АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №1, səh. 94-100 (2015)
94
Azərbaycan Ərazisində Yayılan Allium L. Cinsi Növlərinin Biomorfoloji
Əlamətləri və Ekologiyası
S.R.Həsənov
AMEA Genetik Ehtiyatlar İnstitutu, Azadlıq pr., 155, Bakı AZ 1106, Azərbaycan;
E-mail: Sabir_Hasanov@ rambler.ru
Məqalədə Azərbaycan Respublikası ərazisində yayılmış Allium L. cinsi növlərinin biomorfoloji
əlamətləri və ekologiyası öyrənilmişdir. Azərbaycan florası ücün yeni olan A. ampelleprasum L. və A.
pskemense növlərinin də yayıldığı aşkar edilmişdir. Landşaftlarda yayılma yerlərinə, ekoloji şəraitə,
daxil olduqları bitki qruplarına görə növlərin seksiyalar üzrə ekoloji xüsusiyyətləri verilmişdir.
Açar sözlər: Allium L., növ, cins, biomorfoloji əlamətlər, fəsilə
GİRİŞ
Soğankimilər - Amaryllidaceae fəsiləsinə daxil
olan bitkilərin dünyada 30 cinsə aid olan 870-dən
çox növü yayılmışdır. Azərbaycanda Amaryllidaceae
fəsiləsinin iki cinsinin (Allium L. və Nectaroscordum
Lindl.) numayəndələri vardır (Флора Азербай-
джана, 1952; Ибрагимов, 2005; Конспект флоры
Кавказа, 2006; Talıbov və İbrahimov, 2008).
Allium L. cinsi növlərinə dəniz səviyyəsindən
50-3500 m yüksəkliklərdə, müxtəlif ekoloji şərait-
lərdə, düzənliklərdə, dağ yamaclarında, meşələrdə,
meşə kənarlarında və s. geniş rast gəlinir. Allium
cinsinin şimal yarımkürəsində yayılmış 300 növün-
dən, 52-sinə Azərbaycan florasında rast gəlinir ki,
onlardan da 35-i Naxçıvan MR - də tapılmışdır
(Гроссгейм, 1940; İbadlı, 2002; Конспект флоры
Кавказа, 2006).
Allium cinsi coxlu sayda növləri əhatə edir və
taksonomik cəhətdən çox mürəkkəbdir. İki əsrə
bərabər uzun bir dövr ərzində tədqiqatçılar tərəfin-
dən cinsin müxtəlif sistemləri təklif edilmişdir.
Lakin bu günə qədər elə bir sistem olmamışdır ki,
tədqiqatçıların çoxu tərəfindən qəbul edilmiş olsun
(Серегин, 2007). Hazırda dünyada soğanların (Alli-
um L.) tədqiqi sahəsində işlər aparılır və naliyyətlər
əldə olunmuşdur. Son zamanlar Şərqi Avropada
yayılmış soğan növləri üçün sistematikaya yeni
taksonlar əlavə edilmişdir (Серегин, 2007).
Qafqaz florası soğan cinsi (Allium L.) növləri-
nin morfoloji, ekoloji, bioloji, karioloji tədqiqinin
nəticələri, burada yayılmış növlərin həcmini, növlə-
rin və növdaxili taksonların statusunu dəqiqləşdirmə-
yə imkan verir (Беридзе, 1974). Son dövrlərdə yeni
növlərin hesabına Allium və Nektaroscordum cinslə-
rinin həcmi artmışdır. Əvvəllər Amaryllidaceae fəsi-
ləsinin Qafqaz sistemində olmayan, yeni seksiyalar
və yarımseksiyalar ayrılmışdır. Allium cinsinin Qaf-
qaz növləri üçün 4 yarım cins, 15 seksiya, 11yarım
seksiya qəbul edilmişdir (Пагосян, 1992)
Qafqazda Allium və Schoenoprasum Dum.
seksiyalarında tipik hibrid parçalanmasının (morfo-
loji və kariotipik əlamətlərinə görə) olması onu gös-
tərir ki, onlar qədim seksiyalar arası hibridlərdir.
Tədqiqatçıların fikrincə A.aucheri Boiss. növü qə-
dim seksiyalar arası tipik hibriddir (Беридзе, 1974).
Təbiətdə soğanların növlər arası hibridləşməsi
bir çox müəlliflər tərəfindən qeydə alınmışdir. R.V.
Kamelin seksiyalar arası növ komplekslərinin
hibridlərinə bir neçə nümunə göstərmiş və qeyd
etmişdir ki, onlar yüksək həyatilik qabiliyyətinə və
münasib ekoloji şəraitdə kifayət qədər geniş areala
malikdirlər (Беридзе, 1974; Əliyev, 1997).
MATERİAL VƏ METODLAR
Tədqiqat işinin materiallarını Azərbaycanda
yayılmış Allium L. cinsinə aid olan növlər təşkil
etmişdir. Bununla əlaqədar olaraq Azərbaycanın
müxtəlif bölgələrinə ezamiyyəyə gedilmiş və
ekspedisiyalar təşkil edilmişdir. Növlərin tədqiqi
marşurut-kəşfiyyat üsulu ilə, ehtiyatının sıxlığı
Krılov və Şreterin metodikaları (Крылов, Шретер,
1971) əsasında aparılmışdır.
Allium cinsi növlərinin ekoloji şəraitinin araş-
dırılması üçün hər bir bölgənin tədqiq olunan sahə-
lərində 200 m uzunluqda və 5 m enlilikdə 20 mar-
şrut istiqaməti müəyyənləşdirilmişdir. Tədqiqat za-
manı fenoloji müşahidələrdən (Mетоды фенологи-
ческих наблюдений, 1966) və ümumi qəbul olun-
muş çöl geobotaniki üsullarından istifadə edilmişdir
(Методика полевых геоботанических исследова-
ний, 1938).
Toplanmış məlumatların, materialların işlən-
məsi, təhlili, təyini və digər kameral işlər laborato-
riya şəraitində həyata keçirilmişdir.
Azərbaycan Ərazisində Yayılan Allium L.
95
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Soğankimilər-Amaryllidaceae fəsiləsinin Allium
L. və Nektaroscordium cinslərinin Azəbaycanda
yayılmış nümayəndələrinə dağ yamaclarında, çınqıl-
lıqlarda, dağ səkilərində, əkin sahələrində, daimi
rütubətli yerlərdə, müxtəlif biosenozlarda rast gəli-
nir. Burada soğanlar dəniz səviyyəsindən 50-3500 m
yüksəkliyə qədər olan ərazilərdə, çox hissəsi açıq və
yaxşı işıqlanan yerlərdə yayılmışdır. Az sayda növlər
(A.victorialis L., A.paradoxum (M. Bieb.) G.Don)
meşələrdə ağacların kölgələrində bitir. A.victorialis
L. növü Böyük Qafqaz dağlarının Azərbaycan
hissəsinin şərqində, subalp çəmənlərin və çəmən-
çöllərin meşə qurşağında, daha çox Quba rayonu
ərazisində yayılmışdır. A. paradoxum (M.Bieb.)
G.Don) Böyük Qafqazın Azərbaycan hissəsinin şər-
qində, Kiçik Qafqaz dağlarının mərkəzi hissəsində,
şimalında və cənubunda, Lənkəran rayonunun dağlıq
hissəsində, aşağı qurşaqdan orta qurşağa qədər olan
yerlərdə, meşələrdə, kolluqlarda və meşə kənar-
larında yayılmışdır. Bəzi soğanlara, ancaq müəyyən
yerlərdə, dağ qurşaqlarında, digərlərinə isə eyni
zamanda müxtəlif ekoloji şəraitlərdə rast gəlinir.
Azərbaycanda yayılmış soğan növlərinin çoxuna
(Allium, Codanoprasum (Reichenb.) Endl., Scoro-
don C.Koch., Acanthoprason Wendalbo seksiyaları
növlərinə) əsasən düzənliklərdə və orta dağ qurşaq-
larına qədər olan ərazilərdə rast gəlinir.
Allium Azərbaycanda yayılmış növlərinin sayı-
na görə ən böyük seksiyadır, 21 növü əhatə edir. Bu
seksiyanın nəmişlik sevən, hava soğanları əmələ
gətirən A.vineale L., A. atroviolaceum Boiss. və
A. dictyoprasum C.A.M. ex Kunth növləri Azərbay-
canda daha çox yayılmışdır. A.vineale L. növü
Azərbaycanın Naxçıvan MR ərazisində subalp və
alp çəmənlik qurşaqlarında, Şamaxı rayonunda dağ
çəmənliklərində, şaquli qurşaqlarda, nəmişlik yer-
lərdə yayılmışdır, iki variasiyasına rast gəlinir: var.
capsuliferum Rğl. tünd qızıl gül rəngli çiçək tacında
heç soğanaq olmur, yaxud da bir-iki soğanaq olur.
var. subcapsuliferum Miscz. çiçək tacı, ancaq hava
soğanaqlarından ibarətdir (şəkil 1, 2).
A.atroviolaceum Boiss. növü Azərbaycanın
hər yerində düzənlik ərazilərdən orta dağ qurşaq-
larına qədər olan hissələrdə, rütubətli yerlərdə və
əkin sahələrində alaq bitkisi kimi yayılmışdır.
A.dictyoprasum C.A.M. ex Kunth növü Naxçıvan
MR-in düzənlik və dağlıq ərazilərdə, orta qurşağa
qədər olan rütubətli yerlərdə, daşların arasında bi-
tir. Onlardan bir qədər az yayılanlar A. rotundum
L. və A. waldsteini G.Don, fil Steam növləridir. Bu
növlər Samur-Dəvəçi ovalığında, Böyük Qafqazın
Azərbaycan hissəsinin şərqində, Quba dağ massi-
vində, Qobustanda, Kür-Araz ovalığında, Kiçik
Qafqazın mərkəzi və şimal hissələrində, Naxçıvan
MR-in dağlıq ərazilərində, orta qurşağa qədər olan
yerlərdə, kolluqlarda, meşə kənarlarında və otlu
yamaclarda yayılmışdır.
Şəkil 1. A.vineale L. var.capsuliferum Rğl
Şəkil 2. A. vineale L. var. subcapsuliferum Miscz.
A.sativum L., A.porrum L., A. cepa L. növləri-
nin sortları, sort-formaları və hibridləri Respublika-
nın hər yerində becərilir.
A.affine Ledeb. növünə Samur-Dəvəçi ovalı-
ğında, Kiçik Qafqazın mərkəzi hissəsində, Lənkəra-
nın dağlıq və düzənlik ərazilərində, Böyük Qaf-
qazın Azərbaycan hissəsinin Quba dağ massivində,
otlu yamaclarda, kolluqlarda, bəzən əkin sahələ-
rində alaq bitkisi kimi rast gəlinir.
A.transcaucasicum A.Grossh. növü Azərbay-
canda Kiçik Qafqazın mərkəzi hissəsində, Naxçı-
van və Lənkəranın orta dağ qurşaqlarında, quru otlu
və çınqıllı yamaclarında yayılmışdır.
A.fuscoviolaceum Fomin. növü Böyük Qafqazın
Azərbaycan hissəsinin Quba dağ massivində, Qobus-
tan ərazisində, Kur-Araz ovalığında, Kiçik Qafqazın
mərkəzi hissəsində, cənubunda və şimalında, düzən-
lik ərazilərdən orta dağ qurşağına qədər olan hissə-
lərdə, daşlı-çınqıllı yamaclarda yayılmışdır.
S.R. Həsənov
96
A.gramineum C. Koch növünə Azərbaycanın
şərqində orta dağ qurşağında rast gəlinir.
A.erubescenz C.Koch növü Böyük Qafqazın
Azərbaycan hissəsinin qərbində, Quba dağ massi-
vində, Qobustanda, Kiçik Qafqazın mərkəzində və
şimalında, Lənkəranın düzənlik və dağlıq hissələ-
rində, kolluqlarda, meşə kənarlarında və çəmənlik-
lərdə yayılmışdır.
A.pseudoampeloprasum növü Naxçıvan MR-in
ərazisində dağlıq hissədə, orta dağ qurşağında,
çınqıllı quraq yerlərdə yayılmışdır. A. jajlae Vved.
növü Böyük Qafqazın Azərbaycan hissəsinin mər-
kəzində, şərqində, şimalında, Quba dağ massivində,
Naxçıvan MR-in dağlıq ərazilərində, orta dağ qur-
şaqlarında, quru otlu yamaclarda, kolluqlarda yayıl-
mışdır. A.talyschense Miscz. ex Grossh. növü Lən-
kəranın dağlıq hissəsində, orta və subalp qurşaqda,
Lerik rayonunda Zuvand çökəkliyində quraqlıq və
çınqıllı yerlərdə bitir.
A.viride Grossh. növünə Böyük Qafqazın Azər-
baycan hissəsinin mərkəzində, nadir hallarda
Naxçıvan MR-in dağlıq hissəsində, orta qurşağa
qədər olan ərazilərdə, daşlı-çınqıllı yerlərdə rast
gəlinir. A.cilicium Boiss. növü Naxçıvan MR-in dağ-
lıq ərazilərində, orta dağ qurşaqlarında, əhəng daşlı
yamaclarda yayılmışdır. A.leucanthum C.Koch nö-
vünə Kür-Araz düzənliyində Böyük Qafqazın Azər-
baycan hissəsinin qərbində səhralıqlarda, Şirvan dü-
zündə, Naxçıvan MR-in və Lənkəranın dağlıq
ərazilərində, quraqlıq yamaclarda, bəzən də əkin
sahələrində, alaq bitkisi kimi rast gəlinir. A.pske-
mense növü Azərbaycanda ilk dəfə olaraq Naxçıvan
MR Ordubad rayonunun ərazisində bizim tərəfimiz-
dən aşkar edilmişdir (şəkil 3, 4, 5).
Bu növ orada orta dağ qurşağında, daşlı
yerlərdə və dağ yarıqlarında torpaqlı yerlərdə bitir.
Bitkilərin çiçək zoğları düz durandır, boru
şəkillidir, hündürlukləri 80 sm-ə çatır, orta hissəsi
köpmüşdür, içi boşdur, yuxarı getdikcə daralır.
Zoğların əsası yarpaq qınları ilə əhatə olunmuşdur.
Bitkilər 3-4 yarpaq əmələ gətirir. Yarpaqların uzun-
luğu 40 sm-ə çatır, eni 1-2 sm olub boruşəkillidir,
orta hissələri boşdur, silindir formasındadır, yuxarı
hissəsi sıxılmışdır, iti sonluqludur. Çiçəklərin dia-
metri 5 mm-ə çatır, ulduz formasındadır, ağ rəng-
dədir, cətirdəki çiçəklərin sayı diqqəti cəlb edəcək
qədər çoxdur, sıx şəkildə yerləşmişdir. Çətir şar
formasındadır, diametri 5 sm-ə çatır. Çiçək ləçək-
ləri yumurtavari yaxud da ellepisvaridir, sonluğu
küt qurtarır. Çiçək saplaqları 1,5-2,3 sm uzunlu-
ğundadır. Soğanaqların diametri 2-3 sm-dir, uzun-
sov yumurta şəkillidir, qırmızımtıl qabıqla örtül-
müşdür, bir neçə soğanaq bir dibçikdə birləşmişdir.
Bitkilər iyun ayında çiçəkləyir, quraqlığa davamlı
və işıq sevəndirlər. Çətir örtüyü təqribən çətirin
ölçüsünə bərabərdir. Çiçək saplaqları eyni ölçü-
dədir, çiçək yanlığından 3-4 dəfə uzundur. Ləçək-
lərin üzərində zəif görünən damarlar vardır. Erkək-
ciklər çiçək yanlıqlarından azacıq uzundur, aşağı-
dan bir-birləri və çiçək yanlıqları ilə bitişikdir, biz
şəkillidir. Dişicik sütuncuğu tozluqlardan aşağıda
yerləşmişdir, tozluqlar şar şəkillidir.
Şəkil 3. A.pskemense növünün yarpaqları
və çiçək tacının görünüşü.
Şəkil 4. A.pskemense növünün çiçək
zoğlarının görünüşü.
Şəkil 5. A.pskemense növünün
soğanaqlarının görünüşü.
Azərbaycan Ərazisində Yayılan Allium L.
97
Şəkil 6. A. ampelleprasum L. növünün yarpaqlarının
ğörünüşü.
Şəkil 7. A. ampelleprasum L. növünün çiçək
tacı və zoğlarının görünüşü.
A.ampelleprasum L. növü də Azərbaycanda ilk
dəfə olaraq bizim tərifimizdən Yardımlı rayonun
ərazisində qeydə alınmışdır (şəkil 6, 7). Soğanaqları
yumurtavari-şarşəkillidir, diametri 4 sm-ə çatır. Xa-
rici qabığı kağızşəkillidir, azacıq liflidir. Dibciklərə
bitişik örtük zəif şırımlıdır, rəngi tutqundur. Diş-
ciklər çoxsaylıdır, sarımtıl rəngdədir. Çiçək zoğu-
nun hündürlüyü 50-80 sm-dir. Zoğun üçdə biri ha-
mar yarpaq qını ilə örtülüb. Bir bitkidə olan yarpaq-
ların sayı 6-9-dur. Yarpaqları yastıdır, eni 5-10
mm-dir, hamardır, kənarları zəif dilimlidır, iti dim-
diklidir. Uzunluqları çiçək zoğlarından qısadır. Çə-
tir örtüyü cətirdən uzundur tez qopub düşür. Çiçək
tacı şarşəkillidir diametri 6 sm-ə çatır, yumşaqdır.
Çiçək saplaqları çiçək yanlığından 4-8 dəfə uzun-
dur. Ləçək yarpaqları enli yumurtavari formadadır.
Çiçək yanlıqları qızıl gül rəngindədir, uzunsovdur,
sonluğu itilənmiş şəkildədir, üzəri kələkötürdür,
uzunluğu 5 mm-ə çatır, dimdiklidir. Erkəkcik sap-
laqları çiçək yanlıqlarından iki dəfə uzundur,
əsasından bir-birinə və çiçək yanlıqlarına bitişikdir,
kirpiklidir, üçkünclü biz şəkillidir. Dişicik sütun-
cuğu çiçəkyanlığından kənara çıxır.
Codonoprasum (Reichenb.) Endl. seksiyası
Azərbaycanda kifayət qədər geniş yayılmış A.pani-
culatum L., A.stamineum Boiss., A.kossoricum Fo-
min, A.murianthum Boiss., A.pseudoflavum Vved.,
A.flavum L., A.karsianum Fomin. , A.kunthianum
Vved., A.lenkoranicum Miscz. ex Grossh. növləri ilə
təmsil olunur.
A.kunthianum Vved. növü Böyük Qafqazın
Azərbaycan hissəsinin şərqində, qərbində, Quba
rayonunun dağ massivində, Kiçik Qafqazın hər ye-
rində subalp və alp qurşaqlarda, dağ çəmənlik-
lərində və qayalıqlarda yayılmışdır.
A.lenkoranicum Miscz. ex Grossh. növü Lən-
kəran rayonunun dağlıq ərazilərində orta dağ qurşa-
ğından subalp qurşağa qədər olan daşlı yamaclarda
bitir.
A. karsianum Fomin. növü nisbətən mezofit-
dir, rütubətli dağ yamaclarında dəniz səviyyəsindən
200-2300 m yüksəklikdə yayılmışdır. Bundan
hündür yerlərdə rast gəlinmir. Bu növ Azərbay-
canda Kiçik Qafqazın şimal hissəsində orta dağ
qurşağında daşlı yamaçlarda yayılıb, mərkəzi hissə-
də isə nadir hallarda rast gəlinir. Bu növə yaxın
olan A. paniculatum növüdür. Çox nadir hallarda
Kiçik Qafqazın mərkəzində və şimal hissəsində orta
dağ qurşağında quraq daşlı yamaclarda rast gəlinir.
Alçaqboylu daha çox kserofit olan A.kuntantum
Vved. növü daha hündür yerlərdə dəniz səviyyə-
sindən 3000-3200 m yüksəklikdə yayılması ilə
xarakterizə olunur.
A. stamineum Boiss. və ona yaxın olan A.kos-
soricum Miscz. in A.Grossh. növü Naxçıvan MR-
in düzənlik və dağlıq ərazilərində, orta dağ qurşa-
ğına qədər olan yerlərdə, quraq, daşlı və çınqıllı
yamaclarda yayılmışdır.
A.murianthum Booiss növünə Xəzər dənizi
sahillərində Qobustanda, Kür-Araz ovalığında,
Kiçik Qafqazın cənubunda Nax. MR-in düzənlik
hissəsində, Lənkəranın orta dağ qurşağına qədər
olan ərazilərində, çay vadilərində və yataqlarında
rast gəlinir.
Digər geniş yayılan Codonoprasum (Rei-
chenb.) Endl. seksiyasından olan kserofit A.pseu-
doflavum Vved. növüdür. A.pseudoflavum Vved. və
ona yaxın növ olan A. fllavum Kür-Araz ovalığında,
Kiçik Qafqazın mərkəzində, cənubunda, Naxçıvan
MR-in dağlıq və düzənlik yerlərində, orta dağ qur-
şağına qədər olan quraq daşlı yamaclarda yayıl-
mışdır.
Scorodan C.Koch. seksiyasından olan növlər
Azərbaycanın hər yerində yayılmışdır. A. rubellum
M B. və A.syntamantham C.Koch növləri efemer
asiosasiyalarda yayılmağa uyğunlaşmışdır. A.rubel-
lum M.B. növü Xəzər ətrafı düzənliklərdə, Qobus-
S.R. Həsənov
98
tanda, Abşeronda, Kür-Araz ovalığında, Kiçik Qaf-
qazın mərkəzində və cənubunda, orta dağ durşağına
qədər olan yerlərdə, quraq gilli və daşlı yamaclarda
yayılmışdır.
A.syntamantham C.Koch növü Azərbaycanda
Naxçıvan MR-in düzənlik və dağlıq ərazilərində,
daşlı yamaclarda yayılmışdır. Payizda çiçəkləyən
A.moschatum L. növü Azərbaycanda Böyük Qafqa-
zın Quba dağ massivində, Qobustan və Abşeronda,
Kicik Qafqazın mərkəzi hissəsində qumluqlarda,
quru gilli yamaclarda, təbaşir və əhəngdaşlı yer-
lərdə bitir.
Aralıq dənizi, Brevispatha Valsecchi emend.
Carbari et al. seksiyasından olan nümayəndələrə
aşağı qurşaqlarda, əsasən müxtəlif bitki quruplaş-
malarında, çox vaxt əhəng daşlı yerlərdə rast gəli-
nir. Tipik növü Aralıq dənizi ərazisində dağ
çəmənliklərində yayılmış A.cupanii növüdür. Azər-
baycanda bu seksiyasından olan kserofit A.caldic-
tyon C.A.M. ex Kunth, Enum. növü Naxçıvan MR-
in ərazisində duzlaq adlanan yerdə dağətrafı zona-
da, aşağı qurşaqda, quraq, bitki örtüyü kasıb olan
yerlərdə yayılmışdır. Bu növ əsasən gipsli ərazi-
lərdə, xüsusi tip bitkiçiliklərdə, fitogenozlarda, al-
çaq boylu şoranlıq bitkiləri ilə birlikdə yayılmağa
uyğunlaşmışdır. Payizda çiçəkləyən növlər sırasına
daxildir. Noyabrın ortalarında çiçəkləyir.Yağış seli-
nin axını və küləyin təsiri ilə torpaqdan çıxmış
soğanaqların külək vasitəsi ilə yayılması növ üçün
xarakterikdir. Soğanaqlarının torşəkilli süngərə ox-
şar xarici örtüyü müstəsna dərəcədə hiqroskopikdir.
Onlar azacıq rütubəti belə özlərində saxlaya bilir
və soğanaqların uzun zaman ərzində həyatilik qabi-
liyyətlərinin saxlanmasına kömək edir. Bu da onlar-
da müdafiə əlamətinin adaptiv təkamülün nəticəsi
olmasına sübutdur. Qeyd etmək lazımdır ki, soğa-
naqlarının xaricinin torlu-lifli süngər kimi örtüklə
örtülməsi Allium L.cinsinin çox seksiyalarının növ-
ləri üçün xarakterikdir.
Brevispatha Valsecchi emend. Carbari et al.
seksiyadan olan A.lacerym Freyn növü Naxçıvan
MR-in dağlıq ərazilərində, quraq daşlı yamaclarda
yayılmışdır.
Anguinum C.Don. seksiyasından Azərbaycan-
da yayılan yeganə nümunə mezofit A.victorialıs L.
tipik növüdür.
Schoenoprasum Dum. seksiyası üçün tipik
olan A.schoenoprasum L. növüdür. Azərbaycanda
Kiçik Qafqazın mərkəzi hissəsində rütubətli subalp
və alp dağ çəmənliklərində dəniz səviyyəsindən
2500-3500 m yüksəkliklərdə, Naxçıvan MR-in
yüksək dağ qurşağında, hündür çəmənlik və daşlıq
ərazilərdə (dəniz səviyyəsindən 3070 m. yüksək-
likdə), yayılmışdır, ekoloji plastikliyi ilə fərqlənir.
Bu seksiyaya aid olan ikinci növ A. aucheri Boiss.-
dir ki, Azərbaycanda Kiçik Qafqazın əsasən mər-
kəzi hissəsində, yuxarı dağ qurşağında subalp və
alp çəmənliklərində, dağ çeşmələrinin ətrafında
bitir.
Rhizirideum Don seksiyası Azərbaycanda, an-
caq A.albidum Fisch. ex Bieb. növü ilə təmsil olu-
nur. Bu növ Böyük Qafqazın Quba dağ massivində,
Kiçik Qafqazın orta və subalp dağ qurşagında, daşlı
otlu yamaclarda və qayaların üzərində bitir.
Oreiprason F.Hermm seksiyası Azərbaycanda
iki növlə təmsil olunur, A. globosum L. və A.saxa-
tile L.Bəzi müəlliflər bunların hər ikisini müstəqil
növ kimi qəbul etsələr də bəziləri A.saxatile L.
növünü A. globasum L. növünün variasiyası kimi
qəbul edir (Флора Азербайджана, 1952). Böyük
Qafqazın Quba dağ massivinin şərqində, aşağı qağ
qurşağından subalp qurşağa qədər olan ərazilərdə,
otlu yamaclarda, subalp səhralarda və Qobustanda
yayılmışdır.
Acanthoprason Wendalbo seksiyasının növləri
qumlu-torpaqlı, və aşınmış yerlərdə lokal şəkildə
yayılmağa uyğunlaşmışdır. A.akaka seksiyanın ti-
pik növüdür. Azərbaycanda Naxçıvan MR-in ərazi-
sində düzənlik, dağlıq yerlərdə, aşağı və orta dağ
qurşaqlarında, quraq, çınqıllı, qayalıqlı və torpaq-
ların aşındığı yerlərdə bitir. Bu növə dərin və quru
dərələrdə də rast gəlinir. Arealı 1300-2000 m. dəniz
səviyyəsi hündürlüyünə qədərdir. A.akaka növü
seksiyada ikinci olan A.matirculae Bordz. növün-
dən çox yaxşı fərqlənir. Yaxın qohumu olan A.der-
derianum A.Grossh. hündür dağ silsilələrində, ya-
maclarda, Naxçıvan MR-də, Ordubad rayonun kiçik
və böyük soyuq adlanan ərazilərində yayılmışdır.
Bu növün yayılma arealı dəniz səviyyəsindən 2400-
3400 m. yüksəkliyə qədərdir. Qısa zoğa malikdir və
ilbiz kimi burulmuş yarpaqları torpağa yaxın
yerləşmişdir, belə əlamət növü hündür dağların sərt
iqlimindən qoruyur. Seksiyanın üçüncü A. mater-
culae Bordz. növünə Azərbaycanda nadir hallarda,
Naxçıvan MR-in aşağı dağ qurşaqlarında qum-
luqlarda, quru gilli, çınqıllı yerlərdə, gipsli yamac-
larda, kolluq fitosenozlarında, duzlu bitkilərin içə-
risində rast gəlinir. Bu növ dəniz səviyyəsindən
900-1600 m hündürlükdə yayılmışdır.
Melanocrommyum seksiyasından olan Azər-
baycanda nisbətən geniş yayılan A.cardiostemon F.
et. M. növüdür. Çiçək tacının diqqət çəkən çaxırı
qırmızı rəngi ilə fərqlənir, dağ yamaclarında yayıl-
mışdır. Naxçıvan MR-in böyük və kiçik soyuq
adlanan hissəsində rast gəlinir. Buna yaxın olan
A.mariea E.Bordz. növüdür. Bu növ Naxçıvan MR-
in kiçik dağ səkilərində, quru çınqıllı yamaclarda,
günəşin yaxşı işıqlandırdığı yerlərdə bitir. Tədqiqat
üçün nümunələr Ordubad rayonunun Çənnəb kəndi
ərazisindən götürülmüşdür. Seksiyanın digər nadir
A.woronovi Misc. in A.Grossh. və A.leonidi
Grossh. növlərinə Naxçıvan MR ərazisində orta
dağ qurşağından subalp qurşağa qədər olan yerlərdə
gilli, əhəng daşlı, qumlu-çınqıllı, daşlı yamacların-
Azərbaycan Ərazisində Yayılan Allium L.
99
da rast gəlinir. Nümunələr Naxçıvan MR-də Bist,
Buzqov kəndlərinin ərazisindən və Qaraquş adlanan
dağ hissəsindən götürülmüşdür.
Porphyroprason Ekberg. seksiyası Azərbay-
canda bir A.oreophilum C.A.Mey in Verz. növü ilə
təmsil olunur. Bu növ Böyük Qafqazın Quba dağ
massivində, hündür dağ qurşaqlarında, qayalıqlarda
və çınqıl səpələnmiş yerlərdə yayılmışdır.
Reticulato-bulbosa R.Lam. seksiyası Azərbay-
canda iki A.szovitsii Rgl və A.scabriscapum Boiss.
növləri ilə təmsil olunur. A.szovitsii Rgl növü Bö-
yük Qafqaz dağlarının Azərbaycan hissəsinin şər-
qində, Quba dağ massivində, Naxçıvan MR-in alp
və subalp qurşaqlarında hündür dağ çəmənliklə-
rində yayılmışdır.A.scabriscapum Boiss. növünə isə
çox nadir hallarda Naxçıvan MR-in aşağı və orta
dağ qurşaqlarında əhəng daşlı suxurlar olan yerlər-
də rast gəlinir.
Azərbaycan florasında Briseis (Salisb.) Stearn
seksiyası yeganə A.porodoxum növü ilə təmsil
olunur. Bu növ çox rütubətli yerlərdə yayılmışdır.
Çiçək tacları əyilmiş formadadır, aprel-may ayla-
rında çiçəkləyir. A. porodoxum təbiətdə özünə məx-
sus yayılma formalarıı ilə xarakterizə olunur. Təkcə
çiçəklərdən ibarət çiçək tacına malik olanlar. Çiçək
və hava soğanaqlı, qarışıq olan forma. Təkcə hava
soğanaqlarından ibarət olan forma. Qarışıq və hava
soğanaqlarından ibarət olan formalar əkin sahə-
lərində bitən alaq bitkiləridir. Çox hallarda kifayət
qədər populyasiyalar əmələ gətirir. Azərbaycanda
hər üç formaya rast gəlinir.
Ophioscordon (Waller.) Vved. seksiyası bir
A.ursinum L. növü ilə təmsil olunur. A.ursinum L.
növünə nadir hallarda Böyük Qafqazın Azərbaycan
hissəsinin qərbində, orta dağ qurşağına qədər olan
ərazilərdə, kölgəli meşələrdə rast gəlinir.
Molium Endl seksiyası Azərbaycanda Nectaro-
scordum cinsinin, ancaq bir ( N.tripadale (Trautv.)
A.Crossh.) növü ilə təmsil olunur. Növ yüksək
ekoloji plastikliyə malikdir, tamam fərqli ekoloji
şəraitlərdə, çay kənarlarında, açıq sahələrdə və
ağacların əhatəsində olan yerlərdə bitir. Bu növ
dəniz səviyyəsindən 1200-2300 m yüksəkliklərdə
də yayılması ilə xarakterizə olunur. Azərbaycanda
Naxçıvan MR-in dağlıq ərazilərində orta dağlıq
qurşaqda rast gəlinir. Bitkiləri qalın zoğludur.
Zoğların içi boşdur, hündürlükləri 80 sm-ə çatır,
uzunluqların üçdə biri ağ yarpaq qınları ilə örtül-
müşdür. Soğanaqları şar formasındadır, diametri
1,7 sm-ə çatır. Yarpaqları yastıdır, eni 15 mm-ə
qədərdir. Çiçək tacı iridir, şar formasındadır, dia-
metri 5 sm-ə çatır. Tacın örtüyü tez qopub düşəndir.
Çiçək saplaqları yoğundur və çiçək yanlığından 4
dəfə uzundur. Çiçək yanlıqlarının uzunluğu 16 mm-
ə qədərdir. Ləçək yarpaqları agımtıl rəngdədir.
Arxa hissələri qırmızımtıl rəngdədir, tünd qırmızı
damarları var. Xarici tərəfi uzunsovdur.Yuxarı
hissəsi genişlənmiş və iti sonluqludur, ləçəkdə 5
damar aydın görünür. Daxili tərəfi genişdir, yumur-
tavaridir. Ortadan aşağı hissəsi birdən daralmışdır
dırnaqcığa bənzəyir. Erkəkcikləri çiçək yanlıqların-
dan çox qısadır. Bu növ dekorativdir, nadir və
itmək təhlükəsində olan bitkilər sırasına daxildir.
Yayıldıqları ərazilərdə qorunması vacibdır.
Araşdırmalar göstərir ki, Azərbaycanda yayıl-
mış soğan növlərinin filogenezi dağlıq, qayalıq,
meşəlik, bataqlıq və digər ekoloji şəraitlərdə yayıl-
mış bitkilərlə mübarizədə, torpaq-iqlim mühitinə
uyğunlaşmaqla keçmişdir.
ƏDƏBİYYAT
Əliyev Ş.A. (1997) Tərəvəzçilik. Bakı: BDU, 190-
219
Həsənov S.R. və b. (2007) Yabanı soğanaqlı bitki-
lərin bəzi genetik xüsusiyyətləri. Azərbaycan
Aqrar Elmi, №8-9: 44-45
Həsənov S.R., Namazova Ç.T. (2014) Azərbay-
canda yayılmış yabanı soğan (Allium L.) növlə-
rinin kariologiyası. BDU-nun Biologiya fakül-
təsinin 80 illik yubileyinə həsr olunmuş “Eksperi-
mental biologiyanın inkişaf perspektivləri” möv-
zusunda Respublika Elmi konfransının material-
ları. Bakı: 135-136
İbadlı O.V. (2002) Qafqazın geofitləri. Bakı: 28-40
Talıbov T.H., İbrahimov Ə.Ş. (2008) Naxçıvan
Muxtar Respublikası florasının taksonomik
spektri (Ali sporlu, çılpaqtoxumlu və örtülüto-
xumlu bitkilər). Naxçıvan: Əcəmi, 364 s.
Беридзе Р.К. и др. (1974) К познанию природы
автотетраплоидов у некоторых передставите-
лей дикой и културной флоры. Сообщ. АН
ГССР, 76(№2): 473-476
Гасанов С.Р. и др. (2012) Цитогенетическое
изучение некоторых видов лука, распростра-
ненных на территории Азербайджанской рес-
публики. Мат. Х международный научно ме-
тодической конференции, посвященной помя-
ти Академика РАСХН Немцова Николая Сер-
геевица. Уляновск, 2: 78-83
Гроссгейм А.А. (1940) Флора Кавказа. Баку: Аз.
ФАН, II: 111-141
Ибрагимов А.Ш. (2005) Растительность Нах-
чыванской Автономной Республики и ее народ-
нохозяйственное значение. Баку: Элм, 230 с.
Кырылова И.Л., Шретер А.И. (1971) Методиче-
ские указания по изучению запасов дикорасту-
щих лекарственных растений. М.: ВИЛР: 21 с.
Конспект флоры Кавказа (2006) Санкт-
Петербург: СПбГУ, Е.11: 140-159.
Методика полевых геоботанический исследо-
ваний (1938) М-Л.: АН СССР, 214 с.
Методы фенологических наблюдений при
S.R. Həsənov
100
ботанических исследованиях (1966) М-Л.:
Наука, 152 с.
Флора Азербайджана (1952) Баку: АН Аз.
ССР, II: 134-162
Погосян А.И. (1992) Луковые ( Alliaceae
J.Agardh) Кавказа. Автореф. дис. … докт. биол.
наук. Ереван: 56 с.
Серегин А.П. (2007) Род Allium L. ( Alliaceae)
во флоре Восточной Европы. Автореф. дис. …
канд. биол. наук. Москва: 26 с.
Черапанов С.К. (1995) Сосудистые растения
России и сопредельных госдарств (в пределах
бывшего СССР). Санкт-Петербург: Мир и
семья-95, 998 с.
Биоморфологические Особенности И Экология Видов Рода Allium L.
Распространенных На Территории Азербайджанской Республики
С.Р. Гасанов
Институт генетических ресурсов НАНА
Изучены биоморфологические признаки и экология видов рода Allium L., распространенных на
территории Азербайджана. Выявлено распространение двух новых для флоры Азербайджана видов A.
ampelleprasum L. и A. pskemense. Даны экологические особенности видов по секциям согласно их
распространению по ландшафту, экологическим условиям, группам растений, к которым они
относятся.
Ключевые слова: Allium L., вид, род, биоморфологические признаки, семейство
Biomorphological Traits And Ecology Of Allium L. Species Spread
In The Territory Of the Azerbaijan Respublic
S.R. Hasanov
Institute of Genetic Resources, ANAS
Biomorphological traits and ecology of Allium L. species spread in the territory of the Azerbaijan Republic
have been studied. New species (A. ampelleprasum L. and A. pskemense) for the Azerbaijan flora were
identified. Ecological properties of species on sections according to their distribution landscape, ecological
conditions and belonging to a plant group were shown.
Keywords: Allium L., species, genus, biomorphological traits, family
Dostları ilə paylaş: |