AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU
Akif Nəzərov
MÜASİR TƏLİM
TEXNOLOGİYALARI
(Mühazirə xülasələri)
DƏRS VƏSAİTİ
(Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji
məktəblərin bakalavr pilləsi üçün, habelə magistrlər üçün
nəzərdə tutulmuşdur)
(Vəsait “Müasir təlim texnologiyaları” mövzusunda hazırlanmış
Proqrama uyğun olaraq Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 29.06.2010-cu il tarixli 870 №-li əmrinə müvafiq
olaraq yazılmışdır)
Bakı – 2012
Dərs vəsaiti AMİ-nin Pedaqogika kafedrasında hazırlanmışdır
Müəllif:
Akif Məmmədağa oğlu Nəzərov
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Əməkdar Müəllim
Redaktor:
Rüfət Lətif oğlu Hüseynzadə
Pedaqogika üzrə elmlər doktoru, professor
Əməkdar Müəllim
Rəyçilər:
Akif Nurağa oğlu Abbasov
Pedaqogika üzrə elmlər doktoru, professor
Qabaqcıl Təhsil İşçisi
Ağahüseyn Məmmədhüseyn oğlu Həsənov
Pedaqogika üzrə elmlər doktoru, professor
Əməkdar Müəllim
Mircəfər Mirməsi oğlu Həsənov
Pedaqogika üzrə fəlsəfə doktoru, professor
Əməkdar Müəllim
A.M.Nəzərov. Müasir təlim texnologiyaları. Dərs vəsaiti.
ADPU-nəşriyyatı. Bakı-2012. 103 səh
Pedaqoji texnologiya dedikdə, əvvəlcədən verilmiş xarak-
teristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal
didaktik proseslər başa düşülür. Dərs vəsaitində məsələlərin
açıqlanmasına da məhz bu nöqteyi-nəzərdən yanaşılmışdır.
3
ÖN SÖZ
Hazırkı dövrdə Azərbaycanın təhsil sistemində zəruri
islahatın aparıldığı bir şəraitdə tədris proqramlarının təkmilləş-
dirilməsinə, yeni dərsliklərin yazılmasına böyük ehtiyac duyulur.
Dünyada gedən qloballaşma və Azərbaycan təhsil sisteminin
Avropa təhsil sisteminə inteqrasiyası təhsil sistemində yeni təlim
texnologiyalarından, fəal və interaktiv təlim metodlarından, yeni
texnologiyalardan istifadə edilməsini tələb edir. Bu baxımdan,
“Müasir təlim texnologiyaları” fənni üzrə hazırladığımız dəsr
vəsaiti (mühazirə xülasələri) aktuallığı ilə seçilir.
Bu vəsait “Məktəbəqədər və ibtidai təhsilin pedaqogika və
metodikası”, “Pedaqogika və psixologiya” ixtisasları üzrə təhsilin
bakalavr pilləsi üçün hazırlanmışdır.
Vəsaitdə müasir təhsil metod və texnologiyalardan isti-
fadənin nəzəri və təcrübi məsələlərindən geniş bəhs olunmuşdur.
Burada pedaqoji texnologiyalara tarixi-nəzəri baxış, təlim texno-
logiyaları haqqında anlayış, təlim texnologiyalarının struktur və
funksional komponentləri, təlim texnologiyalarının yaradılması və
tətbiqi prinsipləri, fəal və interaktiv təlim metodları, habelə tər-
biyə texnologiyaları kimi aktual problemlərin təhlilinə xüsusi
diqqət yetirilmişdir.
Pedaqoji texnologiya dedikdə, əvvəlcədən verilmiş xarak-
teristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal
didaktik proseslər başa düşülür. Dərs vəsaitində məsələlərin
açıqlanmasına da məhz bu nöqteyi-nəzərdən yanaşılmışdır.
Həmçinin, vəsaitdə pedaqoji texnologiyalarla təlim pro-
sesinin idarə olunmasına, təlim texnologiyalarnın spesifik əlamət-
lərinə diqqət yetirilmişdir. Ən nəhayət, vəsaitdə nəzərdə tutulmuş
hər bir ayrı-ayrı mövzunun sonunda istifadəsi zəruri sayılan ən
vacib pedaqoji-psixoloji ədəbiyyatın siyahısı verilmişdir.
Dərs vəsaitindən bakalavr təhsili alan tələbələrlə yanaşı
magistrlər, habelə pedaqoji ictimaiyyət də faydalana bilər.
Rüfət Lətif oğlu Hüseynzadə,
Pedaqogika üzrə elmlər doktoru, professor,
Əməkdar Müəllim
4
I MÖVZU
PEDAQOJİ TEXNOLOGİYALARA
TARİXİ-NƏZƏRİ BAXIŞ
PLAN:
1. Təlim və tərbiyənin bəşəriyyətin mədəni fəaliyyətinin
ən qədim növü hesab edilməsi
2. Sivilizasiyanın inkişafı tarixində ilk mədəni inqilab
3. Eramızın bütün əsrlərində təhsil, təlim, tərbiyənin
təkamül və inkişafının əsas vasitəsi hesab edilməsi
4. XX əsr təhsilin insanları peşəkar fəaliyyətə və həyata
hazırlanmasının önə çəkildiyi dövr kimi
5. Hər bir ölkənin özünəməxsus təhsil sistemi, təhsil
siyasəti, təhsil və inkişaf konsepsiyasına malik olması.
Tərbiyə işi insan cəmiyyəti mövcud olan gündən daim
insanların diqqət mərkəzində olmuşdur. Məlumdur ki, ibtidai
icma quruluşu dövründə heç bir məktəb, heç bir təhsil sistemi yox
idi. İnsanlar hamısı bir yerdə müəyyən mağaralara toplaşır, ov-
çuluqla məşğul olur və ehtiyaclarını ödəməyə çalışırdılar. Qul-
darlıq quruluşunda oğlanların tərbiyəsi ilə kişilər, qızların tərbi-
yəsi ilə isə qadınlar məşğul olurdular. Kişilər oğlanlara ov ovla-
mağı öyrədir, qızlar isə mağarada onlara məxsus olan işlərdə
fəaliyyət göstərməklə məşğul olmuşdular. Lakin təlim isə savadla,
yazı ilə əlaqədar olduğu üçün sonralar meydana çıxmışdır.
Sivilizasiyanın inkişafı tarixində ilk mədəni inqilab ya-
zının meydana çıxması ilə yarandı. Çünki yazı meydana çıxandan
sonra savad təlimi yarandı. Müəllimlər şagirdlərə dərs deməyə
başladılar. Həyat inkişaf etdikcə elm, təhsil, savad da inkişaf
etməyə başlayır. Məktəblərin şəbəkəsi genişlənir. Bu məktəblərdə
dünyəvi elmlər və dini elmlər öyrədilməyə başlandı. Qədim
Hindistanda, Çində, Yunanıstanda, Romada təlim və təhsil sahə-
sində olduqca böyük uğurlar və nailiyyətlər əldə edildi. Qədim
Romada və Yunanıstanda Sokrat, Aristotel və Platon kimi dahi
filosoflar öz dövrünün eradan qabaq yaşamış çox görkəmli