15
18.
ECRI ombudsmanın insan hüquqlarının və azadlıqlarının ictimai sektorda
pozulmasının qarşısının alınmasından məsul olduğunu (İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında konsti
tusiya qanununun 1.1-
ci maddəsi) və bu
sahədə geniş səlahiyyətlərə sahib olduğunu qeyd edir. ECRI
-
ın 2 saylı ÜST
-ün 3-
cü prinsipinı uyğun olaraq onlara fərdlərin şikayətlərini qəbul etmək, öz
təşəbbüsilə araşdırmalar aparmaq, dövlət orqanlarından məlumat istəmək, ictimai
qurumlardan istifadə edə bilmək, pozuntuları aradan qaldırmağı dövlət
qurumlarından tələb etmək, işləri prokurorluq orqanlarına göndərmək, intizam
tədbirlərinin görülməsi üçün təklif vermək və Konstitusiya Məhkəməsi də daxil
olmaqla məhkəməyə müraciət etmək hüququ daxildir (İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında konstitusiya qanununun 8
-
dən 13
-
ə qədər olan
maddələri). Ombudsman qanunların qəbulu və ya nəzərdən keçirilməsi barədə
həmçinin parlamentə təklif verməli və illik hesabatında insan hüquqlarının
qorunması ilə bağlı ümumi fikirlərini və tövsiyələrini ifadə etməlidir (İnsan
hüquqları üzrə müvəkkili (ombudsman) haqqında konstitusiya qanununun 1.4
-cü
və 14
-
cü maddələri). Hüquqlarını qorumaq məqsədilə zərər çəkmiş şəxslərə
hüq
uqi dəstək də daxil olmaqla yardım və dəstək göstərmək üçün qanuna əlavə
səlaiyyət aydın şəkildə daxil edilərək bu çərçivəni təkmilləşdirmək olar (2 saylı
ÜST-ün 3-cü Prinsipi).
19.
Buna baxmayaraq ECRI ombudsmanın müstəqilliyi və mandatı ilə bağlı
narahatlıq
hissi keçirir. 2011-
ci ilin mayında İnsan Hüquqlarının Təşviqi və
Qorunması üçün Milli Təsisatların Beynəlxalq Koordinasiya Komitəsi şəffaflıq
məsələsindən və təyinat prosedurunda gecikmələrdən yaranan narahatlığıa görə
ombudsmanın statusunun A
-dan B-
yə endirməyi tövsiyə edib. Bununla belə,
İnsan Hüquqlarının Təşviqi və Qorunması üçün Milli Təsisatların Beynəlxalq
Koordinasiya Komitəsi Azərbaycanın onun normalarna uyğunlaşdığını 2012
-ci
ilin martında bildirib və ombudsmana A statusu verib.
16
Lakin İnsan hüquqları
üzrə müvəkkili (ombudsman) haqqında konstitusiya qanununun ombudsmanın
prezident tərəfindən təyin edilmiş üç namizəd arasından seçilməsi haqqındakı
2.1-
ci maddəsi dəyişməz olaraq qalır. Prezidentin ilkin seçmə ilə bağlı bu
səlahiyyəti və seçmə prosedurunda şəffaflığın olmaması hələ də ombudsmanın
müstəqilliyinə təsir edir. Buna görə də ECRI İnsan Hüquqlarının Təşviqi və
Qorunması üçün Milli Təsisatların Beynəlxalq Koordinasiya Komitəsinin artıq
etdiyi kimi dövlət orqanlarını bu prosedurla bağlı islahat aparmağa və
ombudsmanın cəmiyyəti geniş şəkildə və müxtəlifliyi ilə əks etdirən açıq prosesdə
seçilməsini təmin etməyə çağırır. Üstəlik, bu hesabatın
74-cü
bəndində ECRI
ombudsmanın bəzi hüquqları qorumaq üçün öz səlahiyyətlərini kifayət qədər
möhkəm şəkildə istifadə etməsilə bağlı şübhələrini ifadə edir. Buna görə də
ECRI-
ın əsas narahatçılığı ombudsmanın mandatı ictimai sektorla məhduddur və
özəl sektorda baş verən irqçilik və ayrı
-
seçkiliklə mübarizədən məsul olan heç bir
qurum hələ də mövcud deyil.
17
20.
ECRI dövlət orqanlarının 2 saylı Ümumi Siyasət Tövsiyəsinə uyğun şəkildə həm
özəl həm də ictimai sektorda irqçiliklə və ayrı
-
seçkiliklə mübarizə aparmaq üçün
ayrı xüsusi qurumu yaratmalarını təkidlə tövsiyə edir. Bu qurum xüsusən ayrı
-
seçkilikdən zərər çəkənlərə məhkəmə işlərində təmsil edilmə də daxil olmaqla
ümumi məsləhət və hüquqi dəstək vermək səlahiyyətinə malik olmalıdır.
16
ICC 2011: 22 və bəndlər və 2012: 29 və bəndlər.
17
Ombudsman aparatının ECRI
-
ın ölkəyə səfəri zamanı verdiyi məlumata görə ombudsman özəl
şirkətlərin rəhbərləri ilə müzakirə aparmaq səlahiyyətinə malikdir.
16
2.
Nifrət nitqi
18
-
Fenomenin miqya
sı
21. ECRI-
ın ölkəyə səfəri zamanı dövlət orqanları Azərbaycanın nifrət nitqilə bağlı
halların az baş verdiyi çox tolerant ölkə olmasını, separatçılıq, münaqişə və
müharibəyə səbəb ola bilən mümkün parçalanma proseslərinin qarşısını almaq
məqsədilə multikulturalizm siyasətini fəal şəkildə apardıqlarını əvvəlki
zamanlarda olduğu kimi qeyd edib.
19
ECRI bu mövqeyi nəzərə alır lakin əsassız
cinayət təqibi halları da daxil olmaqla müstəqil vətəndaş cəmiyyəti və media
üzərindəki geniş ölçülü repressiya üzündən ölkədəki vəziyyəti müstəqil şəkildə
qiymətləndirmənin getdikcə çətinləşdiyinə təəssüf edir.
20
2013 və 2014
-
cü illərdə
QHT-
lərlə bağlı qanunvericiliyə məhdudlaşdırıcı dəyişikliklər edilib.
21
Venesiya
Kommissiyası xaricdən maliyələşmə ilə bağll ciddi qaydaların vətəndaş cəmiyyəti
üzərində həvəsdən salıcı təsirə malik ola biləcəyi nəticəsinə gəlib və köklü
şəkildə nəzərdən keçirməni tövsiyə edib. İkinci qanun hələ də qəbul edilmədiyi
üçün ECRI-
ın ölkəyə səfər etdiyi vaxtlarda heç bir QHT xaricdən maliyələşə
bilmirdi.
Bu, müstəqil vətəndaş cəmiyyətinin çökməsinə səbəb olub.
22
Üstəlik,
2015-
ci ilin iyununda ATƏT
-
ə bir ay içində yerli ofisini bağlamaq əmr olunub
23
və
beynəlxalq QHT
-
lərin üzvlərinin ölkəyə girşi rədd edilib.
24
Bundan əlavə, nifrət
nitqilə bağlı heç bir rəsmi
məlumat mövcud deyil: 2011
-
ci ildən bəri Azərbaycan
ATƏT
-
ə nifrət nitqilə bağlı hadisələr barədə məlumat verməyib və polis son beş il
ərzində nifrət nitqilə bağlı sadəcə iki cinayət işini qeydiyyata alıb.
25
22.
ECRI nümayəndə heyətinin təxminən 20 etnik qrupun
26
yaşadığı şimal
-
şərq
bölgəsinin regional mərkəzi olan Qubadakı görüşləri zamanı ümumən açıq
fikirliliyin, etnik qruplar arasında dostluğun və dözümlülüyün və bir çox qarışıq
evliliklərin şahidi olması müsbət haldır.
27
Yerli yəhudi nümayəndələrin öz
icmalar
ının üzvlərinin heç vaxt antisemitizmlə üzləşməməsini bildirməsi də bu
ümumi faktın bariz nümunəsidir.
28
23.
Rəsmilər bu rayonu etnik müxtəliflik
29
üçün model kimi təqdim edir və
Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq forumlara
18
Bu hissədə irqçi və homo/transfobiya nitqindən bəhs edilir. "Nifrət nitqi"nin tərifi üçün Nazirlər
Komitəsinin "Nifrət nitqi" ilə bağlı 30 oktyabr 1997
-
ci ildə qəbul edilmiş R (97) 20 saylı tövsiyəsinə baxın.
19
Azərbaycan Respublikası 2014b.
20
AŞ İH Komissarı 2014 və 2015; AŞ AŞPA 2015: §§ 10 və bəndlər. Keçmiş müxalifət lideri İlqar
Məmmədovun məhkum edilməsi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Konvensiyanın 18
-ci
maddəsinin (5
-
ci maddə ilə birlikdə) pozulmasını söylədiyi çox nadir işlərdən biridir və AİHM hökuməti
tənqid etdiyi üçün dövlət orqanlarının onu susdurmaq və ya cəzalandırmaq məqsədilə şikayətçiyə
qarşı
güclə cinayət icraatları başlatdığını bildirib. İlqar Məmmədov Azərbaycana qarşı. N°.15172/13, 22.05.2014.
21
Venesiya Komissiyası 2014.
22
Həmçinin bax. bənd
36.
23
Yahoo!news 2015.
24
Amnesty International 2015.
25
ATƏT/DTİHB 20
15.
Həmçinin aşağıda bax. §
32.
26
Daha ətraflı məlumat üçün bax.
www.azerbaijans.com
, Əhali, Azərbaycanın etnik azlıqları.
27
Rayonun icra hakimi Rauf Həbilovun vətəndaşları pulsuz aldıqları torpaq sahələrini pulla satdıqları üçün
satqın adlandırdığı bəyanatla başlanan 1 mart 2012
-
ci il Quba mitinqi kimi azlıqların məskunlaşdığı
zonalarda etnik zəmində baş vermiş hər hansı etirazlar barədə məlumat mövcud deyil. Bu bəyanatın
videosunun YouTube-
a yerləşdirilməsi təxminən 10 000 nəfərin toplanmasına, şiddətli iğtişaşlara və
sadəcə Rauf Həbilovun evini yandırmaqda günahlandırılan şəxslərə deyil həmçinin bəyanatın videosunu
yaymış jurnalistlərə qarşı ağır cəzalarının verilməsinə gətirib çıxarıb. Sonuncular təxminən bir il ərzində
məhkəməyə qədər həbsdə saxlanılıb. Eurasianet.org 2012; Indexoncensorship.org 2012; contact.az 2013;
Kavkaz-uzel.ru 2013.
28
Time.com 2015. Həmçinin bax. §
26.
29
Kürdlərə qarşı nifrət nitqinin olması barədə məlumat mövcuddur, lakin bunun yoxlanılması çətindir.
Kontekst üçün bax. Azlıqların hüquqları 2015 və Azadlıq radiosu 2011.