212
sərdabəsinə qədər küçə boyu qamçılaya-qamçılaya aparmışdı. Pretorun qolları və
ayaqları sındırılmış, qulaqları və burnu kəsilmiş, dili ağzından dartılıb çıxarılmışdı.
Onun gözləri də eyni qaydada məhv edilmişdi. Katilina onun başını Forumda
gözləyən Katulun triumfuna öz əlində aparmışdı. Ona görə də Katulu Tsitseron
kimi hansısa bir əyalət atlısı ilə müqayisə etmək olmazdı.
Nəhayət, bir papirusda Verresin məlumatları tapıldı. Orada
Sulla ilə Mari
arasındakı müharibə vaxtı yazılmış üç cümlə var idi: «Mən 2.235.417 sestertsi
aldım. Maaşa, taxıla, leqatlara, prokvestora, pretorian kohartasına 1.635.417
sestertsi pul xərclədim. 600.000 sestertsini mən Arimində qoydum».
Bu pullar xəzinəyə təhvil verilməmişdi. Axı o, demək olar ki, iki il
müddətinə Siciliyada qubernator olmuşdu.
Öz qulu Tiron Tsitseronun evində ona Verresin kvestor hesabının
surətini göstərdi. Senator qardaşı Kvintə dedi:
– Bunlara bax, Kvint. Bu
əclaf o qədər tənbəldir ki, həmin yalanı adekvat
qaydada da söyləməmişdir. Altı yüz min – budur, yuvarlaq məbləğ və o, bu pulu
hara qoymuşdur? Müxalif ordunun işğal etdiyi şəhərdə onu qoymuşdur ki, ona
görə məzəmmət olmaqdan kənarlaşsın. Həm də iki il ərzində Siciliyadan heç bir
hesabat verilməmişdi.
Dörd yaş özündən kiçik olan qardaşı Tsitserona dedi: «Əgər
sən Verresin
davranışını Senatda qaldırsan, onlar çıxışları ilı bunu yaxın buraxmayacaqlar. Əgər
sən onu məhkəməyə verməyə cəhd etsən, onlar ona bəraət verilməsinə nail
olacaqlar. Ona görə də mənim məsləhətim belədir ki, burnunu bu məsələyə soxma»
Senator əmisi oğlu Lutsinin də
rəyini öyrənmək istəyəndə, o dedi:
– Mən deyirəm ki, Roma Senatındakı hər bir namuslu adam bu cür
korrupsiyanın yoxlanılmamış qalmasına dözməyəcəkdir. İndi sən faktları
bilirsənsə, vəzifən onları açıqlamaqdır.
Arvadı Terentsiya isə istehza şəklində Lutsiyə dedi:
– Əhsən. Sən ömründə heç bir vəzifə tutmamış əsl filosof kimi
danışırsan.
Tsitseron tribunlara müraciət etməli olur
Nəzəri cəhətdən Steni Sirakuzada (Siciliyanın o vaxtkı paytaxtında)
şikayət edə bilərdi, özü də yalnız qubernatorun özünə. Tilsimli çevrə yaranırdı,
burada Verresin özü qubernator idi. Beləliklə, bədbəxt Steniyə bu yol bağlanmışdı.
Romada açıq şəkildə yaşamağa davam etmək də Steni üçün əlverişli çıxış yolu
deyildi, – ağır cinayətdə ittiham olunan istənilən adam şəhərdən avtomatik qaydada
qaçmağa
məcbur idi, çünki ona burada qalmaq olmazdı.
Tsitseronun bir dostu dedi ki, Steni üçün yeganə çıxış yolu intihar
etməkdir. Əlbəttə, real şəkildə yox. Tsitseron isə buna real olaraq əl atılmalı
olduğunu düşünürdü. Dostuna razılığını bildirib, Stenini gizlətmək üçün yer
axtarmağa başladı. Doğrudan da, o, şəhərdə artıq açıq şəkildə qala bilməzdi. Verres