22
Yalnız müharibədən sonra, 1947-ci ildə Fransaya qayıdan,
fransızca yazmağına baxmayaraq, həmişə belçikalı olaraq qalan
dramaturq iki ildən sonra vəfat etdi.
“Çağırılmamış qonaq”, “Korlar”, “Tentajilin ölümü” pyesləri
melanxolik ümidsizliklə yazılmışsa, sonrakı əsərləri “Beatris
bacı”, “Monna Vanna”, “Göy quş”, təkcə nikbin həyatsevərlik
və “sevgi və xoşbəxtlik” səltənətinin artıq qurulduğuna əminlik
ifadə etmişdir. Onun bəzi əsərlərində qadın və kişilərin faciəvi
şəkildə məhv olan taleyi göstərilsə də, obrazların əzabları və
ölümləri belə heç də bədbinliyi və qaranlığı deyil, nikbinliyi,
işığı və həyatsevərliyi özündə əks etdirmişdir.
“Müdrik ol, onda hər şeydən əvvəl xoşbəxt olmağı
öyrənəcəksən”- Meterlinkin bu məşhur deyimi onun bütün
əsərlərinin mahiyyətini təşkil etmişdir. Nağıl aləmindən
bəhrələnən və simvollar üzərində qurulan pyeslərində birmənalı
olaraq cəmiyyətə verdiyi mesajların da arxasında sevgi və
xoşbəxtlik dayanmışdır.
Meterlink şair-dramaturq olaraq məşhurdur, ancaq o həm də
moralist, filosof, həyat müəllimi kimi düşüncə adamıdır. O,
özünə qədər olan bütün çərçivələri dağıtdı, arzu və xəyallardan
kənarda,
həyəcandan,
qorxudan aşağıda xoşbəxtliyin
mövcudluğunu göstərməyə çalışdı.
Müəllif bir çox cəhətlərinə və fikirlərinə, həm də
özünüifadə tərzinə görə Şərq təfəkkürünə çox yaxındır.
“Xoşbəxtlik –arzulamamaqdır”, “inam və həyatı olduğu kimi
qəbul edib sakit yaşamaq ruhi rahatlıq gətirir” kimi Şərq
deyimlərini bir ayrı formada Meterlink ifadəsində görmək
mümkündür. Onun simvolizmi seçməsi, nağıllar aləmindən
bəhrələnməsi və fikrini əsərin daxilində bildirməsi də ədəbi
vasitə kimi Şərq insanının düşüncə-duyum tərzinə uyğundur.
Kitabxanada keçirilən psixologiya saatında yuxarı sinif
şagirdləri ilə M.Meterlinkin məşhur deyimi “Müdrik ol, onda
23
hər şeydən əvvəl xoşbəxt olmağı öyrənəcəksən” mövzusu
ətrafında müzakirə təşkil etmək olar.
Əsərləri:
Seçilmiş əsərləri. – Bakı :. Şərq- Qərb, 2013. – 448 s.
Haqqında:
Морис Метерлинк // ru.wikipedia.org
Морис Метерлинк // livelib.ru
Migel de Servantes – 470
İspan yazıçısı, şair və dramaturqu Migel de Servantes 29
sentyabr 1547-ci ildə Alkala de Enares adlı kiçik Kastiliya
şəhərciyində, Rodriqo de Servantesin ailəsində dünyaya
gəlmişdir. Həyatının ilk illəri haqqında az məlumat vardır.
Həyatının çoxunu ailəsi ilə şəhər-şəhər gəzmişdir. 1569-cu ildə
Servantes İtaliyaya köçmüşdür. 1575-ci ildə quldurlar tərəfindən
əsir alınmışdır. Sonralar o, Madridə qayıtmışdır. Onun
Kastiliyanı tərketmə səbəbləri naməlumdur.
1585-ci ildə Servantes “Qalateya” adlı pastoral roman,
1605-ci ildə “Don Kixot”un birinci hissəsini, sonralar müxtəlif
hekayələrini “Qaraçı qız”, “Qan gücü”, “Ledi Korneliyanın
romanı”, “İtlərin söhbəti”, 1615-ci ildə isə “Don Kixot”un
ikinci hissəsini yazmışdır. “Don Kixot” Lamançlı Don Kixotun
macəralarından ibarət iki hissəli roman olmaqla, ədibin dünya
şöhrəti qazanmasında əsas yeri tutmuşdur. Bu roman klassik
Qərb və dünya ədəbiyyatının ən yaxşı romanlarından biri sayılır.
Onun bədii üslubu ispan dilinin inkişafında mühüm rol
oynamışdır.
Servantes həm də lirik şeirlər müəllifidir. Lope de Veqadan
əvvəl onun dramları ispan ədəbiyyatında böyük hadisə
olmuşdur.
24
Görkəmli ədib 23 aprel 1616-cı ildə 68 yaşında Madriddə
vəfat etmişdir.
Kitabxanaçı: Migel de Servantesin əsərləri çox maraqlı,
oxunaqlı olduğu üçün, onun kitablarının müzakirəsini keçirmək
məqsədə uyğundur. Yazıçının qələmə aldığı əsərlərdən biri də
“Lamançlı Don Kixot” romanıdır.
I Oxucu: Bu əsər İspaniya ədəbiyyatında özünün yumoru,
bəzən kəskin satirası ilə seçilən tam orijinal milli romandır.
Onun yenilikləri çoxdur.
Lamanç İspaniyada yer adıdır. Kixot adının əvvəlində gələn
Don kübarlıq bildirir. Don Kixot kübar nəslindən çıxmış
hidalqodur (əsil-nəcabətlidir). Servantesin romanına görə, bu
hidalqo cəngavərlik romanları xəstəsidir. Sıxılıb bərkidilmiş
kağızdan ( kartondan) düzəltdiyi niqabına, əldəqayırma
dəbilqəsinə, zirehinə və qılıncına güvənib cəngavərsayağı
seçdiyi səfər atı da özü kimi arıqdır. Cəngavərlərin ayıq-sayıq,
sədaqətli və dözümlü yaraqçıları olduğunu bilən Don Kixot da
özünə yaraqçı seçir. Amma bu, əlinin əməyi ilə özünü, ailəsini
dolandıran bir kəndlidir, özü də çaxır içməyi çox sevir. Çaxıra
olan tamahının da nəsildəngəlmə dəbi varmış. Sançonun
babaları dequstator kimi çaxır çəlləklərinin dadına baxıb onları
satışa buraxmaq, xarabdırsa, töküb axıtmaq ixtiyarı qazanmış
bilicilərdən olublar. Hidalqo belə vərdiş və peşəyə görə
fərqlənən əkinçi Sançonu tovlayıb özü ilə səfərə aparmış,
Sançonun tamahkarlığını görüb, ona qubernatorluq vəd etmişdir.
Beləliklə, Sanço qubernator olmağa şirniklənir; hidalqo Don
Kixot da özünü döyüşə hazır, yenilməz cəngavər xülyası ilə
ovudur. O, cəngavərlərdən əlavə, həm də divlərlə də
vuruşacağına inanır. Amma divin nə olduğunu bilmədiyinə görə
ilk hücuma keçdiyi “div” onu da, Rosinantı da qaldırıb yerə
çırpır. Don Kixot yeldəyirmanı ilə vuruşduğunu bilmirmiş!
Dostları ilə paylaş: |