27
Şəkil 7. Bəzi hеyvаnlаrdа hеmоqlоbin kristаllаrı.
А-аtdа, B-dоnuzdа, V-itdə
ĠĢ üçün lazımdır: Sali hemometri, 0,1 n HCl məhlulu, saf su,
skаrifikаtоr, yod məhlulu, pambıq, sitrat qan və ya qan almaq
üçün heyvan.
ĠĢĠn gediĢi. Sali hemometrinin (şəkil 8) dərəcəli sınaq
şüşəsinin 2 bölgüsünə qədər 0,1 n HCl məhlulu tökülür.
Hemometrin mikropipetinə 20 mm
3
(0,02 ml bölgüsünə
qədər) qan çəkilir. Mikropipetin ucu pambıqla silinir, sonra
dərəcəli sınaq şüşəsindəki xlorid turşusuna salınaraq qan məhlulu-
nun dibinə əlavə edilir, mikropipet xlorid turşusunun üst təmiz
qalmış hissəsi ilə bir neçə dəfə yuyulur.
Sınaq şüşəsindəki qarışıq şüşə çubuq ilə qarışdırılır. Sonra
həmin sınaq şüşəsi 5-10 dəqiqə müddətində hemometrdə yerinə
qoyulur. Bu müddətdə hemoqlobin xlorid turşusu ilə reaksiyaya
girərək hematin-xlorid alınır ki, bu da qarışığa tünd qəhvəyi rəng
verir.
Hematin-xlorid məhlulu olan sınaq şüşəsi hemometrə qoyulur
və qarışığın rəngi standart məhlulların rənginə bərabərləşənə
qədər onun üzərinə damcı-damcı saf su əlavə edilərək qarışdırılır.
Rənglər bərabərləşəndən sonra hesablama aparılır. Hesablama
əgər müayinə aparılan sınaq şüşəsinin üzərindəki rəqəmlər 2-dən,
23-ə qədərdirsə, o zaman qanın şüşədə üst səviyyəsinin yanındakı
rəqəm hemoqlobinin qram faizlə miqdarı olacaqdır.
28
Əgər dərəcəli sınaq şüşəsi üzərindəki rəqəm 10-dan 140-a
qədər olarsa (buna Sali vahidi deyilir) onda həmin rəqəm hemoq-
lobinin vahidlə miqdarını göstərir. Sali vahidini qram faizə çevir-
mək üçün tənasüb qurulmalıdır. Nəzərə almaq lazımdır ki, 100
Sali vahidi 100 ml qanda 16,67 qram hemoqlobinin olmasını
göstərir.
Şəkil 8. Sаli hеmоmеtri:
1-hеmоmеtrin kоrpusu; 2-stаndаrt
məhlullаr; 3-bölgülü sınаq şüşəsi;
4-qаn götürmək üçün pipеt. Sаğ
tərəfdə hеmоmеtrin şkаlаsı (qrаm-
fаizlə – nisbi hеmоqlоbin ədədi)
Məsələ: Fərz edək müayinə olunan qanın durultmadan sonra
dərəcəli sınaq şüşəsində səviyyəsi 80 Sali rəqəminə bərabər
olmuşdur,o zaman
100 - 16,67
80 - X
X=
= 13,33 q% olacaqdır.
Təcrübənin nəticəsi analiz olunaraq dəftərdə qeyd olunur.
29
İnsanda hemoqlоbinin miqdarı sağlam kişidə 13-16 q% (14,5
q%), qadında 12-14 q% (13q%) olur. Alman kimyaçısı Xane Fişer
40 yaşında müstəqil elmi-tədqiqat işi apararaq müəyyən etmişdir
ki, qanın hemoqlobini zülaldan və hemdən ibarətdir. Xane Fişer
1929-cu ildə hemin quruluşunu (strukturunu) müəyyən etmişdir.
1930-cu ildə bu kəşfə görə ona Nobel mükafatı verilmişdir.
Heyvanlarda hemoqlоbinin miqdarı heyvanın növündən,
yaşından, fizioloji vəziyyətindən, dəniz səhtinə nisbətən hündür-
lükdən asılıdır (cədvəl 4).
Laboratoriya iĢi 11.
Hemoqlobinin və onun törəmələrinin spektral müayinəsi.
ĠĢ üçün lazımdır: Spektroskop, saf su, qan, natrium
hidrosulfit kristalı.
Müəyyən məhlulda hemoqlobin və ya onun törəmələrinin
olması onların udulma spektrinə görə təyin edilə bilər.
ĠĢin gediĢi.10 ml saf suya 1-2 damcı qan əlavə edilərək, zəif
hemoqlobin məhlulu hazırlanır. Bu məhluldan spektrin xüsusi
sınaq şüşəsi doldurulub işiq mənbəyi ilə spektraskopun arasına
qoyulur. Spektrin sarı, yaşıl rəngi (DE xətti) arasında görünən iki
nazik udma xətti oksihemoqlobinin spektridir.
Hemoqlobini reduksiya etmək və onun spektrini müşahidə
etmək üçün müayinə olunan məhlula bir neçə natrium hidrosulfit
kristalı salınır. Bundan 3-4 dəqiqə keçmiş həmin məhluldan spek-
trin sarı-yaşıl rəngi üzərində enli tünd zolaq alınır. Bu zolaq re-
duksiya olunmuş hemoqlobinin spektridir.
MÖVZU: QANIN LAXTALANMASI.
Qanın laxtalanma xassəsinin pozulması xəstəlikdir və
hemofiliya adlanır.
Qanın laxtalanması fermentativ–kimyəvi prosesdir və
orqanizm üçün müdafiə əhəmiyyəti vardır. Belə ki, müxtəlif
30
zədələnmələr zamanı orqanizmi çox qan itirməkdən qoruyur.
Qanın laxtalanması plazmada həll olunmuş halda olan
fibrinogenin həll olunmayan fibrinə çevrilməsidir (şəkil 9) və 5
mərhələdən ibarətdir:
1.Tromboplastinin əmələ gəlməsi.
2.Trombinin əmələ gəlməsi.
3.Fibrinin əmələ gəlməsi.
4.Əmələ gəlmiş laxtanın həcmən kiçilməsi.
5.Əmələ gəlmiş laxtanın əriməsi.
MəĢğələyə hazırlaĢmaq üçün suallar.
1.Qanın laxtalanmasının orqanizm üçün əhəmiyyəti.
2.Qanın laxtalanmasının müasir nəzəriyyəsi.
3.Qanın laxtalanmasını zəiflədən, sürətləndirən faktorlar.
4.Qan laxtalandırıcı və əks laxtalandırıcı sistemləri.
5.Qanın laxtalanmasının tənzimi.
6.Müxtəlif heyvanlarda və insanda qanın laxtalanma sürəti.
7.Qanaxmalar zamanı ilk yardım.
Laboratoriya iĢi 12.
Qanın fibrinsizləĢdirilməsi.
Fibrinogeni alınmış qan fibrinsizləĢdirilmiĢ qan adlanır.
Fibrinogen qanın zülalıdır.
ĠĢ üçün lazımdır: heyvan, 50 ml-lik stəkan, çöp dəstəsi, içə-
risinə muncuq salınmış kolba, cərrahi alətlər, tənzif, sınaq
şüşələri, qıf.
ĠĢin gediĢi. Stəkana və içərisinə şüşə muncuq salınmış kol-
baya heyvanın vadaci venasından qan alınır. Kolbadakı qan 10-15
dəqiqə sürətlə çalxalanır. Stəkandakı qan isə çöp dəstəsi ilə
qarışdırılır. Əmələ gələn fibrin lifləri muncuqlara və çöp dəstəsinə
dolaşır. Kolbadakı və stəkandakı qan tənzifdən süzülür və alınan
qan fibrinsiz olur.
Dostları ilə paylaş: |