22
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qarışmasını istəmirdi? Ona görə ki, düşmənçiliyin toxumunu
özü səpmişdi, onda üstünə su töküb kök atdırmaq lazım gəlirdi.
Qaragünə təsadüfi olaraq «bir yigid sənin ucından aramızdan
əksildi» ittihamını irəli sürmür. Çünki onun Beyrəyin ölümündə
ağası Qazanı günahlandırmağa mənəvi haqqı çatmırdı (böyük
qardaş atanı əvəzləyirdi). Məhz Qılbaşın üzünə demək istəyirdi
ki, aranı qızışdırıb Beyrəyin ölümünə bais olduğun işi axıra çat-
dır. Qaragünənin acı istehzasını duyduğundan Qılbaş da etirazını
bildirib «qarındaşısan, sən var!» deyir. Ən acınacaqlısı o idi ki,
Qılbaş bir el arasında düşmənçilik toxumu səpmək funksiyası-
nı yerinə yetirib yoxa çıxır. O, sanki aşağı qaranlıq qara aləmin
funksiyasını yerinə yetirir. Ozanlar süjetdə məsələni elə incəliklə
vermişlər ki, heç kəs Qılbaşa bəraət qazandıra bilməz. Sonuncu
döyüşdə Dış oğuzun bəyləri İç oğuzdan özlərinə tay olan igidlə
qarşı-qaşıya gəlib vuruşurlar:
ÜÇ OXLULAR
↔
BOZ OXLULAR
Qazan
←
Alp Aruz.
Qaragünə
→
Alp Aruz.
Tərsuzamış
←
Əmən.
Ənsə qoca oğlu Oxcu ←
Alp Rüstəm.
Eposda oxuyuruq: «Üç oq, Boz oq qarşulaşdılar. Aruz aydır:
«Mənim İç Oğuzda qırımım Qazan olsun!» Əmən aydır: «Mənim
qırımım Tərsuzamış olsun!» Alp Rüstəm Aydır: «Mənim qırımım
Ənsə qoca oğlı Oqcı olsun!» – dedi. Hər biri bir qırım gözətdi».
(Kitabi-Dədə Qorqud, s. 126).
Xatırladaq ki, qarşıdurmanın başlanğıcında əks cütləşmənin
sayı bir idi:
Qazan ↔ Alp Aruz.
Sonra artaraq
23
Folklor, Mifologiya, Etnoqrafiya
Qılbaş ↔ Alp Aruz,
Qılbaş → Boz oxlar,
Qazan ↔ Boz oxlar,
Bamsı Beyrək ← Boz oxlar toqquşmasına çevrilir, qarşılıq-
lı güzəştlər edilmədiyindən Beyrək qətlə yetirilir və düşmənçilik
toxumları cücərib Üçoxlar ← Boz oxlar qarşıdurması şəklinə ça-
tır. Və nədənsə, əvvəlki hadisələrin mərkəzində duran Qılbaş son
həlledici döyüşdə görünmür və bir daha xatırlanmır. Qarşıdurma-
nın kulminasiyasınadək aktiv təsvir edilən müəmmalı şəxsin son
məqamda passivləşməsinin, daha dəqiq desək, ozanlar tərəfindən
üstündən xətt çəkilməsinin səbəbi nədədir? Bu, onün qabaqcadan
düşündüyü xəyanətinin nəticəsi kimi izah oluna bilər.
Alp Aruzu enib yerə sərən Qazan da bu səbəbdən qılverəni
Qılbaşa deyil, qardaşı Qaragünəyə işarət edir ki: «Başını kəs!».
Qalın oğuzu içəridən dağıdan şəxs, nədənsə, əvvəlki boylar-
da igidliyi və mərdliyi ilə hamıdan seçilən Alp Aruz hesab edilir.
O, cəzalanmaqla da şər aradan qalxır. Belə çıxır ki, bütün günah-
lar oğuza kənar dünyadan gəlib nə yollasa başa keçən «qara ça-
dırın sakini» Qılbaşda deyilmiş, onun hiylələrinə uyub Beyrəyin
qanını tökən Aruzda imiş. Məsələ onda idi ki, Dış oğuzun doq-
quz bəyinin başçısı üzdə ulu əcdadı Oğuzun vəsiyyətini yerinə
yetirməyə çalışmaqla ancaq öz şəxsi marağını güdmüş, qardaş
qanı tökməklə də olsa, taxt-taca sahib durmaq istəmişdi. Əslində,
o, Oğuzun tövsiyələrinə əməl etməmiş, elin birliyini pozmağa can
atmışdı. Daha dəqiq desək, Boz oxların əvvəlki nüfuzunu qaytar-
maq üçün oğuz soylarını birləşdirməyə deyil, parçalamağa səy
göstərmişdi.
Beləliklə, Oğuzun özü tərəfindən vəsiyyət edilən hakimiyyət
bölgüsünün pozulması və bərpası uğrunda mübarizə kimi
bünövrəsi qoyulan motiv sonrakı çağlarda «paybölüşdürmə»də
iştirak etməməyə görə asi düşmə şəklinə salınmış, tanrı qarşısın-
25
Folklor, Mifologiya, Etnoqrafiya
Резюме
Рамазан Кафарлы,
доктор филологических наук, профессор
Причина войны между племенами Ич (внутренний)
Огуза и Дыш (внешний) Огуза
В статье анализируется древне государственной строй
писанной тюркского эпоса «Деде Коркут». Исторические
факты сопастовляются с
традициями современного
правления. В эпосе раскрываются отношении двух Огузских
крыльях – Ич (внутренний) Огуз и Дыш (внешний) Огуз.
Проявляется причина войны между этими племенами.
Summary
Ramazan Qafarlı,
doktor of Sciences on fhilology, professor
T
he reason of the fight with in Oghuz and out Oghuz
In this article is analyzed the structures of govemance system
oescribing in the epos “Dede Korkut”
of ancient Turks, in compa-
rison whit traditions of modern statehood. In this epos it is explai-
ned from different peculiarity
the two women of the country, all re-