29
Mən oyanır, Abelyarı görmək üçün gözlərimi açıram, qollarımı uzadıram
ki, onu qucaqlayım, ancaq o, burada yoxdur. Mən qışqırıram, lakin o, məni eşitmir.
Abelyar, bəs sən Eloizanı yuxuda görürsənmi? O, sənə necə yaxınlaşır? Bağışla
məni, Abelyar, səhv edən məşuqəni bağışla. Sən, Abelyar öz kursunu bitirməklə
xoşbəxt olacaqsan, sənin arzuların və ambitsiyaların öz xilası üçün heç bir
maneəyə malik olmayacaqdır. Lakin Eloiza ağlamalıdır, o, bütün göz yaşlarının
hətta özünün də xilası üçün faydalı olmasına əmin olmadığından həmişə
şikayətlənməlidir.
Mən inanmağa başlayıram ki, sənə yazanda olduqca çox ləzzət alıram.
Mən bu məktubu yandırmağa borcluyam. Bu, onu göstərir ki, mən hələ də sənə
dərin ehtiras hiss edirəm, baxmayaraq ki, başlanğıcda sən məni əks olana
inandırmağa cəhd edirdin. Mən mərhəmət və ehtiras dalğalarını hiss edirəm və
dönürəm ki, hər ikisinə tabe olum. Abelyar, məni gətirib çıxardığın şəraitdə mənə
yazığın gəlsin, mənim son günlərimi müəyyən ölçüdə sakitləşdirməyə çalış, necə
ki, mənim ilkin dövrdəki həyatım asan olmamaqla yanaşı, həm də narahat idi.
V məktub. Abelyardan Eloizaya
Eloiza, daha mənə məktub yazma. Biz dünyadan ayrılmışıq ki, özümüzü
mənən təmizləyək, təmizə çıxaraq. Xristian mənəviyyatına birbaşa zidd olan
hərəkət etməklə biz İisus Xrist üçün iyrənc adama çevrilmişik. Gəl, bir daha
özümüzü keçmiş həzzlərimizlə aldatmayaq, biz ancaq öz həyatımızı narahat etdik
və tənhalığın şirinliyini pozduq. Qoy biz öz səbirliliyimizdən yaxşı istifadə edək və
cəzamızın ciddiliyi arasında artıq öz cinayətlərimizi xatırlamayaq. Allah bizim
subyektimiz olduğu halda, heç vaxt özümüzü elə böyük yüksəkliyə qaldıra
bilmərik. Qoy biz onun yaratdıqlarından və ya özümüzdən asılı olmayaraq, Allahın
şərəfi naminə hərəkət edək, bizim digər arzularımıza və ya digərlərinin rəyinə heç
bir əhəmiyyət verməyək. Mən səni dua etməyə, meditasiyaya, zəhmətlə məşğul
olmağa və dinməz dayanmaq barədə içdiyin andları yerinə yetirməyə
istiqamətləndirəcəyəm. Və mən özüm də dua edəcək və dinməz qalacağam.
Eloiza, sənin ürəyin hələ də söndürə bilmədiyin məhvedici alovla yanır
və mənimki də narahatlıq və qaydasızlıq ilə doludur. Mən axırıncı dəfə sənə öz
ürəyimi açdım, həmçinin sənin kədərinə hissiyyatlı olaraq qalıram və uzun müddət
onlara şərik olacağam. Sənin məktubların məni çox kədərləndirdi. Mən ah çəkir və
ağlayıram. Bədbəxt Eloiza, bu, Abelyar üçün səfil şəraitdir. Mən bizim
bədbəxtliklərimizi Qəzavü-qədərin günahlarımızı cəzalandırmaq üçün gizli
layihəsi hesab edirəm və Fulbertə yalnız ilahi intiqamın aləti kimi baxıram.
Ancaq Eloiza, sən məni titrəməyə sövq etdin, məktubların mənə bəyan
edir ki, sən insan sevgisinə qul olmusan və həm də, əgər sən ona qalib gələ
bilməsən, sən xilas ola bilməyəcəksən. Sonda sən bu məhkəmədə mənim hansı rolu
30
oynamağımı nəzərdə tutursan? Qoy biz öz qərarlarımızda daha möhkəm olaq. Qoy
biz özümüzü bütöv ürəyimizlə Allaha həsr edək.
Mən bilirəm ki, başlanğıcda hər şey çətindir, lakin böyük hərəkəti
cəsarətlə başlamaq şərəfdir. Biz bu hesabdan bütün maneələri igidliklə keçməliyik.
Heç kəs Allahın boyunduruğunu layiqincə daşımağa heç də uzun müddət davam
gətirə bilməz. Sənin canını sarıyan həmin biabırçı zəncirləri qırmağa cəhd et,
özünü təzə zəncirlə bağla ki, mərhəmətin köməyi ilə sən xoşbəxt ola bilərsən. Əgər
sənin birinci cəhdlərin zəifliyini göstərsə, ümidsizliyə qapılma, buna görə sən
qorxaq ola bilərsən. Dəhşətli düşmənə qalib gəlmək, həm də qəzəb alovunu
söndürmək üçün mübarizə apar.
Sən öz arzularına qarşı döyüşməlisən ki, pozulan təbiətinin ağırlığının
təzyiqi altına düşməyəsən. Həyatımız azmağın təsirinə məruz qalanda biz bir
böyük müqəddəs adamın «İnsan həyatı uzun şəkildəki azmaqdır» – dediyini etdik.
Heç vaxt yatmayan şeytan bizi təəccübləndirmək üçün daim ətrafımızda, özü də
bəzi mühafizə olunmayan tərəfimizdə dolaşır və könlümüzü məhv etmək üçün ona
daxil olur. Şirniklənməyə məruz qaldıqda biz qorxuruq, bu vaxt digər başqası bizə
hücum çəkir. Biz əbəs qaydada özümüzü tərifləyirik ki, uçmaqla şirniklənməyə
qalib gələcəyik. Əgər biz səbirli və itaətkar olmadan birləşsək, biz özümüzə heç bir
səbəb olmadan əzab verəcəyik.
Eloiza, dəyişilən olma və Allaha inanc gətir, yoxsa sən yeni
şirniklənmələrə düşə bilərsən. Onlar gələndə, lap başlanma anında onları boğ –
qoyma sənin ürəyində kök salsın. Qədim insan deyirdi: «Xəstəliyə qarşı dərmanları
qəbul elə». Azmağın özü də dərəcələrə malikdir, onlar əvvəlcə sadəcə
düşüncələrdir və heç də təhlükə kimi meydana çıxmır. Təxəyyül onları heç bir
qorxu olmadan qəbul edir, həzz yüksəlir. Onda biz dayanır və axırda ona tabe
oluruq.
Eloiza, indi sənin müqəddəs olanların addımları ilə addımlamağın barədə
mənim sözlərimlə razılaşırsanmı? Sözlərim peşmançılıq üçün sənə xoş gəldimi?
Mən öz dualarımda sənə zəmanət verməyi heç vaxt dayandırmayacağam və
Allahdan xahiş edəcəyəm ki, sənin bir müqəddəs kimi ölməyin barədəki istəyinə
köməklik göstərsin. Sən dünya ilə xudahafizləşmisən və sənin ora
götürülməyindən ötəri hansı şey layiq olacaqdır? Gözlərini daim Ona tərəf qaldır,
sənin qalan günlərin Ona həsr olunacaqdır. Saray peyğəmbəri demişdir: «Allah,
məni öz zərurətlərimdən qoru». Bədbəxt olanlardan çoxu nə vəziyyətdə olduğunu
bilmir. Öz səfilliklərini bilənlər daha artıq bədbəxtdirlər və həm də onlar öz
dövrünün pozğunluğuna nifrət edə bilmirlər. Özlərini Yerə aid olan meyllərə
bağlayanlar necə də səfehdirlər! Onlar bir gün aldadılmayan olacaqlar. Belə saxta
şeyləri sevməyə görə onlar özlərini çox gec məzəmmət etdiklərindən hali
olacaqlar. Əsl mömin adamlar belə səhv etmirlər, onlar belə hiss həzzlərindən
azaddırlar və öz arzularını Göylərə ünvanlayırlar.
Eloiza, sən ləngimədən hərəkət et, sənin öz xilasın üçün işləməkdən ötəri
kifayət qədər vaxtın vardır. Xristi sev və Onun naminə özündən zəhlən getsin. O,
Dostları ilə paylaş: |