238
Neft-qaz əməliyyatları - karbohidrogenlərin kəşfiyyatı,
qiymətləndirilməsi, işlənməsi,
çıxarılması, hasilatı, sabitləşdirilməsi, hazırlanması, oyadılması, təzyiq göstərilməsi, toplanması,
saxlanılması, yüklənib göndərilməsi, çatdırılma məntəqəsinədək nəql edilməsi və kontrakt
sahəsində hasil edilmiş karbohidrogenlərin marketinqi və kontrakt sahəsində ləğetmə işləri ilə
bağlı bütün əməliyyatlar deməkdir.
Neftliqazlı əyalət - neftliqazlı sahələrin birliyi.
Neft quyusu - neft-qaz və kondensatın hasilatı üçün qazılan spesifik quyu.
Dünyada ən dərin
quyu 1985-ci ildə 12261metr olmaqla Rusiyada Kola yarımadasında qazılmışdır. İlk dəniz
quyusu isə 1896-cı ildə ABŞ-da Kaliforniyada qazılmışdır. O, 250 metr sahildən kənarda
qazılmışdır. İlk platformada qazılan quyu isə 1932-ci ildə Abşeronda qazılmışdır.
Neft-qaz əməliyyatları məsrəfləri - əməliyyat məsrəfləri və əsaslı məsrəflər deməkdir; neft-qaz
əməliyyatları məqsədləri üçün podratçının faktik çəkdiyi bütün məsrəfləri əhatə edir.
Neft kimyası – neft və neft məhsullarının öyrənən kimya sahəsi.
Neft yataqları - formalaşmış təsnifata görə neft-qaz rayonları, zona, sahə və hövzələrə
(bir neçə
min km
2
-dən 1 milyon
km
2
-ə) bölünür.
Neftin marker növləri – Neft yüngül /0,65-0,87/ q/sm/, orta /0,871-0,910/ və ağır /0,910-1.05
q/sm/ kimi qruplaşdırılır. İstilik qabiliyyəti 43,7-46,2 mc/kq/10 400-11 000 kkal/kq. Tərkibindəki
kükürdün miqdarına görə neft azkükürdlü /0,5%-ə qədər/ kükürdlü /0,5-2%/
və yüksək kükürdlü
/2%-dən çox/. Tarixə nəzər yetridikdə görərik ki, haçansa bazarda neftin qiymətinin ABŞ-ın çox
məşhur neft oliqarxı «Standartoyl» müəyyənləşdirirdi. Sonradan ABŞ-da bu işi Texas dəmiryolu
komitəsi, digər ölkələrdə isə neft inhisarçıları müəyyən etdilər. Bir qədər sonra isə
qiymətqoymada hakimiyyət OPEK-in alinə keçdi. İndi isə belə təyinat hər gün ani olaraq
vurğulandığı kimi, aparıcı neft birjalarının ticarət zalında, açıq bazarda treyderlərlə alıcıların
birbaşa qarşılıqlı təmasında, Yer kürəsinin müxtəlif ərazilərindən kompyuter akranlarına gətirilən
üsul və vasitələrlə həll edilir.
IPE Avropa üçün brent, Asiyada SİMEX Sinqapur-Dubay,
Amerikada isə NYMEX Nyu-York-Qərbi Texas qarşılıqlı marker növünün satışını reallaşdırır.
Bununla belə, bu əsas neft markerləri ilə yanaşı digər əhaliddə növlər də mövcuddur. Layt
markasından olan bizim vətən nefti isə dünya bazarlarına «Yurols» adlı Rusiya neft qarışığı
toplumunda xüsusi «Azərilayt» adı ilə çıxarılır. İrili-xırdalı olmasına baxmayaraq, fərqli növlər
qlobal bazarda neftin qiymətləndirilməsində iştirak etmirlər. Səudiyyə Ərəbistanının bənzərsiz
neft nəhəngi «Qafar» yatağından dünya neftinin 75-nin hasil edilməsinə baxmayaraq, «yüngül
ərəb nefti» kimi adlanan bu növün qiymətyaratmada marker nümünəsi titulu yoxdur. Ümumi
götürüldükdə dünya bazarənda brent markalı neft dominant üstünlüklərə malikdir.
Neft quyularının təsnifatı - 1.Dayaq - strukturun geoloji quruluşunun təyinatı üçün qazılır.
2.Axtarış quyuları - münasib neft yataqlarının ətrafında qazılır. 3.Kəşfiyyat - aşkarlanmış
yataqlarının sərhədləri müəyyənləşdirmək üçün qazılır. 4.İstismar quyuları. 5.İnceksiya
Neft tankeri - neft daşıyan xüsusi gəmi. Dünyada ilk neft tankeri 1878-ci ildə «Zaroastr adlı
tanker Xəzərdə hərəkət etmişdir. İlk okean tankeri isə 3 min ton tutumlu Almaniyanın Qlyukauf
gəmisi olmuşdur. Əsl tanker bumu XX əsrin ortalarında başlamışdır. Fransızlar tutumu 550 min
ton olan fransız
gəmisi inşaa etmişlər, sonralar isə yapanlar 565 min ton olan tanker düzəltmişlər.
239
Neftin hasilat metodları – əsasən 3 tipik forması 1-ci, 2-ci və 3-cü metodları vardır. Birinci
yalnız təbii yolla hasilat. İkinici lay təzyiqini sünü yollarla artırmaqla hasilat. Üçüncu xüsusi
reagentlər və texnologiyalar vasitəsi ilə hasilat.
Neftliqazlı rayon - eyni şarit və düzümdə olan yataqlar birləşməsi.
Neftliqazlı sahə - neftliqazlı rayonların birliyi.
Neoliberalizm - iqtisad elmində istiqamət - iqtisadiyyatın özünün tənzimlənməsi və artıq
nizamlanmasını rədd edən prinsip əsasında qurulur. Milton Fridmen, Fridrix Fon Xayik və
Almaniyanın müharibədən sonrakı baş naziri Lüdviq Erxartın kimi tanınmış neoliberalların
nəzəri postulatları reyqanomika və tetçerizm adlanan kursların formalaşmasında istifadə
edilmişdir.
Nəqletmə kəməri - neft neft məhsulları və təbii qazın nəql etmə sistemi. İlk
neft nəqletmə
kəməri 1865-ci ildə «Standartoyl» Şirkətinin ABŞ-ın dəmiryol maqnalılarının asılılığından
qurtarmaq üçün salınmışdır. 1897-1907-ci ildə Bakı və Batumi arasında salınmış neft kəməri
zamanın ilk və nəhəng gəmilərdən sayılırdı. Hazırda dünyada ən nəhəng neft nəql kəməri
uzunluğu 5300 kilometr olan 1964-81-ci ildə salınmış dostluq neft kəməridir.
«Nobel qardaşları yoldaşlığı» şirkətini – İsveçli biznesmenlər Lüdviq, Robert və Alfred Nobel
qardaşlarının 1879-cu ildə, Bakıda yaratdıqları dünyada ilk şaquli inteqrasiya olunan kompaniya.
Dünyada ilk neft tankeri,
dəmiryolu sisternləri, metal neft saxlama rezervuarları nobel qardaşları
tərəfindən düşünülmüş və ixtira olunmuşdur.
Nou-Xau - beynəlxalq sazişlərin obyekti olan texniki biliklərin müxtəlifliyini səciyyələndirən
ifadədir. Geniş mənada «nou-xau» - texniki biliklərin, istehsalatın xüsusi bacarıq və sirlərinin
məcmusudur və patent müdafiəsi ilə təmin edilməmiş ixtiraların həyata keçirilməsidir.
Offoşor - /ingiliSCə of/off - ordan,
schore - sahil, tam mənada sahildən kənar/ termin II Cahan
savaşından sonra Qərbi Avropa ölkələrinə ABŞ-ın «Marşal» planı üzrə yadımı nəticəsində
yaranmışdır. Bu plana görə ABŞ-la aktiv əməkdaşlıq edən ölkələrə yardım edilmiş, istehsal
etdikləri mallar dollar hesabı ilə alınmış və onların büdcə təsisatları subsidiyalar, istiqrazlar
vasitəsi ilə müdafiə olunmuşdur. Müasir zamanda offoşor terminindən
kontinetal şelfdə neft-qaz
hasilatını reallaşdıran kompaniyalar daha çox istifadə edirlər. İqtisadçılar isə geniş mənadə
offoşor terminindən azad iqtisadi və maliyyə zonaları kontektsində istifadə edirlər.
Oliqopsnoiya - Pay bölgüsü genişliyi bazar qiymətlərinin dəyişməsində əks olunan bir neçə
alıcının iştirak etdiyi sahəvi bazar tipi.
Onkol saziş - malın tədarük edilməsi sazişi şərtlərinə görə alıcıya ixtiyar verilir ki, onun seçib
götürdüyü mala, alıcının malı seçdiyi gün, bu mala təcili bircanın
müəyyən etdiyi qiymətə
müvafiq olaraq özü qiymət təyin etsin.
Opsion - dəniz daşımalarının yüklənməsi və ya boşaldılması şərtləridir.
OPEK - neft ixracatçısı ölkələri təşkilatı. Dövlətlərarası iqtisadi-siyasi təşkilat kimi 1960-cı ildə
Bağdatda təsis olunmuşdur. Təşkilatın nizamnaməsi 5 il keçdikdən sonra Karakasda qəbul
edilmişdir. OPEK-in məqsədi təşkilat üzvi ölkələrin neft siyasətinin unifikasiyası. Səmərəli
istehsal və ticarətin təşkili, dünya neft qiymətlərinin tənzimlənməsi, ekoloji missiya və sair təşkil
edir. Hazırda OPEK-ə 12 dövlət: Əlcəzair, Venesuella, Qabon, İndoneziya, İraq, İran, Qatar,