MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 10 ____________________________
İNFORMASİYA TEXNOLOGİYALARI VƏ
FUNKSİONAL ALTSİSTEMLƏR
İnformasiya
texnologiyaları
dedikdə,
informasiya
proseslərinin reallaşmasını təmin edən infrastruktur nəzərdə
tutulur. İnformasiya texnologiyalarını informasiyanın ötürüldüyü
rabitə kanalları, informasiyanın yığılması, saxlanması, emalı
(işlənməsi, təhlili) və təqdim edlməsi prosedurlarını idarə edən
proqramlar və həmin proqramların icrasını təmin edən
kompüter və digər aparat vasitələri formalaşdırır. İnformasiya
texnoloji səviyyədə verilən kimi iştirak etdiyindən, verilən
informasiya texnologiyasının təşkiledicisi sayılır. İnformasiya
proseslərinin reallaşmasında iştirak edən proqramlaşdırma
dilləri, informasiyanın ötürülməsini reallaşdıran protokollar,
verilənlərin saxlanması və ötürülməsi modelləri və s. kimi
instrumentlər də informasiya texnologiyalarına aid edilir.
Beləliklə, informasiya texnologiyalarının infrastrukturu bir
tərəfdən, aparat-proqram mühiti və telekommunikasiyadan
ibarətdirsə, digər tərəfdən də, informasiya proseslərinin həyata
keçirilməsi instrumentariyasından ibarətdir. Verilənlər isə
infrastrukturun nüvəsini təşkil edir.
İnformasiya texnologiyası adətən standart texnoloji
platformaya, məsələn, ORACLE verilən bazası ilə işləyən HP UX
serverlərində reallaşdırılmış UNİX platformasına əsaslanır.
|