Elbəyi CƏLALOĞLU
50
diyi zaman dəfələrlə sınaqdan çıxmışdı. Belə ki, təsəvvüf el-
mində ilahi eşq şərab və ya mey şövqü ilə müqayisə olunur.
Bu baxımdan həmin “şərab”ı paylayan “saqi” və ya “mit-
rab” mürşiddir. Mürşidə eyni zamanda “tərsa” da deyilir,
bu ifadə inadkar, əzmkar anlamındadır, çünki ilahi eşqin
təlqini Mürşiddən ilk növbədə inadkarlıq, əzmlilik və fəda-
karlıq tələb edir. Şərab və ya mey burada Tanrı eşqini anla-
dan elmə işarədir. Lakin bu elmin də miqdarı var. Həmin
ölçü isə badə, qədəh və ya piyalədir. “Saqi”nin gətirdiyi
“badə” ilə “mey” içib “sərxoş” və ya “məst” olan, yəni ilahi
eşqə tutulan isə müriddir, dərvişdir. Mürid həmin bu “sər-
xoşluq”la özündən gedir və az sonra yenidən özünə qayı-
dır. Şəms Təbrizi bütün bunları xatırlamaqdaykən, doğur-
dan da çox çəkmədən Mövlana Cəlaləddin Rumi oyandı,
amma indi o, tamam başqa əlamətləri ilə diqqət çəkirdi.
Şəms Təbrizinin sehri, ilahi eşq təlqini onun təfəkkür dün-
yasını sanki iki dəfə böyütmüşdü, bir sözlə onu alimlikdən
aşiqlik mərtəbsinə yüksəltmişdi...
Beləliklə, Şəms Təbrizi Mövlana Cəlaləddinin qarşısına
çətin bir tapşırıq, müqəddəs bir məqsəd qoydu. Mövlana
Cəlaləddin Rumi anlamağa başladı ki, o, Peyğəmbərin fikir-
lərini, hədislərini və Qurani-Kərimin bütün surə və ayələri-
ni əzbərdən bilməklə kifayətlənməməli, həm də bu ucsuz-
bucaqsız ümmanı dibindəki ən xırda sədəflərinəcən öyrənib
onları yenidən dərk etməlidir. Elə bu zaman Mövlana Cəla-
ləddinin fikirindən belə bir şey keçdi: “Biz səmavi və elmi
kitablardan öncə özümüzü oxumağı bacarmalıyıq, helmimi-
zin və elmimizin səfərbərliyi ilə özümüzü dərk etməliyik”.
Bundan başqa, Allaha qovuşmağın üç yolu vardır ki,
Mövlana Cəlaləddin bunların hər üçünün üzərində bir alim
kimi mükəmməl işləmiş, özü üçün ümumi nəticəyə gəlmiş-
dir. Bu yollardan biri Qurani-Kərimə və sünnəyə tabe ol-
maqla mümkün hesab edilirdi ki, buna “Təriqul-əxyar” de-
yilir. İkincisi, riyazət və zühd yolu ilə mümkün hesab edilən
“Təriqul-əbrar”, üçüncüsü isə Mürşidi-kamil Şəms Təbrizi-
nin də təlqin etdiyi kimi Allaha eşqlə, məhəbbətlə vasil ol-
Eşq dənizləri qovuşanda
51
maqdır. Bu yola “Təriqul-şuttar” deyilir. İndi Şəms Təbrizi
ilə olan söhbətləri Mövlana Cəlaləddini üçüncü yola ayrıl-
maz tellərlə bağlamışdı...
Şəms Təbrizi ilə Mövlananın söhbətləri o qədər dəyərli,
o qədər mənalı və ibrətamiz gedirdi ki, az qala günlərin ne-
cə ötüb keçdiyindən xəbərləri olmurdu. Lakin bütöv bir ta-
rixi öz təsiri altına salacaq fitrətində olan bu iki dahinin mü-
kalimələri bir-birindən xoş, bir-birindən qiymətli keçirdi.
Mövlana Cəlaləddin Rumi sirr mülkü hesab etdiyi Təbriz-
dən doğmuş bu “Din günəşi”nin təsiri altında gündən-günə
dəyişirdi, başqalaşırdı, cilalanırdı. Bu müqəddəs görüşlər
onun üçün bir növ ilahi çiləyə də bənzəyirdi...
Hər iki dahi yenə də həmin hücrədə bardaş qurub söh-
bətlərini davam etdirirdi. Mövlana Cəlaləddin daha çox
dinləməyi üstün tutduğundan söhbəti Şəms Təbrizi başladı:
– Axirəti qazanmaq üçün fədakarcasına çalışmaq lazımdır.
Bu, insanı cənnətə aparıb onun Allah-təalanın camalını gör-
məklə şərəflənməsinə səbəb olar. Allah-təalanın istəklisi və
Ona qovuşmaq arzusu içində olanlara, möhnət, məşəqqət,
dərd və bəlalara dözməkdən başqa çarə yoxdur. Dünyapə-
rəstlər axirəti tərk edib, mal qazanıb zəngin olmaqdan baş-
qa çarə görmədikləri kimi, axirətinin abad olmasını istəyən-
lərə də ölməkdən əvvəl ibadət edərək, İslam dininə xidmət
edib, Allah eşqi yolunda yorulmadan çalışmaqdan başqa ça-
rə yoxdur, çünki aşiq olmayana eşq quru bir sözdür. Aşiqlər
ucsuz-bucaqsız ilahiyyat dənizində üzürlər, onlar nə cən-
nətdə mükafatlandırılma arzusu ilə, nə də cəhənnəmdə
əzab çəkmək qorxusu ilə yaşayırlar. Aşiqlər hər yerdə inci-
dilir və kənarlaşdırılırlar, lakin özləri heç kimsəni nə incidə,
nə də kənarlaşdıra bilməzlər. Sufilər heç kəsi mühakimə et-
mədən öz içinə baxar və orada özünü eşqdən məhrum edən
afətləri aradan qaldırmağa can atarlar. Sofular isə bunun ək-
sinə olaraq, başqalarında qüsur axtarar və onları tapıb üzə
çıxartmaqla məşğul olarlar, – Şəms Təbrizi sözünü bitirib,
bir az ara verdiyi zaman, Mövlana Cəlaləddin onun sözünə
qüvvət verərək dilləndi:
Elbəyi CƏLALOĞLU
52
– Allaha gedən yolda insanın öz mənliyindən keçməsi
vacibdir, – Mövlana Cəlaləddinin bu müdaxiləsindən sonra
Mürşidi-kamil, – bu yolda elm və ədəb də vacibdir, – dedi
və bir az dayanıb təmkinlə yenidən söhbətinə davam etdi:
– İnsanoğlunun ədəbi yoxdursa, o, insan deyil! İnsanı
heyvandan fərqləndirən cəhət ədəbdir. Elm isə üç şey – zikr
edən dil, şükür edən ürək, səbir edən bədən deməkdir, – o,
fikrini bitirib bir qurtum çay aldıqdan sonra, – dünya insanı
hava və həvəsinə qapdırar, nəfsin arzularına uydurar, nəti-
cədə isə cəhənnəmə aparar, – deyərək yenidən dayandı. Elə
bu zaman bayırda azan səsi eşidildi. Onlar namaz qılmaq
üçün ayağa durdular...
Ertəsi gün onların söhbətləri eyni ritmdə, mükalimələri
eyni ahəngdə davam etdirildi. Şəms Təbrizi bu dəfə sufiliyə
və ya təsəvvüfə subyektiv baxışını Həllacı Mənsurun timsa-
lında bir qədər konkret ifadə etdi:
– Mənsura hələ ruh bütün camalını göstərməmişdi. Yox-
sa “Ən əl-Həqq”, yəni “Haqq mənəm!” deyərdimi? “Haqq”
hara, “mən” hara? Bu “mən” nədir? Əgər bu adi bir sözdür-
sə, onda “söz” nədir? Ruh aləmində qərq olan, sözə sığardı-
mı? – o, fikrini belə izah etdi. Mövlana Cəlaləddin ustadının
bu fikirinə düzəliş etmək məqsədilə “Ən əl-Həqq” kəlməsi-
nə öz izahını vermək, öz yanaşmasını söyləmək istədi, lakin
buna cürət etmədi, o, həmin izahı sonralar öz müridlərinə
edəcəkdi. Hələlik isə o, ustadın fikri ilə razılaşmasa da, sus-
mağa üstünlük verdi. Elə bu zaman Sultan Vələd məşğul ol-
duğundan, Mövlananın ev xidmətçisi Kimya hicabda içəri-
yə daxil oldu və çay süzülmüş stəkanları buğlana-buğlana
onların qabağına qoydu. Şəmsin zahiri gözəlliyi onun da
diqqətini çəkdi. Şəms Təbrizinin cavan görkəmi onun gözəl-
liyini bir az da artırırdı. Bu zaman 59 yaşında olan Mürşidi-
kamilə 45-dən çox yaş vermək olmazdı. Onun da qarşılıqlı
olaraq gözucu Kimyanın boy-buxununu süzməsi Mövlana-
nın gözündən yayınmasa da, o, üstünü vurmadı. Əslində
bu səhnədə onun söz deməsinə bir səbəb də yox idi. Kimya
isə Şəmsin qarşısına möminlə şeytanın qarşılaşması kimi
Dostları ilə paylaş: |