«Дядя Горгуд китабы»нда ат култу
ЯЗИЗХАН TANRIVERДИ
“DЯДЯ-QORQUD KИTABI”NDA
AT KULTU
AMEA Folklor İnstitutu Elmi
şurasının qərarı ilə nəşr olunur
– 2012
Bakı – 2012
«Дядя Горгуд китабы»нда ат кулtу
2
Redaktor: Muxtar KAZIMOĞLU
filologiya elmləri doktoru, professor
Rəyçilər: Ramazan QAFARLI
filologiya elmləri doktoru, professor
İbrahim BAYRAMOV
filologiya elmləri doktoru, professor
İlham ABBASOV
Язизхан Tanrыverdi
.
“Dədə Qorqud kitabı”nda at
kultu”. Bakı, “Nurlan”, 2012, 143 səh.
“Dədə Qorqud kitabı”nda at kultu filologiya elmləri doktoru, profes-
sor Əzizxan Tanrıverdinin “Dədə Qorqud”un dilinə həsr etdiyi beşinci kita-
bıdır. Monoqrafiyada “Dədə Qorqud kitabı”ndakı at kultu tarixi-linqvistik
müstəvidə tədqiq edilir. Türk-Oğuz cəmiyyətində ata münasibət, at oğuldur,
at qardaşdır, at xilaskardır, at qəhrəmandan üstündür kimi məsələlər təkcə
“Kitab” yox, həm də digər mənbələr kontekstində araşdırılır.
Kitab tələbələr, elmi işçilər, eləcə də “Kitab”ın dili ilə maraqlanan-
lar üçün yazılıb.
“Nurlan”, 2012
Ə.Tanrıverdi, 2012
«Дядя Горгуд китабы»нда ат кулtу
4
“KİTABİ-DƏDƏ QORQUD” EPOSUNDAKI
AT KULTUNUN SİRRİNİ AÇAN BÖYÜK
ALİM VƏ VƏTƏNDAŞ
Adətən, bədii əsər insanı duyğulandırır. Lakin at kultu haq-
qında yenicə yazılmış bir elmi kitabı oxuduqca düşündüm, ruhum
titrədi və xəyalım məni uzaqlara apardı...
At çox qədim zamanlarda rəmzləşdirilən heyvanlardan
biridir, öküzlə müqayisədə daha geniş əhatə dairəsinə malikdir
və həyat gücünü, hətta ölünün (cəsədin) canlandırılmasını bildi-
rirdi. Təsadüfi deyil ki, buzlaşma çağının mağara mədəniyyətin-
də qayaüstü rəssamlığın əsas mövzusunu məhz öküzlər və vəhşi
atlar təşkil etmişdir. A.Lerua-Quran belə hesab edir ki, tari-
xəqədərki rəssamlıqda hər iki heyvan dualistik görüşləri əks
etdirir: işıq-qaranlıq, gecə-gündüz, od-su, isti-soyuq, xeyir-şər,
ölüm – həyat. Bu qarşılaşmaya aid xüsusiyyətlər Azərbaycan
türklərinin də ilkin mifoloji təsəvvürlərində, folklor, qədim yazılı
ədəbiyyat qaynaqlarında öz izlərini qoruyub saxlamışdır. Təkcə
Koroğlunun atının dərya suyu, od, işıq, zülmətlə əlaqələnməsini
xatırlamaq kifayətdir. Yunanlardakı insan-at sintezi - kentavrlar
da dualizmin (şüurlu-şüursuz, ölüm-həyat) simvollaşmasıdır. Mi-
foloji görüşlərdə iki aləm arasında əlaqə, əsasən, atlar vasitəsi
ilə mümkün idi.
Tarixə bəllidir ki, oturaq həyat sürən xalqları köçəri atlı
tayfalar narahat etməyə başlayandan sonra min il ərzində Şərqi
Avropa və Mərkəzi Asiyada da atlar əhliləşdirilmişdir. Beləliklə,
ən əski zamanlarda bu sirli heyvan çox hallarda ölülər aləmi ilə
əlaqələndirilmiş və dünyasını dəyişənlər üçün atlar qurban kəsil-
mişdir. Cəsədin at dərisinə bükülərək basdırılması adətinin də
əsasında həmin inam dayanmışdır. At qurbankəsmə ritualının
Qafqazda – Azərbaycanda icra edilməsi barədə tarixin atası He-
redot və alban tarixçisi M.Kalankatuklu da məlumat vermişdir.
Язизхан Танрыверди
5
Sonralar bərk qaçması, aralıq yerləri tullanaraq aşması atı
bir rəmz kimi göylərə qaldırmış, birbaşa günəşlə əlaqələndiril-
miş və günəş arabasına qoşulan heyvan olaraq təqdim edilmiş-
dir. Atın rəmzləşməsində uzun müddət ikili xüsusiyyəti diqqət
mərkəzində saxlanılmış, bir tərəfdən, işıq saçan ağ at Xızırın,
Həzrət Əlinin xılaskarlıq, qəyyumçuluq funksiyasında əsas vasi-
təçi rolunu daşımış, digər tərəfdən isə qara rəngə bürünüb zül-
mətdə qanad açaraq fantastik sürətliliyin, sakral gücün (uzaq
məsafəni bir göz qırpımında qət etməklə) daşıyıcısına çevrilmiş-
dir.
Atın döyüş və qələbə simvoluna çevrilməsi də müşahidə
olunur. Nəhayət, şəxsləndirilən atlar müdrikliyi, uzaqgörənliyi
ilə diqqəti cəlb etmiş, sahibinə gələcək hadisələr barədə xeyirxah
xəbərlər vermişdir. İnanclarda atın baş skletinin çəpərlərə san-
cılması adətinə bu gün də bəzi kəndlərdə rast gəlirik, guya bu
halda şərin, bədbəxt hadisələrin qarşısı alınır. Yuxuyozumda at
murada çatmaqdır.Yunanlarda isə at dırnağı bərəkət, bolluq,
firavanlıq və nemət kimi mənalan-dırılır. Bir çox xalqlarda, elə-
cə də Azərbaycan türklərində xoşbəxtlik gətirən talisman kimi at
nalını qapının üstündən asırlar. Təkcə Xristian inancında ata bü-
tün hallarda mənfi münasibət müşahidə olunur. İoan Boqoslovun
açıqlamasında deyilir ki, dünyada 4 növ at vardır:
Ağ at - fəlakət, müsibət və taun,
Kürən at – müharibə,
Qara at – aclıq,
Solğun at – ölümdür
1
.
Göründüyü kimi, digər inanclardan fərqli olaraq xristian-
lıqda at rəmzləşəndə ancaq mənfilikləri ifadə edir.
Atı küləyin rəmzi kimi götürüb qadının ehtiraslılığı, şəhvəti
ilə də əlaqələndirirlər. Alman saqalarında sərt küləkdə gəzib-
1
Энциклопедия символы, знаки, эмблемы. – Москва, Издательство
Астрель, АСТ, 2004, стр. 249.
Dostları ilə paylaş: |