Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə5/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   65

11 
 
saxlamağı,  cümlə  üzvlərinin  düzgün  sıralanması  qaydasını,  yazılı  nitqdə 
orfoqrafiya  və  durğu  iĢarələri  qaydalarını  gözləməyi,  sintaktik  konstruksiyalardan 
istifadə  etməyi,  sözlərin  məna  tutumuna  görə  yerli-yerində  iĢlədilməsi  məsələlərini 
mənimsəməlidirlər.  Onlar  adi  danıĢıq  və  publisistik  üslublarda  yazılı  və  Ģifahi 
mətnlər 
tərtib  etməyi,təsviri  və  nəqli  xarakterli  materialların  ifadəliliyini 
yüksəltməyi,  bu  üslublara  uyğun  dil  vasitələrindən  bacarıqla  yararlanmağı 
öyrənməlidirlər.  Əlbəttə,  bunun  üçün  onlar  dərin  biliyə,  hərtə-  rəfli  məlumata  sahib 
olmaqla bu bilik və məlumatları rəvan, aydın, dəqiq, düzgün danıĢmağı və yazmağı 
bacarmalıdırlar.  Gənclərimiz  gözəl  danıĢıb-yazmaq  qabiliyyətinə  yiyələnməklə 
yüksək  milli-mənəvi  keyfiyyətlər  nəticəsində  mədəni  nitqin  gözəlliyi,  zənginliyi  və 
düzgünlüyünü  mənimsəyə  bilərlər.      Fənnin  öyrənilməsinə  bir  semestr  ərzində  60 
saat  vaxt  ayrılmıĢdır.  Fənnin  tədrisində  məqsəd  tələbələrimizə  öz  fikirlərini  yazılı 
və  Ģifahi  formada  düzgün, aydın, səlis, canlı və anlaĢıqlı bir Ģəkildə çatdıra bilmək 
bacarığı  və  vərdiĢlərinin  yaradılmasına  yardımçı  olmaqdır.  Tədris prosesində nitq 
mədəniyyəti  anlayıĢı,  onun  mövzusu,  məqsəd  və  vəzifələri,  baĢqa  elmlərlə  əlaqəsi, 
nitqin  səciyyəvi  cəhətləri,  nitqin  növləri,  mədəni  və  qeyri-mədəni  formaları,  nitqin 
daxili  və  xarici  keyfiy-yətləri,  ədəbi  dilin  normaları, nitqin üslubları, danıĢıq etikası 
və  nitq  etiketləri  kimi  baĢlıqlar  altında  qısaca  Ģərh  olunmuĢ,  hər  mövzudan  sonra 
sual  və  tapĢırıqlar,  praktik  çalıĢmalar  verilmiĢdir.  Fənnin  tədrisi  prosesində 
tələbələrə  nitq  mədəniyyətinin  ayrı-ayrı  məsələləri  haqqında  yığcam  məlumat 
verilməklə  mədəni  nitqə  yiyələnməyin  üsul  və  vasitələri  izaha  cəlb  olunmuĢ, 
onların düzgün və səmərəli  istifadə  yolları iĢıqlandırılmıĢdır. 
Müəllif 
 
 
NĠTQ MƏDƏNĠYYƏTĠNĠN MÖVZUSU,  
MƏQSƏD VƏ VƏZĠFƏLƏRĠ 
Nitq  mədəniyyəti  geniĢ  anlayıĢ  olub  insan  mədəniyyətinin  çox  mühüm  tərkib 
hissəsi  kimi  baĢa  düĢülür.  "Mədəniyyət"  sözü  dilimizə  ərəb  dilindən  keçmiĢdir, 
"Ģəhər"  mənasında  olan  "mədinə"  sözündəndir.  "Mədəni"  sözü  də  "Ģəhərli" 
mənasındadır.  Əvvəllər  "mədəni"  anlayıĢı  Ģəhərdən  uzaqda  yaĢayan,  hərəkəti, 
davranıĢı,  eləcə  də  danıĢığı,  nitq  qabiliyyəti  hələ  formalaĢıb  müəyyən  ölçüyə, 
əndazəyə  uyğun  olmayan  insanlara  qarĢı,  Ģəhərdə  yaĢayanların  danıĢığı 
bədəvilərin,  ucqarlarda  yaĢayanların  nitqinə  qarĢı  qoyulurdu.  Deməli,  uzun 
əsrlərdən  bəri  birgə  yaĢayıĢ  nəticəsində  Ģəhərdə  yaĢayanların  -  Ģəhər  adamlarının 
hərəkəti,  davranıĢı,  danıĢığı  həyat  Ģəraitinə  uyğun  olaraq  daha  sürətlə  formalaĢıb 
ucqarlarda  yaĢayanlara  nisbətən  mədəni  hesab  olunmuĢdur.  Ġndi  mədəniyyət 
mədəniyyətsizliyə  qarĢı  deyil,  daha  mədəni,  xalqın  kiĢili,  qadınlı,  böyüklü,  kiçikli, 
savadlı,  savadsız  olmasına  baxmayaraq  hamıya  -  həm  Ģəhərdə,  həm  də  kənddə 
yaĢayan  bütün  adamlara,  ictimai  və  mənəvi  həyatda,  birgə  yaĢayıĢda  özünü 
nümunəvi  göstərənlərin  hamısına  aiddir.  Ona  görə  də  "mədəni"  sözü  indi:  a) 
mədəniyyətcə  çox  inkiĢaf  etmiĢ,  mədəniyyətin  yüksək  pilləsində  olan;  b) 
cəmiyyətdə  özünü  aparma  üsullarına,  ədəb  qaydalarına  yaxĢı  bələd  olan;  tərbiyəli; 


12 
 
c)  mədəniyyətlə  bağlı  olan  mənalarında  iĢlənir.  "Mədəniyyət"  sözü  isə:  -  1)  insan 
cəmiyyətinin  istehsal  sahəsində  ictimai  və  mənəvi  həyatda  əldə  etdiyi  nailiyyətlərin 
məcmusu;  2)  hər  hansı  xalqın  müəyyən  dövrdə  əldə  etdiyi  belə  nailiyyətlərin 
səviyyəsi;  təsərrüfat  və  ya  zehni  fəaliyyətin  hər  hansı  birisinin  inkiĢaf  səviyyəsi;  3) 
savadlılıq,  elmlilik,  biliklilik,  cəmiyyətdə  özünü  apara  bilmə;  tərbiyəlilik;  mədəni 
adamın  tələbatına  uyğun  olan  həyat  Ģəraitinin  məcmusu  (3.  səh  282-283) 
mənalarını  əhatə  edir.  Ġndi  təhsilin,  elmin,  mədəniyyətin  inkiĢafı,  mətbuatın, 
radioteleviziyanın  ölkəmizin  aranlı,  dağlı  bütün  kənd,  qəsəbə  və  Ģəhərlərində 
xalqın  gündəlik  həyatına,  məiĢətinə  daxil  olması  nəticəsində  nəinki  ədəbi  dilimiz, 
eləcə  də  danıĢıq  dilimiz  kütləviləĢmiĢ,  bütün  respublikamızda  hamının  eyni 
dərəcədə  baĢa  düĢdüyü,  anladığı  rəvan,  gözəl,  səlis  dilə  çevrilmiĢdir.Nitq 
mədəniyyəti  terminini,  ümumiyyətlə,  mədəniyyət  sözü  ilə  qarıĢdırmaq  olmaz. 
Ġnsanlar  mədəniyyət  dedikdə,  əsasən,  təlim-tədris  ocaqlarını,  məktəb,  klub, 
kitabxana,  kino-teatrları,  tamaĢa  salonlarını,  tarix-ölkəĢünaslıq  muzeylərini, 
mədəni  sözünü  isə  təhsilli,  tərbiyəli  anlamında  baĢa  düĢürlər.  Mədəniyyət  sözü 
həyatımıza  dərindən  sirayət  etmiĢ,  insanın  həyat  və  fəaliyyətinin  bütün  sahələrini 
əhatə  edən  çox  iĢlək  anlayıĢ  olmuĢdur:  müəllim  mədəniyyəti,  həkim  mədəniyyəti, 
tələbə  mədəniyyəti,  səhnə  mədəniyyəti,  oxu  mədəniyyəti,  qulaq  asma,  dinləmə 
mədəniyyəti  və  s;  Ģəhər  mədəniyyəti,  kənd  mə-dəniyyəti  daha  geniĢ  mənada 
götürülərək  konkret  yerin  -  ölkə  və  ya  qitənin  adı  ilə  -  Avropa  mədəniyyəti, 
Amerika  mədəniyyəti,  ġərq  mədəniyyəti,  Çin  mədəniyyəti  və  s.  deyilir,  millətlə 
bağlı  olaraq  alman  mədəniyyəti,  fransız  mədəniyyəti,  türk  mədəniyyəti  anlayıĢları 
da  mövcuddur.  Bu  söylədiyimiz  anlayıĢlar  arasında  danıĢıq  mədəniyyəti  ifadəsi 
özünəməxsus  yer  tutur.  DanıĢıq  mədəniyyəti  bilavasitə  insanla  bağlı  olduğu  üçün 
yuxarıda  sadalanan  müəllim  mədəniyyəti,  Ģagird,  tələbə,  sürücü,  satıcı  və  baĢqa 
peĢə-sənət  sahələri  ilə  bağlı  insanların  ədəb-ərkan,  qanacaq,  əxlaq  normalarıdaxil 
olmaqla danıĢığı nəzərdə tutulur, çünki hər bir insan kiçik yaĢlarından baĢlamıĢ dili 
söz  tutana  qədər  danıĢır,  yazır,  nitq  söyləyir,  çıxıĢ  edir.  O  öz  danıĢıq  tərzini 
təkmilləĢdirir,  nitqini  həyatdan,  cəmiyyətdən  gələn  yeni-yeni  sözlər  hesabına 
zənginləĢdirir,  baĢqalarından  daha  yaxĢı  danıĢmağa,  nitqini  eyni  dərəcədə  gözəl, 
ifadəli,  rəvan  çatdırmağa  çalıĢır.  DanıĢıq  vərdiĢləri  formalaĢıb  təkmilləĢdikcə 
insanın  söz  ehtiyatı,  dilinin  lüğət  tərkibi  artdıqca,  müxtəlif  yaĢ  və  peĢə sahibləri ilə 
ünsiyyət saxladıqca, özü üçün daha rəvan, səlis, düzgün, dəqiq danıĢanları nümunə 
götürərək,  qəzetlərdən,  jurnallardan,  kitablardan  oxuduğu  və  ya  eĢitdiyi  nitq 
nümunələri  ilə  tanıĢ  olduqca,  radio-televiziya  veriliĢlərinə  diqqətlə  və  maraqla 
qulaq  asdıqca,  dilimizin  daxili  quruluĢuna,  onun  incəliklərinə  bələdləĢdikcə,  o  da 
öz  fikirlərini  daha  gözəl  ifadə  etməli  olur.  Deməli,  insan  mə-dəniyyətinin  ayrılmaz 
hissəsi  olan  nitq  mədəniyyəti  dil  normalarının  məcmusu  kimi təzahür tapır. Hər bir 
insan  elə  danıĢmalı,  nitqini  elə  qurmalıdır  ki,  dinləyicilər  onu  nəinki  baĢa  düĢməli, 
həm  də  onun  danıĢığına  həvəslə  qulaq  asmalı,  ondan  həzz  almalıdırlar.  O,  bu  hal 
vərdiĢə  çevriləndən,  danıĢığının  arzu  olunduğunu  eĢidib  biləndən  sonra  nitqinin 
mənalı  və  məzmunlu  olmasına  daha  diqqətli  olacaqdır.  Doğrudur,  bu  heç  də  asan 
baĢa  gəlmir,  hamıda  yaxĢı  alınmır,  bunun  üçün  böyüklə  böyük,  kiçiklə  kiçik 
dilində  danıĢmaq,  nə  barədə,  nə  məqsədlə,  harada,  hansı  Ģəraitdə,  kiminlə  və  ya 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə