Hüseyn Saraçlı
18
XOġ GƏLĠB
Hüseyn Arifə
Elimin, obamın cavan şairi,
Qədəm basıb bizim elə xoş gəlib.
Qəlbində yüz arzu, dilində yüz söz,
Könül salıb gümüş telə, xoş gəlib.
Ruhunda duyuruq Vurğun ətrini,
Sazın da, sözün də bilər qədrini.
Düzüb dəstə-dəstə şeir çətrini,
Müştaq olub şirin dilə, xoş gəlib.
Saraçlının sazı deyər hünərdən,
İlham alar hər açılan səhərdən.
Şair könlü qanadlanıb şəhərdən,
Borçalıya gülə-gülə xoş gəlib.
Nəğməli sinəmdə yüz dastan yatır
19
MƏHƏMMƏD
Yaxşı insan gördüm mən Qarabağda,
Kababçı işləyir – adı Məhəmməd.
Ayırmır qardaşı, nə də qohumu,
Əziz tutur dostu, yadı Məhəmməd.
Aydındır mətləbin, imanın, dinin,
Xoş keçsin həmişə ömürün, günün.
Nə qədər oğlu var Malbinəsinin,
Ola bilməz hər övladı Məhəmməd.
Hayıf olsun, obanızda qalmadım,
“Kərəmi”ni, “Dilqəmi”ni çalmadım.
Özüm Saraçlıyam, Hüseyndi adım,
Sönməz bu ülfətin odu, Məhəmməd.
Hüseyn Saraçlı
20
XINDI
(Zarafatyana)
AĢıq Xındı Məmmədin damına su dolur,
toyuq-cücələrin hamısı boğulur.
Eşitdim dərdini, halına yandım,
Qırılıb dövlətin, bad olub, Xındı!
Qonşular eşidib dada yetməyib,
Qohumlar nə yaman yad olub, Xındı!
Hinduşqan çox oldu, xətir görmədin,
Evində bişirib bir kef sürmədin.
Dəllək Abdullaya borcsa vermədin,
Bax, elə damına su dolub, Xındı!
Leşləri üst-üstə yığıb sayıbsan,
Ağı deyib, baş-gözünə döyübsən.
Köməyə gələni niyə söyübsən,
Onlar da sevinib, şad olub, Xındı!
Nə günah var dağın, çölün selində,
Dastan oldun Borçalının elində.
Bircə dənə qalıb damın belində,
O da ki, canına od olub, Xındı!
İnsafmı, Saraçlı sazda çalmaya?
Bu söhbəti dildən-dilə salmaya.
Otuz beş hindoydan biri qalmaya,
Kim udub, söylə, kim mat olub, Xındı!
Nəğməli sinəmdə yüz dastan yatır
21
BIĞLARIM
Mənə dedilər ki, niyə baĢın ağarıb, bığın ağarmayıb. Dedim:
“Ə, ağlın olsun, insan anadan olanda baĢı tüklü olur. On səkkiz-
iyirmi il sonra bığı çıxır. Beləcə də gec ağarmalıdı bığlar da...”
Baş da, saç da bizə irsi-mirasdı,
Öz gücünü başdan alır bığlarım.
Başım kimi qeylü-qala düşməyib,
Ona görə cavan qalıb bığlarım.
Ərşi-gürşü, yeri-göyü baş bilər,
Bu dünyada hər bir şeyi baş bilər.
Qoca aşıq bığı saçdan baş bilər,
Çox bığsıza bir dərd olub bığlarım.
Dedilər ki, bel büküldü, ay haray,
Ay Saraçlı, diş töküldü, ay haray.
Elə bildim düşmən güldü, ay haray,
Sən deməynən bir tük salıb bığlarım.
Hüseyn Saraçlı
22
QƏDĠRĠN
Dəllər (MuĢevan) kəndindən olan dostum Çoban Qədirə
İtirmərəm hörmətini heç zaman,
Görüm ki, var olsun özü Qədirin.
Dosta səxavəti vardı əzəldən,
Həmişə ağ olsun üzü Qədirin.
Binəsini qurub dağlar belində,
Yatağı var Babakərin çölündə.
Borçalı var yurdunda, Dəllər elində,
Üzünə xoş gəlsin yazı Qədirin.
Ömür yoldaşının əsli-zatı var,
Xisləti gözəldi, mərifəti var.
Qonağa, qohuma çox hörməti var,
Yaşasın oğulu, qızı Qədirin.
Saraçlıyam, çox obalar gəzmişəm,
Dərd əhliyəm, hər əzaba dözmüşəm.
Yaxşıya, yamana şeir yazmışam,
Könlümün ən şirin sözü Qədirin.
Nəğməli sinəmdə yüz dastan yatır
23
GÖRÜNMƏZ
Narınc Xatun, gəzdim Muğan elini,
Siz tərəfin qışda qarı görünməz.
Bizim yerin şiş dağları vüqarlı,
O yerlərin yaylaqları görünməz.
Vədə versəm, vədəsində gələrəm,
Dostlarımın əhvalını bilərəm.
Məclislərdə şadlanaram, gülərəm,
Ürəyimin rüzigarı görünməz.
Yaranışdan vurğunuyam elimin,
Ətir saçan çiçəyimin, gülümün.
Sevən gündən əzbəridi dilimin –
Saraçlının nazlı yarı görünməz.
Hüseyn Saraçlı
24
ĠLK ġƏYĠRDĠMƏ
Namən gəlib çatdı mənə, ay oğul,
Cəhd eləsən, o muraza çatarsan.
Sazın-sözün pərvanəsi olarsan,
Yana-yana güllü yaza çatarsan.
Öz-özünə barışanda, küsəndə,
Söz üstündə yarpaq kimi əsəndə,
Nadanlarnan haqq-salamı kəsəndə,
İmran dilli telli saza çatarsan.
Saraçlıyam, sözüm haqdı binadan,
Gözəllərdi ürəyimi qanadan.
Ey südəmmiş oğul olsan anadan,
Bülbül kimi xoş avaza çatarsan.
Nəğməli sinəmdə yüz dastan yatır
25
OLMAZ-OLMAZ
Halal tut mayanı həmişə, oğul,
Haramlığnan dövlət-mal olmaz-olmaz.
Əyər əyri baxsan özgə malına,
Boş qalar pətəyin, bal olmaz-olmaz.
Mərifətnən giriş tutduğun işə,
Söz gərək ağzından çıxmamış bişə.
Bağında gül-çiçək bitsin həmişə,
Tikən yarpağından gül olmaz-olmaz.
İbrət götür Saraçlının sözündən,
Müxənnətlər düşər elin gözündən.
Pəhləvan olsan da, demə özündən,
Hər güləşən Rüstəm-Zal olmaz-olmaz.
Dostları ilə paylaş: |