www.vivo-book.com
287
ancaq o hisslərini gizlədir, Laşkaya qarşı daha mehriban
olurdu.
Mart qurtardı, aprelin axırına az qalmışdı ki, bir dəfə
səhər tezdən Laşka ondan icazə istədi ki, koması çaydan bir
neçə mil aşağıda olan sivaş Pitinin yanına getsin. Əsli
Styuart çayı sahilindən olan Pitinin arvadı hindu qadın ona
xəbər göndərmişdi ki, uşağı xəstələnib. Təbiətən əsl ana olan
Laşkaya elə gəlirdi ki, uşaq xəstəliklərindən yaxşı baş
çıxarır, tale özünə hələ övlad qismət etməyincə, başqalarının
uşaqlarına dayəlik etməyə hazır idi.
Pentfild itləri nartaya qoşdu. Laşkanı nartaya mindirib
Bonanza çayının mənsəbi ilə aşağı yollandı. Havadan bahar
ətri gəlirdi. Yerin üzəri hələ də qarla örtüklü olsa da, şaxta
əvvəlki kimi qarsımırdı, suyun şırıltısı eşidilirdi, qışın
şaxtası zəifləyirdi. Bəzi cığırlarda buz ərimişdi, su basmışdı,
donu açılmış yerlərdən dövrə vurub keçməli olurdular. İki
nartanın keçə bilməyəcəyi yerdə Pentfild yaxınlaşan
zınqırov səsləri eşidib itləri saxladı.
Çayın dirsəyi tərəfdən, ağır yüklənmiş nartaları çəkən
yorğun itlər qoşulmuş narta göründü. İtləri qovan kişinin
www.vivo-book.com
288
görkəmində Pentfildə tanış nəsə göründü. Nartaların dalınca
iki qadın gəlirdi. Pentfild təzədən sürücüyə nəzər yetirdi, bu
Korri idi. Pentfild dayanıb gözləyirdi. Sevinirdi ki, Laşka
yanındadır. Fikirləşirdi ki, bundan yaxşı görüş istəsəydi də,
təşkil edə bilməzdi. Gözləyirdi, fikrinə gətirmək istəyirdi,
onlar nə deyəcəklər, nə deyə bilərlər. Onun danışmağı artıq
idi, izahatı gərək onlar verəydilər, o onların izahatını
dinləməyə hazır idi.
Qoşqular bərabərləşəndə Korri onu görüb itləri saxladı.
Korri:
– Salam, dost! – deyib əlini uzatdı.
Pentfild onun əlini soyuq və dinməzcə sıxdı. Bu ara
qadınlar yaxınlaşdılar, o ikincinin Dora Xolms olduğunu
gördü. Pentfild xəz papağını çıxarıb onun əlini sıxdı, Meyblə
tərəf döndü. Gözəl, sevincək Meybl özünü ona sarı atdı,
ancaq Pentfildin əl vermək üçün əlini uzatdığını görüb
özünü itirdi. O istəyirdi desin: “Salam missis Xatçinson”,
ancaq “missis Xatçinson” sözləri nədənsə boğazında qaldı, o
ancaq mızıldandı:
– Salam.
www.vivo-book.com
289
Vəziyyət xoşagəlməz olsa da, o sevinə bildi.
Meybl
sevindi,
həyəcanlandı.
Vasitəçi
kimi
götürdükləri Dora dilləndi:
– Lorens, bura baxın, nə olub ki?
Korri onun cavab verməsinə imkan verməyib, qolundan
tutub dartdı, onu bir qırağa çəkdi.
O, gözləri ilə Laşkaya işarə edərək pıçıltı ilə soruşdu:
– Dostum, bu nə olan şeydir?
Pentfild istehza ilə dilləndi:
– Korri, sənin nə borcuna?
Ancaq Korri ondan əl çəkmədi:
– Bu skvo sənin nartanda nə edir? Onlara nə deyim,
məni yaxşıca işə saldın. Əminəm ki, bir söz tapıb deyərsən?
O kimdir? Kimin skvosudur?
Bu an Lorens Pentfild öz zərbəsini endirdi. Bu zərbəni
endirəndə sakit idi, ona edilən bədxahlığın əvəzini çıxırdı,
elə bil ürəyindən tikan çıxırdı.
O dedi:
– Bu mənim skvomdur. İcazənizlə missis Pentfild! –
Korri Xatçinsonun nəfəsi təngidi.
www.vivo-book.com
290
Pentfild üzünü döndərib qadınlara yaxınlaşdı. Meyblın
üz-gözündən narazılıq yağırdı, sanki o ağzını açıb danışmaq
istəmirdi. O, heç nə olmayıbmış kimi, Doraya müraciət
elədi:
– Səyahətiniz necə keçdi? Dayanacaqlarda çox
dondunuz?
Sonradan Meybla nəzər salıb soruşdu:
– Missis Xatçinson necədir?
Dora onu qucaqlayıb silkələdi:
– Səfehin biri səfeh! Deməli, siz də oxumusunuz?
Deməli, ona görə özünüzü belə aparırdınız?
O mızıldandı:
– Mən... mən başa düşə bilmədim.
Dora sözünə ara vermədi:
– Gələn nömrədə düzəliş verdilər. Ağlımıza da
gəlməzdi ki, qəzetin bu nömrəsi sizin əlinizə düşər. O biri
qəzetlərdə hər şey düz idi. Ancaq, əlbəttə, bu lənətə gəlmiş
səhifə sizin əlinizə düşübmüş.
Pentfild onun sözünü kəsdi:
www.vivo-book.com
291
– Dayanın, siz nə deyirsiniz? – Onun ürəyi gözlənilməz
qorxudan sıxıldı. Pentfild özünü uçurumun kənarında hiss
etdi.
Dora isə dil-boğaza qoymurdu.
– Bilirsiniz, Meybllə mənim Klondayka gedəcəyimiz
məlum olanda “Həftəlik”də bildirdilər ki, bizim Mirdon-
avenyüdə yerimiz görünəcəkdir.
– Onda deməli...
Dora dilləndi:
– Missis Xatçinson mənəm. Siz elə bildiniz ki, Meybl
ərə gedib?
Pentfild tələsmədən dilləndi:
– Bəli. İndi başa düşdüm. Reportyor adları çaşbaş salıb,
Sietle və Portlend qəzetləri bunu olduğu kimi çap edib.
O susdu. Meybl təzədən ona tərəf döndü, Pentfild gördü
ki, qız gözləyir. Korri öz mokasininin cırıq burnuna diqqətlə
baxırdı. Dora isə altdan-altdan nartada sakitcə oturmuş
Laşkaya tamaşa edirdi. Lorens Pentfild düz qarşısında,
ümidsiz gələcəyə boylanır, orda itlər qoşulmuş nartanı,
özünü, yanında da axsaq Laşkanı görürdü.
www.vivo-book.com
292
Sonra o çox adi şəkildə Meyblın gözlərinin içinə
baxaraq dedi:
– Bağışlayın. Belə bir səhv mənim ağlıma da gəlməzdi.
Mən elə bildim ki, Korriyə ərə gedibsiniz. Orda, nartadakı
missis Pentfilddir.
Meybl Xolms özünü itirib bacısına tərəf döndü, sanki
çətin səfərin bütün ağırlıqları birdən üstünə düşdü. Dora
ondan yapışdı. Korri Xatçinson hələ də gözlərini
mokasinindən çəkə bilmirdi.
Pentfild ona, qadınların ikisinə də nəzər salıb, nartalara
tərəf getdi.
O, Laşkaya dedi:
– Getmək lazımdır. Pitinin uşağı bizi bütün günü
gözləyə bilməz.
Uzun qırmanc havada vıyıldadı, itlər nartanın yan
qayışlarını dartdı, partalar tərpəndi, irəli cumdu. Pentfild
dönüb qışqırdı.
– Korri, qulaq as! Sən köhnə daxmanı tuta bilərsən. İndi
köhnə daxma boşdur. Mən təpənin başında təzəsini
tikdirmişəm.
Dostları ilə paylaş: |