Elçin
Ədəbiyyat və cəsarət tərcümanı
-
Abbas Zamanov
Bakı – “GƏNCLİK” 2016
Redaktor: Mirmusa Seyidov
Elçin.
“Ədəbiyyat və cəsarət tərcümanı - Abbas
Zamanov”
Bakı, “Gənclik” nəşriyyatı, 2016, 142 səh.
Kitabda görkəmli xalq yazıçımız Elçinin
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, əməkdar elm xadimi Abbas Zamanov
haqqında xatirələri və məqalələri çap olunmuşdur
Ümid edirik ki, kitab oxucular tərəfindən
rəğbətlə qarşılanacaqdır.
ISBN: 5-8020-1793-7
ELÇİN
“Gənclik” nəşriyyatı
Ə
d
ə
biyyat v
ə
c
ə
sar
ə
t t
ərcümanı
- Abbas Zamanov
3
ƏDƏBİYYAT VƏ CƏSARƏT
TƏRCÜMANI
(Unudulmaz professor Abbas Zamanov haqqında bir
neçə söz)
Artıq əlçatmaz, ün-
yetməz bir uzaqlıqda
qalmış 1960-cı ilin mart
ayı yadıma gəlir. Nov-
ruzdan sonrakı gün-
lərdən biri idi.
Elmlər Akademiyasının
«İstiqlaliyyət» küçəsin-
dəki binasında Səməd
Vurğunun vəfatının be-
şinci ildönümü müna-
sibətilə xatirə gecəsi
keçirilirdi.
O zaman mən orta məktəbin 10-cu sinfində
oxuyurdum və bir gənclik həvəsi, marağı, hətta hə-
risliyi ilə Bakıdakı ədəbi məclisləri izləyirdim.
Həmin mart günü Səməd Vurğunun xatirə gecə-
sində mən də Akademiyanın böyük iclas zalında orta
sıralardan birində oturmuşdum.
Xatirə gecəsini akademik Məmməd Arif aparırdı.
Məruzəçi İlyas Əfəndiyev idi.
Elçin
4
Xatirə gecəsi açıq elan olundu, məruzə oxundu, bir
neçə çıxış oldu və növbəti söz parterdən əlini qaldırıb
çıxış etmək istəyən Abbas Zamanova verildi.
O vaxta qədər mən Abbas Zamanovu çox gör-
müşdüm və bu alçaqboylu, dolubədənli, ağır, sanballı
kişi səhnəyə qalxıb xitabət kürsüsünün arxasına ke-
çəndə də, mənim heç vəchlə ağlıma gəlməzdi ki,
indicə eşidəcəyim çıxış sovet Azərbaycanının 70 illik
tarixində ən cəsarətli çıxışlardan biri olacaq, illər, hət-
ta onilliklər bir-birini əvəz edəcək, o çıxış isə yaddan
çıxmayacaq.
«Qardaş olub Hayastan Azərbaycan!» kimi süni
mahnıların sədaları altındakı yalançı «xalqlar dost-
luğu» şüarçılığı mühitində Abbas Zamanovun o ax-
şamkı çıxışı sosialist Bakısının XX partiya qurul-
tayından bir neçə il keçdikdən sonra ətalət içində
mürgüləyən ictimai həyatında günün günortaçağı ça-
xan qəfil ildırım kimi bir şey oldu. Sonralar isə məlum
oldu ki, o çıxış Azərbaycanın taleyində də mühüm rol
oynayıb.
Abbas müəllim həmin odlu-alovlu çıxışında qədim
Azərbaycan diyarı Naxçıvanın üzərini qara buludların
almasından, erməni millətçilərinin Naxçıvanı Azər-
baycandan qoparmaq məqsədilə ciddi fəaliyyətə baş-
lamalarından, Moskvada onların havadarlarının olma-
sından danışdı və rəyasət heyətində oturub özünü ta-
mam itirmiş (sabah izahat vermək tələb olunacaqdı!)
bir vəzifəlinin:
Ə
d
ə
biyyat v
ə
c
ə
sar
ə
t t
ərcümanı
- Abbas Zamanov
5
-“Yoldaş Abbas Zamanov, biz bura Səməd
Vurğunun xatirəsinə toplaşmışıq!” sözlərinə Abbas
Zamanovun:
-Bəli, biz bura Səməd Vurğunun xatirəsinə
toplaşmışıq və Səməd Vurğun da bu gün sağ olsaydı,
bax, bu xitabət kürsüsündən deyərdi: «Naxçıvan qə-
dim Azərbaycan torpağıdır! Qara niyyətlərinizdən əl
çəkin, daşnaklar! Naxçıvan heç zaman ermənilərin
olmayacaq!»
Və Abbas Zamanov xitabət kürsüsündən düşüb
parterdə öz yerində oturdu.
Elə bil ki, bütün zal hipnoz olmuşdu.
Və birdən o hipnoz keçdi, alqışın hərarəti bütün
zalı, hətta bütün o böyük daş binanı titrətdi.
Mülayim bir adam olan rəhmətlik Arif müəllim
rəyasət heyətində ayaq üstə dayanmışdı və zalın sakit-
ləşməyini gözləyirdi. Zal isə sakitləşmək bilmirdi.
Nəhayət, Arif müəllimin səsi eşidildi:
-Abbas Zamanov buradakı çıxışında hissə qapıldı.
Mən inanıram ki, o özü də bu çıxışından peşiman
olacaq.
Bu zaman Abbas müəllim yerindən qışqırdı:
-Çətin!
Və bu bir kəlmə sözə görə yenidən qopan alqış
yenə aləmi lərzəyə saldı.
O gecə o, 10-cu sinif şagirdinin də daxilinə, yəqin
ki, səbəbini heç özünün də dəqiq izah edə bilməyəcəyi
bir qürur, fəxarət, igidlik hissiyyatı dolmuşdu.
Elçin
6
ABBAS ZAMANOV
Abbas müəllim, rahat yat! Sən bütün məhrumiyyətlərə
dözərək mümkün olmayan bir zamanda, quş quşluğu
ilə uçaraq sərhədləri keçməyə cəsarət etmədiyi bir
vaxtda Şimallı-Cənublu qardaşlar arasında körpü sal-
dın. Onları bir-biriləri ilə yaxınlaşdırdın, qovuşdur-
dun. Buna görə hamımız sənin cənazən qarşısında baş
əyirik. İndi sənin cənazən qarşısında biz onunla təs-
kinlik tapır, çox şükür edirik ki, sən qardaşların, həqi-
qətən, qovuşduğu günü də gördün. Nisgilli getmədin.
Mürşidi-kamilimiz, əziz qardaşımız, rahat yat! Qəbrin
nurla dolsun!
Cavad HEYƏT
(İran)
Dostları ilə paylaş: |