lazımdır. Fellərdə idarə əlaqəsi ilk növbədə felin semantik
mənası və təsirli-təsirsiz olmasından asılıdır. Məsələn, qədim
türk yazısı abidələrinin dilində
a l «almaq» feli ilk növbədə
ismin təsirlik halında, sonra isə digər hallarda işlənən sözü,
kəl
«gəlmək» feli əvvəlcə ismin yönlük halında duran sözü idarə
edir. Buna görə də həmin fellərə hansı şəkil, zaman, şəxs və
kəmiyyət göstəricilərinin artırılmasının felin idarə əlaqəsinə heç
bir təsiri yoxdur.
Məlum olduğu kimi, türk dillərində, o cümlədən qədim
türk yazısı abidələrinin dilində fellər bilavasitə obyekt tələb
edib-etməməsinə görə təsirli və təsirsiz fellər deyə iki qrupa
ayrılır: təsirli fellər özündən əvvəl bilavasitə obyekt bildirən
sözün - vasitəsiz tamamlığm işlənməsini tələb etdiyi halda,
təsirsiz fellər özündən əvvəl obyekt bildirən sözün işlənməsini
tələb etmir. Təsirli fellər ismin təsirlik halında duran, təsirsiz
fellər isə ismin yiyəlik halından başqa digər hallarında (yönlük,
istiqamət, yerlik,, yerlik-çıxışlıq, çıxışlıq, alət-birgəlik) duran
sözləri idarə edir. Buna görə də felin şəkil, zaman, şəxs və
kəmiyyət kateqoriyaları onun idarəetmə qabiliyyətinə təsir
gösterə bilmədiyi halda, məna növləri kateqoriyası felin
idarəetmə qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Məlum olduğu kimi, felin növ şəkilçiləri onun təsirli, yaxud
təsirsiz olmasına təsir göstərir: felin məchul, qayıdış və qarşılıq
növləri təsirli fellərdən yaranır və təsirsizləşir; birgəlik və
şəxssiz növləri təsirsiz fellərdən düzəlir və təsirsiz olaraq qalır,
icbar növü təsirli fellərdən əmələ gəlir və fel təsirliliyini
qoruyub saxlayır; təhrik növü təsirsiz fellərdən yaranır və təsirli
felə çevrilir. Növ şəkilçisi qəbul edib təsirsizləşən fellər, təbii
ki, əvvəlki obyekt tələb etmək qabiliyyətini itirir, əksinə, felin
təhrik növ
şəkilçisini qəbul edib təsirliyə çevrilən fel isə obyekt
tələb etmək qabiliyyəti qazanır. Bütün bu çevrilmələr felin
idarəetmə funksiyasına təsir göstərir.
Ümümiyyətlə, təsriflənən fellər qədim türk yazısı
abidələrinin dilində ismin altı halını - yönlük, istiqamət, təsirlik,
yerlik (yaxud, yerlik-çıxışlıq), çıxışlıq və alət-birgəlik hallarını,
habelə qoşmalarla işlənən sözləri idarə edir.
18
Təsirlik halın (vasitəsiz tamamlığm) idarəsi. Qədim türk
yazısı abidələrinin dilində ismin istər müəyyən, istərsə qeyri-
müəyyən təsirlik halında işlənən söz və ya söz birləşməsi
istisnasız olaraq təsirli fellər tərəfindən idarə edilir. Həmin söz
və ya söz birləşmələri cümlənin müəyyən, yaxud qeyri-
müəyyən vasitəsiz tamamlığı vəzifəsində işlənir.
I. Müasir türk dillərində olduğu kimi, qədim türk yazısı
abidələrinin dilində də ismin qeyri-müəyyən təsirlik halında
duran söz heç bir morfoloji əlamət - hal şəkilçisi qəbul etmir,
adlıq halda işlənən sözə bənzəyir, yalnız ifadə etdiyi vəzifəyə
görə adlıq haldakı sözdən fərqlənir: adlıq haldakı söz cümlənin
mübtədası, qeyri-müəyyən təsirlik haldakı söz (qeyri-müəyyən)
vasitəsiz tamamlıq olur. Qeyri- müəyyən təsirlik halda işlənən
söz (qeyri-müəyyən vasitəsiz tamamlıq) təsirli fellər tərəfindən
idarə edilir; məsələn:
Yağru kontukda İdsrə ayığ bilig ança öyür
ermis (KTc S) «Yaxın yerləşdikdən sonra pis əməllər eləcə
öyrədirmiş».
Irak ersər, yablak ağı birür, yağuk ersər, edgü ağı
birür (KTc 7) «Uzaq olsa, pis hədiyyə verir, yaxın olsa, yaxşı
hədiyyə verir».
Mən... tabğaç kağanta bədizçi kəlürtim (KTc
11) «Mən... tabğaç xaqanlığından naxışçı gətirdim».
Bir tümən
ağı, altun, kümüş kərgəksiz kəlürti (KTşm 12) «On min pul,
hədsiz qızıl, gümüş gətirdi».
Yigirmi kün olurıp bu taşka bu
tamka kop Yolığ tigin bilidim (KTcş) «İyirmi gün oturub bu daşa
bu damğam bütünlüklə mən - Yolığ tigin yazdım».
Sab ança
ıdmıs (T 9) «Belə xəbər göndərmiş».
II. Müəyyən təsirlik halda işlənən sözlər cümlənin
müəyyən vasitəsiz tamamlığı vəzüəsini yerinə yetirir. Qədim
türk yazısı abidələrinin dilində müəyyən təsirlik hal
adlara -ığ,
-ig, əvəzliklərə -ı,
-i, -m, -ni, söz birləşmələrinə (ikinci və
üçüncü növ, mürəkkəb və təktərəfli təyin söz birləşmələrinə) -
in, -in şəkilçilərindən birini artırmaqla ifadə edilir.
1.
Müasir türk dillərinin əksəriyyətində təsirlik hal
-ı, -i,-
u,-ü şəkilçisi ilə ifadə edilir. Qədim türk yazısı abidələrinin
dilində isə bu hal əksərən
-ığ, -ig şəkilçisi vasitəsilə düzəlir və
təsirli fellərlə ifadə edilir; məsələn:
Irak bodunığ ança yağıtur
ermis (KTc 5) «Uzaq xalqı eləcə yaxınlaşdırırmış».
Sü süləpən
19
tört buluQdah bodunığ кор almış, кор baz kilmiş, başhğığ
yüküntirmiş, tizligig sökürmüş (KTş 2) «Qoşun çəkib dörd
tərəfdəki xalqı tamamilə almış, tamamilə tabe etmiş, başlını
səcdə etdirmiş, dizlini çökdürmüş».
Nə kağanka isig, küçig birür
mən? (KTş 9) «Hansı xaqana işi, kücü verirəm?»
Tölis, tarduş
bodunığ anta itmiş, yabğuğ, şadığ anta birmiş (KTş 13-14)
«Tölis, tarduş xalqmı onda təşkil etmiş, yabğunu, şadı onda
vermiş» və s.
2. Qədim türk yazısı abidələrinin dilində əvəzliklər
təsirlik halda
-m, -ni şəkilçisi qəbul edir
(m ənyə sən əvəzlikləri
n samiti ilə bitdiyi üçün və qədim türk yazısı abidələrinin
dilində geminat samitlər olmadığı üçün
n səslərindən biri düşür
və hal şəkilçisi
-i kimi qalır) və təsirli fellərlə idarə edilir;
məsələn:
Anı körü ança bilir) (КТ c 13) «Onu görərək eləcə
bilin».
Türkbəglər, bodun, bum esidir) (КТ c 10) «Türk bəyləri,
xalqı bunu eşidin».
Ol iki kisi bar ersər, sini - tabğaçığ ölürtəçi,
...
bini - oğuzığ ölürtəçi (T 10-11) «Nə qədər ki, o iki adam
sağdır, səni - tabğaçı öldürəsidir, ... məni - oğuzu öldürəsidir».
Kaç nət) ersər, bizni ölürtəçi kük (T 29-30) «Necə olursa-olsun,
bizi öldürəcək».
3. Qədim türk yazısı abidələrinin dilində söz birləşmələri
təsirlik halda işlənərkən
-m, -in şəkilçisi qəbul edir, təsirli fellər
tərəfindən idarə edilir və söz birləşməsi bütövlükdə cümlənin
vasitəsiz tamamlığı olur; məsələn:
Sabımın tükəti esidgil (KT c
1) «Nitqimi tükənincə eşit».
Üzə tet)ri basmasar, asra yir
təlinməsər, türk bodun, ilitjin, töriirfin kim artmatı udaçı erti?
(KT ş 22) «Üstdən göylər basmasa, altda yer dəlinməsə, türk
xalqı, elini, qanununu kim dağıda bilərdi?»
Antağınm üçün
igidmiş kağanının sabın almatın yir sayu bardığ (KT c 8-9) «Elə
olduğun üçün (səni) yüksəltmiş xaqanının sözünü almadan yer
boyu getdim».
Ol təgdükdə BayırkunıQ ak adğırığ udlakın sıyu
urtı (KT ş 36) «O döyüşdə Bayırkunun ağ ayğırının budunu
sındırdı».
Yönlük halın idarəsi. Qədim türk yazısı abaidələrinin
dilində ismin yönlük halında işlənən söz ya cümlənin vasitəli
tamamlığı, ya da zaman və yer zərfliyi olur və təsirsiz fel
20
tərəfindən idarə edilir. Təsirsiz fellər qədim türk qəbilələrinin
dilində qoşma ilə işlənən və yönlük halda duran sözləri də idarə
edir; belə sözlər cümlədə ən çox yer zərfliyi vəzifəsini ifadə
edir. Nəhayət, qədim türk yazısı abidələrinin dilində müstəqim
obyekti (vasitəsiz tamamlığı) olan cümlələrdə yönlük halda
duran vasitəli tamamlığın təsirli fellərlə idarəsinə də rast gəlirik.
I.
Yönlük halda işlənən tamamlığın fellə idarəsi. Artıq
deyildiyi kimi, yönlük halda duran sözlər həm təsirli, həm də
təsirsiz fellərlə idarə edilir. Belə sözlər cümlənin vasitəli
tamamlığı olur. Yönlük halda duran söz hərəkətin son nöqtəsini,
istiqamətini, məqsədini bildirdiyi üçün, müasir türk dillərində
olduğu kimi, qədim türk yazısı abidələrinin dilində də hərəki,
dinamik fellər tərəfindən idarə olunur.
Qədim türk yazısı abidələrinin dilində yönlük hal
-ka, -kə,
bəzən isə
-a, -ə, -ya, -yə şəkilçiləri ilə düzəlir. Vasitəli obyekt
bildirən belə sözlər aşağıdakı təsirsiz fellər vasitəsilə idanı
edilir:
1. Hiss, həyəcan bildirən
sığıt «ağlamaq»,
büt/bit «bit
mək»,
amran «sevmək»,
bök «doymaq»,
tod «doymaq»,
kork
«qorxmaq» və s. (ellərlə:
Tefjridəki künkə, yerdəki elimkə
hökmədim (Y 7) «Göydəki günəşdən, yerdəki elimdən doy
madım».
Süçig sabıtp, yımşak ağısıda arturıp üküş, türk bodun,
öltig ((KT c 6) «Şirin sözünə, yumşaq hədiyyəsinə aldanıb, türk
xalqı, çoxluca öldün».
2. Tabelilik bildirən
tap «tapınmaq, inanmaq, sitayiş
etmək»,
yükün «səcdə etmək»,
ud «ardınca getmək»,
uk «tabe
olmaq»,
kör «tabe olmaq» və s. fellərlə; m əsələn:...
anta içrəki
bodun kop rnaQa körür (KT c 2) «... onun içindəki xalqlar
bütünlüklə mənə tabedir».
Kanım, elimkə tapdım (Y 13)
«Xanıma, elimə xidmət etdim».
Kalpn üçün Bilgə Çikşin katuna
tapdım (Y 13) «Atam üçün Bilgə Çikşin xanına xidmət etdim».
Türk bodun Tabğaçqa erti (T 1) «Türk xalqı Tabğaça tabe idi».
...
təgdükin yok üçün kisi balıkda marja ukğalı kəlti (BK ş 28)
«...hücum etmədiyim üçün adamlar
şəhərdən mənə tabe olmağa
gəldi».
21