23
5.Qanın pH-ı və bufer sistemi.
6.Hemoqlobin və onun orqanizmdə rolu.
7.Mioqlоbin və onun orqanizmdə əhəmiyyəti.
8.Qanın osmotik təzyiqi.
9.Qanın onkotik təzyiqi.
10.Homeostaz və onu təmin edən sistemlər
11.Eritrositlərin çökmə sürəti və onun mexanizmi.
12.Müxtəlif heyvanlarda və insanda hemoqlobinin miqdarı.
Laboratoriya iĢi 7.
Müxtəlif maddələrin təsirindən qanın hemolizi
Eritrositlərin parçalanaraq hemoqlobinin xaricə çıxmasına
hemoliz deyilir. Hemoliz - ərimə deməkdir. Hemolizin aşağıdakı
növləri vardır:
1.Mexaniki hemoliz,
2.Kimyəvi hemoliz,
3.Osmotik hemoliz,
4.Bioloji hemoliz.
ĠĢ üçün lazımdır: mikroskop, sınaq şüşələri, ştativ, əşya və
örtük şüşələri, pipet, 0,3%, 0,9%, 3%-li natrium xlor məhlulları,
saf su, 0,1%-li xlorid turşusu məhlulu, ammonyak, Qoryayev
kamerası, sitrat qan.
ĠĢin gediĢi. Nömrələnmiş 5 ədəd sınaq şüşəsi ştativə qoyulur.
Birinci sınaq şüşəsinə 5 ml fizioloji məhlul tökülür; ikinciyə - 5ml
0,3%-li natrium xlor məhlulu; üçüncüyə - 5 ml saf su, dördüncüyə
- 4,5 ml fizioloji məhlul və 0,5 ml ammonyak məhlulu, beşinciyə -
4,5 ml fizioloji məhlul və 0,5 ml 0,1%-li xlorid turşusu məhlulu
tökülür. Sonra hər sınaq şüşəsinə 2 damcı qan əlavə edilib
çalxalanır.
Sınaq şüşələrindəki qarışığa işiqda baxılaraq hansında
hemoliz getməsi (qarışığın şəffaf olması) müəyyən edilir.
24
Cisim şüşəsi üzərinə bir damcı sitrat qan qoyub üzəri örtücü
şüşə ilə örtülür, ona mikroskopun əvvəl kiçik, sonra da böyük
böyüdücü altında baxılır.
Nazik pipetlə örtücü şüşənin altına 1-2 damcı saf su əlavə
edilir və eritrositlərin forması müşahidə edilir. Başqa preparatın
örtücü şüşəsi altına 1-2 damcı 3%-li natrium xlorid məhlulu əlavə
edilib, yenə də eritrositlərin formaları müşahidə edİlİr. Alınan
nətİələr dəftərə yazılır.
Laboratoriya iĢi 8.
Eritrositlərin osmotik davamlılığının (ЕОD) təyini.
ĠĢ üçün lazımdır: 5 ədəd sınaq şüşəsi, pipetlər, fibrinsizləş-
miş və ya sitrat qan, 1%-li natrium xlorid məhlulu, saf su,
senrifuqa.
ĠĢin gediĢi. Müxtəlif konsentrasiyalı natrium xlor məhluları
cədvəldə (cədvəl 3) göstərilən kimi hazırlanır və təcrübə aşağıdakı
sxem üzrə aparılır.
Hər bir sınaq şüşəsinə 5 damcı qan əlavə edilir. Çalxalanır və
2 saata ştativə qoyulur və ya sentrifuqada 15-20 dəqiqə fırladılır.
Hansı sınaq şüşəsində qismən hemoliz getmişsə, o eritrositlərin
minimal davamlılığı, hansında tam hemoliz getmişsə - maksimal
davamlılığı olacaqdır.
Cədvəl 3.
Müxtəlif konsentrasiyalı natrium xlor məhlularının
hаzırlаnmаsı
Məhlullar
Sınaq şüşələrinin №-ləri və
maddələrin ml-lə miqdarı
Qeyd: hansı
konsentrasiyada
eritrositlərin
dağılması müəyyən
edilir.
1
2
3
4
5
1 %-li NaCl məhlulu
1
3
5
7
9
Saf su
9
7
5
3
1
Məhlulun cəmi
miqdarı
10
10
10
10
10
25
Məhlulun
konsentrasiyası
0,1
0,3
0,5
0,7
0,9
Laboratoriya iĢi 9.
Qan zərdabının bufer xassəsinin təyini.
ĠĢ üçün lazımdır: 25 ml-lik iki büret, 4 kiçik stəkan, 1 ml-lik
dərəcəli pipet, 0,1 n xlorid turşusu məhlul, 0,1 n natirum hidroksid
məhlulu, 0,1%-li metiloranj və 0,1%-li fenolftalein məhlulları, saf
su, at və ya inək qanının zərdabı.
ĠĢin gediĢi.
1. Qələvi buferin təyini. Iki stəkan götürülür. Bir stəkana 10
ml saf su, ikinci stəkana 10 ml saf su və 1 ml zərdab tökülür. Hər
bir stəkana 2 damcı metiloranj indikatoru əlavə edilir. Sonra
qarışıq, damcıları saymaqla 0,1 n xlorid turşusu məhlulu ilə
itməyən zəif qırmızı rəng alınana qədər titrlənir. Titrləmə bufer
xassəsi olmayan nəzarət rolu görən sudan başlanmalıdır.
2.Turş buferin təyini. İki təmiz stəkan götürülür. Birinə 10 ml
saf su, ikincisinə isə 10 ml saf su və 1 ml zərdab tökülür. Hər bir
stəkana 2 damcı fenolftalein əlavə edilir və 0,1 n NaCl məhlulu ilə
itməyən cəhrayı rəng alınana qədər titrlənir. Titirləmə nəzarət
məqsədilə su ilə də aparılır.
Laboratoriya iĢi 10.
Qanda hemoqlobinin miqdarının təyini.
Hemoqlobin (HB) mürəkkəb zülaldır və eritrositlərin tərki-
bində olur. Hemoqlobinin 96%-ni qlobin (zülal), 4%-ni hem (bo-
yayıcı maddə) təşkil edir (şəkil 6, 7). Hemoqlobin oksigenin və
karbon qazının daşınmasını təmin edir. Hemoqlobin oksinegeni və
karbon qazını birləşmə halında daşıyır. Oksigen ilə birləşmiş
hemoqlobin oksihemoqlobin (HbO
2
), karbon qazı ilə birləşmiş
hemoqlobin karbohemoqlobin (HbCO
2
), dəm qazı ilə birləşmiş
hemoqlobin karbooksi-hemoqlobin (HbCO) adlanır. Hemoqlоbin
26
dəm qazı ilə asan birləşir. Qanda hemoqlobinin və eritrositlərin
miqdarının azalması qanazlığı xəstəliyinə (anemiya) səbəb olur
(cədvəl 4).
Cədvəl 4.
Müxtəlif hеyvаnlаrın qаnındа hеmоqlоbinin miqdаrı
Hеyvаnın növü
Sаliyə görə
(%)
Tərəddüd
еtməsi
100 ml qаndа
hеmоqlоbinin miqdаrı (q)
Аt
80
50-100
13,6
Qаrаmаl
65
56-74
11,0
Dəvə
90
66-114
15,2
Cаmış
49
28-70
8,3
Kеçi
63
45-81
10,7
Yаk
57
36-78
9,0
Qоyun
68
54-80
11,6
Dоnuz
60
51-99
10,6
It
80
65-95
13,7
Pişik
65
47-83
11,0
Dоvşаn
69
51-87
11,7
Tоyuq
75
51-99
12,7
Qаz
95
80-150
16,1
Şəkil 6. Hеmin kristаllаrı
Dostları ilə paylaş: |