İQTİSADİ İNFORMATİKA
________________________76________________________
qədər də maraqlı olmur və nəticədə onlar hesablama
işlərində ümumiyyətlə şübhəli rəqəm sayılan “0”-dan
istifadə etməməyi məsləhət görürlər və hesablama
işlərini qədimdən qalma antiq sistemin köməyi ilə və ya
abakdan istifadə etməklə həyata keçirməyə üstünlük
verirlər. O ərəfədə italiyalı riyaziyyatçı Ceronimo Kardan
(1501-1576-cı illər) “0”-dan
istifadə etmədən kvadrat və
kub tənliklərinin həll edilməsini (hesablama son dərəcə
çətin həyata keçirilsə də belə) nümayiş etdirir. Buna
baxmayaraq, ərəb hesablama sistemindən tacirlər və
bankirlər hesablama aparan zaman geniş istifadə edirlər
və bunun ticarət etmək üçün əvəzsiz sistem olduğunu
yüksək səviyyələrdə dəfələrlə qeyd edirlər. Ərəb
hesablama sisteminin avropa elmində qəti tətbiq
olunması XVIII əsrin başlanğıcına təsadüf edir.
Ərəb dilində “sıfır” sözü boşluğu ifadə edir (sanskrit
sözü olan “sunya”da həmin mənanı verir). XV əsrdə latın
termini “nul” meydana çıxır (nullum – heç bir şey, heç nə
anlamını verir) və buna baxmayaraq “sıfır” sözü XVII
əsrə kimi öz mənasını itirməyir.
Rusiyada da “nul”u ifadə etmək üçün “sıfır”
sözündən istifadə edirdilər. 1703-cü ildə dövrünün
sayılan alimlərindən olan Maqnitski yazdığı “Arifmetika”
əsərində
hesablama
aparmaqdan
ötrü
1,2,3,4,5,6,7,8,9,0 rəqəmlərindən istifadə olunmasndan
söhbət açırdı, amma sonuncu rəqəmin heç bir məna kəsb
etmədiyini də qeyd edirdi.
Vena şəhərində İstanbuldan gətirilmiş XV əsrə aid
əlyazmada yunan rəqəmlərinin (“sıfır”dan istifadə