Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə17/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   13   14   15   16   17   18   19   20   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

805



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

leksikonun  Nəsimi,  Xətai,  Füzuli  dilində  də  eyni  işləkliyə  malik  olaraq  Azərbaycan  dili 

leksikologiyasının  inkişafı-tərəqqisi  ilə  sıx  bağlı  olduğunu  qeyd  edir.  Məsələn,  keyik,  soy,  damu, 

bəbək (bala), kendu, şol, dünlə, ilətmək, əsən və s. kimi “Dədə Qorqud” dilinə xas olan sözlər XVII 

əsrə qədərki Azərbaycan ədəbi dili üçün də xarakterik olduğunu qeyd edir. 

Dastanın  dilindən  bəhs  edərkən  akademik  feil  səmtində  işlənən  təqlidlərdən  də  geniş  söz  açır. 

Onun fikrincə, feil səmtində işlənən təqlidlər (zarımaq- zar-zar zarımaq və s.) abstraksiya nəticəsində 

qrammatikləşir,  feildən  ayrılaraq  tərz-hərəkət  zərfinə  çevrilir.  Alimə  görə,  “dilçilikdə  daxili  obyektli 

feil  adlanan  formanın  Azərbaycan  dilində  məhz  bu  motivdə,  təqlidlə  təqlidi  feilin  analogiyası  üzrə 

meydana çıxır və abstraksiya mərhələsində feil öz obyektindən təcrid olunur, məsələn, iş işləmək- hər 

nə iş olsa, Qorqud Ataya danışmayınca işləməzlərdi. Ünsü ünütmək- Dədənin ünsü ünütdü və s.”. 

Tofiq  Hacıyev  “Dədə  Qorqud  kitabı”nda  dil  faktlarının  paralelliyini  də  müşahidə  edir.  “Eyni 

məfhumun verilməsi üçün müxtəlif mənşəli leksik vahidlərdən, yaxud sözlər arasında eyni tipli əlaqə 

üçün  müxtəlif  morfoloji  göstəricilərdən  istifadə  olunur.  ...Müəyyən  leksik  vahidin,  morfemin  və  ya 

fonetik  təzahürünün  seçilməsində,  hansına  üstünlük  verilməsində  ixtiyarilik  yoxdur,  formalaşmış 

münasibət  müəyyənləşmir.  ...Abidənin  həcminə,  böyük  söz  tutumuna  uyğun  olaraq  bu  paralellikdə-

qarışıqlıqda  xüsusi  rəngarənglik  görünür”  –deyən  müəllif  “Sağ-əsən  varıb  gələsən.  Dünya-aləm 

gözünə  qaranqu  oldu.  Tanrı-Təala  bizə  bir  yetman  oğul  verməz”  cümlələrini  leksik,  “I  şəxsin  təkini 

bildirmək  üçün  həm  ayın,  həm  də  ayım”  dil  faktını  morfoloji  paralelizmə,  “uca-yuca,  yiyə-iyə” 

sözlərini  fonetik,  “kiçi-kiçik,  söyləməgim-söyləməğim”  tipli  sözlərini  isə  fono-morfoloji  paralelizmə 

aid edir. 

Ömrünün  çox  hissəsini  dilçilik  elminə  həsr  edən  görkəmli  alimimiz  Tofiq  Hacıyevin  “Dədə 

Qorqud  kitabı”nın  dili  ilə  bağlı  araşdırmaları  hər  zaman  aktualdır.  Əbəs  yerə,  T.Hacıyevə  dilçilik 

sahəsində əvəzsiz xidmətlərinə görə Azərbaycan dilçilik elminin “Dədə Qorqudu” demirlər. 



 

 

 

AZƏRBAYCAN DİLİNDƏ İSMİN MÜXTƏLİF HALLARINDA 

İŞLƏNƏN   QOŞMALAR 

 

Aytən ƏHMƏDOVA 

Gəncə Dövlət Universiteti 



83-aytan@mail.ru 

AZƏRBAYCAN 



 

Azərbaycan  dilçiliyində  qoşmanın  hansı  hallarla  işlənməsi  ilə  bağlı  mübahisə  vardır.  Bu 

mübahisə  qoşmanın  adlıq  halla  işlənib-işlənməməsi  ilə  bağlıdır.  Məlumdur  ki,  bəzi  qoşmalar  şəxs 

əvəzliyinə qoşulduqda əvəzlik yiyəlik hal şəkilçisi ilə işlənir, lakin isim və substantivləşmiş digər nitq 

hissələrinə  qoşulduqda  həmin  söz  hal  şəkilçisiz  olur.  Buraya  “kimi,  qədər,  tək,  üçün,  ilə,  haqqında” 

qoşmaları daxildir. Məsələn: insan kimi, insan qədər, insan tək, insan üçün, insan ilə, insan haqqında, 

sənin  kimi,  sənin  qədər,  sənin  tək,  sənin  üçün,  səninlə,  sənin  haqqında.  Qeyd  edək  ki,  uzun  zaman 

dilçiliyimizdə bu forma adlıq hal kimi təqdim olunmuşdur .  

Qoşma  haqqında  ilk  geniş  məqalənin  müəllifi  olan  S.Cəfərov  bu  məsələyə  toxunaraq,  həmin 

qoşmaların birləşdiyi sözlərin adlıq halda deyil, qeyri-müəyyən yiyəlik halda olduğu fikrini irəli sürdü 

. Qeyd edək ki, sonrakı əksər əsərlərdə həmin sözlər qeyri-müəyyən yiyəlik hal kimi öyrənilir. Hətta 

əvvəllər  M.Hüseynzadə  adlıq  hal  kimi  göstərdiyi  formanı  dərsliyin  sonrakı  illərdə  olan  nəşrlərində 

qeyri-müəyyən yiyəlik hal kimi vermişdir.  

Bizə  belə  gəlir  ki,  qeyd  edilən  qoşmalar  qeyri-müəyyən  yiyəlik  halla  deyil,  adlıq  halla  işlənir. 

Düzdür,  şəxs  əvəzliklərinin  qeyri-müəyyən  yiyəlik  hala  düşməsi  mümkün  deyil  və  bu  baxımdan 

fikirləşmək  olardı  ki,  məhz  bu  baxımdan  əvəzliklər  müəyyən  yiyəlik  halda,  digər  sözlər  qeyri-

müəyyən  yiyəlik  hal  formasındadır.  Lakin  qoşmalara  diqqət  yetirilsə,  görərik  ki,  onların 

potensiyasında  yiyəlik-mənsubluq  məzmunu  yoxdur.  Fikrimizcə,  şəxs  əvəzliklərində  olan  müvafiq 

şəkilçilər yiyəlik yox, qədim alət halının qalığı hesab edilməlidir. Müasir danışıq dilində bəzən şəxs 

əvəzliyinin də adlıq hal formasında işləndiyini müşahidə edirik: mən ilə, sən kimi, mən qədər və s.  




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

806



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Onu  da  qeyd  edək  ki,  isimlərlə  adlıq  halda  işlənən  və  qoşmalaşan  mənsubiyyət  şəkilçili  sözlər 

çox  zaman  hər  iki  forma,  yəni  müəyyən  və  qeyri-müəyyən  yiyəlik  halla  işlənir.  Məsələn:  Məmməd 

haqqında—Məmmədin  haqqında,  Məmməd  barəsində--Məmmədin  barəsində,  Məmməd  sayəsində--

Məmmədin sayəsində və s. Bunların hər ikisində birinci komponent yiyəlik hal kimi qəbul edilməlidir. 

Məlum  olduğu  kimi,  qoşma  ismin  müəyyən  halında  olan  sözə  qoşulur,  lakin  bəzən  elə  halla 

rastlaşmaq  olur  ki,  qoşma  özü  hal  şəkilçisi  ilə  işlənir.  Bu  cəhətdən  “tərəf”  qoşması  diqqəti  çəkir. 

İstiqamət məzmunlu bu qoşma həm də yönlük halda olan sözə qoşulur. Məsələn: Kəndə tərəf gedən 



yolun  üstündə  köhnə  bir  dəyirman  var  idi(İ.Məlikzadə).  Bəzi  hallarda,  xüsusən  də  danışıq  dilində 

yönlük halın şəkilçisini isim yox, məhz qoşma qəbul edir: Kənd tərəfə gedən yolun üstündə köhnə bir 



dəyirman var idi.  

Qeyd edək ki, qoşmanın qəbul etdiyi həmin hal şəkilçisi ismə aid deyil. Bunu onunla sübut etmək 

olar ki, bu mövqeyində qoşma istənilən halın şəkilçisi ilə işlənə bilir: ev tərəfi, ev tərəfdə, ev tərəfdən 

və  s.  Misallardan  da  göründüyü  kimi,  bu  məqamda  qoşma  istər  yönlük  hal,  istərsə  də  digər  halların 

şəkilçisini  qəbul  edərkən  isim  yönlük  hal  şəkilçisi ilə  işlənmir  və  bu  mümkün  də  deyil.  Fikrimizcə, 

bunun səbəbi “tərəf” sözünün potensial leksik mənaya malik olmasıdır.  

Bu cür hal şəkilçisi ilə işlənə bilmə əsas etibarilə başqa nitq hissələri ilə omonimlik təşkil edən 

qoşmalara aiddir, buna baxmayaraq, bəzən xalis qoşmalarda bunu müşahidə etmək mümkündür. Bunu 

da  demək  yerinə  düşər  ki,  Yapon  dilində  qoşmalı  ifadələrdə tərəflərin  hər  ikisi  hal  şəkilçisi ilə  olur; 

daha doğrusu, isim yiyəlik halda, qoşma isə müxtəlif hal formalarını qəbul edir .Müasir danışıq dilində 

olan  bir  hal  “Əsrarnamə”də  də  diqqəti  çəkir.  Belə  ki,  burada  “sarı”  qoşması  da  “tərəf”  qoşmasında 

müşahidə  etdiyimiz  xüsusiyyətə  malikdir,  yəni  birinci  komponent  yox,  məhz  qoşma  yönlük  hal 

şəkilçisi  ilə  işlənir:  Ol  yaradan  saruyə  seyr  edəvüz  .Qeyd  edək  ki,  tədqiqatçıların  fikrincə,  “saru” 

qoşmasının bu xüsusiyyəti XVIII əsrə qədər davam etmişdir. 

Müasir  dilimizdə  hər  bir  qoşmanın  ismin  konkret  olaraq  bu  və  ya  digər  halı  ilə  işlənməsi  artıq 

müəyyənləşdirilmişdir.  Bunun  səbəbi  müvafiq  qoşmaların  təcrid  olunduğu  sözlərin  tarixi  leksik-

qrammatik  xüsusiyyətləri  ilə  bağlıdır.  Məsələn,  “doğru”  qoşmasının  özü  tarixən  istiqamət,  yönəlmə 

məzmununa malik olduğundan özü də məhz yönlük halda olan sözlərlə işlənir. Yaxud “əvvəl, qabaq, 

sonra” sözlərinin daxili məzmununda məkan və ya zamanın çıxış nöqtəsini ifadə edən məna vardır, elə 

buna görə də həmin qoşmalar məhz çıxışlıq halda olan sözlərlə işlənir. Bu şəkildə digər qoşmaların da 

halla işlənmə qanunauyğunluqlarını izah etmək mümkündür. 

Bəzi  qoşmalar  bir  deyil,  ayrı-ayrılıqda  müxtəlif  hallarla  işlənib  müvafiq  olaraq,  ayrı-ayrı  məna 

çalarları  yaradır.  Məsələn,  “kimi,  qədər”  qoşmaları  adlıq  və  yiyəlik  hallara  qoşularkən  müqayisə-

bənzətmə,  yönlük  hala  qoşularkən  məsafə  məna  çalarını  formalaşdırır:  Sərvər  kimi—Sərvər  qədər—



sənin kimi—sənin qədər; şəhərə kimi—şəhərə qədər—səhərə kimi—səhərə qədər. Bu qoşmaların da iki 

halla işlənib müxtəlif çalarlar yarada bilməsi onların tarixən iki məna ifadə etməsi ilə bağlıdır. Belə ki, 

M.Kaşğarinin  ”Divanu  Luğət-it-Türk”  əsərində  “kibi”  sözünün  iki  mənası  verilir:  1.qab;  2.oxşar. 

Birinci  məna  məsafə,  ikinci  məna  isə  müqayisə-bənzətmə  çalarını  yaratmışdır.  Bu  şəkildə  digər 

qoşmaları da izah etmək mümkündür. 

Eyni fikri “sarı” qoşması haqqında da söyləmək olar. Bu qoşma ismin yönlük halı ilə işlənərək 

istiqamət  çaları  yaradır, lakin  xüsusən  danışıq  dilində  bu  qoşma  çıxışlıq  halla işlənərək,  səbəb  çaları 

yaradır.  Burada  da  qoşmanın  birləşdiyi  söz  yox,  qoşmanın  özü  çıxışlıq  hal  şəkilçisi  ilə  işlənə  bilir: 



Mən Bakı sarıdan çox darıxmışam(İ.Əfəndiyev). 

Bununla  yanaşı,  istər  tarixi  əsərlərin  dilində,  istərsə  də  müasir  dialektlərdə  bəzi  qoşmaların 

müəyyənləşmiş  halla  deyil,  başqa  halla  işlənməsi  faktları  ilə  də  qarşılaşırıq.  XV  əsr  abidəsi  olan 

“Əsrarnamə”nin dilini tədqiq edən Ş.Xəlilov göstərir ki, müasir dilimizdən fərqli olaraq, adı çəkilən 

abidənin dilində “sonra qoşması daha çox adlıq halla işlənir. Məsələn: Həqq saru döndin. Qeyd edək 

ki,  müəllif  özü  də  bu  abidənin  daha  çox  danışıq  dili  xüsusiyyətlərini  özündə  əks  etdirdiyini  yazır: 

“Abidənin dəyəri hər şeydən əvvəl ondadır ki, o (“Əsrarnamə”) klassik ənənələrlə ümumxalq danışıq 

dili  xüsusiyyətlərinin  vəhdətindən  doğmuşdur.  İkinci  xüsusiyyət  isə  öz  çəkisi  etibarilə  daha  ağır 

gəlir”.Deməli,  adlıq  halla  işlənmə  özü  də  danışıq  dili  xüsusiyyətidir  ki,  həmin  vəziyyət  bu  gün  də 

özünü göstərməkdədir. 



 

 


Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə