Nəğməli sinəmdə yüz dastan yatır
291
Ələhvər saza baxdı, gözünnən yaş gəldi.
– Deməh, Avdılla qardaş, o sazı
birdə çalajam, hə?!
Birdən Avdıllanın ağlına gəldi ki, gəl elə bunu əyri sarı, əyri
pitsin. Amma tez də ürəyində dedi, yüz elə qızıl da olsa,
müxənnətdih elləmərəm.
Ələhvər inildiyif oğlunu çağırdı:
– Oğul, Teymur.
– Bəli, ata, nə buyurursan?
– A, bala gəl bir o sazı endir. Köhlə, bir az çal, sinəmə üç
kəlmə söz gəldi, dəəjəm.
Aldı Ələhvər görəh nə dedi:
Gəl sana söylüyüm, Avdılla kişi,
Qırılıfdı qolum, əl hayıf oldu.
Qaçmax olmaz, qəza gəldi başıma,
Daa dəəmmərəm, dil hayıf oldu.
Elə bil ki, bağladılar gözümü,
Çaşdım yolu, həm itirdim izimi.
İnnən belə çalammaram sazımı,
Yas tutufdu sazım, tel hayıf oldu.
Bu dedihcə oğul-uşaq ağladı. Avdılla kişi də ağladı. Amma
hərdən deyirdi:
Ələhvər qardaş, qorxma sağaldajam. Ələhvər də
dərinnən ah çəkif, axırıncı bəndi görəh nə təəri dedi:
Aman təbib, sən bilirsən halımı,
Ələhvərəm, istiyirəm ölümü.
Yaxşı dostdar gözdüyüllər yolumu,
Ayrıldım məclisdən, əl hayıf oldu.
– Ah, Avdılla qardaş, görəydim bir də o sazı çalajammı,
yoxsa öləjəmmi. Sazdan ayrıldımmı, çox yaşasam, beş-altı
ay...ölüf gedəjəm.
Hüseyn Saraçlı
292
– Ə, Ələhvər qardaş, bir savr elə, gör nə deyirəm. Mana da
qulağ as. Oğul, Teymur, sazı bəri tut, mən də oxuyajam. Ələhvər
elə bilir ki, mən oxumax bilmirəm.
Aldı Avdılla kişi:
Aşıx qardaş, savırlı ol hələlih,
Qorxmaynan mən tez qurtarram qolunu.
Qoy
kor olsun xain tüşmənin gözü,
Görüm fələh vursun, qırsın belini.
Arvad-uşax hamsı bir yerdən, maşallah, amin, – dedilər.
Məclislərdə mən görəndə boyunu,
Qurvan kəsif, oğul-uşax soyunu,
Sən çalarsan o Qasımın toyunu,
Lal edəjəm tüşmənnərin dilini.
Yenə oğul-uşax, amin dedi.
Eşit indi Avdıllanın sözünü,
İnan, sana söylüyəjəm düzünü.
Qurtarmışam bu sınıqdan yüzünü,
Şad
eylərəm sənin ova, elini.
Saznan dediyi kimi Avdılla söznən də dedi:
– Ələhvər qardaş, yaqın bil ki, əyər qurtarmasam, gözüyün
qavaanda bu əllərimi götüyün üstə qoyuf baltıynan kəsəjəm.
Kişiyə ürəh-dirəh verif, təzədən qoluna yaxşı məlhəm qoydu,
sarıdı. Nə qədər minnət ellədilər, daa oturmadı, gejəynən öynə
qayıtdı...
Savax tezdən qızıl kisəsini götürüf Qaranın öynə aparıf
dedi:
Nəğməli sinəmdə yüz dastan yatır
293
– Aşıx Qara, buyur amanatını. Mən belə iş bajara bilmərəm.
O ilan sümüyüdü, mən onu yəəmmərəm. Elə bil üstünnən dağ
götürüldü, rahat öyə gəldi.
– Arvad, –dedi, – halal əməyimiz hamsınnan yaxşıdı.
Başdadı iki günnən bir Ələhvərin qoluna baxmağa. Günü-günnən
sınıx yaxşılandı. Yazın axırına kimi təmiz qurtardı. Payız gəldi,
toylar başdandı. Əli də saza yatdı. Bir də eşitdi ki, Avdılla kişinin
oğlu Qasım qonşusu Alı kişinin qızını istiyir. Arvadına dedi:
– Arvad, Avdılla mənim qolumu qurtardı. İndiyənə kimi
ona bir hörmət eləməmişih. Sandığı aç, min manat qızıl pul gəti.
– Oğul, Teymur, sən də o burux erkəhlərdən altı dənə
yaxşısını seç, bir də o iki doğmuş inəyi, buzoylu-zaddı qavaxla
gedəh Avdıllanın öynə.
Köhnə dost kimi haynan-küynən görüşdülər.
– Ə, Avdılla qardaş, eşitmişəm, oğlun Alı kişinin qızını
istəyir. Bə niyə tərpənmirsən? İndiyənətən sana heç nə
verməmişəm. O ki, qolumu qurtardın, hələlih bunnarı gətirmişəm,
qavıl elə. Dur, özün də gedəh qızın toyunu danışax.
Qalxıf getdilər. Qızın atasını razı saldılar.
Bəli, payızın oğlan vaxtıydı, hər şeyin bol vaxtıydı. Uğurru
gün seçdilər. Ələhvərin külfəti oğullu-uşaxlı toya gəldilər.
Ələhvər istədiyi dosdarının da hamsına xavar verdi ki, mənim
xətrimə buyurun, Avdılla kişinin oğlunun toyuna gəlin. Murtuz
bəydən də özü xahiş ellədi ki, dostdarını da çağırsın, Murtuz bəy
də səxavətdi adamıydı. Beş erkəh, bir çöngə də o, pay verdi. Üç
gün, üç gejə qonşu kənddərdən qonaxlar gəldi. Ələhvər də sazı
sinəsinə basıf, meydanda çalıf-çağırdı. Qasım baxdıqca peşman
oldu ki, əyə, mən atama niyə elə söz deyirdim, doğrudan da, belə
barmaxları kəsməh olardımı. Bir də atasının dediyi söz yadına
tüşdü: Ay mənnən oluf mana oxşamıyan. Rədd ol gözümün
qavağından. Ələhvər çalıf-çağırdıxca Avdılla kişi söyündüyünnən
ağlıyırdı.
Murtuz bəy sədri-məclis idi. Dedi:
– Ə, Avdılla kişi, belə gündə də adam ağlıyarmı?
Hüseyn Saraçlı
294
– Bəy sağ olsun, bilmirsən, mən niyə ağlıyıram.
– Niyə ağlıyırsan ki?
– Vallah, söyündüyümnən ağlıyıram ki, nəəxşı aşıx
Ələhvərin qolunu qurtardım. O mənim ömrümü uzatdı.
– Eyvallah, Avdılla kişi!
Hamı Avdıllıya sağ ol dedi. Yaxşı yeyif-içif kef ellədilər.
Axşam gəlini köçürüf, müvərəhlədilər. Qasımın sağdışı Aşıx
Ələhvərin oğlu Teymur, yengəsi də qızı Durna xanım oldu.
Bu dəm-dəstgahı aşıx Qara eşidif dedi ki, bu sir açılajax,
böyüh tuşmançılıx olajax. Daa mən burda qala
bilmərəm, burdan
köçdü.
Ustaddara rəhmət, sizə də can sağlığı.
Nəğməli sinəmdə yüz dastan yatır
295
QARAVƏLLĠLƏR
KEÇƏLNƏN KOSA
Bir qarının bir keçəl oğlu varıydı. Bunnarın bircə put taxılı
qalmışdı. Qarı dedi:
– Oğul, apar, bu dəni dəərməndə üyüt. Amma deyillər kosa
dəərmənçi xalxın ununnan kömbə salıf yeyir. Ehtiyatdı ol.
Keçəl dedi:
– Nənə, qorxma, keçəlin bu çalğalı başı ölüf ki, ona un verə, o
da kömbə sala.
– Axır ki, tafşırram, oğul, yadında saxla.
Keçəl dəni götürüf getdi dəərmənə....
– Ay dəərnənçi, ay dəərmənçi, dəərmənin novatdımı?
– Ayə, novat olmuyanda nədi, bəri gəl. Daşı da çişəmişəm, bu
saat elə halıdı ki....
Kosa dəərmənçi suyu açdı, dəni üyütməyə başladı. Sonra dedi:
– Keçəl qardaş, yaman ajam, nağayrax, gəlsən, bir kömbə salax.
Amma belə şərt kəsəx: ya un sənnən, urva mənnən, ya da urva
sənnən, un mənnən. Hasına razısan?
Keçəl fikirrəşdi ki, urvuya az gedər. Dedi:
– Un sənnən, urva mənnən.
Kosa dəhnənin qırağında bir az xamır qatdı. Dedi:
– Ay keçəl, xamır suyux oldu, urva gəti. Böyürdən də su gənə
tökdü: – Ayə, suyux oldu, urva gəti. Un tök, su tök. Axırda daş
çınıldadı tüşdü – dən də qurtardı, un da.... Keçəl ürəyində: Vay, –
dedi, – nənəm yaxşı demişdi, sözünə baxmadım.
– Ay keçəl, tez ol, ojaq qala.
Ojax qaladılar. Kosa bir kömbə saldı ki, üstündə bir boyundu-
ruxlu comuş hərrənərdi.
Kosa dedi:
– Aya, a keçəl, indi hərəmiz bir yalan danışajıyıx, kimin yalanı
quyruxsuz olsa kömbə onundu.
İstəyirdi ki, kömbüyü də özü yesin. Keçəl dedi:
Hüseyn Saraçlı
296
– Kosa qardaş, qavaxça sən danış, görəh nə danışajaxsan, sonrra
da mən.
Kosa dedi:
– Yaxşı, onda qulaq as. Bir il Ağrı dağının başında bostan
əhmişdim. Bir tağ uzanıf Arazı keçmişdi. Sən deməynən içində bir
qarpız o qədər yekələnif ki, üstünnən körpü kimi gəlif-gedirik, hələ
qəflə-qatır da keçirdi. Bir dönüş yaman yağmışdı, körpü surçax-
lamışdı. Bostannan gəlirdim. Birdən əəyğim sürüşdü. Sən deməynən
suyun içində qarpızın böyrü ilənifmiş. Əəyğim o ilənmiş yerdən
içəri tüşdü. Qarpızın içinnən xeyli getdim. Qavağımnan bir kişi
gəldi. Salamlaşdıx. Dedim:
–
Ə, nəəzirsən bu qarpızın içində.
Dedi:
– Kosa qardaş, yeddi qatar dəvə itirmişəm, tapammıram. Bu da
mənim danışdığım quyruxsuz yalan.
Keçəl dedi:
– Kosa qardaş, qurtardınmı.
Dedi:
– Qurtardım.
– İndi
qulaq as, mən danışım.
– Ayə, lələyin goru haqqı doğru deyirsən, bir gün sənin bosta-
nına mən də getmişdim. Elə həmən körpüyü gördüm. Bir xurçun da
qarpız, yemiş dolduruf gəlirdim. O gün yaman da yağmışdı. Gəldim,
gördüm köpüyü də sel aparıf. Fikirləşdim ki, Arazı nətəəri keçim.
Oana-buana baxdım, gördüm baldırı qırıx bir örümçəh var, onu tutuf
xurçunu belinə aşırdım, özüm də minif Arazı keçdim. Bilmirəm
örümçəh suyamı, yükəmi dayanmadı, yıxılıf öldü. Baxdım qarnı çox
yekədi. Dedim, bunun qarnını yarım, görüm nə var. Pıçağı çıxardıf
qarnını yardım. Qarnınnan bir comuş çıxdı. Comuşun qarnını yar-
dım, bir dəvə çıxdı. Dəvənin qarnını yardım, bir fil çıxdı. Filin qar-
nını yardım, bir tülkü çıxdı. Tülkünün qarnını yardım, bir parça ka-
ğız çıxdı. Gördüm kağızda yazılıf ki, kosa qələt eləyir, kömbə
keçəlindi. Keçəl bunu dəən kimi kömbüyü götürüf düzəldi öyə.
Kosa dedi:
– Yaxşı ellədi, onunku mənimkinnən quyruxsuz oldu.
Nəğməli sinəmdə yüz dastan yatır
297
DƏVƏ, TÜLKÜ, BĠR DƏ KEÇĠ
Bir dəvə, bir keçi, bir də tülkü yol gedirdilər. Özdəri də yaman
ajmışdılar. Baxdılar ki, yerə bir çörəh tüşüf. Dəvə dedi:
Bunu bölsək, heç kimə çatmıyajax, gənə aj qalajıyıx. Uşaxlar,
gəlin kimin yaşı çoxdusa, çörəyi o yesin.
Keçi dedi:
– Vallax, Nuhun gəmisi hazır olanda, siftə içinə mən sıçrıyıb
minmişəm.
Dəvə dedi:
– Həə, xeyli yaşın varıymış. Tülkü qardaş, indi sən de görəh
neçə yaşın olar?
Tülkü dedi:
– Dəvə qağa, gör keçi nə danışır. Hazır gəminin içinə kim olsa
minərdi. Gəminin taxtaları vurulanda, əmim oğlu çaqqalnan orda
işdəmişik. Atam taxtaları rəndələyif vururdu. Koraları da mən verir-
dim. Lələm də maa deyirdi ki, oğul, yaxşı işdə, gəmiyi tez qurtarıf
səni əyləndirəjəm. Özü də gərəh Şirin qızını alam, Asdan da
qaynatan olsun.
Dəvə gördü ki, bunnar haralardan danışır. Çörəyi ağzına salıf
dedi:
– Sizin deməyizdən, mən dünənki uşağammı? Görün onda
mənim neçə yaşım olar?
TƏHNƏ DƏ QALAYLANARMI?
Ər-arvad iyirmi ildi ki, bir yerdə yaşayırdılar. Bir gün arvad
dedi:
– A kişi, bu iyirmi ildə heç mənim sözümə baxıfsanmı? Kişi
dedi:
– Yox.
– Bircə gün də mənim sözümə bax, noolar?
– Baş üstə, arvad. Savaxdan sənin qulluğunduyam, nə isdəsən
eliyəjəm.
Hüseyn Saraçlı
298
– Onda and iç!
– Lələmin urfu haqqı.
– Cijiyin urfuna da and iç.
– Cijimin urfu haqqı. Qurtardıxmı?
- Yox, qurtarmamışıx, kəfinimizə də and iç.
Kişi and içdi. Axşam danışdılar, yatdılar, savax açıldı.
– A kişi, büyün harya eedəssən?
– Kola eetmək istiyirəm.
–
Bə axşam nə danışdıx.
–
Hə, arvad, bağışda, harya eedim, de.
–
Apar təhnəmizi qalaylat.
– Təhnə qalaylnamaz.
– And içifsən.
Kişi təhniyi qonşudakı qalayçıya apardı.
– Ay qalayçı, bu təhniyi qalayla.
– A kişi, dəlisənmi, təhnə də qalaylanarmı? Başına havamı gəlif?
– Büyün arvadın əmrindəyəm, qalayla deyirəm saa.
– Qalaylıya bilmərəm, təhnə yanar.
Gördü qalaylamır, qalayçının başını qoltuğuna alıf bərk sıxdı.
Qalayçı gördü gözü çıxır, dedi:
– Ayə, yavaş, burax, qalaylıyajam.
Qalayçı təhniyi ojağa qoyuf, görüyü basdı. Qonşu arvad xəngəl
pişirirdi, kökürün sapı divinnən qopdu. Ərinə dedi:
– A kişi, apar bunu qalayçıya ver, sapını yerinə yapışdırsın. Kişi
qalayçının yanına gəlif dedi:
– Ay qalayçı, bu köykeren qulpunu düzəlt.
– Ayə, görmürsən, iş görürəm.
– Nə iş görürsən, ə?
Kişi belə baxıb
gördü ki, təhnə görüyün üstündə tüstülənir.
– Ayə, nağayrırsan, təhnə tüstülənir.
– Qalaylıyıram, nağayrajam.
– Ə, başına atmı təpif, təhnə də qalaylanarmı?
Qalayçı dedi:
– Başın qoltux görsə, sən də qalaylıyarsan, başın hələ qoltux
görmüyüf.
Nəğməli sinəmdə yüz dastan yatır
299
MÜNDƏRĠCAT
M
.Nəbioğlu. Ustadın ruhuna ehtiram .................................... 3
QOġMALAR
Addanıram mən ..................................................................... 7
Sazım ..................................................................................... 8
Gərək .................................................................................... 9
Dünyada ............................................................................... 10
Görmüşəm ............................................................................ 11
Sayır ..................................................................................... 12
Gözəldi ................................................................................. 13
Məndədi ................................................................................ 14
Ələsgər ................................................................................. 15
Ay Osman ............................................................................ 16
Yamanmış ............................................................................ 17
Xoş gəlib .............................................................................. 18
Məhəmməd ........................................................................... 19
Xındı .................................................................................... 20
Bığlarım ............................................................................... 21
Qədirin ................................................................................. 22
Görünməz ............................................................................. 23
İlk şəyirdimə ........................................................................ 24
Olmaz-olmaz ........................................................................ 25
Gəlmədin .............................................................................. 26
Gərək .................................................................................... 27
Anana ................................................................................... 28
Gələrəm ................................................................................ 29
Dostum Qulunun oğluna vəsiyyəti və ona cavab ................. 30
Yenə ..................................................................................... 31
Eyləyər ................................................................................. 32
Bax-bax ................................................................................ 33
Hüseyn Saraçlı
300
Təzdən .................................................................................. 34
Döndü ................................................................................... 35
Dedi ...................................................................................... 36
Gəlmədi ................................................................................ 37
Alagöz .................................................................................. 38
Solmaz .................................................................................. 39
Adsız məktuba cavab ........................................................... 40
GƏRAYLILAR
Qocalığım ............................................................................. 41
Dədə Şəmşir ......................................................................... 42
Gəldim .................................................................................. 43
Bulaq .................................................................................... 44
Dağlarda ............................................................................... 45
Gətirdim ............................................................................... 46
Əziz Novruz bayramında ..................................................... 47
Gözəl Bakı ............................................................................ 48
Azərbaycan ........................................................................... 49
Xalqımızın ............................................................................ 50
Gürcüstanım ......................................................................... 51
Elə gedər .............................................................................. 52
Gülbəniz ............................................................................... 53
Güllüzarın ............................................................................. 54
Ulduz .................................................................................... 55
Düşübdü ............................................................................... 56
MÜXƏMMƏSLƏR
Çəkər .................................................................................... 57
Xəngəlin ............................................................................... 58
Maralım ................................................................................ 60
Nəğməli sinəmdə yüz dastan yatır
301
DEYĠġMƏLƏR
Türk aşığı Ladiqarstanlı İslamla deyişmə ............................ 62
İstanbullu Qul Mehdiylə deyişmə ....................................... 63
Əflatun Saraçlı ilə deyişmə .................................................. 67
Kəlbəcərli Dəmirçi Abbasla deyişmə ................................... 69
Nizami Saraçlı ilə deyişmə ................................................... 73
DASTANLAR, ƏHVALATLAR
Aşıq Şenliyin Borçalı səfəri ................................................. 75
Koroğlunun Dərbənd səfəri .................................................. 104
Aşıq Hüseyn Saraçlının Naxçıvan səfəri .............................. 120
Aşıq Hüseyn Saraçlının yaylaq səfəri .................................. 155
Zərnişan xanımın Çənlibelə gətirilməsi ................................ 175
Gürcü qızınnan Qaçaq Kərim ................................................ 205
Mehdi bəy dastanı ................................................................. 229
Şair Ağacanın Ərzrum səfəri ................................................. 256
Aşıq Ələsgərin Ağbava səfəri ............................................... 273
Aşıq Ələhvərnən şəyirdi Aşıq Qara əhvəlatı ......................... 279
QARAVƏLLĠLƏR
Keçəlnən kosa ...................................................................... 295
Dəvə, tülkü, bir də keçi ........................................................ 297
Təhnə də qalaylanarmı? ....................................................... 297
Hüseyn Saraçlı
302
HÜSEYN SARAÇLI
NƏĞMƏLĠ SĠNƏMDƏ YÜZ
DASTAN YATIR
Nəğməli sinəmdə yüz dastan yatır
303
“Elm və təhsil” nəĢriyyatının direktoru:
professor
Nadir Məmmədli
Korrektor
: RəĢad Çobanlı
Dizayner:
Zahid Məmədov
Texniki redaktor:
ElĢad Çobanlı
Yığılmağa verilmiş:
23.09.2016
Çapa imzalanmış:
02.11.2016
Şərti çap vərəqi:
19
Sifariş:
№ 357
Kağız formatı:
60х84 1/16
Tiraj:
400
Hüseyn Saraçlı
304
Kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya
müəssisəsində səhifələnib çap olunmuşdur.
E-mail: nurlan1959 @gmail.com
Tel: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.