25
həzzlərə malik olduğumuza ağı deyirəm, onları itirdiklərimə görə ah çəkirəm. Mən
ilk dəfə sənin öz ehtirasını bəyan etdiyin və ölənə qədər məni sevəcəyinə and
içdiyin vaxtı və yeri xatırlayıram (çünki sevgililər heç nəyi unutmurlar). Sənin
sözlərin, andların mənim ürəyimdə dərin şəkildə nəqş edilmişdir. Sənin adın hətta
mənim dodaqlarımdadır. Sənin bədəninin cəzası könlünün məhvedici yaralarını
sağaldır. Düşmən qisas aldı, müdrik həkim sənin həyatını xilas etmək üçün xeyli
ağrı tətbiq etdi. Mən min dəfə səndən də yazıq vəziyyətdəyəm, çünki mübarizə
aparmaq üçün min ehtirasa malikəm. Özümü müdafiə etməkdə isə böyük
çətinliklərim var.
Mənim ehtiraslarım üsyandadır. Mən başqalarına başçılıq edirəm, lakin
özümü idarə edə bilmirəm. Adamlar məni tərifə layiq qaydada mühakimə edirlər,
lakin Allahın qarşısında təqsirim vardır. Onun hər şeyi görən gözlərindən heç nə
gizli qalmır və onun gözləri hər şeyi yarıb keçməklə görür, ürəyin bütün
sirrlərindən agah olur. Mənim ürəyim insan məhəbbəti ilə doludur, rahibələri isə
öyrədirəm ki, yalnız Allahı sevsinlər.
İki şeyi ayırmağa cəhd etmək əbəsdir, mömin olmayanlar təqsirkar
olmalıdır və kim ki, ləyaqətə yaxınlaşmağa gecikirsə, onlar həmin ləyaqətdən
təcrid olunurlar. Mənim düşüncəmin qarışıqlığında Allahı provokasiya etməkdən
daha çox o adamı təhqir etməkdən qorxuram və Ona (Allaha – tərcüməçi) xoş
olmaqdan daha çox sənə xoş olmaq istəyirəm. Mənə xoş gələn hər şeydən özümə
xətər toxundururam. Mən özümü diri-diri basdırıram. Özümü göz yaşları ilə,
kədərlərlə qidalandırıram. Mənim saxta möminliyim başqaları kimi, səni də uzun
müddət aldatdı. Sən özünü inandırırdın ki, mən bütünlüklə öz borcuma həsr
olunmuşam, ancaq mənim məhəbbətdən başqa bir işim yox idi.
Ürəyimizdəki gizli surətdə qalxan məğrurluq bizi kor edir və yarımçıq
sağalmış yaralarımızı bizdən gizlədir. Şirniklənmə ümid verməklə bizi aldadır və
eyni zamanda bizi məhv edir.
İnsan ürəyi bir labirintdir, onu kəşf etmək çox çətindir. Sənin mənim
barəmdə etdiyin təriflər mənə daha təhlükəlidir, çünki məhz onları mənə bəxş edən
bir şəxsi mən sevirəm. Sənə bir oxucu kimi həzz verməyi daha çox arzulayıram,
həm də mənə aid etdiyin ləyaqətə inanmaq istəyirəm. De ki, bizim ləyaqətimiz
zəifliyimizə əsaslanır və onlar yalnız daha böyük çətinliklərlə mübarizə aparan
adamları taclandırır.
Lakin mən qələbə hədiyyəsi olan tacı axtarmıram, mən ancaq təhlükədən
uzaqlaşmaqla məmnun olacağam. Bu döyüşdə qalib gəlməkdənsə, asan yolu
tutmaq daha asandır. Burada şərəfin bir neçə dərəcəsi vardır və mən ən yüksəyinə
nail olmaq iddiasında deyiləm. Mən onları böyük cəsarət sahibləri üçün güzəştə
gedirəm, onlar çox vaxt qalibiyyətli olurlar. Mən qorxuya üstün gələ bilən qələbəni
axtarmıram. Gəmi qəzasından qaçmaq və nəhayət, limana çatmaq mənim üçün
kifayət qaydada olan bir xoşbəxtlikdir. Göylər mənə əmr edir ki, sənə olan
məhvedici məhəbbətdən imtina edim, lakin eh! Mənim ürəyim heç vaxt onunla
razılaşmağa qadir olmayacaqdır. Xudahafiz.
26
IV məktub. Elonzadan Abelyara
Əziz Abelyar! Yəqin ki, gözləyirdin ki, laqeydliyinə görə səni ittiham
edəcəyəm. Sən mənim son məktubuma cavab vermədin və Göylər indi mənim
olduğum şəraitdə dərdimi yüngülləşdirməyəcəkdir, çünki sən özün də xəyanət
etdiyim ehtirasa görə mənə çox laqeydlik göstərirsən. Nəhayət, Abelyar, sən
Eloizanı həmişəlik itirmisən. Bütün andlara baxmayaraq, səndən başqa heç nəyin
və həm də səndən başqa kiminsə məni əyləndirməsi barədə hətta düşünə bilmirəm.
Mən səndən bu fikirlərinə görə uzaqlaşdım ki, səni yaddan çıxarım. Sənin sevgilin
barədəki heyranedici ideyana bir dəfə vuruldum, ancaq mənim xoşbəxtliyim baş
tutmayacaqdır.
Abelyarın əziz obrazı! Sən artıq mənim arxamca gedə bilməyəcəksən,
artıq mən səni xatırlamıram. Ey heyranedici həzzlər; Eloiza sizdən uzaqlaşmışdır,
siz isə mənim işgəncə verənim oldunuz. Sən heç vaxt təsəvvür etmirdin ki, Eloiza
dəyişilən ola bilər. O, sənə belə güclü meyl edən vaxtdan, əvvəlcədən bu qərara
gəldi ki, sən ondan sonra hansı bir Zamanın gələcəyini bilmirsən. Lakin aldanma,
mən sənə öz saxtalığımızı açıram, baxmayaraq özümü inandırıram ki, məni
məzəmmət etmək əvəzinə, sən sevinc yaşları axıdacaqsan. Sən biləcəksən ki, təkcə
sənin Allahın Eloizanı səndən aldı. Təsəvvür edə bilərdinmi ki, hansısa bir adamın
səni mənim ürəyimdən çıxarması mümkündür? Sən düşünə bilərdinmi ki, xeyirxah
və oxumuş Abelyarı Allahdan başqa kimsə qurban getməli olan bir təqsirkara
çevirə bilər? Allah belə böyük işə nail olmaq və ona son qoymaqdan ötəri öz
imkanından istifadə etdi. Sən son məktubunu mənə göndərəndən bir neçə gün
sonra mən qorxulu şəkildə xəstələndim. Həkimlər mənim öləcəyimi güman
edirdilər. Mən özüm də qəti şəkildə ölümümü gözləyirdim. Bu vaxt mənim
əvvəllər daim günahsız görünən ehtirasım gözümdə cinayət kimi göründü. Xatirəm
həyatımın bütün son hərəkətlərini sədaqətlə mənə nümayiş etdirdi və sənə etiraf
edirəm ki, mənim hiss etdiyim ağrı yalnız sənə olan məhəbbətim üçün idi.
İndiyədək mənim uzaqdan gördüyüm ölüm bu vaxt mənə bir günahkara gələn kimi
özünü göstərdi. Mən Allahın qəzəbindən ölümcül qorxmağa başladım. Abelyar,
qısası, ağlımın əzab çəkdiyi bütün peşmançılığı təsəvvür et və o vaxt sən mənim
dəyişilməyimə təəccüblənməyəcəksən.
Mən bu divarlar arasında bağlanandan sonra, bizim bədbəxtliklərimizə
ağlamaqdan başqa heç nə etmirəm. Bu monastır mənim qışqırığıma səs verir və elə
bil ki, bir bədbəxt adam əbədi qul olmağa məhkum edilmişdir, mən günlərimi
kədərlə keçirirəm. Allahın mənim üçün mərhəmətli qaydada nəzərdə tutduğunu
icra etmək əvəzinə, mən ona olan andlarımı pozuram. Mən bu müqəddəs
sığınacağa dəhşətli həbsxana kimi baxıram və Allahın boyunduruğunu iradəmdən
kənar qaydada daşıyıram. Tövbə həyatı ilə özümü təmizə çıxarmaq əvəzinə, mən
öz məhkumluğumu möhkəmləndirirəm. Bu, necə də məhvedicidir. Lakin Abelyar,
Dostları ilə paylaş: |