18
EcoVision
XƏBƏRLƏR
Sonra regional və qarşılıqlı əməkdaşlığa dair digər
məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında
hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib.
Azərbaycanın Müdafiə naziri general-polkovnik
zakir Həsənov Türkiyə Respublikası Baş Qərargahının
kəşfiyyat rəisi korpus generalı Mehmet Daysalın
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə hər iki ölkənin Silahlı qüvvələrinin inki-
şafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli
hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti, region-
dakı hərbi-siyasi vəziyyət, Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün
vacibliyi müzakirə edilib.
Sonra Azərbaycan və Türkiyə Silahlı qüvvələri ara-
sında əlaqələrin perspektivləri və digər məsələlərə
dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki
hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler
də iştirak edib.
türkiyə və azərbaycan arasındakı sosial sahəyə
aid Birgə daimi Komissiyanın 8-ci iclası keçirilib
Ankara şəhərində Türkiyənin Əmək və Sosial
Müdafiə Nazirliyi ilə Azərbaycanın Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) arasında əmək və
sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Dai-
mi Komissiyanın 8-ci iclası keçirilib.
İclas çərçivəsində S.Müslümov və Türkiyənin
Əmək və əhalinin sosial müdafiəsi naziri Faruk Çelik
arasında görüş olub. Görüşdə Azərbaycanın Türkiyə
və Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri
Faiq Bağırov, Türkiyənin Əmək və sosial müdafiə nazi-
rinin müşaviri Ahmet Erdem də iştirak ediblər. F.Çelik
Türkiyə və Azərbaycan arasında həm ikitərəfli, həm
də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın
yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir əmək
və sosial müdafiə sahəsində də əməkdaşlığın uğurla
həyata keçirildiyini, əvvəllər imzalanmış sənədlərdə
nəzərdə tutulan istiqamətlər üzrə konkret işlərin apa-
rıldığını, müsbət əməkdaşlıq təcrübəsinin əldə olun-
duğunu bildirib. O, qarşıdakı dövrdə əməkdaşlığın
daha da inkişaf etdirilməsinin vacibliyini, bu məqsədlə
lazımi səyləri göstərəcəklərini qeyd edib.
Hər iki qurumun nümayəndə heyətlərinin iştirakı
ilə keçən iclasda Birgə Daimi Komissiyanın ötən 7-ci
iclasının Protokolunda müəyyən edilmiş vəzifələrin ic-
rası istiqamətində görülən işlərin nəticələri nəzərdən
keçirilib. İclasda aparılan müzakirələrin yekunu ola-
raq F.Çelik və S.Müslümov əmək münasibətləri,
məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlıq
istiqamətlərini əhatə edən Protokolu imzalayıblar.
naxçıvan Muxtar respublikası ali Məclisinin
Sədri türkiyə Silahlı Qüvvələrinin nümayəndə
heyəti ilə görüşüb
Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Si-
lahlı Qüvvələrinin Tibb Xidməti rəisi, Gülhanə Hərbi
Tibb Akademiyasının rəisi general-polkovnik Ömər
Paç və onu müşayiət edən nümayəndə heyəti ilə gö-
rüşüb.
Ötən dövrdə hərbi sahədə uğurlu əməkdaşlığın
qurulduğunu diqqətə çatdıran Ali Məclisin Sədri
qarşılıqlı səfərlərin bu baxımdan əhəmiyyətini qeyd
edib. Naxçıvanda ordu quruculuğu sahəsində həyata
keçirilən tədbirlərdən danışan Ali Məclisin Sədri
Türkiyə Silahlı Qüvvələrinin bu sahədəki xidmətlərini
diqqətə çatdırıb, xüsusilə hərbi tibbi xidmətin təşkili
sahəsində bundan sonra da əməkdaşlığın davam
etdirilməsinin vacibliyini vurğulayıb.
Səmimi qəbula görə minnətdarlıq edən Türkiyə
Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti
rəisi, Gülhanə Hərbi Tibb Akademiyasının rəisi ge-
neral-polkovnik Ömər Paç Naxçıvanda olmaqdan
məmnunluğunu bildirib. Ömər Paç Naxçıvan Muxtar
Respublikasında ordu quruculuğu sahəsində görülən
işləri yüksək dəyərləndirib, Naxçıvan səfərinin
əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini
ifadə edib. Söhbət zamanı Azərbaycanın Naxçıvan
Muxtar Respublikası ilə Türkiyə arasında hərbi tib-
bi əməkdaşlıq sahəsində bundan sonra da qarşılıqlı
səylərin göstəriləcəyi qeyd olunub.
ramil usubov türkiyə Jandarm Qüvvələrinin
Qərargah rəisini qəbul edib
Aprelin 28-də daxili işlər naziri general-polkov-
nik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə
Respublikası Jandarm Qüvvələrinin Qərargah rəisi
general-polkovnik İbrahim Yaşarın başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-
ya verilən məlumata görə, nazir hər iki ölkənin Daxili
İşlər nazirliklərinin cinayətkarlıqla mübarizə, peşə ha-
20
EcoVision
XƏBƏRLƏR
zırlığı, informasiya və təcrübə mübadiləsi sahələrində
əldə etdikləri diqqətəlayiq nəticələr, kriminogen du-
rum barədə danışıb. Ramil Usubov ordu quruculu-
ğunda, o cümlədən Daxili Qoşunların formalaşmasın-
da, ən müasir tələblərə cavab verən silahlı birləşməyə
çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da
yüksəldilməsində Türkiyə Jandarm Komandanlığı-
nın böyük zəhməti olduğunu xüsusi vurğulayıb, bu-
nun əyani təzahürü kimi qardaş ölkənin hərbi tədris
müəssisələrində yüzlərlə hərbi qulluqçunun təhsil al-
dığını vurğulayıb və bu səfərin də birgə əməkdaşlığın
daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini
bildirib.
Nazir transmilli mütəşəkkil cinayətkarlığın
beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz
dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya
kimi ağır növləri ilə mübarizənin ölkəmizdə də diqqət
mərkəzində dayandığını, onlara qarşı yalnız birgə
səylərlə səmərəli mübarizə aparılmasının mümkünlü-
yünü vurğulayıb.
İbrahim Yaşar Türkiyə Jandarm Qüvvələrinin Baş
komandanı ordu generalı Abdulla Atayın salamlarını
Daxili işlər nazirinə çatdırıb.
Bakıda nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı
perspektiv layihələr müzakirə olunub
Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr
şöbəsindən verilən məlumata görə, görüş zamanı
A.Əsgərov nəqliyyat-yol kompleksində görülən işlər
barədə məlumat verib, iki ölkə arasında nəqliyyat
sahəsində əməkdaşlıq imkanları və regionda nəqliyyat
əlaqələrinin inkişafı üçün perspektiv layihələr barədə
danışıb.
Tərəflər Gürcüstan və Azərbaycandan keçməklə
Türkiyədən Mərkəzi Asiyaya avtomobil yükdaşımala-
rının artırılması ilə bağlı müzakirələr aparıblar.
Müzakirələrdə gömrük və sərhəd-keçid prose-
durları, liman xidmətləri və dəniz daşımaları ilə bağ-
lı məsələlər, o cümlədən Yeni Bakı Beynəlxalq Dəniz
Ticarət Limanından istifadə, Türkiyəyə məxsus yük
avtomobillərini bərələrlə daha böyük həcmdə daşıma
imkanları, rüsum və tariflər və bu daşımaların asanlaş-
dırılması ilə bağlı digər məsələlər ətrafında qarşılıqlı
fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində liman və dəniz daşımaları
sahəsində müvafiq infrastruktur obyektləri ilə tanış-
lıq, eləcə də Bakı Beynəlxalq Ticarət Limanı və Ələt
qəsəbəsindəki Yeni Beynəlxalq Dəniz Ticarət Limanı
kompleksinə səfərlər təşkil edilib.
ÖLKə XəBərLərİ
nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunan iclası keçirilib
Aprelin 10-da Azərbaycan Prezidenti İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin
birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Prezident İlham Əliyev 2015-ci ilin birinci rübünün
yekunlarının müsbət olduğunu, bu dövrdə ümumi
daxili məhsulun 5 faizdən çox artdığını deyib. Dövlət
başçısı Azərbaycanda dinamik inkişafın təmin edildi-
yini, son 3 ayda qeyri-neft sektorunun 7 faiz, sənaye
istehsalının 4 faiz, kənd təsərrüfatının isə 3 faizdən çox
artdığını bildirib. Bütün bunların son illərdə ölkədə
aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində
mümkün olduğunu deyən Prezident bildirib ki, dün-
yada neftin qiymətinin kəskin düşməsi Azərbaycanın
ümumi dinamik inkişafına təsir etməyib.
Dövlət başçısı ölkədə inflyasiyanın aşağı səviyyədə
qaldığını, istehlak bazarına tam nəzarət edildiyini,
əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu da diqqətə
çatdırıb.
Birinci rübdə də regionlarda müsbət meillərin da-
vam etdiyini, 30 minə yaxın yeni iş yerinin yaradıldı-
ğını deyən Prezident İlham Əliyev bildirib ki, ölkədə
sosial məsələlərin həlli yenə də diqqət mərkəzindədir.
Hazırda 20-dən çox tibb müəssisəsinin tikildiyini və ya
təmir olunduğunu, əhalinin müayinədən keçirilməsi
prosesinin davam etdirildiyini deyən dövlət başçısı
bu il dövlət investisiya proqramının geniş olduğu-
nu, zəruri layihələrin icrasının nəzərdə tutulduğu-
nu vurğulayıb, ölkədə həyata keçirilən islahatların