müəssisələrin listinqdən keçib-keçməməsindən asılı olmayaraq, onların törəmə
müəssisələrinə də tətbiq edilə bilər.
Hazırkı Qaydaların əsasən mərkəzi və federal hökumətin mülkiyyətində olan
kommersiya müəssisələri üçün nəzərdə tutulduğuna baxmayaraq, hökumətlər bu
qaydaların həmçinin müəssisələrə sahib olan yerli hökumət orqanları tərəfindən istifadə
edilməsini təşviq edə bilərlər. Onlar həmçinin korporativ formada olub-olmamasına
baxmayaraq, xüsusilə mühüm ictimayi məqsədləri həyata keçirən qeyri-kommersiya
DMM-lər üçün faydalı ola bilərlər. Bütün bu kateqoriyalara aid olan DMM-lərin
peşəkar idarə olunması və qabaqcıl korporativ idarəetmə təcrübələrini tətbiq etməsi
dövlətin və ictimaiyyətin marağındadır.
Bu Qaydalarda “DMM” anlayışı tam, majoritar və ya mühüm minoritar
mülkiyyət vasitəsilə üzərində dövlətin mühüm nəzarəti olan müəssisələrə aid edilir.
Lakin, Qaydaların bir çox hissələri dövlətin nisbətən kiçik paya malik olmasına
baxmayaraq məsuliyyətli və məlumatlı səhmdar qismində çıxış etdiyi şirkətlər üçün
həmçinin faydalıdır. Həmin qaydada, “sahiblik edən təşkilat” dövlətin mülkiyyət
hüquqlarının həyata keçirilməsinə görə məsuliyyət daşıyan dövlət müəssisəsini bildirir,
istər Nazirliyin xüsusi Departamenti, istərsə də avtonom agentlik və ya digəri olsun.
Nəhayət, İƏİT Prinsiplərində olduğu kimi, bu sənəddə də “şura” anlayışı İƏİT-in üzvü
olan və olmayan ölkələrdə istifadə olunan şura strukturunun müxtəlif modellərini
bildirir. Bir çox ölkələrdə tətbiq olunan ənənəvi iki pilləli sistemdə, “şura” anlayışı
“müşahidə şurasını”, “əsas vəzifəli şəxslər” isə “idarə heyətini” bildirir.
Hazırkı sənəd iki hissəyə bölünmüşdür. Sənədin birinci hissəsində təqdim
olunan Qaydalar aşağıdakı sahələri əhatə edir: I) Dövlətə məxsus müəssisələr üçün
effektiv hüquqi və tənzimləyici strukturun (özülün) yaradılması; II) Mülkiyyətçi
qismində çıxış edən dövlət; III) Səhmdarlara eyni yanaşma; IV) Maraqlı tərəflərlə
əlaqələr; V) Açıqlama və şəffaflıq; VI) DMM-lərin şuralarının vəzifələri. Bu bəndlərin
hər biri yağlı kursiv şriftlə yazılmış bir Qayda ilə başlayır və bir sıra köməkçi sub-
qaydalarla müşahiyət olunur. Sənədin ikinci hissəsi, oxucuya Qaydaların məntiqini
başa düşməyə kömək edən şərhlərdən ibarətdir. Bu şərhlərdə hazırkı Qaydaların təcrübi
istifadəsi üçün faydalı ola bilən əsas tendensiyalar təsvir edilir və digər alternativ
tətbiqi üsullar və misallar təklif olunur.
11
PREAMBULA
1
İƏİT-in Korporativ İdarəetmə Prinsipləri 2004
2
“Dövlətə məxsus müəssisələrdə Korporativ İdarəetmə: İƏİT ölkələrində aparılmış tədqiqat”, İƏİT 2005 və “Dövlətə məxsus
müəssisələrin özəlləşdirilməsi” İƏİT 2003
I. DÖVLƏTƏ MƏXSUS MÜƏSSİSƏLƏR ÜÇÜN EFFEKTİV HÜQUQİ VƏ
TƏNZİMLƏYİCİ STRUKTURUN YARADILMASI
DMM-lər üçün hüquqi və tənzimləyici struktur bazar iqtisadiyyatı münasibətlərinin
pozulmaması məqsədilə dövlət və özəl şirkətlərinin rəqabət apara biləcəyi bazarda
hamı üçün bərabər şəraitin yaradılmasını təmin etməlidir. Bu struktur İƏİT-in
Korporativ İdarəetmə Prinsipləri əsasında qurulmalı və onlara uyğun olmalıdır.
A. DMM-lər üçün müəyyən edilmiş şərtlərə təsir göstərə biləcək dövlətin mülkiyyət
funksiyası və bazara təsir göstərə biləcək digər dövlət funksiyaları, xüsusilə də
bazarın tənzimlənməsi ilə bağlı funksiyaları arasında aydın bölgü aparılmalıdır.
B. Hökumətlər DMM-lərin əməliyyat təcrübələrini və hüquqi formanı sadələşdirməli
və təkmilləşdirməlidir. Onların hüquqi forması kreditorlara iddialar irəli sürməyə və
müflisləşmə prosedurlarına başlamağa imkan verməlidir.
C. DMM-lərin ictimai xidmətlərlə bağlı ümumi qəbul olunmuş normalardan artıq
üzərinə götürməli olduğu öhdəliklər və vəzifələr qanunlar və ya qaydalarla aydın
şəkildə müəyyən edilməlidir. Bu cür öhdəliklər və vəzifələr həmçinin geniş
ictimaiyyətə açıqlanmalı və müvafiq xərclər şəffaf qaydada ödənilməlidir.
D. Ümumi qanunların və qaydaların tətbiqində DMM-lər üçün istisnalar müəyyən
edilməməlidir. Maraqlı tərəflər, o cümlədən rəqiblər, öz hüquqlarının pozulduğunu
hesab etdikdə onları effektiv üsullarla bərpa etmək və qərəzsiz məhkəmə qərarının
çıxarılmasına nail olmaq imkanına malik olmalıdırlar.
E. Hüquqi və tənzimləyici struktur DMM-lərə şirkətin məqsədlərinə nail olunması
məqsədilə kapitalın strukturunda tələb olunan dəyişikliklərin edilməsi üçün kifayət
qədər çevik olmağa imkan verməlidir.
F. DMM-lərin maliyyə resurslarına çıxışı rəqabətlilik prinsipi əsasında qurulmalıdır.
Onların dövlət bankları, dövlət maliyyə institutları və digər dövlət şirkətləri ilə
əlaqələri sırf komersiya əsaslarında qurulmalıdır.
12
DÖVLƏTƏ MƏXSUS MÜƏSSİSƏLƏR ÜÇÜN EFFEKTİV HÜQUQİ VƏ TƏNZİMLƏYİCİ STRUKTURUN YARADILMASI
II. MÜLKİYYƏTÇİ QİSMİNDƏ ÇIXIŞ EDƏN DÖVLƏT
Dövlət məlumatlı və fəal mülkiyyətçi qismində çıxış etməli və DMM-lərin, tələb olu-
nan peşəkarlıq və effektivlik səviyyəsi qorunmaqla, şəffaf və hesabatlı şəkildə idarə
edilməsini təmin edən aydın və yekdil mülkiyyət siyasətini müəyyən etməlidir.
A. Hökumət dövlət mülkiyyətçiliyinin ümumi məqsədlərini, DMM-lərin korporativ
idarəetməsində dövlətin rolunu və həmin siyasətin necə tətbiq ediləcəyini müəyyən
edən mülkiyyət siyasətini hazırlamalı və dərc etməlidir.
B. Hökumət DMM-lərin gündəlik idarə edilməsinə müdaxilə etməməli və onlara
müəyyən edilmiş məqsədlərə nail olmaq üçün tam əməliyyat sərbəstliyini verməlidir.
C. Dövlət ona məxsus müəssisələrin şuralarına öz vəzifələrini yerinə yetirmək imkanını
verməli və onların müstəqilliyinə hörmətlə yanaşmalıdır.
D. Dövlət idarəciliyi çərçivəsində mülkiyyət hüquqlarından istifadə etmə aydın şəkildə
müəyyən edilməlidir. Buna nail olmağa koordinasiya edən təşkilatın yaradılması və
ya, daha münasib, mülkiyyət funksiyasının mərkəzləşdirilməsi kömək edə bilər.
E. Koordinasiya və ya sahiblik edən təşkilat Parlament kimi təmsiledici seçkili orqan-
lara hesabat verməli və dövlət ali audit institutları daxil olmaqla, müvafiq dövlət
orqanları ilə aydın şəkildə müəyyən edilmiş əlaqələr qurmalıdır.
F. Dövlət fəal mülkiyyətçi olaraq hər bir şirkətin hüquqi strukturuna uyğun olaraq
öz mülkiyyət hüquqlarından istifadə etməlidir. Onun əsas vəzifələrinə aşağıdakılar
daxildir:
1. Səhmdarların Ümumi Yığıncağında təmsil olunmaq və dövlətə məxsus olan
səhmlərlə səs vermək.
2. Bütünlüklə və ya əsas hissəsi dövlətə məxsus olan müəssisələrdə şura üzvlərinin
namizədliklərinin düzgün və şəffaf qaydada irəli sürülməsi prosedurlarını tətbiq
etmək və bütün DMM-lərin şuralarının təyin edilməsində fəal iştirak etmək.
3. DMM-lərin fəaliyyətinin müntəzəm monitorinqinə və qiymətləndirilməsinə imkan
verən hesabatlıq sisteminin yaradılması.
4. Hüquq sistem və dövlətin mülkiyyətçilik səviyyəsi imkan verdikdə, kənar auditor-
larla və xüsusi dövlət nəzarəti orqanları ilə daimi dialoqun aparılması.
5. DMM-lərin şura üzvlərinin mükafatlandırılması sisteminin şirkətin uzun-müddətli
maraqlarına qulluq etməsini və peşəkar mütəxəssisləri cəlb etməyə və motivasiya
etməyə qadir olduğunu təmin etmək.
13
MÜLKİYYƏTÇİ QİSMİNDƏ ÇIXIŞ EDƏN DÖVLƏT