11
saxlamağı, cümlə üzvlərinin düzgün sıralanması qaydasını, yazılı nitqdə
orfoqrafiya və durğu iĢarələri qaydalarını gözləməyi, sintaktik konstruksiyalardan
istifadə etməyi, sözlərin məna tutumuna görə yerli-yerində iĢlədilməsi məsələlərini
mənimsəməlidirlər. Onlar adi danıĢıq və publisistik üslublarda yazılı və Ģifahi
mətnlər
tərtib etməyi,təsviri və nəqli xarakterli materialların ifadəliliyini
yüksəltməyi, bu üslublara uyğun dil vasitələrindən bacarıqla yararlanmağı
öyrənməlidirlər. Əlbəttə, bunun üçün onlar dərin biliyə, hərtə- rəfli məlumata sahib
olmaqla bu bilik və məlumatları rəvan, aydın, dəqiq, düzgün danıĢmağı və yazmağı
bacarmalıdırlar. Gənclərimiz gözəl danıĢıb-yazmaq qabiliyyətinə yiyələnməklə
yüksək milli-mənəvi keyfiyyətlər nəticəsində mədəni nitqin gözəlliyi, zənginliyi və
düzgünlüyünü mənimsəyə bilərlər. Fənnin öyrənilməsinə bir semestr ərzində 60
saat vaxt ayrılmıĢdır. Fənnin tədrisində məqsəd tələbələrimizə öz fikirlərini yazılı
və Ģifahi formada düzgün, aydın, səlis, canlı və anlaĢıqlı bir Ģəkildə çatdıra bilmək
bacarığı və vərdiĢlərinin yaradılmasına yardımçı olmaqdır. Tədris prosesində nitq
mədəniyyəti anlayıĢı, onun mövzusu, məqsəd və vəzifələri, baĢqa elmlərlə əlaqəsi,
nitqin səciyyəvi cəhətləri, nitqin növləri, mədəni və qeyri-mədəni formaları, nitqin
daxili və xarici keyfiy-yətləri, ədəbi dilin normaları, nitqin üslubları, danıĢıq etikası
və nitq etiketləri kimi baĢlıqlar altında qısaca Ģərh olunmuĢ, hər mövzudan sonra
sual və tapĢırıqlar, praktik çalıĢmalar verilmiĢdir. Fənnin tədrisi prosesində
tələbələrə nitq mədəniyyətinin ayrı-ayrı məsələləri haqqında yığcam məlumat
verilməklə mədəni nitqə yiyələnməyin üsul və vasitələri izaha cəlb olunmuĢ,
onların düzgün və səmərəli istifadə yolları iĢıqlandırılmıĢdır.
Müəllif
NĠTQ MƏDƏNĠYYƏTĠNĠN MÖVZUSU,
MƏQSƏD VƏ VƏZĠFƏLƏRĠ
Nitq mədəniyyəti geniĢ anlayıĢ olub insan mədəniyyətinin çox mühüm tərkib
hissəsi kimi baĢa düĢülür. "Mədəniyyət" sözü dilimizə ərəb dilindən keçmiĢdir,
"Ģəhər" mənasında olan "mədinə" sözündəndir. "Mədəni" sözü də "Ģəhərli"
mənasındadır. Əvvəllər "mədəni" anlayıĢı Ģəhərdən uzaqda yaĢayan, hərəkəti,
davranıĢı, eləcə də danıĢığı, nitq qabiliyyəti hələ formalaĢıb müəyyən ölçüyə,
əndazəyə uyğun olmayan insanlara qarĢı, Ģəhərdə yaĢayanların danıĢığı
bədəvilərin, ucqarlarda yaĢayanların nitqinə qarĢı qoyulurdu. Deməli, uzun
əsrlərdən bəri birgə yaĢayıĢ nəticəsində Ģəhərdə yaĢayanların - Ģəhər adamlarının
hərəkəti, davranıĢı, danıĢığı həyat Ģəraitinə uyğun olaraq daha sürətlə formalaĢıb
ucqarlarda yaĢayanlara nisbətən mədəni hesab olunmuĢdur. Ġndi mədəniyyət
mədəniyyətsizliyə qarĢı deyil, daha mədəni, xalqın kiĢili, qadınlı, böyüklü, kiçikli,
savadlı, savadsız olmasına baxmayaraq hamıya - həm Ģəhərdə, həm də kənddə
yaĢayan bütün adamlara, ictimai və mənəvi həyatda, birgə yaĢayıĢda özünü
nümunəvi göstərənlərin hamısına aiddir. Ona görə də "mədəni" sözü indi: a)
mədəniyyətcə çox inkiĢaf etmiĢ, mədəniyyətin yüksək pilləsində olan; b)
cəmiyyətdə özünü aparma üsullarına, ədəb qaydalarına yaxĢı bələd olan; tərbiyəli;
12
c) mədəniyyətlə bağlı olan mənalarında iĢlənir. "Mədəniyyət" sözü isə: - 1) insan
cəmiyyətinin istehsal sahəsində ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin
məcmusu; 2) hər hansı xalqın müəyyən dövrdə əldə etdiyi belə nailiyyətlərin
səviyyəsi; təsərrüfat və ya zehni fəaliyyətin hər hansı birisinin inkiĢaf səviyyəsi; 3)
savadlılıq, elmlilik, biliklilik, cəmiyyətdə özünü apara bilmə; tərbiyəlilik; mədəni
adamın tələbatına uyğun olan həyat Ģəraitinin məcmusu (3. səh 282-283)
mənalarını əhatə edir. Ġndi təhsilin, elmin, mədəniyyətin inkiĢafı, mətbuatın,
radioteleviziyanın ölkəmizin aranlı, dağlı bütün kənd, qəsəbə və Ģəhərlərində
xalqın gündəlik həyatına, məiĢətinə daxil olması nəticəsində nəinki ədəbi dilimiz,
eləcə də danıĢıq dilimiz kütləviləĢmiĢ, bütün respublikamızda hamının eyni
dərəcədə baĢa düĢdüyü, anladığı rəvan, gözəl, səlis dilə çevrilmiĢdir.Nitq
mədəniyyəti terminini, ümumiyyətlə, mədəniyyət sözü ilə qarıĢdırmaq olmaz.
Ġnsanlar mədəniyyət dedikdə, əsasən, təlim-tədris ocaqlarını, məktəb, klub,
kitabxana, kino-teatrları, tamaĢa salonlarını, tarix-ölkəĢünaslıq muzeylərini,
mədəni sözünü isə təhsilli, tərbiyəli anlamında baĢa düĢürlər. Mədəniyyət sözü
həyatımıza dərindən sirayət etmiĢ, insanın həyat və fəaliyyətinin bütün sahələrini
əhatə edən çox iĢlək anlayıĢ olmuĢdur: müəllim mədəniyyəti, həkim mədəniyyəti,
tələbə mədəniyyəti, səhnə mədəniyyəti, oxu mədəniyyəti, qulaq asma, dinləmə
mədəniyyəti və s; Ģəhər mədəniyyəti, kənd mə-dəniyyəti daha geniĢ mənada
götürülərək konkret yerin - ölkə və ya qitənin adı ilə - Avropa mədəniyyəti,
Amerika mədəniyyəti, ġərq mədəniyyəti, Çin mədəniyyəti və s. deyilir, millətlə
bağlı olaraq alman mədəniyyəti, fransız mədəniyyəti, türk mədəniyyəti anlayıĢları
da mövcuddur. Bu söylədiyimiz anlayıĢlar arasında danıĢıq mədəniyyəti ifadəsi
özünəməxsus yer tutur. DanıĢıq mədəniyyəti bilavasitə insanla bağlı olduğu üçün
yuxarıda sadalanan müəllim mədəniyyəti, Ģagird, tələbə, sürücü, satıcı və baĢqa
peĢə-sənət sahələri ilə bağlı insanların ədəb-ərkan, qanacaq, əxlaq normalarıdaxil
olmaqla danıĢığı nəzərdə tutulur, çünki hər bir insan kiçik yaĢlarından baĢlamıĢ dili
söz tutana qədər danıĢır, yazır, nitq söyləyir, çıxıĢ edir. O öz danıĢıq tərzini
təkmilləĢdirir, nitqini həyatdan, cəmiyyətdən gələn yeni-yeni sözlər hesabına
zənginləĢdirir, baĢqalarından daha yaxĢı danıĢmağa, nitqini eyni dərəcədə gözəl,
ifadəli, rəvan çatdırmağa çalıĢır. DanıĢıq vərdiĢləri formalaĢıb təkmilləĢdikcə
insanın söz ehtiyatı, dilinin lüğət tərkibi artdıqca, müxtəlif yaĢ və peĢə sahibləri ilə
ünsiyyət saxladıqca, özü üçün daha rəvan, səlis, düzgün, dəqiq danıĢanları nümunə
götürərək, qəzetlərdən, jurnallardan, kitablardan oxuduğu və ya eĢitdiyi nitq
nümunələri ilə tanıĢ olduqca, radio-televiziya veriliĢlərinə diqqətlə və maraqla
qulaq asdıqca, dilimizin daxili quruluĢuna, onun incəliklərinə bələdləĢdikcə, o da
öz fikirlərini daha gözəl ifadə etməli olur. Deməli, insan mə-dəniyyətinin ayrılmaz
hissəsi olan nitq mədəniyyəti dil normalarının məcmusu kimi təzahür tapır. Hər bir
insan elə danıĢmalı, nitqini elə qurmalıdır ki, dinləyicilər onu nəinki baĢa düĢməli,
həm də onun danıĢığına həvəslə qulaq asmalı, ondan həzz almalıdırlar. O, bu hal
vərdiĢə çevriləndən, danıĢığının arzu olunduğunu eĢidib biləndən sonra nitqinin
mənalı və məzmunlu olmasına daha diqqətli olacaqdır. Doğrudur, bu heç də asan
baĢa gəlmir, hamıda yaxĢı alınmır, bunun üçün böyüklə böyük, kiçiklə kiçik
dilində danıĢmaq, nə barədə, nə məqsədlə, harada, hansı Ģəraitdə, kiminlə və ya
Dostları ilə paylaş: |