F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər
İngilis yazıçıları Alan Aleksandr Milnin 135 illiyi, Duqlas Adamsın 65 illiyi,
Henri Fildinqin 310 illiyi, Conatan Sviftin 350 illiyi, Enn Faynın 70 illiyi,
Amerika yazıçısı Endrü Nortonun 105 illiyi, Venesiyalı dramaturq Karlo
Qoldoninin 310 illiyi, Avstraliya yazıçısı Alan Marşalın 115 illiyi, Belçika
yazıçısı Moris Meterlinkin 155 illiyi, İspan yazıçısı Migel de Servantesin
470 illiyi, Amerika yazıçısı Ketrin Patersonun 85 illiyi, Alman yazıçısı
Vilhelm Haufun 215 illiyi, Alman şairi Haynrix Haynenin 220 illiyi, Türk
şairi Tofik Fikrətin 150 illiyi münasibətilə mərkəzi kitabxanaların uşaq
şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış
metodik vəsait
Bakı-2017
2
Tərtibçilər: Lalə Qəmbərova
Sevil Əhmədova
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər: metodik vəsait
tərt. ed.: L.Qəmbərova; ix. red. və burax. məsul Ş.Qəmbərova;
F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017.-43
s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017
3
Tərtibçidən
Dünya ədəbiyyatı yarandığı gündən müxtəlif, fərqli yollarla
inkişaf etmiş, bizim günümüzə çoxşaxəli, çoxçalarlı bir mənəvi
fenomen şəklində gəlib çatmışdır.
Dünya ədəbiyyatı eyni zamanda həm də çox maraqlı
formalara malikdir. Tarixin müxtəlif kəsiklərində, dünyanın
fərqli ölkələrində bədii ədəbiyyat fərqli janrlarda, ədəbi növlərdə
və bədii formalarda yaranıb inkişaf etmişdir.
XVIII əsrin sonları - XIX əsrin əvvəllərində Qərbi Avropa
ədəbiyyatlarında romantizm və tənqidi realizm ədəbi cərəyanları
sürətlə inkişaf etdiyi dövrdə nağıl janrı ən populyar ədəbi
növlərdən biri oldu. XIX əsrin 60-70-ci illərinə qədər Qərbi
Avropa yazılı bədii ədəbiyyatında nağıl janrı geniş şəkildə
işlənmiş və cilalanmış, böyük bir inkişaf yolu keçmiş, kifayət
qədər təcrübə toplamışdır.
Kitabxanada yubileyi qeyd edilən dünya ədəbiyyatı
yazıçılarının kitabları haqqında oxucuları tanış etmək məqsədilə
mütəmadi olaraq maraqlı tədbirlər keçirilir, sərgilər təşkil
olunur, icmallar hazırlanır.
F.Köçərli adına respublika uşaq kitabxanasının elmi
metodika şöbəsinin tərtib etdiyi əlamətdar və tarixi günlər
təqviminə əsasən 2017-ci ildə yubileyləri qeyd olunacaq xarici
yazıçılarımız bunlardır: ingilis yazıçıları Alan Aleksandr Milnin
135 illiyi, Duqlas Adamsın 65 illiyi, Henri Fildinqin 310 illiyi,
Conatan Sviftin 350 illiyi, Enn Faynın 70 illiyi, Amerika
yazıçısı Andre Nortonun 105 illiyi, Venesiyalı dramaturq Karlo
Qoldoninin 310 illiyi, Avstraliya yazıçısı Alan Marşalın 115
illiyi, Belçika yazıçısı Moris Meterlinkin 155 illiyi, İspan
yazıçısı Migel de Servantesin 470 illiyi, Amerika yazıçısı Ketrin
Patersonun 85 illiyi, Alman yazıçısı Vilhelm Haufun 215 illiyi,
Alman şairi Haynrix Haynenin 220 illiyi, Türk şairi Tofik
4
Fikrətin 150 illiyi. Kitabxanada bu yubilyarlarla bağlı müxtəlif
tədbirlər, viktorinalar, səhərciklər, ədəbi-bədii gecələr, kitab
sərgilərinin keçirilməsi məqsədəuyğundur. Bu yubilyarlar
haqqında kitabxanada “Dünya ədəbiyyatı incilərini bizə bəxş
edənlər” başlıqlı sərgi təşkil olunur.
Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər
5
Alan Aleksandr Miln – 135
Alan Aleksandr Miln 18 yanvar 1882-ci ildə London
şəhərində anadan olmuşdur. O, atası Con Milnin sahiblik etdiyi
kiçik özəl məktəbdə oxumuş, 1889-1890-cı illərdə onun
müəllimlərindən biri Herbert Uels olmuşdur. O, Vestmint
məktəbinə daxil olmuş, daha sonra Kembric Universitetinin
Triniti kollecində 1900-1903-cü illərdə riyaziyyat fakültəsində
oxumuşdur. Tələbəlik illəri vaxtı qardaşı Kent ilə birlikdə
“Qrant” qəzetinə məqalələr yazmışdır. Onun məqalələri
Britaniyanın yumoristik “Panç” jurnalı tərəfindən bəyənilmiş və
o, sonra jurnalda redaktorun köməkçisi işləmişdir. A. A. Miln
Birinci Dünya müharibəsində Britaniya ordusunun zabiti kimi
iştirak etmişdir. O, Britaniya kəşfiyyatının təbliğat bölməsi Mİ
7 üçün çalışmışdır.
A.A.Miln uşaqlar üçün “Uşaqların qalereyası” (1925),
“Vinni-Pux” (1926), “Pərğu küncündə ev” (1928) kitablarını
yazmışdır. A.A.Milnin “Vinni-Pux” kitabı çapdan çıxmamışdan
əvvəl, o, kifayət qədər tanınmış dramaturq idi, lakin “Vinni-
Pux” uğuru elə geniş miqyas almışdır ki, onun digər əsərlərini
ötüb keçmişdir. O, “Vinni-Pux” kitabını oğlu Kristofer Robin
Milnə həsr etmişdir.
A.A.Miln yanvar ayının 31-i 1956-cı ildə 74 yaşında vəfat
etmişdir.
Kitabxanaçı: Kitabxanada A.A.Milni kiçik yaşlı oxuculara
tanıtmaq, qələmə aldığı əsərlərlə yaxından tanış etmək üçün
yazıçının məşhur nağılı olan “Vinni Pux” adlı səhərcik təşkil
olunur, sonra balacalar nağıl otağında “Vinni Pux” cizgi
filminə tamaşa edirlər..