Skot Han: Əziz Anam
etdirmişdir. Şərqdə xüsusilə ikonalar, qərbdə isə həm
heykəl, həm də şəkil olmaqla, həm şərq, həm də qərb Mər-
yəmlə bağlı bir çox möhtəşəm incəsənət mirası yığmışdır.
Şübhəsiz, Kilsənin Məryəmə bağlılığın ən məşhur və
sevilən dua şəkli təsbehdir. Mənim də ən sevdiyim duadır.
Təsbeh sirr adını verdiyimiz İsanın və Məryəmin
həyatındakı bəzi hadisələri düşünərək söylədiyimiz
müəyyən ədəddəki duaların təkrar edilməsi ilə deyilir.
Cəmi iyirmi sirr vardır.
SEVİNC SİRLƏRİ
1- Məryəmə Xoş Xəbərin verilməsi (bax Lk. 1:26-38).
Mələk Cəbrayıl Məryəmə Məsihin ondan doğulacağını
müjdələyir.
2- Bakirə Məryəmin Elizabetə baş çəkməsi (Lk.1:39-56).
Məryəm qohumu Elizabeti ziyarət edir.
3- İsa Məsihin doğulması (bax Mt.1:18-25, Lk 2:1-20). İsa
Məsih doğuldu.
4- Həsretmə (baxLk. 2:22-38). Məryəm və Yusif İsanı
Rəbbə təqdim etmək üçün məbədə gedirlər.
5- Yeniyetmə İsanın Məbəddə tapılması (Lk. 2:41-51).
Məbədə gedərkən, İsa Məryəm və Yusifdən ayrıldı.
İŞIQ SİRLƏRİ
1- Rəbb İsanın İordan çayında vəftizi (Mt. 3:13-17, Mar.
1:9-11, Lk 3:21:). İsa vəftiz olunan kimi sudan çıxdı.
2- İsa Qanadakı toyda ilk möcüzəsini edir. (Yh.2:1-12)
3- Allahın Səltənətinin vəzi və Allaha tərəf dönməyə
çağırış. (Lk.4:42-44; Mar. 1:35-39)
4- İsa Məsihin surətinin dəyişilməsi. (Mt. 17:2-3 ;
Mar.9:2-13; Lk.9:28-36)
121
Skot Han: Əziz Anam
5- Evxaristiyanın təyin edilməsi. (Mt 26:26-29; Mark
14:22-26; Lk 22:15-20; 1Kor. 11:23-25)
KƏDƏR SİRLƏRİ
1- Getsemanidə dua (Mt.26:36-46). İsa Məsih ağrılarından
qurtulmaq üçün dua edir.
2- Qamçılanma (Mt.27:26). İsa Məsih romalılar tərəfindən
qamçılanır.
3- Tikanlı tacın qoyulması(Mt.27:29). Romalılar İsanın
krallığına lağ edirlər.
4- Çarmıx yolu. (Yh. 19:17)
5- İsa Məsihin çarmıxa çəkilməsi (Mrk. 15:22-38): İsa
Məsih xaç üzərində ölür.
İZZƏT SİRLƏRİ
1- Dirilmə. (Mt.28:1-10)
2- Göylərə yüksəlmə. (Lk. 24:50-51)
3- Müqəddəs Ruhun enməsi. (Həv. 2)
4- Məryəm Ananın Göyə Qaldırılması (Vəhy 11:19
-12:1): Məryəm bədəni və ruhu ilə cənnətə girir.
5- Bakirə Məryəmin səmavi izzəti ilə taclanması (Vəhy
12:1): Məryəm yerin və göyün Kraliçası olur.
♣
Bu sirlər üzərində düşünərkən, ümumiyyətlə, kökü
"qızılgül çələngi" mənasını verən "rosario" adı verilən bir
silsilə muncuqla müəyyən ədəddə dualar edilir.
Hər sirlə birlikdə bir dəfə "Göylərdəki Atamız", on
dəfə "Salam, Mübarək Məryəm" deyildikdən sonra
ardından "Ataya, Oğula və Müqəddəs Ruha indi də,
122
Skot Han: Əziz Anam
həmişə də, əbədi olaraq da həmd olsun. Amin." deyilir. Bu
duaların hamısı təsbehin bir onluğunu təşkil edir. Təsbehin
hamısı iyirmi onluqdan təşkil olunmasına baxmayaraq,
məsihçilər, adətən, hər gün beş onluğu söyləyirlər. Rəsmi
sənəddə Kilsə təsbehin beş onluğunu söylənməyi təyin
etdi.
ÜRƏK, ƏL VƏ SƏS
Katolik olmayanlar bəzən təsbehi mənasız, mexaniki və
monoton hesab etdikləri üçün əhəmiyyət verməzlər. Hətta
bəziləri İsa Məsihin mənasız, təkrarlanan dualara qarşı
çıxdığı sözlərinə söykənərək bunu pisləyərlər (Mt.6:7).
Heç bir şey həqiqətən uzaq ola bilməzdi.
Əvvəla, təsbeh əsla mənasız deyil. Həqiqətən də
təsbehin meditasiya texnikası əsrlər boyunca davam edən
tətbiqlərlə zehni tamamilə dolduracaq qədər inkişaf
etmişdir. Normal olaraq təsbeh səs, toxunulan muncuqlar
və zehində canlandırılan mənəvi hadisələr olmaqla yanaşı
heç olmasa üç duyğumuza təsir edir. Bu səbəblə bütün bu
duyğularımız duanın bir parçası halına gəlir. Özümüzü
bədənimiz və ruhumuzla nə qədər bu duaya versək,
diqqətimiz o dərəcə az dağılar.
Üstəlik, təsbeh Müqəddəs Kitabın təlimi və
bağlılığına yaraşan zənginliyə malikdir. Göylərdəki
Atamız Duasını şəxsən İsa Məsihin ağzından öyrəndik.
Məryəm Duası Luka İncilində Cəbrayıl və Elizabetin
sözləridir. Kim Müqəddəs Üçlüyə və əzəli Rəbbə təriflər
söylədiyimiz duaya söz edə bilər?
Bu Katolik dualarına edilən tənqidlərin kökündə çox
sadə bir gerçək yatır. Necə oldusa bir çox xristian
əzbərdən dua etməyin səhv olduğunu, duanın gerçək
olması üçün özbaşına inkişaf edib yaradıcı və romantik
123
Skot Han: Əziz Anam
olması lazım olduğu fikirinə ilişib qaldılar. Amma İsa bizə
bunu öyrətmədi. Əslində özü də israillilərin əzbərdən
söylədikləri duaları söyləyirdi (bax Mk 12:29; 15:34; Yh
7:10-14).
İsa Məsih boş-boşuna mənasız təkrarlanan dualara
qarşı idi, amma təkrarlanan hər şey boş və mənasız deyil.
Katolik imanını mənimsəyən xristian bir rok musiqiçisinə
onu anlaya bilməyən pərəstişkarlarının yönəltdiyi sualları
izlədiyimi xatırlayıram. Bir qadın "Dayanmadan
təkrarlanan boş dualara necə dözürsünüz?" deyə
soruşmuşdu. Ona səmimiliklə, xoş bir təbəssümlə baxdı və
belə dedi: "Mən təkrardan bezmərəm. Mən bas gitarada
çalıram, çünki bu təkrarlardan yaşamaq üçün pul
qazanıram."
Eyni olan və təkrarlanan şeylər bizim üçün və başqa-
ları ilə olan əlaqələrimizdə çox faydalı ola bilərlər.
Yoldaşım mənim onu nə qədər çox sevdiyimi
söyləməmdən əsla şikayət etməz. Anam məni böyütdüyü
üçün ona minnətdar olmamdan və bunu dilə gətirməmdən
narahat olmaz. Mənə qarşı olan kəslər onlara “səhvlərim
üçün təəssüf edirəm” deməmdən əsla bezməzlər. Rəbb də
məsihçilərin ənənəvi olaraq təkrar etdikləri Müqəddəs
Kitabdakı
sözlərin
və
duaların
ucaldılaraq
təkrarlanmasından heç bir zaman bezməyəcək. Katolik
olmayanlar da bilirlər məsihçilərin "amin", "alleluya",
"Rəbblə öyün" sözləri hər kəs tərəfindən təkrarlanır.
Zaman keçdikcə müəyyən bir duyğu və düşüncəni
əhatə etdiyinə görə Kilsədə bəzi ifadələr önə çıxmışdır.
Ayrıca, dualar yalnız dinləyən adamın deyil, eyni zamanda
danışanın da duyğularını dərinləşdirər və düşüncələrinə
aydınlıq gətirər. Yoldaşıma nə qədər çox səni sevirəm
desəm ona daha dərindən aşiq oluram. Anama nə qədər
çox təşəkkür etsəm ona minnətdarlığım o dərəcə artır.
124
Skot Han: Əziz Anam
Səsimizi, əllərimizi və ürəklərimizi Kraliçamız,
Anamız və Oğluna sevgi dolu sözlərlə uzatsaq imanımız
və müqəddəsliyimiz o dərəcə artacaq.
TƏSBEH NECƏ MEYDANA GƏLDİ?
Xristian həyatında heç bir nöqtə duanın meydana gəliş
şəkli qədər cəmiyyətdə maraq oyatmamışdır. Bu, yalnız
katoliklər üçün etibarlı deyil. Protestant rahib olaraq da
illər boyu bənzər təcrübələrim oldu. İllər keçdikcə bəzən
qəflətən yeni dua üsulları ortaya çıxıb itir. Yenə də təsbeh
əsrlər boyunca islahat dövründəki bütün hücumların hədəfi
olmasına baxmayaraq itmədi. Nəsildən nəslə bütün
papaların və bir neçə ad vermək lazımdırsa,müqəddəs
Aquinas Tomas, müqəddəs Alphonsus Liguori, Luis
Pasteur, Fulton Sheen, Kalkütalı Rahibə Teresa kimi
seçmə imanlıların təsdiqini qazandı.
Təsbeh ilk harada başladı? Bunu söyləmək olduqca
çətindir. Dominikanların təsisçisi, müqəddəs Dominikus
Guzmana görünən Məryəm Ananın ona təsbeh verərək
necə dua edəcəyini öyrətdiyi deyilir. Həqiqətən də
Dominikus və onun izindən gedənlər orta əsrlər boyunca
Müqəddəs Təsbehin yayılmasına liderlik etmişlər.
Bununla bərabər tarix Dominikus daha dünyaya
gəlməzdən çox əvvəl məsihçilərin təsbeh duası etdiklərini
işarə edir. Dua ehtimalla əsrlər boyunca inkişaf etmişdir.
Şərqdəki imanlıların düyünlənmiş iplər, ya da muncuqlarla
dualarını sayma adəti vardı. Rahiblər bu ipləri Müqəddəs
Kitabdakı 150 məzmur duasını neçə dəfə oxuduqlarını
saymaq məqsədi ilə istifadə edərdilər.
Oxuya bilməyən bir çox sıravi məsihçilər 150 duanın
yerinə söylədikləri digər duaları saymaq üçün eyni
ənənəni davam etdirdilər. Beləliklə, bu şəkildə edilən
125
Skot Han: Əziz Anam
dualara kasıb adamın ibadəti deyildi. Seçilən dua əsasən
onluqlar şəklində on beş dəfə deyilən Məryəm duası idi.
Protestant tarixçi, Ana Winston-Allen, islahatdan
əvvəlki dövrdə təsbehin tamamilə İsa mərkəzli bir ibadət
və mənəvi cəhətdən yenilənmək üçün güclü bir təsir
yaradan tək vasitə olduğunu söylədi.
Təsbehin qaynağı haqqında niyə bu qədər az şey
bilirik? Çünki təsbeh sevgi ilə ortaya çıxmışdır.
Diqqət yetirdinizsə filmlərdə sevgi və şəfqət təması
işlənərkən bu səhnələrdə kameralar çəkiliş edərkən
diqqətimiz ağırlaşdırılar və yavaşlayar. Tarix də eyni
şəkildə işləmişdir. İnsanlıq qorxunc hadisələri ən kiçik
detala qədər yazarkən yaşanmış sevgilər yenə sevgi ilə
yaşadılsın deyə sərbəst buraxılmışdır. Xristian tarixi
dəqiqliklə şəhidlərə tətbiq olunan işgəncələr və ölümləri
ilə bağlı qeydlər apararkən xristian anaların sevgilərini nə
şəkildə göstərdikləri haqqında bizə demək olar ki, heç bir
qeyd buraxmamışdır. Yenə də hər nəsildə imanlı anaların
şəhid olan imanlılar qədər Xristian yetişdirdiklərindən
necə şübhə duya bilərik?
Tarixi sahədə Müqəddəs təsbehin qaynağı nə qədər
naməlum olursa olsun, içində olduğumuz əsr də daxil
olmaqla əsrlər boyunca məsihçilər arasında təsbehin
bəhrələri ortadadır.
Növləri isə sərhədsizdir. Mənim ölkəmdə insanların
çoxu xaç işarəsini edərək duaya başlayırlar. Ardından
"Böyük İman Duası" deyilərkən təsbehin ucundakı xaçı
əldə tuturlar. Daha sonra "Göylərdəki Atamız" üç Məryəm
duası və Rəbbə Tərif Duası ilə iman, ümid və
məhəbbətimizin artması üçün dua edirlər. Daha sonra
təsbehin sirləri oxunaraq davam edilir. Bəzi kəslər Rəbbə
Tərif Duasının ardından 1917-ci ildə Portuqaliya,
Fatimada üç kəndli uşağına açıqlandığına görə adı Fatima
126
Skot Han: Əziz Anam
Duası olan duanı söyləməyi adət etmişdilər. Son sirrin
ardından bir çox insanlar da digər Məryəm dualarından
bəzilərini söyləyir.
İMANI DƏRİNLƏŞDİRƏRƏK YÜKSƏLTMƏK
Təsbehin muncuqlarının sayılması və duaların təkrar
edilməsi ilə necə deyildiyinin başa düşülməsi olduqca
asandır. Deyilişin bu cür asan olması onun insanlar
arasında bu qədər yayılmasını təmin etmişdir.
Bir çox adamın təsbehi seçmə səbəbi isə bu dua ilə
düşünə bilmələridir. Sirlər təsbehin özəyini təşkil edir.
Rəsmi duaları təkrarlamaqla ağlımızı və ürəyimizi İsa
Məsihin həyatındakı hadisələrə yönəldirik. Bir tərəfdən də
özümüzü bu hadisələrin ortasında imiş kimi düşünərək hər
şeyi daha yaxşı qavramağa çalışırıq.
Təsbehin işi budur. Bununla belə, təsbehi söylərkən
yenə də diqqətimiz çox tez dağıla bilər. Xəyal dünyamızın
qapılarını bir dəfə açdığımız zaman ağlımıza müxtəlif, kim
bilir daha başqa nələr gələcəkdir.
Bu səbəblə, bütün təsbeh duaları deyilərkən həmişə
Müqəddəs Kitabdakı yazılanlara diqqəti cəlb etməyi
tövsiyə edirəm. Təsbehin sirləri ilə bağlı Müqəddəs
Kitabdan seçmə bir çox yığma götürülmüşdür. Bu
kitabçalar çox gözəldir və Müqəddəs Ruh bunlar
sayəsində zehnimizi daha çox müdrikliyə açacaq və
ürəklərimizi bütün pisliklərdən təmizləməyimizi təmin
edəcək. Bəzi kitablar söylədiyimiz hər Məryəm duası ilə
birlikdə daha yaxşı mənimsəməyimizi təmin etmək üçün
yaxşı seçilmiş bir neçə sətirə yer verir. Bəziləri isə sirlərə
başladığımız zaman, ya da təsbehin sonuna qədər
oxumağımız üçün daha detallı inkişaf etdirilmiş açıqlama-
lara yer verir.
127
Skot Han: Əziz Anam
Ancaq Müqəddəs Kitaba söykənərək deyilən tes-
behdən bəhs edərkən bir kitabçadan, kitabdan, hətta ki-
tablarla dolu olan böyük bir kitabxanadan da daha çoxunu
nəzərdə tuturam. Söyləmək istədiyim budur ki, katoliklər
bu duanı söyləyərkən hər bir sirlə birlikdə özlərini
Müqəddəs Kitabın içindəki hadisələrə tamamilə həsr
etsinlər və bu kitabdakı saysız xəzinədən təsbeh sayəsində
faydalana bilsinlər. İsa Məsihin həyatı ilə əlaqədar olan bu
sirlər boş bir qaynaqdan ortaya çıxmadı. Rəbb əzəldən bəri
bunların hər birini hazırlayırdı. Bu kitabı yazarkən
başlanğıcdan bəri bu nöqtəni əhəmiyyətlə vurğulamağa
çalışdım. Məsələn, təsbehin son sirri olan zamanımızdan
əvvəl cənnət bağçasında Məryəmə tac qoyulmasının sirli
bir şəkildə izah edildiyini göstərməyə çalışdım. Eyni
şəkildə Mələyin Məryəmə Müjdəsi sirri də burada gizli
idi. Üçüncü hissədə izah edilən Məryəmin Elizabeti
ziyarəti Tövratdakı köhnə əhd sandığının uzun səfərinin
reallaşması idi.
Üçüncü izzət sirri olan Müqəddəs Ruhun gəlişinə
diqqəti cəmləyir özümüzü tamamilə Müqəddəs Kitabın
dərinliklərinə göndərə bilsək, bu qaynaqdan o dərəcə yaxşı
faydalana bilərik. Təbii ki, əvvəlcə Həvarilərin İşləri
bölümündəki hadisələri xatırlamağımız lazım olacaq.
Ayrıca, On Əmri aldıqları hadisədə İsrail xalqının
Müqəddəs Ruh gününü də düşünək. Səhrada olduqları
ərəfədə ağsaqqalların üzərinə enən Müqəddəs Ruhu
xatırlayaq (bax Saylar 11:24-29). Alov parçalarını xəyal
edəndə, İlyas peyğəmbərin qurban qəbul edilməsi üçün
göydən necə Alov endirdiyini xatırlayaq (1 Krallar
18:24-38). O halda hansı Əhdi-Cədidin qurbanı da
Müqəddəs Ruhun alovu ilə qəbul olur? Bu siz, ya da mən
ola bilərəmmi? Onda həvarilər alovun dilləri ilə
danışdıqları zaman təbii olaraq hamımız Babil Qülləsi
128
Skot Han: Əziz Anam
hadisəsini (Yaradılış 11) və Rəbb insanların dillərini
qarışdırıb onları çaşdırdığı (Yeşaya 28,11) hadisələri
xatırlayacağıq. Pentekost günündə Rəbbin hər şeyi tərsinə
çevirməsinin, yəni hər kəsin bir-birini başa düşməsinin
mənası nə ola bilər?
Katexizis kitabı: "Oxuyarkən axtarın; düşünərkən
tapacaqsınız, dua ilə döyün və kontemplasiya ilə sizə
aydın olacaq"- deyir, (KKK. 2654).
Müqəddəs Kitabı tədqiq edərkən dua edərək, sistemli,
doğrulanmış bir çalışma ilə təchizatlı olduğumuz zaman
daha dərinlərə enə biləcəyimizə görə bu kitabda izah
edilən hər şey yalnız kiçik bir fayda təmin edə bilər. Daha
sadə söyləmək lazımdırsa, Müqəddəs Kitabı hər gün
oxumalıyıq, tez-tez Liturgiyada oxunan Müqəddəs Kitabın
sözlərini
mənimsəməliyik,
Kilsə
Atalarının
və
müqəddəslərin Müqəddəs Kitabda yazılanlarla bağlı olan
şərhlərini və düşüncələrini oxumalıyıq və bütün
ruhumuzla burada yazılanlar vasitəsilə dua etməliyik.
Belə bir həyatın ortasında söylədiyimiz hər tesbeh
duası ruhani bir qida kimi ürəyimizdən Məryəmə, ondan
da İsa Məsihə və bizə gələn bir dua olacaq. O halda
Müqəddəs Kitabı oxuyun, təsbeh duasını söyləyin və
özünüzə Rəbbin xalqı arasında Adəmdən İsrailə İsa
vasitəsilə Kilsəyə və sizin yaşadığınız tarixdə bir yer tapın.
HALQANI QOPARMAYAQ!
Sevgi sevgini yaradar. Təsbehin keçmişi və sirri budur.
Rozarini dua edin! Yaxşı niyyətli bütün məsihçiləri
və katolikləri bu duanı etməyə təşviq etmək istəyirəm.
Təsbeh duasını söyləyin və bunu hər dəfə söylədiyiniz
zaman özünüzü əbədi zənginliklərə bağlayın, nəyin
129
Skot Han: Əziz Anam
gerçəktən əhəmiyyətli olduğunu bilməyən, başqa insanlara
dərd olan bir günlük keçici həvəslərdən xilas olun.
Səmimiyyətlə təsbeh duası söyləmək üçün zaman
ayırın. Amma vaxtınızı boşa keçirdiyinizi düşündüyünüz
zamanlarda da bu duanı söyləyin; məsələn, həkimin
gözləmə otağında və ya tıxacda sıxışıb qaldığınız zaman
bunu edə bilərsiniz. Sonsuz gerçəyin sirlərini düşünərək
söylədiyiniz dua ilə müqayisə etdiyiniz vaxt tıxac kimi
ətrafınızdakı keçici hadisələr həqiqətini itirərlər.
Əlinizdəki təsbeh və duanız önünüzdə dayanan arabalar-
dan və siqnal səslərindən daha gerçəkdir.
Bir silsilə muncuqdan ibarət olan təsbehə bir
zamanlar nifrətlə baxırdım. Təsbehi saysız Latın
katolikinin Rəbbə gerçək bağlılıqlarını kölgələyən düyün
kimi görürdüm. Nənəmin təsbehini əlimə alanda bu
halqanı kifayət qədər sürətli və qüvvətli şəkildə qopara
bilmədim.
İndi öz təsbehimə baxarkən eyni halqanı fərqli bir
gözlə görürəm. Artıq təsbeh mənim üçün kraliçalıq tacı və
bir ananın açdığı mehriban qollarının rəmzidir.
♣
130
Skot Han: Əziz Anam
YAZIÇI HAQQINDA
1957-ci ildə dünyaya gəlmiş və 1979-cu ildən Kimberli
ilə evli olan Dr. Skot Han altı uşaq atasıdır. Son dərəcə
qeyri-adi, sevilən, yaxşı bir natiq və müəllim olan Skot
Han, Katolik imanı və Müqəddəs Kitab haqqında sayısız
mövzu üzərində milli və beynəlxalq səviyyədə konfranslar
edir. Bu danışıqların 500-dən çoxu St. Joseph
Communications şirkəti tərəfindən kaset və video kaseti
olaraq çıxarılmışdır. Bu kasetlərin hər biri minlərlə
protestant və imandan uzaqlaşmış olan katolikin yenidən
imanlarına sarılmasında təsirli olmuşdur.
1990-cı ildən bəri Franciscan University of Steubenvilledə
ilahiyyat professoru olaraq vəzifəni yerinə yetirir. Ayrıca
Saint Paul Center of Biblical Theologynin qurucusu və
idarəçisi olaraq işlərinə davam etməkdədir.
Swearto God (New York, 2004), Scripture Matters
(Emmaus Road: Steubenville, 2003) ən axrıncı
kitablarının adlarıdır.
Digər kitablarından bəziləri:
• Lord Have Mercy (New York, 2003);
• Understanding Our Father (Emmaus Road: Steubenville,
OH, 2002);
• First Comes Love: Kilsədə və Müqəddəs Üçlük içində
ailənin olması (Doubleday: New York, 2002);
• Hail Holy Queen: Rəbbin sözündə Rəbbin Anası
(Doubleday: New York, 2001);
• The Lamb's Supper: Yer üzündəki Cənnət Ayini
(Doubleday: New York, 1999);
• A Father Who Keeps His Promises: Rəbbin Müqəddəs
Kitabdakı sevgi əhdi (Servant Publications: Ann Arbor,
MI 1998);
131
Skot Han: Əziz Anam
Yoldaşı Kimberli ilə birlikdə yazdığı
• Rome Sweet Home: Katolik imanına səfərimiz olub
(İgnatius Press: San Francisco, 1993).
Skot Han Envoy Jurnalında nəşr olunmuşdur, redaktoru və
məqalə yazıçısı Scripture Mattersindir.
Skot Han, 1979-cu ildə Pennsylvania Grove City
Collegedən ilahiyyat, fəlsəfə və Rəbbin planı sahələrində
üç əhəmiyyətli Bachelor of Arts, 1982-ci ildə
Gordon-Conwell Theological Seminarydan Masters of
Divinity, 1995-ci ildə də Marqueffe Universitydən
Biblical Theology doktor dərəcəsini almışdır. On il
boyunca Protestant pastor olaraq Pennsylvania, Ohio,
Massachusetts, Kanzas və Virginiada vəzifə başında
olmuşdur. Chesapeake Theological Seminarynda İlahiyyat
professoru olaraq çalışmışdır. 1982-ci ildə Virginia,
Fairfax Trinity Presbyterian Churchda kilsəyə özünü həsr
etmişdir. 1986-cı il Pasxa gecəsində Katolik Kilsəsinə
keçid etmişdir.
132
Skot Han: Əziz Anam
Günorta vaxtında Məryəm
Günorta vaxtı. Kilsə açıqdır. Girmək lazımdır.
İsa Məsihin Anası, sənə dua etməyə gəlirəm.
Təqdim edəcəyim bir şeyim yox, səndən istəyəcəyim bir
şey də yox.
Yalnız sənə baxmağa gəlirəm, Ana,
sənə baxmağa, xoşbəxtliklə ağlamaya,
Bu bilinməlidir ki, sənin oğlunam və sən burdasan.
Bir an üçün hər şeyin dayandığı anda.
Günorta vaxtı!
Səninlə olmaq, Məryəm, olduğun bu yerdə.
Bir şey söyləməmək, üzünə baxmaq,
Ürəyin öz dilində oxumasına nail olmaq,
Bir şey söyləməmək, yalnız mahnı oxumaq ürək dolu
olduğundan, dözə bilməyib, qəfildən melodiyasında
düşüncəsini davam etdirən qara toyuq kimi.
Çünki gözəlsən, çünki ləkəsizsən,
Nəhayət qaytarılmış Allahın lütfü ilə dolu qadın.
İlk görkəmi ilə səhər Allahdan çıxdığı kimi.
Yaradıldığı ilk an şərəfinə və son inkişafında.
İsa Məsihin Anası olaraq izah edilə bilməz toxunulma-
mışlığında,
O ki, qollarında yeganə gerçək, yeganə ümid, yeganə
səmərədir.
Çünki Qadınsan, unudulmuş köhnə sevginin Cənnəti,
Baxışı birdən ürəyin yolunu tapıb yığılmış yaşlarını
hönkürdən.
Çünki, günorta vaxtıdır və biz bu günün anındayıq.
Çünki, həmişə burdasan, yalnız Məryəm olduğun üçün,
yalnız var olduğun üçün.
Həmd olsun sənə, İsa Məsihin Anası.
Paul Claudel (Döyüş şeirləri, N. R. F. 1914-1915)
133
Dostları ilə paylaş: |