Skot Han: Əziz Anam
ifadələrə tez-tez rast gəlirik. Bütün bu qaynaqlardan əldə
etdiyimiz nəticələrə baxaraq buradakı sözlərin heç bir
şəkildə danlaq, ya da hörmətsizlik kimi məna daşıdığını
söyləyə bilmərik. Əksinə, hörmət və tabelik ifadə edir.
Luka 8:28-də danışılan içinə murdar ruh girmiş adam
eynilə bu kəlmələri istifadə edir. Adamın ağzından bu
sözlərin çıxmasını təmin edən murdar ruhun özüdür.
Murdar ruh bu sözlərlə İsanın həm insan, həm də onun
üzərində səlahiyyəti olduğunu qəbul edir. Sonra davam
edir: "İsa, uca Tanrının Oğlu, məndən nə istəyirsən? Nə
olar mənə əzab vermə!" Bu sözlərlə təsdiqləyir ki, İsanın
əmr etdiklərini mütləq yerinə yetirməlidir.
Qanadakı toyda baxmayaraq ki, anası ona əmr etmir,
İsa anası ilə razılaşır. Məryəm isə xidmətçilərə yalnız:
"Sizə nə desə, onu edin"(Yh. 2:5) - deyərək cavab verir.
QIZ, ANA, GƏLİN: QADIN
Gəlin bir az İsanın anasına müraciət etdiyinə diqqət
yetirək. İsanın anasına nə şəkildə xitab etdiyinə diqqət
etdinizmi? Ona "ana" hətta "Məryəm" deyə deyil "Qadın"
olaraq xitab etdiyini görürük. Yenə bəzən Katolik
olmayan bəzi şərhçilərin bu sözləri İsanın anasını
danladığı və ya hörmətsizlik etdiyi şəklində şərhləri olur.
Hər nə olursa olsun İsanın ona "Ana" deməyi lazım
deyilmi?
Hər şeydən əvvəl, İsa bütün həyatı boyunca dini
qanunlara riayət edərək yaşadığına görə Rəbbin "ana və
atana hörmət göstərəcəksən" dördüncü əmrinə qarşı
gələrək anasına hörmətsizlik etdiyini söyləmək məntiqli
bir şərh olmaz.
İkincisi, İsa anasına başqa vəziyyətlərdəykən də
"Qadın" deyə xitab edir. Xaç üzərində ölüm məqamında
30