdimatında.
Bakı, “ÇaĢıoğlu”, 2010 – 312 səh.
Kitabda islam dünyasının böyük alimləri Əbdüs-Səlamın,
Xudu Məmmədovun və Oqtay Sinanoğlunun dünya elminə ver-
diyi töhfələr barədə qısa məlumat verilir. Onların ümumiyyətlə
elm haqqında: elm və din, elm və dil, elm və sənət mövzuların-
da yazdıqları əsərlər kitaba ayrıca fəsillər kimi daxil edilmişdir.
Elm haqqında tam təsəvvür yaratmaq, elmin texnika və
istehsalla, ictimai-iqtisadi həyatla əlaqəsini də işıqlandırmaq
üçün bura Elm haqqında elm adlı bölmə də əlavə olunmuşdur.
Kitab alimlər, tələbələr və geniş oxucu kütləsi üçün
nəzərdə tutulmuşdur.
ISBN: 978-9952-27-185-0
©Xəlilov S., 2010
Ön söz
- 3 -
Ön söz
Belə bir fikir geniş yayılmışdır ki, biz öz mənəviyya-
tımızı, mədəni-mənəvi dəyərlərimizi qorumağa çalışma-
lıyıq, Qərbdən isə ancaq onların elmi-texniki dəyərlərini,
müasir texnologiyaları götürmək lazımdır. Bu, ilk baxışda
çox optimal bir variantdır, amma eyni zamanda, çox sadə-
lövh fikirdir. Əslində bunu o zaman etmək olar ki, söz sa-
hibi sən özün olasan. Yəni nəyi vermək və nəyi almaq mə-
sələsini də özün müəyyənləşdirəsən. Halbuki baxılan hal-
da qüvvətlər nisbəti Qərbin xeyrinə olduğuna görə, verən
də, alan da Qərb özüdür. Yəni o bizə nəyi vermək istə-
yirsə, onu da verir və bizdən nəyi almaq istəyirsə onu da
alır. İndi gəlin, məsələyə Qərbin gözü ilə baxaq və an-
lamağa çalışaq ki, Qərb üçün nə daha sərfəlidir?
Bəli, bizim mədəni-mənəvi dəyərlərimiz bir üstün-
lükdür və Qərb bunun qiymətini bilir. Və Qərb bizə öz el-
mi-texniki nailiyyətlərinin, sənaye məhsullarının müəyyən
bir qismini verməklə əvəzində bizim malik olduğumuz ye-
ganə sərvəti almaq istəyir.
Qərb bizə sadəcə olaraq kompüteri, yaxud televizoru
transfer etmir. O, həm də televiziya verilişlərinin məzmu-
nunu və internet vasitəsilə ötürülən informasiyanın çeşi-
dini müəyyən edir. Qərb bizim maraq dairəmizi də, zəif
cəhətlərimizi də bizdən daha yaxşı bilir. Çünki bizi kənar-
dan və məqsədyönlü surətdə seyr edir.
Elm adamları elm haqqında
- 4 -
Bəs biz özümüzü öyrənməyə çalışırıqmı?
O vaxtlar – Xudu Məmmədovun bizə dərs dediyi 70-
ci illərdə və universiteti bitirdikdən sonra müntəzəm xa-
rakter almış görüşlərimiz zamanı biz kristalloqrafiyadan,
təbiət hadisələrindən maddələrin quruluşundan daha çox,
insan təbiətindən, cəmiyyətin quruluşundan bəhs edərdik.
Kristalların və milli ornamentlərin strukturu, təbiətin yad-
daşı ilə milli təfəkkür arasında eyniyyət məsələləri fəlsəfi
yaradıcılıq yolunu seçmiş gənc fizik üçün maraqlı olmaya
bilməzdi. Bizi bağlayan məhz təbiətə və insan həyatına
fəlsəfi səviyyədə yanaşma tərzi idi. Mübahisələr də çox
olurdu. Bir dəfə mən isbat etməyə çalışdım ki, biz Qərbin
neçə yüz illər ərzində qalxdığı səviyyəni qısa bir müddətdə
mənimsəyib onlarla yarışa bilmərik; ona görə də optimal
bir yol seçmək lazımdır. Bu yol isə Qərbdən hazır elmi
nəticələri götürərək onların daha tez tətbiqinə nail
olmaqdır. Görünür, mən həm də Yaponiya təcrübəsinə
istinad edirdim. Lakin gözlədiyimin əksinə olaraq Xudu
müəllim bu fikrə etiraz etdi və dedi ki, hər bir xalq dünya
sivilizasiyasına nə qədər pay verirsə, ancaq o qədər də
götürə bilər.
O vaxtdan neçə illər keçmişdir və bizim ümumi
məhsuldan, dünya sivilizasiyasından daha çox pay götür-
mək iddialarımızın həmişə tərsinə çevrildiyinin şahidi ol-
muşam. Nəyi isə əvəzsiz almaq ancaq illüziya imiş. Elmi-
texniki sahədə aldıqlarımızın bədəlini sən demə mənəviy-
yatımızla ödəyirmişik.
Bəs çıxış yolu nədədir?
Bunun üçün, əlbəttə, orta əsrlərdə islam dünyasının
indiki Qərb ölkələrinə nisbətən çox irəlidə olmasına rəğ-
mən, tədricən geri qalmasının səbəblərini müəyyənləşdir-
mək lazımdır. Elmin ön cəbhəsindəki ayrı-ayrı nümunələr,
Ön söz
- 5 -
yəni müsəlmanların normal elmi mühitdə çalışarkən, heç
kimdən geri qalmayaraq böyük uğurlar qazanması faktları
göstərir ki, hər şey ictimai mühitlə bağlıdır. Yəni söhbət
islami dünyagörüşünün guya elmin inkişafı üçün əlverişli
olmaması haqqında yaradılmış mifin dağıdılmasından
gedir. Problem cəmiyyətin təşkilatlanması və onun
strukturunda elm üçün normal şərait yaradılması ilə bağ-
lıdır. İngiltərədə təhsil alan və İtaliyada, özünün yaratdığı
nəzəri fizika mərkəzində çalışan Əbdüs-Səlamın, ABŞ-ın
ən məşhur universitetlərindən olan Yel universitetində ça-
lışan Oqtay Sinanoğlunun, habelə cəmi bir neçə il Mos-
kvada və bir il İngiltərədə çalışdıqdan sonra vətənə dönən
Xudu Məmmədovun timsalında biz bir daha bunun şahidi
oluruq.
Məktəb olimpiadalarında gənc fiziklərimizin, riya-
ziyyatçılarımızın, bioloqlarımızın uğurları, hər il neçə-ne-
çə məktəblinin vətənə qızıl medalla qayıtması artıq bir ən-
ənəyə çevrilmişdir. Bəs sonra? Sonra əlverişli elmi mü-
hitin yoxluğu ucbatından bu gənc istedadlar ya xarici ölkə-
lərə getməli olur, ya da qalıb paslanırlar.
Eləcə də şahmat yarışlarında 10, 12, 14 yaşa qədər
uşaqlar arasında birinci yerləri asanlıqla tutduğumuz hal-
da, yetkin yaşlarda bu qələbələri təkrar etmək çətinləşir.
Çünki genetik intellektual keyfiyyətlər gərək müvafiq mü-
hitlə tamamlansın. Bizdə çatışmayan məhz mühitdir.
Bir dəfə böyük riyaziyyatçı-alim Lütfi Zadənin 75 il-
lik yubileyinə həsr olunmuş bir mərasimdə hamı Azərbay-
can aliminin və hətta Azərbaycan elminin böyük nailiyyət-
lərindən bəhs edərkən sual verdim ki, axı, Zadə hansı bir
təsadüfləysə ABŞ elmi mühitinə düşməsə idi, Azərbaycan-
da qalsa idi, yenə indiki Zadə ola bilərdimi? Yox... Bəlkə
biz onu heç doktorluq müdafiəsinə də buraxmazdıq. Ona
Dostları ilə paylaş: |