www.vivo-book.com
108
gəlir. Bu mənim böyük səbirsizliklə gözlədiyim sahil küləyi
idi. Mən çinliləri səslədim, qara zolağı onlara göstərdim.
Onlar mənə sevincək çığırtı ilə cavab verdilər. Bu vaxt mən
yelkəni, suyu, batan şlyupu göstərib işarələrlə onları başa
saldım ki, külək yelkənə dolanda biz çevriləcəyik. Onlar
yaxşı bilirdilər ki, şlyupu küləyə tərəf aparıb, fəlakətin
qarşısını almaq üçün yelkənlərin küləyini boşaldıb qrot-
şkotu aça bilərəm.
Ancaq mən qərar qəbul etmişdim. Bir fut keçəndən
sonra iki qrot-şkot seçib kürəyimi rumpelin üstünə saldım.
İndi mən bir əlimlə yelkəni idarə edə bilərdim. O biri əlimlə
tapançanı tutmuşdum. Qara zolaq bütün vaxtı yaxınlaşırdı.
Çinlilərin narahatlıqlarını gizlədə bilməyərək, gah qara
zolağa, gah da mənə baxdığını görürdüm. İndi kimin ölümün
düz gözünün içinə baxmağa ağlı, iradəsi, səyi çatacağı,
qorxub geri çəkilməyəcəyi müəyyənləşməli idi.
Budur, şlyupun üstünə külək gəldi. Qrot-şkot dartıldı,
bloklar cırıldadı, gil əyildi, yelkənə külək doldu, “Şimal
maralı” get-gedə yana əyilməyə başladı. Budur, külək tutan
tərəfin tutacaqlı kayutların illüminatorları suya batdı, su
www.vivo-book.com
109
kokpitə doldu. Şlyup yanakı elə əyildi ki, kayutdakı adamlar
külək tutan çarpayının üstünə yan-yana yıxıldılar, onlar
suyun içində qıc olmuşdular, altda olanlar az qala
boğulmuşdu.
Külək get-gedə sərinləyirdi, “Şimal maralı” demək olar
ki, böyrü üstə əyilmişdi. Mən artıq belə fikirləşirdim ki,
xilas yolu yoxdur, külək bir də belə əssə, şlyup çevriləcək.
Mən qrot-şkotu hələ boşaltmırdım, tərəddüd edirdim.
Çinlilərin özləri aman dilədilər. Onların qışqırığı mənim
üçün şirin musiqiyə çevrildi. Ancaq indi şlyupu küləyə tərəf
çevirib qrot-şkotu açıb buraxdım. “Şimal maralı”
tələsmədən düzəldi, ancaq o suya elə çökmüşdü ki, xilasına
heç inanmağım gəlmirdi.
Çinlilər kokpitə atıldılar, suyu vedrələrlə, güvəclərlə,
qazanlarla, əllərinə nə keçdi onunla boşaltmağa başladılar.
Suyun çaya tökülməsindən yaxşı nə ola bilərdi. Nəhayət,
küləyin qovduğu “Şimal maralı” təzədən vüqar və ehtişamla
suyun üzəri ilə üzərək ən axırıncı dəqiqədə bataqlıq dayaz
yerdən keçib çayın mənsəbinə girdi.
www.vivo-book.com
110
Çinlilər ruhdan düşdülər, onlar San-Rafaeli görəndə
özləri göyərtəyə tökülüşdülər, burazları əllərində hazır
tutdular. Sarı Yaylıq hamıdan qabaqda idi.
Corca gəlincə, bu onun axırıncı basqını oldu. O bizə
dedi ki, belə iş ürəyincə deyil, sahildə kontorların birində
xidmət eləsə bundan yaxşıdır. Biz də onun dedikləri ilə
tamamilə razılaşmalı olduq.
YUNANLARIN KRALI
Balıqçı patrul dəstəsinə bir dəfə də olsun Böyük Aleki
tutmaq qismət olmamışdı. O lovğalanıb deyirdi ki, heç kəs
onu sağ tuta bilməz, bu adamın keçmişindən məlum idi ki,
onun ölüsünü də ələ keçirmək müvəffəqiyyətsizliyə
uğramışdı. Belə deyirdilər ki, onun ölüsünü ələ keçirmək
istəyən patrul dəstəsinin iki üzvü həyatına əlvida deməli
olmuşdu. Bununla bərabər, heç kəs balıq ovu qanununu
Böyük Alek qədər pozmurdu.
Ona bədəncə həddindən artıq yekəpər olduğu üçün
Böyük Alek deyirdilər. Onun boyu altı fut üç düymdü, buna
www.vivo-book.com
111
uyğun olaraq həddindən artıq enlikürək, enlisinə idi. Onun
polad kimi möhkəm, qüvvətli əzələləri var idi, bitib-
tükənməyən qüvvəsi barədə balıqçılar arasında saysız-
hesabsız əfsanələr dolaşırdı. Onun qoçaqlığı, ipə-sapa
yatmaması fiziki qüvvəsindən geri qalmırdı, buna görə də
ona bir də “Yunanların kralı” ləqəbini vermişdilər.
Əksəriyyəti yunan olan balıqçıların çoxusu ona hörmətlə
yanaşır, dəstə başçısı kimi onun sözü ilə oturub-dururdular.
Böyük Alek onların başçısı kimi balıqçıların mənafeyini
müdafiə edir, onlara görə dalaşırdı, onlar həbs ediləndə
onları qanunun pəncəsindən xilas edirdi. Onları elə
birləşdirirdi ki, bərk ayaqda onlar dağ kimi bir-birinin
dalında dururdular.
Balıqçı patrulu dəfələrlə Böyük Aleki tutmaq istədi,
ancaq bu cəhdlərinin heç biri nəticə vermədiyindən axırdan-
axıra bu fikirdən daşındılar; bu qəhrəmanın Benişyaya
gəldiyini eşidəndə onu görmək üçün əldən-ayaqdan
gedirdim. Onu axtarmalı olmadım. Gəlib çıxan kimi ilk
növbədə həmişəki kimi həyasızlıqla özü gəlib bizi tapdı.
www.vivo-book.com
112
O vaxtlar biz – Çarli Le Qrantla Karmintel adlı
rəisimizin rəhbərliyi altında patrul dəstəsində idik, üçümüz
növbəti keçidə hazırlaşırdıq ki, Böyük Alek təşrif gətirdi.
Karmintel görünür ki, əvvəllər də onunla tanış idi, çünki
onlar ən yaxın tanışlar kimi bir-birilə əl tutub görüşdülər,
Alek mənimlə Çarliyə heç gözünün ucu ilə də baxmadı.
O, Karmintelə dedi:
– Mən bura ikiaylığına nərə balığı tutmağa gəlmişəm.
Onun baxışları həyasızcasına parıldadı, patrul dəstəsi
rəisinin nəzərlərini aşağı saldığını gördük.
Karmintel alçaqdan dilləndi:
– Yaxşı, Alek. Sənin zəhləni tökməyəcəm. Kayuta
gedib orda danışaq, – deyə o əlavə etdi.
Onlar kayuta girib qapını dallarınca bağladılar. Çarli
mənə baxıb mənalı-mənalı göz vurdu. Mən hələ çox gənc
idim, adamları yaxşı tanımırdım, bəzi hərəkətlərindən yaxşı
baş açmırdım, ona görə də işarəni başa düşmədim. Bu işdə
nə hiss etdimsə, Çarli daha heç nə demədi.
Onlar danışmaqlarında olsun, biz də Çarlinin təklifi ilə
yalikə minib Böyük Alekin üzən evinin olduğu Köhnə gəmi
Dostları ilə paylaş: |