www.vivo-book.com
1
CEK LONDON
OYUN
www.vivo-book.com
2
I fəsil
Onların qarşısındakı döşəməyə rəngbərəng, müxtəlif
naxışlı xalçalar salınmışdı. Onlar lap əvvəldən iki Brüssel
xalısından gözlərini çəkə bilmirdilər, ancaq əlvan xovlu
xalçaların da tamaşasından doymaq olmurdu, lakin bunların
qiyməti baha olduğundan, bu xalçalara yaxın düşməyə belə
qorxurdular. Şöbə müdiri lütfkarlıq göstərərək, özü onlar
üçün xalça seçirdi; qız yaxşı bilirdi ki, şöbə müdiri bunu
Coyun xətrinə edir, onlar yuxarı mərtəbəyə qalxınca, liftdə
işləyən oğlanın heyrətdən ağzı açıla qalmışdı. Coya heyran-
heyran baxıb gözünü ondan çəkmirdi. Qız Co ilə şəhərin
qərb hissəsindən, öz məhəllələrindən keçəndə uşaqlar,
yeniyetmələr də Coya heyran-heyran tamaşa edirdilər.
Şöbə müdirini telefona çağırdılar, qızın çox pul
xərcləmədən gözəl xalça almaq niyyəti yaddan çıxdı, onun
qəlbini narahat fikirlər çulğaladı.
Cenevyeva yavaşcadan, ancaq inadla, görünür ki, bu
yaxınlarda aralarında baş vermiş, amma heç bir nəticəsi
olmayan mübahisəni davam etdirərək dedi:
www.vivo-book.com
3
– Co, bir şeyi başa düşmürəm ki, bunun nəyi sənin
xoşuna gəlir?
Oğlanın hələ uşaqlıq cizgilərini itirməmiş sifəti bir
anlığa tutuldu, ancaq yenə üz-gözündən mehribanlıq yağdı.
O, çox cavan idi, demək olar ki, lap uşaq idi, qız da çox
gənc idi. Həyata təzəcə qədəm qoyan bu iki məxluq öz
məskənlərini sahmana salmaq üçün xalça seçirdilər.
Co dedi:
– Həyəcanlanma. Bu axı axırıncı dəfədir, lap axırıncı
oyunumdur.
Co qıza baxıb gülümsündü, qız oğlanın istər-istəməz
təəssüflə köks ötürdüyünü görəndə ürəyi sıxıldı, onun bir
qadın kimi tələbi bu idi ki, sevgilisinin qəlbinə tamamilə
hakim kəsilsin, oğlanın indiyədək həyatının məqsədi hesab
etdiyi bu həvəsindən heç baş açmırdı, qorxurdu.
Oğlan sözünə davam etdi:
– Sən bilirsən ki, O’Neyllə görüşümüzdən mənə
çatacaq pulla anamın evi üçün axırıncı haqq-hesabı çəkdim.
Bu qayğıdan qurtardım. Pont ilə bugünkü görüş üçün
www.vivo-book.com
4
bilirsən ki, yüz dollar mükafat alacağam, başa düşürsən, düz
yüz dollar. Bu pulla biz öz ev-eşiyimizi qaydaya salarıq.
Qız pul haqq-hesabına fikir vermədi.
– Sən rinqi
1
niyə çox istəyirsən?
Co danışmaqda, ürəyindən keçənləri sözlə ifadə
etməkdə bir o qədər də mahir deyildi. İşdə əlləri danışığı
əvəz edirdi, rinqdə də onun yerinə bədəni, əzələlərinin
hərəkəti danışırdı. Co rinqə niyə can atdığını sözlə ifadə edə
bilmirdi. Oğlan rinqə niyə can atdığını demək fikrinə düşdü,
çəkinə-çəkinə yarışlar vaxtı, xüsusilə çox gərgin anlarda
qüvvəsini səfərbər edəndə, nə kimi hallar keçirdiyini
karıxmış halda nəql etməyə başladı.
– Cenevyeva, sənə bir şeyi deyə bilərəm ki, rinqdə
düşmənin sənin əlində olduğunu hiss etməkdən yaxşı şey ola
bilməz. Bax, o gah sağ yumruğu, gah sol yumruğu ilə sənə
zərbələr endirməyə çalışır, sən də hər dəfə üz-gözünü
qoruyursan, zərbədən can qurtarmağa çalışırsan. Sonra isə
ona elə bir yumruq endirirsən ki, o səndələyir, səndən
1
Rinq – boks meydançası (Tərc. qeydi).
www.vivo-book.com
5
möhkəm yapışır, buraxmır, hakim onu səndən aralayır, bu
vaxt sən onu məğlub edirsən, tamaşaçılar özlərindən çıxırlar,
fəryad qoparırlar, sənsə bilirsən ki, qalib gəlmisən, qayda-
qanunla, şərəflə vuruşmusan, ona görə qalib gəlmisən ki,
güləşməyi yaxşı bacarırsan. Başa düşürsən, mən...
Oğlan özünün çox danışmağından, Cenevyevanın
gözlərindəki dəhşətdən qorxdu, dili dolaşdı. Qız Coya qulaq
asa-asa oğlana diqqətlə baxırdı, qızın üz-gözündən
əzabverici narahatlıq yağırdı. Həyatının ən mühüm anlarını
qıza nəql edən Co, xəyalən qarşısında zərbəsindən yerə
yıxılmış rəqibini, rinqin işıqlarını, coşqunluqla əl çalan
tamaşaçıları görürdü. Cenevyeva hiss edirdi ki, Coyu ondan
baş açmadığı həyat axını uzaqlaşdırır. Qızın fədakar
məhəbbəti bu hədələyici, qarşısıalınmaz axının qarşısında
gücsüz idi. Onun tanıdığı Co geri çəkildi, yoxa çıxdı,
görünməz oldu. Onun mehriban uşaq sifəti, nəvazişkar
baxışları, ucları yuxarı dartılmış ağzı yoxa çıxdı. Qızın
qarşısında sanki üz-gözü poladdan yonulmuş donuq,
rəhmsiz yekə bir kişi dayanmışdı, geniş açılmış gözləri
soyuq-soyuq diqqətlə baxırdı. Sanki polad işıq saçırdı. Bu
www.vivo-book.com
6
yekə kişi sifəti idi, qız isə ancaq cavan oğlanı tanıyırdı. Qız
onu ilk dəfə idi ki, belə görürdü.
Qızı dəhşət götürdü, amma hər halda, oğlanla fəxr
etdiyini dumanlı şəkildə hiss etdi. Oğlanın – qalib erkəyin
cəsarəti onun bir qadın kimi təbiətini, qədimdən bəri qadının
özünə etibarlı həyat yoldaşı seçmək, kişinin daş hasara
bənzər qüvvəsinə arxalanmaq istəyini cuşa gətirməyə
bilməzdi. Qız oğlanın bu ehtirasından baş aça bilmirdi,
ancaq bir şeyi bilirdi ki, məhəbbət özü belə onun öhdəsindən
gələ bilmir, ancaq oğlanın onun xətrinə, sevgiləri xətrinə
təslim olması, qızın arzusuna rəğmən sevimli işindən əl
çəkməsi, qızın istəyinə tabe olması onu çox sevindirirdi.
Oğlan bu gün rinqdə sonuncu dəfə çıxış edəcəkdi.
Cenevyeva dedi:
– Missis Silverstayn deyir ki, boksdan zəhləsi gedir,
boksun yaxşı bir cəhəti yoxdur. O da, bildiyimiz kimi, ağıllı
qadındır.
Oğlan şəfqətlə gülümsündü, dəfələrlə incisə də bunu
büruzə vermədi. Cenevyeva onun həyatında təbiətindən
doğan ən çox fəxr etdiyi cəhəti qəbul etmək istəmirdi. Co
Dostları ilə paylaş: |