39
sxematik şəkli: 1-qlikogenin qranulaları, 2-plazmatik membran, 3-
lipid damcıları, 4-fəal mikroflamentlər, 5-aqranulyar endo-
plazmatik retikul, 6-mikroborucuq, 7-peroksisom, 8-Holçi aparatı,
9-qranulyar
endoplazmatik retikul, 10-nüvə, 11-xromatin, 12-mito-
xondri, 13-sentriol, 14-sərbəst ribosomlar, 15-lizosomlar, 16-
vezikula, 17-desmosomlar, 18-kiprikcik.
Şəkil 3.3. Plazmatik membranın sxematik təsviri. Zülallar ikiqat
düzülmüş fosfolipid molekullarına batmış, onlardan bəziləri bisloy
qatına daxil olduğu halda, digərləri ancaq ya xarici, ya da daxili
qatda hələ məskən salır: 1-xolesterol, 2-qlikolipidlər, 3-membranın
xarici qatında
olan zülallar, 4-fosfolipid, 5-qlobulyar zülal, 6-
molekulanın hidrofob hissəsi, 7-molekulanın hidrofil hissəsi, 8-
membranın
α-spiral hissəsi, 9-membranın daxili qatında olan
zülallar.
olunur ki, hələlik məlum olmayan hər hansı funksional əhəmiy-
yət daşıyır. Membranın lipid matriksinə daxil olan əsas funksio-
nal elementlər zülallardır. Zülallar müxtəlif membranlarda küt-
ləcə 25 %-dən 75%-ə qədəri təşkil edir. Lakin zülal molekulları
lipid molekullarına nisbətən çox böyükdür, belə ki, 1 zülal
molekulu 50 lipid molekuluna uyğun gəlir (kütləcə 50 %-də
ekvivalent münasibət). Bir qisim zülallar membranın
40
xaricindən daxili qatına keçir, digərləri isə yalnız hər hansı bir
qatda yerləşir. Zülal molekulları adətən
elə düzülür ki, onların
hidrofob qrupları lipid membrana batır, polyar, hidrofil qrupları
isə membranın xarici səthində sulu faza tərəfə düzülür. Mem-
branın xarici səthinin bir çox zülalları qlükoproteidlərdir. Onların
hidrofil şəkər qrupları hüceyrədən xarici mühitə tərəf səmtlənir.
Hüceyrə həcminin təqribən yarısı sitoplazmadan membran-
la ayrılmış orqanoidlərdan ibarətdir. Hüceyrə orqanoidlərı
membranlarının ümumi səthi plazma membranının səthindən
10 dəfə çoxdur. Daha geniş yayılmış membran sistemi – endo-
plazmatik retikulum (şəbəkə) öz növbəsində güclü burulmuş
borucuqlardan və ya kisəcikli uzanmış törəmələrdən ibarət tor-
dur. Endoplazmatik retikulumun böyük sahələri ribosomlarla
dolu olur ki, bu cür retikulum qranulyar
və ya dənəvər endo-
plazmatik retikulum adını alıb (şəkil 3.2).
Lizosomlar və peroksisomlar – çox böyük olmayan ix-
tisaslaşmış qovuqcuqlardır (vezikullardır). Bu cür müxtəlif
orqanoidlərin membranlarında və onların ətraf sahələrində spe-
sifik fermentlər olur. Orqanellanın daxilində onların müxtəlif
funksiyalarının həyata keçirilməsində istifadə olunan
xüsusi
mübadilə məhsulları yığılır.
Nüvə və mitoxondirilər onunla fərqlənir ki, bu
orqanoidlərin hər biri ikiqat membranla əhatə olunub. Nüvə
hüceyrədə əsasən metabolizmin genetik nəzarətinə cavab-
dehdir; mitoxondirinin daxili, girintili-çıxıntılı membranında
oksidləşdirici-fosforlaşdırıcı metabolizm proseslərinin getdiyi
yerdir. Burada piruvatın və ya yağ turşularının oksidləşməsinin
hesabına yüksək enerjili birləşmə-adenozintrifosfat (ATP)
sintez olunur.
Sitoskelet. Orqanoidlərı əhatə edən sitoplazmanı mütləq
amorf hesab etmək olmaz. Onun sitoskelet törəməsi vardır. Si-
toskelet mikroborucuqlardan, aktin filamentlərindən və aralıq
filamentlərdən təşkil olunur (şəkil 3.2) Mikroborucuqların
xarici diametri təxminən 25 nm təşkil edir.
Onlar adi polimer
downloaded from KitabYurdu.org
41
kimi tubulin zülal molekullarının yığılması nəticəsində yaranır.
Aktin filamentləri. Yığıcı liflər membran qatı yanında və
bütün hüceyrə boyu yerləşir. Xüsusilə hərəkətlə bağlı olan
proseslərdə iştirak edirlər.
Aralıq filamentləri. Bunlar müxtəlif hüceyrə tiplərində
saxlanılan müxtəlif kimyəvi tərkibli bloklardan təşkil olun-
muşlar. Onlar sitoskeletlərin digər iki elementi arasında
müxtəlif əlaqə yaradırlar. Orqanoidlər kimi plazmatik membran
da, sitoskeletlə birləşmiş vəziyyətdədir. Sitoskelet hüceyrənin
quruluşunu və onlarda orqanoidlərin vəziyyətinin saxlanılma-
sını təmin etməklə yanaşı hüceyrənin formasının dəyişməsini
və onun hərəkətliliyini şərtləndirir.
Sitozol. Müəyyən edilmişdir ki,
hüceyrə həcminin təxminən
yarısını sitozol təşkil edir. Belə ki, sitozol təxminən 20%
(kütləcə) sulu məhlul yox, gel şəklində zülaldan ibarətdir, yəni
sitozol hüceyrə kütləsinin 20%-ni zülal mənşəli birləşmələr
əhatə edir. Kiçik molekullar, o cümlədən üzvi və qeyri-üzvi
ionlar, sulu fazada həll olur. Hüceyrələrlə ətraf mühit arasında
ion mübadiləsi gedir (bu mübadilə prosesinə növbəti bölmədə
baxılacaq). Hüceyrəxarici mühitdə ionların qatılığı demək olar
ki, sabit səviyyədə saxlanılır. Bu ionlardan
hər birinin hüceyrə
xaricindəki miqdarından fərqli olaraq, onun hüceyrə
daxilindəki miqdarı spesifik səviyyəyə malikdir (cədvəl 3.1).
Hüceyrənin xarici mühitində Na
+
kationu daha geniş yayılmış-
dır. Hüceyrədaxilində onun qatılığı xarici mühitə nisbətən 10
dəfə azdır. K
+
kationunun qatılığı isə əksinə, hüceyrə daxilində
daha çoxdur. Hüceyrədaxili və hüceyrəxarici mühitdəki qatı-
lıqlar arasındakı daha böyük qradient (fərq) Ca
2+
ionları üçün
də mövcuddur. Sərbəst Ca
2+
ionlarının qatılığı hüceyrənin
xaricinə nisbətən onun daxilində on min dəfə azdır. Bütün
ionlar sitozolda
həll olur, onların bir hissəsi zülallarla adsorb-
siya edir və ya orqanoidlərdə ehtiyat halında toplanır. Məsələn,
Ca
2+
-un misalında birləşmiş ionlar sitozolda sərbəst ionlara
nisbətən daha çoxdur. Sitozol zülallarının böyük hissəsi –
42
fermentlərdir, onların iştirakı ilə aralıq metabolizmin çoxlu
prosesləri həyata keçirilir: qlikoliz və qlikoneogenez amin
turşularının sintezi və parçalanması, ribosomlarda zülalın
sintezi (şəkil 3.1). Sitozolda həmçinin vacib molekulların
ehtiyatı kimi lipid damlaları və qlikogen qranulaları (dənələri)
vardır (cədvəl 3.1).
Cədvəl 3.1
Homoyoterm heyvanların
əzələ hüceyrələrində ionların
hüceyrədaxili və hüceyrəxarici qatılığı. (A
-
-«yüksəkmolekullu hüceyrə
anionları», sükunət potensialı – 90 mV).
İonlar
Hüceyrədaxili
qatılıq, mmol
⋅l
−1
İonlar
Hüceyrəxarici
qatılıq, mmol
⋅l
−1
Na
+
12 Na
+
145
K
+
155 K
+
4
Ca
2+
10
−8
-10
−7
Ca
2+
2
Cl
−
4
Cl
−
120
−
3
HCO
8
−
3
HCO
27
A
−
155 Sair
kationlar 5
3.2. Hüceyrə ilə ətraf mühit arasında
maddələr mübadiləsi
Bizim hüceyrənin quruluşunu qısaca şərh etməkdə
məqsədimiz hüceyrə fiziologiyasının məzmununu açmaqdır.
Hüceyrəni heç bir halda statik hesab etmək olmaz. Çünki
müxtəlif təbiətli hüceyrədaxili komponentlərlə,
xarici mühit
arasında həmişə maddələr mübadiləsi gedir. Hüceyrə
quruluşları dinamik tarazlıqda olur. Bu isə onların öz aralarında
və ətraf mühitlə normal qarşılıqlı təsir nisbətini təmin edir.
Nəticədə orqanizmin normal həyat fəaliyyəti üçün təminat
yaranır.
Diffuziya – maddələrin daşınmasının sadə yoludur. Bir
maddənin atom və molekulları məhlullarda və qazlarda sərbəst
halda yayılır və bu mühitlərdə diffuziya hesabına qatılıq
downloaded from KitabYurdu.org